Məhkəmə qərarları › İş №2-2(117)-127/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-127/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-127/2025 12.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “icarə müqavilələrinin ləğvi” tələbi barədə ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maenənin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İlk iddia üzrə iddiaçı X8 Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 1,6754 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 18 iyun 2023-cü il tarixli icarə müqaviləsinin, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 2,225 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 18 iyun 2023-cü il tarixli icarə müqaviləsinin və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 1,42 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 18 iyun 2023-cü il tarixli icarə müqavilələrinin ləğv edilməsi” tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki rayonu, Baltalı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.42 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət reyestrindən çıxarış əsasında, 2.225 ha topraq sahəsi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında və 1.6754 ha torpaq sahəsi isə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında onun mülkiyyətindədir. Hər üç torpaq sahəsi əvvəlki mülkiyyətçisi olan X3 alqısatqı müqaviləsi əsasında onun mülkiyyətinə keçmişdir. Eyni zamanda hər üç torpaq sahəsinə münasibətdə əvvəlki mülkiyyətçi ilə hazırkı iş üzrə cavabdeh arasında torpaq sahələrinin icarəyə verilməsinə dair müqavilələr var və həmin müqavilələrin 2029-cu ilədək qüvvəsi vardır. Belə olduğu təqdirdə o, torpaq sahəsinin mülkiyyətçisi olaraq, yəni mülkiyyət üzrə hüquqların artıq ona keçdiyini, eyni zamanda cavabdehlə əvvəlki mülkiyyətçinin arasında bağlanmış icarə münasibətlərinin davam etməli olmasını nəzərə alaraq müqavilələrin icarə haqqı dəyişilməklə davam etdirilməsini cavabdehə bildirmiş, lakin aralarında razılaşma olmamışdır. Belə olduğu təqdirdə tərəflər arasında bağlanmış müqavilələrin 8-ci bəndində göstərilənləri əsas tutaraq bir ay qabaqcadan olmaqla yazılı ərizə göndərmişdir. Cavabdeh tərəfindən onun göndərdiyi ərizənin xx.xx.2024-cü il tarixdə alınması isə əldə edilmiş poçt göndərişlərinin izlənməsinə dair məlumatla təsdiq edilir. Cavabdeh tərəfindən ərizəni aldıqdan bir ay müddətində müqavilələrin şərtləri barədə, xüsusi ilə icarə haqqına münasibətdə hər hansı razılığa gəlməsi və ya müqavilələrin ləğv edilməsinə razılıq verməsi barədə hər hansı cavab verməmişdir. Bu səbəbdən o, bir tərəfli qaydada müqavilələrin ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsi, qanuni istifadəsində olan Şəki rayonu, Baltalı kəndində yerləşən 1.42 ha, 2.225 ha və 1.6754 ha torpaq sahələrinin cavabdeh İddiaçı zəbtindən və istifadəsindən azad edilməsi, onun istifadəsinə yönələn maneələrin aradan qaldırılması və sair qanunsuz hərəkətlərə son qoyulması, iddianın verilməsi üçün ödənilən 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə X5 ilə 6 illik icarə müqaviləsi bağlayaraq 1.42 ha, 2.225 ha və 1.6754 ha torpaq sahələrini icarəyə götürmüşdür. Həmin torpaq sahələrinə olan hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahələri onun tərəfindən istifadə olunmasına baxmayaraq Baltalı kənd sakinləri İddiaçı Cuma oğlu və onun atası tərəfindən ona təzyiqlər olunaraq onun müqavilələri ləğv etməyini, əks halda əlindən alacaqlarını demişlər. O, sadə vətəndaş olaraq qanuni şəkildə icarə müqavilələri bağlamış və həmin müqavilələr üzrə hüquqlarını reyestr xidmətində rəsmiləşdirməklə qanuni işlər görmüşdür. Həmin torpaq yüklü olduğu halda necə satılmasından onun məlumatı yoxdur. Bundan başqa həmin şəxslər onun qanuni istifadəsində olan Qeyd edilən torpaq sahələrini qanunsuz olaraq zəbt etməklə əkin işləri görməkdədədirlər. O, bu barədə Şəki Rayon Prokurorluğuna rəsmi müraciət etmişdir. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, onlar heç bir əhəmiyyət vermir və öz qanunsuz əməllərini davam etdirirlər. Bu hal isə onu mülkiyyət hüququndan məhrum edir. Cavabdehlə aralarında olan bu problemin yeganə həlli yalnız maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması barədə qətnamənin qəbul edilməsi ilə mümkündür. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X5 (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış 18 iyun 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 2.225 ha torpaq sahəsini 18 iyun 2029-cu il tarixədək icarəçiyə icarəyə verir, icarəçi isə illik 222 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. X5 (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış 18 iyun 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 1.6754 ha torpaq sahəsini 18 iyun 2029-cu il tarixədək icarəçiyə icarəyə verir, icarəçi isə illik 167 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. X5 (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış 18 iyun 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 1.42 ha torpaq sahəsini 18 iyun 2029-cu il tarixədək icarəçiyə icarəyə verir, icarəçi isə illik 142 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14 noyabr 2023-cü il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X2 rayonu, Baltalı kəndində yerləşən 1.42 ha torpaq sahəsini 18 iyun 2023-cü il tarixli, 3M- 347 saylı icarə müqaviləsinə əsasən illik 142 manata Cavabdeh icarəyə vermişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14 noyabr 2023-cü il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X2 rayonu, Baltalı kəndində yerləşən 1.6754 ha torpaq sahəsini 18 iyun 2023-cü il tarixli, 3M- 349 saylı icarə müqaviləsinə əsasən illik 167 manata Cavabdeh icarəyə vermişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 noyabr 2023-cü il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X2 rayonu, Baltalı kəndində yerləşən 2.225 ha torpaq sahəsini 18 iyun 2023-cü il tarixli, 3M- 346 saylı icarə müqaviləsinə əsasən illik 222 manata Cavabdeh icarəyə vermişdir. 16 noyabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X5 ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli, **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan Şəki rayonu, Baltalı kəndində yerləşən 2.225 ha torpaq sahəsini 9000 manat məbləğə İddiaçı satmışdır. 16 noyabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X5 ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, **********27 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan Şəki rayonu, Baltalı kəndində yerləşən 1.6754 ha torpaq sahəsini 9000 manat məbləğə İddiaçı satmışdır. 18 noyabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X5 ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan Şəki rayonu, Baltalı kəndində yerləşən 1.42 ha torpaq sahəsini 9000 manat məbləğə İddiaçı satmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 dekabr 2023-cü il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Baltalı kəndində yerləşən 2.225 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07 dekabr 2023-cü il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Baltalı kəndində yerləşən 1.6754 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 dekabr 2023-cü il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Baltalı kəndində yerləşən 1.42 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş ilk iddia üzrə İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmiş olduğu etiraz ərizəsində qeyd etmişdir ki, Cavabdeh onun mülkiyyət hüquqlarını heçə sayaraq, eyni zamanda məhkəmə qətnaməsinin qüvəyyə minməsini gözləmədən onun əkmiş olduğu buğdanı biçib aparmış, bundan sonra ondan bank hesabı istəyərək icarə pulunu ödəmək istədiyini bildirmişdir. Eyni zamanda onun tərəfindən cavabdehin torpaq sahəsindən istifadə etməsinə qarşı hər hansısa maneə yaradılmadığını yazmışdır. Aralarındakı mübahisənin həll olunması üçün onun irəli sürdüyü şərtlərinin qəbul edilməsini bildirmişdir. İlk iddia üzrə iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, keçən məhkəmə iclasında bildirdiyi kimi Şəki rayonu, Baltalı kəndində yerləşən hər üç torpaq sahəsini X3 almış, həmin torpaqlara dair sənədləri var. Torpaq sahələrini almamışdan əvvəl X5 ilə Cavabdeh arasında icarə müqavilələri olmuş, həmin torpaq sahələri onun mülkiyyətinə keçdikdən sonra cavabdehə icarə pulunu ona ödəməli olduğunu bildirsə də, o icarə pulunu ödəməmişdir. X4 vəfat etməmişdən əvvəl əlyazma şəklinə ərizəsi var. Onun həyat yoldaşı xəstə olduğundan o, ərizəni notariusda yaza bilməmişdir. Lakin ekspertiza təyin olunarsa, ərizənin həqiqətən də onun tərəfindən yazıldığı müəyyən edilə bilər. Həmin ərizədə cavabdehin icarə pulunu ödəmədiyi qeyd edilmişdir. Bundan başqa dövlət tərəfindən sahibkarlara kömək məqsədilə verilən subsidiyaları da cavabdeh alır. Torpaq sahəsində əkmiş olduğu buğda məhsulunu da cavabdeh biçib aparmışdır. Cavabdeh borcunu ödəmir, onun hərəkətləri qanunsuzdur. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Əgər məhkəmə düzgün qərar verməzsə, Avropa Məhkəməsinə qədər gedəcəyini bildirdi. Həmin vaxtadək Cavabdehı torpaq sahələrinə girməyə, hər hansı bir iş görməyə icazə verməyəcəyini, çünki mülkiyyətçi olduğunu və torpaqların ona məxsus olduğunu qeyd etdi. İddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş etdi. İlk iddia üzrə cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirdi ki,iddia əsassızdır. Keçən məhkəmə iclasında dediyi kimi Əfəndiyev Tərlandan 3 torpaq sahəsini icarəyə götürmüşdür. Tərlanın pula ehtiyacı olduğundan 6 ilin icarə pulunu ona vermişdir. Bununla bağlı rəsmi sənədləri var. İddiaçı tərəf onu torpaqlardan istifadə etməyə qoymur. Həmin torpaq sahələrindən istifadə edərək dolanışığını təmin edir. İlkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İlk iddia üzrə cavabdehin nümandəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İlkin iddia ilə razı deyillər. X1 Şöbəsindəki izahatında 6 ilin icarə haqqını əvvəlcədən Cavabdeh aldığını etiraf etmişdir. Həmçinin, İddiaçı mübahisə predmeti olan torpaq sahələrini alarkən həmin torpaq sahələrinin 6 illik icarəyə verildiyindən, yəni yüklü olduğundan xəbərdar olmuşdur. Bu məsələlərlə bağlı Prokurorluqda araşdırma gedərkən İddiaçı bundan xəbəri olduğunu bildirmiş və yazılı izahat vermişdir. Eyni zamanda ilkin iddia üzrə iddiaçının hazırkı izahatından belə məlum olur ki, məhkəmə onun xeyrinə qərar çıxarmazsa, icarəçi Cavabdeh torpaq sahələrinə girməsinə, əkin işləri ilə məşğul olmasına imkan verməyəcək. Hesab edir ki, iddiaçının bu sözlərində cinayət tərkibi olduğundan Cinayət Məcəlləsinin 188-ci maddəsi üzrə tədbirlər görülməlidir. Odur ki, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş ilkin iddia üzrə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixdə X5 tərəfindən yazıldığı iddia edilən ərizədən görünür ki, o, Cavabdeh qeyd edilən hər üç torpaq sahəsini səhvən vermiş, həmin torpaq sahəsini 2022ci ildə qeyri rəsmi İddiaçı satmış, pulu nağd şəkildə almışdır. Daha sonra yanlışlığı anladıqdan sonra Cavabdeh başqa torpaq sahəsi təklif etmiş, lakin razılığa gəlməmişdilər. İş materiallarına əlavə edilmiş Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarına AR DİN Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən ilkin iddia üzrə cavabdehin nümayəndəsinə ünvanlanmış məktub, qoşma kimi xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar və müvafiq izahatlar əlavə edilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqavilələri, çıxarışlar, alqı-satqı müqavilələri, ərizə, xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar və müvafiq izahatlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 138.2. Hüququn yüklülüyü - qanun və ya əqd əsasında mülki hüquqların və ya tələblərin hər hansı formada məhdudlaşdırılmasıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139- 1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. 699.4. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə, əgər bunların həyata keçirilməsi nəticəsində kirayəçi müqaviləyə uyğun istifadədən məhrum olarsa, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir. Əgər üçüncü şəxslərin hüquqları və iddiaları müqaviləyə uyğun istifadəyə mane olursa, kirayəçi bu hüquqların və iddiaların həyata keçirilməsinin qadağan olunmasını tələb etmək hüququna malikdir. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.

718. İcarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir. 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun:

15. Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz.

25. İcarəçinin icarəyə götürdüyü torpaqdan istifadə nəticəsində əldə etdiyi məhsul, əmlak və gəlir icarəçinin mülkiyyətidir. Məhkəmə ilkin olaraq hazırkı işə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalı olmasına münasibətdə qeyd edir ki, mübahisə üzrə tərəflər fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də müvafiq olaraq torpaq sahəsi icarəyə götürməsi ilə bağlı olmaqla, kommersiya fəaliyyətindən irəli gələn münasibət olduğundan hazırkı tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, X5 ilə Cavabdeh arasında Şəki rayonu, Baltalı kəndində yerləşən 1.42 ha, 2.225 ha və 1.6754 ha torpaq sahələrinin 18 iyun 2029-cü il tarixədək icarəyə verilməsi barədə, reyestrdə müvafiq olaraq 3M-346, 3M-347 və 3M-349 sayla qeydə alınmış 18 iyun 2023-cü il tarixli icarə müqavilələri bağlanmışdır. Daha sonra, qeyd olunan icarə müqaviləsinin qüvvədə olduğu dövrdə həmin torpaq sahələri X5 tərəfindən İddiaçı satılmış və bununla bağlı tərəflər arasında notarial qaydada təsdiq edilmiş 16 noyabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırda ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia tələbində X5 ilə Cavabdeh arasında bağlanmış icarə müqavilələrinin ləğv edilməsini tələb edir. İş materiallarından, tərəflərin izahatından göründüyü kimi ilk iddia üzrə İddiaçı Cavabdeh onun müəyyənləşdirdiyi məbləğlə yeni icarə müqaviləsinin bağlanılmasına razı olmamadığını, həmin torpaq sahələrinin icarə haqqının ödənilmədiyini, eyni zamanda həmin torpaq sahələrindən birində əkmiş olduğu buğda məhsulunun cavabdeh tərəfindən biçilib aparıldığını qeyd etmiş və müqavilələrin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ilk iddia üzrə iddiaçı müqavilələrin ləğv edilməsini tələb etsə də, onun məhkəmə iclaslarında verdiyi izahatlarından, eyni zamanda təqdim edilmiş digər iş materiallarından da aydın olduğu kimi o, X5 ilə alqı-satqı müqaviləsi bağlayarkən hər üç torpaq sahəsinin yüklü olduğunu,18 iyun 2029-cü il tarixədək icarəyə verilməsi barədə xəbərdar olmuş, bu şərtlərlə razılaşaraq müqavilələri bağlamışdır. Bundan başqa ilk iddia üzrə iddiaçı xx.xx.2024-cü il tarixdə X5 tərəfindən yazıldığı iddia edilən ərizəni məhkəməyə təqdim edərək buna əsasən qeyd etmişdir ki, torpaq sahələrinin keçmiş mülkiyyətçisi bu ərizə ilə ilk iddia üzrə cavabdehin icarə haqqını ödəmədiyini təsdiqləmişdir. Lakin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar və müvafiq izahatlardan göründüyü kimi qeyd edilən şəxs, yəni X5 həmin torpaq sahələrini Cavabdeh 6 il müddətinə verdiyini, icarə müqaviləsi bağladığını və onun 6 ilin pulunu əvvəlcədən verdiyini etiraf etmişdir. 2023-cü ildə isə ona pul lazım olması səbəbindən həmin torpaq sahələrini İddiaçı satdığını və həmin zaman torpaq sahələrinin 6 il müddətinə Eldara icarəyə verdiyini bildirmişdir. Eyni zamanda X6 polis şöbəsində verdiyi izahatında torpaq sahəsinin icarəyə verilməsindən xəbərdar olduğunu və alqı-satqı müqavilələrini torpaq sahələrinin 6 il müddətinə icarədə qalmaq şərtilə bağladığını bildirmişdir. Göründüyü kimi polis şöğbəsində verilən izahatlarla ilk iddia üzrə iddiaçının təqdim etdiyi ərizə, eyni zamanda bildirdiyi fikirlər arasında ziddiyyət mövcuddur. Məhkəmə qeyd edir ki, ilkin olaraq torpaq sahəsinin icarə müqavilləri bağlanmış, sonradan isə torpaq sahəsinin mülkiyyətçisi həmin torpaq sahələrini ilk iddia üzrə cavabdehə satmışdır. İlk iddiaçı hazırkı iddiada icarə haqqı tələb etməsə də, icarə müqavilələrinin ləğv edilməsini xahiş edir. Qanunvericilik müəyyən edir ki, torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmiş şəxs həmin torpaq sahəsinin ondan əvvəlki məhdudiyyət və yüklülükləri ilə qəbul edir və torpaq sahəsinin mülkiyyətçisi olmayan digər şəxslərin hüquqlarını pzomaqdan çəkinməlidirlər. İddiaçı hazırkı tələbdə, icarə haqqının ödənilməsi ilə bağlı iddia irəli sürməmişdir. Buna baxmayaraq torpaq sahəsinin əvvəlki mülkiyyətçisi qeyd edilən torpaq sahəsinə görə 6 illik icarə haqqını birdəfəyə aldığını müvafiq təhqiqat orqanlarında verdiyi izahatında bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Qeyd edilən torpaq sahələrinin əvvəlki mülkiyyətçisi Tərlan Əfəndiyevin xx.xx.2024cü il tarixdə yazdığı ərizəsinə əsaslanaraq “icarə müqavilələrinin bağlanmasının səhv olmasını bildirməsi”nə münasibətdə qeyd edilməlidir ki, qeyd edilən ərizənin mərhum T.Əfəndiyev tərəfindən yazılsa belə məhkəmə qeyd edilən sübutu qanunvericiliyin tələbinə zidd olan əsassız sübut olaraq qəbul edir. Belə ki, şəxs notarial qaydada icarə müqavilələri bağlayır, iradə ifadə edir, qarşı tərəfdə mülki dövriyyənin iştirakçısı olaraq inam-etibar yaratsa da sonradan mülkiyyətçi olmayan şəxslərin iradəsinə uyğun olmayan qeyd edilən ərizənin verilməsi ilə vicdanlı davranış nümayiş etdirmir və mülki dövriyyə iştirakçılarının qanuni etimad hüquqlarını əhəmiyyətli dərəcədə pozur. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: 1) həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; 2) müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Mülki Məcəllənin öhdəliklərin icrası zamanı vicdanlılığı müəyyən edən 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maenənin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair məhkəmə qeyd edir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, icarə müqaviləsinə əsasən torpaq sahələri Cavabdeh qanuni istifadəsində olsa da, İddiaçı məhkəmə iclasında verdiyi izahatından aydın olduğu kimi, o, özü birbaşa olaraq hazırkı mübahisənin onun xeyrinə həll olmadığı təqdirdə digər tərəfə torpaq sahəsini istifadəyə maneələr törədəcəyini aydın ifadə etmişdir. Məhkəmə mövcud halları qiymətləndirib yekun olaraq bu qənaətə gəlir ki, qarşılıqlı iddia “Cavabdeh qanuni istifadəsində olan Şəki rayonu, Baltalı kəndində yerləşən 1.6754 ha, 2.225 ha və 1.42 ha torpaq sahələrinin istifadəsinə yönələn cavabdeh İddiaçı tərəfindən edilən maneələr aradan qaldırılması” hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yekun olaraq bu nəticəyə gəlir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilərək Cavabdeh qanuni istifadəsində olan Şəki rayonu, Baltalı kəndində yerləşən 1.6754 ha, 2.225 ha və 1.42 ha torpaq sahələrinin istifadəsinə yönələn cavabdeh İddiaçı tərəfindən edilən maneələr aradan qaldırılmalı, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumları müvafiq olaraq tərəflərə aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 1,6754 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 18 iyun 2023-cü il tarixli icarə müqaviləsinin, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 2,225 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 18 iyun 2023-cü il tarixli icarə müqaviləsinin və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 1,42 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 18 iyun 2023-cü il tarixli icarə müqavilələrinin ləğv edilməsinə” dair ilk iddiası təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh qanuni istifadəsində olan Şəki rayonu, Baltalı kəndində yerləşən 1.6754 ha, 2.225 ha və 1.42 ha torpaq sahələrinin istifadəsinə yönələn cavabdeh İddiaçı tərəfindən edilən maneələr aradan qaldırılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar