Məhkəmə qərarları › İş №2-2(117)-106/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-106/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-106/2024 22.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “2750 manat borc pulun və aralarında olan şifahi razılaşmaya əsasən əldə olunmuş qazancın yarısının, yəni, 3275 manat pulun, ümumilikdə 6025 manat pulun və ödənilmiş 80,25 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “2750 manat borc pulun və aralarında olan şifahi razılaşmaya əsasən əldə olunmuş qazancın yarısının, yəni, 3275 manat pulun, ümumilikdə 6025 manat pulun və ödənilmiş 80,25 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər xx.xx.2024-cü il tarixdə keçirilən hazırlıq iclasında verdiyi izahatlarında bildirdi ki, razılığa gəlmişlər və barışıq sazişi bağlamışlar. Tərəflər xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında barışıq sazişini təqdim etsələr də, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən barışıq sazişinin bağlanması əsası ilə icraata xitam verilməsi halı məhkəmə baxışı mərhələsində mümkün olduğundan iş üzrə məhkəmə baxışı iclası təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə tərəflərin imzası ilə təsdiq edilmiş barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:

1. Cavabdeh öhdəsinə götürür ki, İddiaçı iddiadan imtina etməsi müqabilində 3000 manat borcunu 01 aprel 2024-cü il tarixədək İddiaçı tam ödəyəcəkdir.

2. Cavabdeh tərəfindən tərəflərin birgə fəaliyyət göstərdikləri dövrdə nisyə satılmış məhsullar üzrə borcun borclularından yığılmasına İddiaçı tərəfindən imkanları daxilində dəstək olunacaq və köməklik göstəriləcəkdir.

3. 01 aprel 2024-cü il tarixədək borcun tam ödənilməyəcəyi təqdirdə borcun ödənilməsi üçün tərəflər bu müddəti ən azı 1 ay uzadacaqlar.

4. Tərəflər barışıq sazişinin bütün şərtləri ilə razılaşırlar və iddiaçı qeyd edilən şərtlər əsasında iddiasından imtina edir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X1 qarşı “3752,51 manat borcun və 60 manat mediasiya xərcinin tutulması” tələbinə dair işin icraatına barışıq sazişi bağlandığından xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar