Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-12/2025 25.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Ağsu Rayon Kalva Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğvi, torpaq sahəsi üzərindəki qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı Ağsu Rayon Kalva Bələdiyyəsi Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 3M-109 nömrəli torpaq icarə müqaviləsinin ləğvi, torpaq sahəsi üzərindəki qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılamsı tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavbdeh Cavabdeh xx.xx.2018-ci il tarixli, 3M-109 nömrəli torpaq icarə müqaviləsinin və torpaqdan məqsədli istifadənin şərtlərini pozaraq qeyd olunan torpaq sahəsi üzərində qanunsuz tikililər (coban evi və tövlə) tikərək qanunvericiliyə zidd hərəkətlər etmişdir. İddiaçı iddia tələbini “X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci, 2.4-cü, 23.1-ci, 26-cı maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci, 180.2-ci və 421.2-ci maddələri ilə əsaslandırmışdır.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsi xx.xx.2024-cü il tarixli 3-21-3-41/2-2738/2024 nömrəli mütəxəssis rəyində məhkəmə qərardadı ilə qoyulmuş suallara cavab verilmişdir: 1) ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış daşınma əmlaka dair verilmiş Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2018-ci il tarixli 3M-109 nömrəli icarə müqaviləsi əsasında Cavabdeh icarəsinə verilmiş 4 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (örüş otlaqları) üzərində 109 kv.m çoban evi və hər biri 38 kv.m və 331 kv.m sahəsi olan tövlələr yerləşir; 2) qeyd edilən torpaq sahəsində inşa edilmiş 109 kv.m çoban evi mişar daşından, 38 kv.m tövlə dəmir materialdan və 331 kv.m tövlə isə mişar daşından inşa edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.2-ci maddəsinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar cavabı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/9466 nömrəli ekspertiza rəyi qeyd edilən mütəxəssis rəyində verilmiş cavablara uyğun olmuşdur.
4. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmədə iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası
6 . M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
7 .M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
8. Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
9. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
10. Maddə 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər.
11. Maddə 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər.
12. Maddə 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir.
13. Maddə 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir.
14. Maddə 710.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir.
15. Maddə 710.3. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir.
16. Maddə 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.
17. Maddə 719.7. Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
1 8 .M a d d ə 1 2 . Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri, meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.
16. M a d d ə 1 3 . Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər.
17. M a d d ə 1 4 . Kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün torpaq sahələri
1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi.
18. M a d d ə 1 6 . Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri
1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.
2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.
3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.
4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəniməişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 2. Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
20. Maddə 8. Qanun və məhkəmə qarşısında bərabərlik 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
21. Maddə 9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
22. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı
217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
Məhkəmə tədqiqatının əsasını təşkil edən sübutlar:
24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış.
25. Ağsu rayonu dövlət notariat kontorunun dövlət notariusu X2 tərəfindən təsdiq edilmiş 30 oktyabr 2018-ci il tarixli 3M-109 nömrəli icarə müqaviləsi.
26. Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-345/2024 nömrəli 04 aprel 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş mühəndis-texniki ekspertizası əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyi, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/9466 nömrəli ekspertiza rəyi.
Məhkəmənin mövqeyi
27. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
28. Belə ki, məhkəmə tədqiqatının əsasını təşkil edən iş materiallarının 13-cü vərəqində olan Ağsu rayonu dövlət notariat kontorunun dövlət notariusu X2 tərəfindən təsdiq edilmiş 30 oktyabr 2018-ci il tarixli, 3M-109 nömrəli icarə müqaviləsinin 1-ci maddəsinə əsasən İcarəyə verən ünvan 1i ünvanında yerləşən ümmumi sahəsi 4 ha olan torpaq sahəsini icarəçi Cavabdeh icarəyə verir.
29. Müqavilənin 3 maddəsinə əsasən icarə müddəti 30 oktyabr 2033-cü il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir.
30. Müqavilənin 8-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.
31. Müqavilənin 9-cu maddəsinə əsasən “İcarəçi”lər “İcarəyəverən”-nin qrazılığı olmadan icarəyə götürülən sahədə təmir-tikiniti işləri apara bilməz.
32. Müqavilənin 12-ci maddəsinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları “İcarəçi”lər tərəfindən ödənilir.
33. Bundan sonra cavabdehin torpaq sahəsi üzərində olan hüqqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla rəsmiləşdirilmişdir.
34. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, müqavilədə qeyd olunan 4 ha torpaq sahəsi Ağsu rayon Kalva Bələdiyyəsinə məxsus Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin-( Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi ) 3cü bəndində nəzərdə tutulmuş- Məqsədli təyinatı örüş sahələrinə aid edilir.
35. Həmin torpaq sahəsinin təyinatından göründüyü kimi icarəçinin torpaq sahəsini icarəyə götürməkdə məqsədi kənd təsərrüfatının səmərəli inkişafını təmin etmək məqsədi ilə heyvandarlıqla məşğul olmaqdan ibarət olmuşdur. Məlum məsələdir ki, heyvandarlıqla məşğul olan təsərrüfatlarda heyvanların normal inkişafını, istidən, soyuqdan və s. təbiət hadisələrindən qorumaq, eləcə də onlara qulluq edən şəxslərin (çobanların) minumum həyat şəraitini təmin etmək məqsədi ilə Torpaq Məcəlləsinin 16-cı maddəsinin (Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri) 4-cü bəndinə əsasən yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
36. İddiaçının iddia tələbində müqavilənin ləğvi üçün örüş sahəsində tikilmiş tikililəri əsas gətirməsinə münasibətdə məhkəmə qeyd etmək istəyir ki, tərəflər arasında bağlanmış müqavilə, torpaq icarə müqaviləsi olduğundan hazırkı mübahisəyə həmin müqavilənin müddəaları baxımından hüquqi qiymət verilməlidir.
37. Belə ki, Mülki Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
38. Məcəllənin 719-cu maddəsində torpaq icarəsi müqaviləsinə xitam verilməsi və onun qüvvəsinin uzadılması, eyni zamanda müqavilənin ləğvinin əsasları göstərilmişdir.
39. Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.
40. Məcəllənin 719.7-ci maddəsinə əsasən bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur.
41. Məhkəmə iddia tələbininin əsasını təşkil edən müqavilənin ləğv edilməsi hissəsini Mülki Məcəllənin 719.7-ci maddəsinin tələbləri baxımından araşdıraraq hesab edir ki, iş materiallarında cavabdeh tərəfindən icarə haqqının ödənilməməsini təsdiq edən və yaxud hüquq münasibətlərinin davam etdirilməsinə yol verilməyən digər müqavilənin ləğvinə əsas ola biləcək hallara rast gəlinmir.
42. Məhkəmə iddia tələbinin ikinci hissəsinə münasibət bildirərək hesab edir ki, həmin hissədə də idddia tələbi əsasızdır. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş mühəndis-texniki ekspertizasının 2-ci sualında əks olunmuş torpaq sahəsi üzərində olan tikililər örüş torpaq sahəsində tikilməsinə icazə verilən tikililərə aiddirmi və qanunvericiliyin tələblərinə ziddiyət təşkil edirmi? sualına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.2-ci maddəsinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar cavabı verilmişdir.
43. Məhkəmə torpaq sahəsi üzərində inşa edilmiş tikililərin tərəflər arasında bağlanılmış müqavilənin ləğvi üçün əsas olmadığını hesab edərək, həmin tikililərin qanuni olub- olmamasının qanunvericiliyə əsasən digər qanuni vasitəsilərdən istifadə edilməklə müəyyən edilməsinin mümükünlüyünü, tikililərin qanunsuz olduğu təqdirdə cavabdehin inzibati, cinayət və digər qanunvericilik normalarının tələbləri baxımından məsuliyyətə cəlb edilə biləcəyini iddiaçının diqqətinə çatdırır.
44. Bundan başqa məhkəmə tərəflər arsında bağlanılmış müqavilənin kifayət qədər uzun müddətli olmasına istinad edərək hesab edir ki, hazırkı müqavilənin ləğv edilməsi cavabdehin müqavilə bağlandığı zaman müəyyən etdiyi hədəflərə çatmasına ciddi ziyan vura bilər. Belə ki, cavabdehin həmin örüş sahəsində heyvandarlıq təsərrüfatı ilə məşğul olacağını və bu təsərrüfatın yaradılması üçün çəkdiyi xərclərin qısa müddət ərzində qaytarılmasının qeyri-mümkünlüyünü əvvəlcədən görmüş, buna görə də müqaviləni uzunmüddətli bağlamışdır. Digər tərəfdən mülki dövriyyənin tərəflərindən birinin özünün üstün hüquqlarından digər tərəfə təzyiq vasitəsi kimi istifadə etməsi mülki dövriyyə iştitakçıları arasında mövcud olan qarşılıqlı inam və etimad prinsiplərinin pozulmasına gətirib çıxara bilər ki, bu da ölkədə mövcud olan azad sahibkarlıq mühitinin zədələnməsinə səbəb ola bilər.
45. Həmçinin icarəyə verilmiş torpaq sahəsinin təyinatına uyğun istifadə edilməməsi icarə müqaviləsinin ləğv edilməsinə əsas ola bilməz. Bu halda qeyd edilən icarəyə verilmiş torpaq sahəsi dövlət və ya digər ictimai ehtiyac yarandığı hallarla bağlı müvafiq kompensasiya verilməklə qanunla müəyyən edilmiş qaydada geri alına bilər.
46. Hazırkı halda cavabdeh iddiaçının onunla razılaşmasına əsaslanaraq sahibkarlıq fəaliyyətini qurmuş və müvafiq işləri həyata keçirməkdədir. İddiaçının iddiasında irəli sürdüyü arqumentlər hazırkı mübahisə üzrə icarə müqaviləsinin ləğv edilməsi üçün əsas deyil, əks yanaşma mülki dövriyyənin iştirakçıları arasında qanunlara və qaydalara etimad hüququnu azala bilər və inamsızlıq yarada bilər.
47. Mülki qanunvericiliyin tələblərinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməz olması, hüquqdan sui-istifadəyə yol verilməməsi və bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlərin etibarsız olması vurğulanır. Həmçinin qanunvericilik, qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə olaraq müəyyən etmişdir.
48. Məhkəmə hazırkı iş üzrə tərəf olmayan və iş üzrə qəbul ediləcək qətnamənin hansı qaydada maraqlarına toxunacağını müəyyən edə bilmədiyi Ağsu Rayon Kalva kənd sakini X3 da məhkəmə proseslərinə dinləmək üçün dəvət etsə də o, da iddiaçı kimi səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclas protokolunun qərarıı ilə qeyd edilən şəxsin məhkəmə icraatına cəlb edilməsi üçün qanuni əsaslar olmadığından, icraata cəlb edilməmişdir.
49. Məhkəmə ədalət mühakiməsinin MPM-in 9.1-ci maddəsinə əsasən çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsinə çalışsa da mübahisənin uzun müddət məhkəmənin icraatında olduğunu, tərəflərin məhkəmə iclaslarına gəlməmələrini, iddia ərizəsinə əlavə ediləndən başqa əlavə sübut və faktlar təqdim etmək niyyətində olmadıqlarını görüb məhkəmə tədqiqatını yekunlaşdırmaq qərarına gəlmişdir.
50. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən çəkilən xərclər özünə aid edilməlidir. Bundan əlavə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılan tədqiqatın dəyəri olan 100 manat məbləğində xərcin tutulması ilə bağlı qeyd edilməliidr ki, iddia rədd edildiyindən iddiaçıdan tutulmalı olmasına baxmayaraq bələdiyyə orqanı dövlət büdcəsinə ödənilməli olan xərclərdən azad edildiyindən qeyd edilən xərc dövlət hesabına aid edilməlidir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ağsu Rayon Kalva Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğvi, torpaq sahəsi üzərindək iqanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılamsı tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov