Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-987/2021 03.11.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə 01 noyabr 2019-cu il tarixli 10 911,68 manat əsas, 1242,06 manat faiz borcu olmaqla cəmi 12 153,74 manat borcun və 30 manat dövlət rüsumunun, 40 manat ipoteka predmetinə tutmanın qeydiyyata alınması məqsədi ilə ödənilən rüsumun tutularaq ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vaqif küçəsində yerləşən 4 otaqlı 118 kv.metr ümumi, 77.1 kv.metr yaşayış sahəsindən ibarət 181 nömrəli evin 16 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və borcun Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vaqif küçəsində yerləşən 4 otaqlı, 118 kv.metr ümumi, 77.1 kv.metr yaşayış sahəsindən ibarət 181 nömrəli evin 16 nömrəli mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vaqif küçəsində yerləşən 4 otaqlı 118 kv.metr ümumi, 77.1 kv.metr yaşayış sahəsindən ibarət 181 nömrəli evin 16 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və borcun Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vaqif küçəsində yerləşən 4 otaqlı, 118 kv.metr ümumi, 77.1 kv.metr yaşayış sahəsindən ibarət 181 nömrəli evin 16 nömrəli mənzilinə tutma yönəldikdə və 0 satıldıqdan bir ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vaqif küçəsində yerləşən 4 otaqlı 118 kv.metr ümumi, 77.1 kv.metr yaşayış sahəsindən ibarət 181 nömrəli evin 16 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması, banka təhvil verilməsi, tərəflər arasında bağlanmış 01 noyabr 2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 01.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 25 faiz ödəmək şərtilə 12 000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə ipoteka müqaviləsi bağlanmış, həmin ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətindəki Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vaqif küçəsində yerləşən 4 otaqlı 118 kv.metr ümumi, 77.1 kv.metr yaşayış sahəsindən ibarət 181 nömrəli evin 16 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və borcun Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vaqif küçəsində yerləşən 4 otaqlı, 118 kv.metr ümumi, 77.1 kv.metr yaşayış sahəsindən ibarət 181 nömrəli evin 16 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada icrasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdar edilməsinə baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. 29 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahat verərək borcu qəbul etdiklərini, hissə-hissə ödəməyə imkanları olduğunu bildirmişlər. Cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: 01.11.2019-cu il tarixli, 10-MYGZ-1-0-802-19 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – "xxxx" ASC borcalan Cavabdeh1 12 000 manat məbləğində illik 25 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – X6 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 01.11.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, əsas müqavilənin təminatı kimi Cavabdeh3 ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. 01.11.2019-cu il tarixli, 10-MYGZ-1-0-802-19 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, 01.11.2019-cu il tarixli, 10-MYGZ-1-0-802-19 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətindəki Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vaqif küçəsində yerləşən 4 otaqlı 118 kv.metr ümumi, 77.1 kv.metr yaşayış sahəsindən ibarət 181 nömrəli evin 16 nömrəli mənzil ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. 15 fevral 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, 01.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 15.02.2021-ci il tarixə olan əsas borc 10 911,68 manat, müqavilə müddəti üçün hesablanmış faiz 1242,06 manat, cəmi 12 153,74 manat təşkil etmişdir. 12.01.2021-ci il tarixli, PAİHTD-229 nömrəli bildiriş məktubundan görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair ekpertiza rəyində isə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar dəyəri 28 900 manat, likvid dəyəri isə 26 000 manat kimi qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 01.11.2019-cu il tarixli, 10-MYGZ-1-0-802-19 nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 12.000 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh2 izahat verərək mövcud borcu etiraf etmişlər və borcu hissə-hissə ödəməyə razı olduqlarını bildirmişlər. Məhkəmə cavabdehlərin etirafını mötəbər sübut kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə iddia tələbinin cavabdehlərin mənzil üzərində istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsi üzrə onu qeyd edir ki, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən sonra əmlak başqa şəxsin mülkiyyətinə keçdikdə əvvəlki mülkiyyətçinin hüquqlarına xitam verilir. X1 həmin əmlakın mülkiyyətçisidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “X10 haqqında” Azərbaycan Respublikası Qanunun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Cavabdehlərin mənzildən çıxarılmaları və mənzilin banka təhvil verilməsi hissəsi də əsaslı sayılmır. Belə ki, əmlak hərracda onu əldə etmiş şəxsə verilməlidir ki, həmin şəxs bank və yaxud başqa bir şəxs ola bilər. Hələki bu hüququn sahibi bəlli deyildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə qeyd edir ki, evin boşaldılması ilə bağlı tərəflər arasında mübahisə o halda yarana bilərdi ki, bu öhdəlik onu üzərinə götürənlər tərəfindən razılaşmada müəyyən olunmuş müddət ərzində icra edilməmiş olsun. Öhdəlik götürmüş şəxslər tutmanın yönəldildiyi əmlak hərracda satıldıqdan sonra bir ay ərzində mənzildən çıxmazlarsa mübahisəyə məhkəmədə baxıla bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh3 01 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 10911,68 manat əsas borc, 1242,06 manat faiz borcu olmaqla, ümumilikdə 12153,74 manat məbləğində kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 30 manat xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə, Cavabdeh2 məxsus olan likvid dəyəri 26 000 manat olan Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vaqif küçəsində yerləşən, 4 otaqlı, 118 kv.m ümumi, 77.1 kv.m yaşayış sahəsindən ibarət 181 nömrəli evin 16 nömrəli mənzilinə yönəldilməli, həmin ev açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli, „Nikoyl“ İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 noyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 01 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 10911,68 manat əsas borc, 1242,06 manat faiz borcu olmaqla, ümumilikdə 12153,74 manat məbləğində kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 30 manat xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə, Cavabdeh2 məxsus olan likvid dəyəri 26 000 manat olan Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vaqif küçəsində yerləşən, 4 otaqlı, 118 kv.m ümumi, 77.1 kv.m yaşayış sahəsindən ibarət 181 nömrəli evin 16 nömrəli mənzilinə yönəldilsin, həmin ev açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. Həmin mənzil açıq hərracda satılsın. „Nikoyl“ İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 noyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh1 tutularaq „Uniprice“ MMC, VÖEN **********, AZ15GUNA********************,“GÜNAY BANK“ ASC, VÖEN **********, KOD 505594 müxbir hesab AZ 25 NABZ********************, SWİFT GUNAAZ22 saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev