Məhkəmə qərarları › İş №2-2(117)-106/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-106/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-106/2022 07.06.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “xx.xx.2009-cu il tarixli **********09 nömrəli kredit xətti müqaviləsi üzrə 21249,11 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 14756,12 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2011-ci il tarixədək illik 23% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, 16054,41 ABŞ dolları məbləğində xx.xx.2011-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi, 45472,34 ABŞ dolları məbləğində xx.xx.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış penya olmaqla, cəmi 97531,99 ABŞ dolları məbləğində pul vəsaitinin, xx.xx.2022-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 45 manat məbləğində çəkilmiş xərclərin cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “xx.xx.2009-cu il tarixli **********09 nömrəli kredit xətti müqaviləsi üzrə 21249,11 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 14756,12 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2011-ci il tarixədək illik 23% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, 16054,41 ABŞ dolları məbləğində xx.xx.2011-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi, 45472,34 ABŞ dolları məbləğində xx.xx.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış penya olmaqla, cəmi 97531,99 ABŞ dolları məbləğində pul vəsaitinin, xx.xx.2022-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 45 manat məbləğində çəkilmiş xərclərin cavabdehdən tutulması” barədə iddia iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin “xx.xx.2022-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutularaq ödənilməsi” hissəsinə münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa dair tələblərə iddiaçı tərəfindən riayət edilmədiyindən, yəni iddia tələbi həmin hissədə aydın olmadığından iddia tələbi qiymət verilən hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya iddiaçınin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilir. Göründüyü kimi, iddia ərizəsində iddiaçının tələbi dedikdə, cavabdehə qarşı aydın və dəqiq ifadə edilmiş tələbdən söhbət gedir ki, iddiaçının hazırkı tələbinin qiymət verilən hissəsi MPM-in 149-cu maddəsinin tələblərinə cavab vermir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin ödənilməsini iddia etsə də, həmin əldən çıxmış fayda əvəzinin dəqiq hansı tarixdən etibarən ona ödənilməsini və bu məbləğin nə qədər təşkil etməsini göstərməmişdir. Halbuki, iddiaçı tələbini açıq və aydın ifadə etməlidir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, məhkəmə qətnaməsi qəbul edilməsinədək yaranan münasibətlərlə bağlı göstərişləri özündə əks etdirir və qəbul edilməsinədək olan münasibətləri tənzimləyir. İddiaçının hazırkı tələbi isə qətnamənin qəbul edilməsindən sonraya yönəlmiş və qeyri-müəyyəndir. Halbu ki, məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətlərinə dar qəti göstərişləri ifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “xx.xx.2009-cu il tarixli **********09 nömrəli kredit xətti müqaviləsi üzrə 21249,11 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 14756,12 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2011-ci il tarixədək illik 23% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, 16054,41 ABŞ dolları məbləğində xx.xx.2011-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi, 45472,34 ABŞ dolları məbləğində xx.xx.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış penya olmaqla, cəmi 97531,99 ABŞ dolları məbləğində pul vəsaitinin, xx.xx.2022-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 45 manat məbləğində çəkilmiş xərclərin cavabdehdən tutulması” tələbinə dair iddianın “xx.xx.2022-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutularaq ödənilməsi” hissəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar