Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-1011/2024 22.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı X1 Cavabdeh-yə qarşı “cavabdehdən 9374,90 manat və 120 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” yanacaqdoldurma mənətəqəsinə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı X1 Cavabdeh-yə qarşı “cavabdehdən 9374,90 manat və 120 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” yanacaqdoldurma mənətəqəsinə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mübahisə üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə xx.xx.2018-ci il tarixli Qanunla əlavə edilmiş və xx.xx.2019-cu ildən qüvvədə olan 10-1.3-cü maddəsində qeyd edilib ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən, ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı hazırkı iddia ərizəsini "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim etmiş və gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan və bununla da iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən iddianın hazırkı vəziyyətdə məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.10-cu maddəsinə əsasən kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa iddiaçının X1 olmasına baxmayaraq cavabdehdən borcun tutularaq “xxxx” yanacaqdoldurma mənətəqəsinə ödənilməsi xaiş olunur ki, iddia ərizəsinin bu halda formasına və məzmununa dair tələblərə də əməl edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş digər sənədlər kağız daşıyıcıda təqdim edildiyindən iddiaçıya qaytarılmaldıır. Sonda məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, hazırki vəziyyətdə tələbdən də göründüyü kimi pulun ödənilməsi tələb olunan iddiaçı “xxxx” yanacaqdoldurma məntəqəsi olmasına baxmayaraq iddiaçı X2r. “xxxx” adlı hüquqi şəxs mövcuddursa və cavabdehlə hüquq münasibətləri məhz həmin hüquqi şəxslə yaranmışdırsa iddiaçı qismində “xxxx” müəyyən edilməlidir. Velə bir hüquqi şəxs mövcud olmadığı təqdirdə iddiaçı və pulun verilməli olan şəxs qismində X1 adı göstəriməlidir. Qeyd edilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Mülki Prosessual Məcəllənin tələblərinə riayət etmək Elektron Məhkəmə İnformasiya sistemidnə yaradılmış elektron kabinet vasitəsi ilə yünidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X1 Cavabdeh-yə qarşı “cavabdehdən 9374,90 manat və 120 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” yanacaqdoldurma mənətəqəsinə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-1011/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-1011/2024
22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver