Məhkəmə qərarları › İş №2-2(117)-1416/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-1416/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-1416/2024 20.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə hüququ əsasında iddiaçıya məxsus olan Yevlax rayonu, Kövər kəndində yerləşən reyestr nömrəsi **********61 olan 5.4 ha torpaq sahəsi, reyestr nömrəsi **********67 olan 3.1547 ha torpaq sahəsi, reyestr nömrəsi **********66 olan 3.67 ha torpaq sahəsi, reyestr nömrəsi **********68 olan 12 ha torpaq sahəsi, reyestr nömrəsi **********63 olan 16.2 ha torpaq sahəsi, reyestr nömrəsi **********64 olan 1.7 ha torpaq sahəsi, reyestr nömrəsi **********62 olan 5.6 ha torpaq sahəsi, reyestr nömrəsi **********65 olan 2.98 ha torpaq sahələri olmaqla, ümumilikdə 50.7 ha torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması, mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 559 manat və dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2022-ci il tarixdə icarəyə verən Yevlax rayon Kövər Bələdiyyəsi ilə icarəçi İddiaçı arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən tam mülkiyyət hüququ ilə ona məxsus Yevlax rayonu, Kövər kəndində yerləşən 5.4 ha torpaq sahəsini bütövlükdə icarəçiyə icarəyə verməyi, sonuncu isə illik 420 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə icarəyə verən Yevlax rayon Kövər Bələdiyyəsi ilə icarəçi İddiaçı arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən tam mülkiyyət hüququ ilə ona məxsus Yevlax rayonu, Kövər kəndində yerləşən 3.1547 ha torpaq sahəsini bütövlükdə icarəçiyə icarəyə verməyi, sonuncu isə illik 250 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə icarəyə verən Yevlax rayon Kövər Bələdiyyəsi ilə icarəçi İddiaçı arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən tam mülkiyyət hüququ ilə ona məxsus Yevlax rayonu, Kövər kəndində yerləşən 3.67 ha torpaq sahəsini bütövlükdə icarəçiyə icarəyə verməyi, sonuncu isə illik 285 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə icarəyə verən Yevlax rayon Kövər Bələdiyyəsi ilə icarəçi İddiaçı arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən tam mülkiyyət hüququ ilə ona məxsus Yevlax rayonu, Kövər kəndində yerləşən 12 ha torpaq sahəsini bütövlükdə icarəçiyə icarəyə verməyi, sonuncu isə illik 900 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə icarəyə verən Yevlax rayon Kövər Bələdiyyəsi ilə icarəçi İddiaçı arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən tam mülkiyyət hüququ ilə ona məxsus Yevlax rayonu, Kövər kəndində yerləşən 16.2 ha torpaq sahəsini bütövlükdə icarəçiyə icarəyə verməyi, sonuncu isə illik 1210 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə icarəyə verən Yevlax rayon Kövər Bələdiyyəsi ilə icarəçi İddiaçı arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən tam mülkiyyət hüququ ilə ona məxsus Yevlax rayonu, Kövər kəndində yerləşən 1.7 ha torpaq sahəsini bütövlükdə icarəçiyə icarəyə verməyi, sonuncu isə illik 160 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə icarəyə verən Yevlax rayon Kövər Bələdiyyəsi ilə icarəçi İddiaçı arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən tam mülkiyyət hüququ ilə ona məxsus Yevlax rayonu, Kövər kəndində yerləşən 5.6 ha torpaq sahəsini bütövlükdə icarəçiyə icarəyə verməyi, sonuncu isə illik 435 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə icarəyə verən Yevlax rayon Kövər Bələdiyyəsi ilə icarəçi İddiaçı arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən tam mülkiyyət hüququ ilə ona məxsus Yevlax rayonu, Kövər kəndində yerləşən 2.98 ha torpaq sahəsini bütövlükdə icarəçiyə icarəyə verməyi, sonuncu isə illik 240 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi Yevlax rayonu, Kövər kəndində yerləşən **********65 reyestr nömrəli 2.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlükdə (tam) İddiaçı icarəsinə verilmiş və bu daşınmaz əmlakın dövlət reyestrində qeydə qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi Yevlax rayonu, Kövər kəndində yerləşən **********62 reyestr nömrəli 5.6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlükdə (tam) İddiaçı icarəsinə verilmiş və bu daşınmaz əmlakın dövlət reyestrində qeydə qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi Yevlax rayonu, Kövər kəndində yerləşən **********64 reyestr nömrəli 1.7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlükdə (tam) İddiaçı icarəsinə verilmiş və bu daşınmaz əmlakın dövlət reyestrində qeydə qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi Yevlax rayonu, Kövər kəndində yerləşən **********63 reyestr nömrəli 16.2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlükdə (tam) İddiaçı icarəsinə verilmiş və bu daşınmaz əmlakın dövlət reyestrində qeydə qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi Yevlax rayonu, Kövər kəndində yerləşən **********68 reyestr nömrəli 12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlükdə (tam) İddiaçı icarəsinə verilmiş və bu daşınmaz əmlakın dövlət reyestrində qeydə qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi Yevlax rayonu, Kövər kəndində yerləşən **********66 reyestr nömrəli 3.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlükdə (tam) İddiaçı icarəsinə verilmiş və bu daşınmaz əmlakın dövlət reyestrində qeydə qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi Yevlax rayonu, Kövər kəndində yerləşən **********67 reyestr nömrəli 3.1547 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlükdə (tam) İddiaçı icarəsinə verilmiş və bu daşınmaz əmlakın dövlət reyestrində qeydə qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi Yevlax rayonu, Kövər kəndində yerləşən **********61 reyestr nömrəli 5.4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlükdə (tam) İddiaçı icarəsinə verilmiş və bu daşınmaz əmlakın dövlət reyestrində qeydə qeydiyyata alınmışdır. Bundan başqa torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədən görünür ki, Yevlax rayonu Kövər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 48 nömrəli qərarı və xx.xx.2005-ci il tarixli 11 nömrəli icarə müqaviləsi ilə Yevlax Rayonu Kövər Bələdiyyəsinin ərazisindən heyvandarlığın inkişafı məqsədi üçün 55 hektar, o cümlədən, 55 hektar örüş kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün 15 il müddətinə Cavabdeh verilmişdir. Yevlax Rayon Kövər Bələdiyyəsinin xx.xx.2020-ci il tarixdə Cavabdeh ünvanlanmış 34 nömrəli məktubunda Kövər bələdiyyəsinin icarə predmeti olan 55 hektar torpaq sahəsi xx.xx.2005-ci il tarixli 48 nömrəli qərarla icarə müqaviləsi əsasında (Şəhadətnamə JN- 8438 kod ********) icarəyə verilmiş, xx.xx.2020-ci il tarixdə icarə müqaviləsinin müddəti başa çatdığından torpaqğın qaytarılması xahiş edilir. Qeyd edilən məktub Cavabdeh tərəfindən imzalanaraq qəbul edilmişdir. Yevlax rayon Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə bağlanmış qeyd edilən icarə müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Həmin torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə dair xx.xx.2022-ci il tarixdə Yevlax rayon Bələdiyyəsi ilə icarə müqavilələri bağlanmışdır. Həmin torpaq sahəsinin Kövər Bələdiyyəsinin mülkiyyətinə qaytarılmasına dair xx.xx.2020-ci il tarixdə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq sonuncu torpaq sahəsini zəbt edərək, qanunsuz olaraq istifadə edir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsindən İddiaçı adına A seriyalı 905390 nömrəli, A seriyalı 905392 nömrəli, A seriyalı 905387 nömrəli, A seriyalı 905391 nömrəli, A seriyalı 905393 nömrəli, A seriyalı 905386 nömrəli, A seriyalı 905389 nömrəli, A seriyalı 905388 nömrəli mübahisə predmeti olan torpaq sahələrinin planı və ölçüsü hazırlanmışdır ki, həmin sənədlərdə qeyd edilən kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahələri icarə əsasında İddiaçı istifadəsinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsindən verilmiş mütəxəssis rəyi və yerquruluşu planı ilə müəyyən edilmişdir ki, Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Kövər bələdiyyəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemindəki xəritəsinə əsasən **********61, **********62, **********63, **********64, **********65, **********66, **********67 və **********68 reyestr nömrəli çıxarışlarla Yevlax rayonu, Kövər Bələdiyyəsinin mülkiyyətinə aid olan və vətəndaş İddiaçı icarəsinə verilmiş 50 ha torpaq sahəsi naturada vətəndaş Cavabdeh tərəfindən istifadə edilir. Məhkəmə Eskpertizası Mərkəzindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-10/7007 nömrəli ekspert rəyindən görünür ki, iddiaçının icarəsinə verilmiş 50 ha torpaq sahəsinin, naturada cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hazırda ünvan 1 ünvanında yaşayır. ünvan 2umilikdə 50.7 ha torpaq sahəsinin mülkiyyətçisidir. Həmin torpaq sahəsi 8 hissədən ibarətdir və hər birinin ayrıca mülkiyyət və texniki sənədləri var. Həmin torpaq sahələrini Yevlax Rayonu Kövər Bələdiyyəsindən xx.xx.2022-ci il tarixli İcarə müqavilələri əsasında 5 il müddətinə icarəyə götürmüş, xx.xx.2022-ci il tarixdə isə həmin icarə müqavilələri əsasında DƏDRX 17 saylı Ərazi İdarəsindən öz icarə hüququnu dövlət qeydiyyatına aldıraraq müvafiq çıxarışlar almışdır. Lakin o, artıq 2 aydır ki, qanuni əsaslarla özümə məxsus olan torpaq sahəsindən istifadə edə bilmir. Məsələ burasındadır ki, Cavabdeh adlı şəxs həmin torpaq sahələrində mal-qara saxlayır, qoyun otarır və bildirir ki, o, burdan çıxmayacaq, bir sözlə onun öz torpaq sahəmdən istifadəsinə imkan vermir. O, Cavabdeh dəfələrlə bildirmişdir ki, bu torpaq sahəsi qanunla ona məxsusdur və cavabdeh ordan çıxmalıdır, yoxsa hüquq-mühafizə orqanlarına müraciət edəcək. Lakin cavabdeh onun təkliflərini qəbul etməmiş, bundan sonra o, rəsmi şikayət ərizəsi ilə Yevlax Rayon Polis Şöbəsinə müraciət etmiş, Polis Şöbəsində araşdırma aparılmış, hər iki tərəfin izahatları alınmış, hətta torpaq sahəsinə baxış da keçirilərək mütəxəssis də dəvət olunmuşdur. Lakin məsələnin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək lazım gəlmişdir. Bu gün o, qanuni əsaslarla əldə etdiyi və dövlət qeydiyyatına alınan torpaq sahəsindən istifadə edə bilmir, səbəb isə bir şəxsin qanunazidd əməlləri nəticəsində həmin torpaq sahəsini zəbt edərək ondan qanunsuz istifadə etməsi və ordan çıxmamasıdır. Odur ki, hazırki tələbə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verdi və verilən ekspert rəyi ilə razı olduqlarını bildirdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqavilələri, çıxarışlar, arayış, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, mütəxəssis rəyi, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 148.1. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. Belə ki, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədən göründüyü kimi Yevlax rayonu Kövər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 48 nömrəli qərarı və xx.xx.2005-ci il tarixli 11 nömrəli icarə müqaviləsi ilə Yevlax Rayonu Kövər Bələdiyyəsinin ərazisindən heyvandarlığın inkişafı məqsədi üçün 55 hektar, o cümlədən, 55 hektar örüş kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün 15 il müddətinə Cavabdeh verilmiş, həmin icarə müqaviləninin müddəti xx.xx.2020-ci il tarixdə bitmiş, həmin torpaq sahəsinin Kövər Bələdiyyəsinin mülkiyyətinə qaytarılmasına dair xx.xx.2020-ci il tarixdə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq sonuncu torpaq sahəsini zəbt edərək, qanunsuz olaraq istifadə edir. Yevlax rayon Kövər Bələdiyyəsi ilə icarəçi İddiaçı arasında bağlanmış müxtəlif ölçülərdə olan torpaq sahələrinin sonuncuya icarəyə verilməsi ilə bağlı icarə müqavilələrinə əsasən ümumilikdə 50.7 ha torpaq sahəsi İddiaçı icarəsinə verilmiş və sonuncu torpaq sahələrindən istifadəyə dair müxtəlif məbləğdə illik icarə ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlardan göründüyü kimi Yevlax rayonu, Kövər kəndində yerləşən **********65 reyestr nömrəli 2.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlükdə (tam), Yevlax rayonu, Kövər kəndində yerləşən **********62 reyestr nömrəli 5.6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlükdə (tam), Yevlax rayonu, Kövər kəndində yerləşən **********64 reyestr nömrəli 1.7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlükdə (tam), **********63 reyestr nömrəli 16.2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlükdə (tam), Yevlax rayonu, Kövər kəndində yerləşən **********68 reyestr nömrəli 12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlükdə (tam), Yevlax rayonu, Kövər kəndində yerləşən **********66 reyestr nömrəli 3.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlükdə (tam), Yevlax rayonu, Kövər kəndində yerləşən **********67 reyestr nömrəli 3.1547 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlükdə (tam), Yevlax rayonu, Kövər kəndində yerləşən **********61 reyestr nömrəli 5.4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlükdə (tam) olmaqla ümumilikdə 50.7 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı icarəsinə verilmiş və bu hal hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa məhkəmə cavabdehin təqdim etdiyi sənədlərə münasibətdə qeyd edilir ki, JN-8438 kod 90108028 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə ilə Yevlax Rayonu Kövər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 48 nömrəli qərarı və həmin tarixli icarə müqaviləsi ilə həmin kənd ərazisindən heyvandarlığın inkişakı üçün 55 hektar torpaq sahəsi 15 il müddətinə Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. Yuxarıda qeyd edilən sənədlərlə müəyyən edilir ki, həmin müddət xx.xx.2020-ci il tarixdə artıq bitmişdir. Bununla yanaşı iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının rəyində mübahisə tərəflərinin iştirakı ilə torpaq sahələrinə baxışın keçirilməsi və hər iki tərəfin torpaq sahələri ilə bağlı təqdim edilmiş sənədlər əsasında müvafiq rəyin verildiyi qeyd edilmişdir. Buna görə də məhkəmə də təqdim edilmiş mütəxəssis və ekspert rəyini təqdim edilmiş sübutlar əsasında istisna edəcək arqument müəyyən edilmədiyindən məhkəmə tərəfindən qeyd edilən rəylər əsas sübut olaraq qəbul edilir. Bundan əlavə qeyd edilən sənədlərlə cavabdehin 50 il müddətinə icarəsinə verilən torpaq sahəsi hazırki mübahisə predmeti olan torpaq sahələrinin koordinatları ilə eynilik təşkil etməməsilə yanaşı, həmçinin qeyd edilən sənədlərdə icarəyə verilməsindən söhbət gedən torpaq sahəsi 55 ha ölçüdə olmaqla Yevlax-Xankəndi dəmir yolunun sağ hissəsində, “Çinar” kəndli fermer təsərrüfatlarının torpaqları ilə həmsərhəd ərazidə yerləşən torpaq sahəsi olmuşdur ki, qeyd edilən torpaq sahəsi hazırki mübahisələndirilən torpaq sahələri ilə eynilik təşkil etmir. Hazırki vəziyyətdə iş materiallarından da göründüyü kimi mübahisə predmeti olan 2.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 5.6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 1.7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 16.2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 3.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 3.1547 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 5.4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla ümumilikdə 50,7 ha torpaq sahəsi iddiaçının icarə müqavilələri əsasında icarəsinə verilmiş və bu Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar üzrə qeydə alınmışdır. Göründüyü kimi iddiaçının həmin daşınmaz əmlaklar üzərində icarə əsasında hüquqları vardır ki, cavabdehin həmin torpaq sahələrindən qanunsuz istifadə etməyə və iddiaçının həmin əmlaklardan istifadəsinə maneəsi yolverilməzdir. Bununla yanaşı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsindən İddiaçı adına A seriyalı 905390 nömrəli, A seriyalı 905392 nömrəli, A seriyalı 905387 nömrəli, A seriyalı 905391 nömrəli, A seriyalı 905393 nömrəli, A seriyalı 905386 nömrəli, A seriyalı 905389 nömrəli, A seriyalı 905388 nömrəli mübahisə predmeti olan torpaq sahələrinin planı və ölçüsü hazırlanmışdır ki, həmin sənədlərdə qeyd edilən kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahələri icarə əsasında İddiaçı istifadəsinə verilmişdir. Göründüyü kimi qanuni əsaslarla bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri iddiaçının 2022-ci il tarixdən icarəsinə verilmiş, bununla əlaqədar icarə müqavilələri bağlanmış və iddiaçının adına hüquqi və texniki sənədlər hazırlanmışdır. Məhkəmə araşdırması zamanı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Kövər bələdiyyəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemindəki xəritəsinə əsasən **********61, **********62, **********63, **********64, **********65, **********66, **********67 və **********68 reyestr nömrəli çıxarışlarla Yevlax rayonu, Kövər Bələdiyyəsinin mülkiyyətinə aid olan və vətəndaş İddiaçı icarəsinə verilmiş 50 ha torpaq sahəsi naturada vətəndaş Cavabdeh tərəfindən istifadə edilir. Eyni zamanda Məhkəmə Eskpertizası Mərkəzindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7007 nömrəli ekspert rəyindən görünür ki, iddiaçının icarəsinə verilmiş 50 ha torpaq sahəsinin, naturada cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi olmasa da, qanuni əsaslarla, yəni icarə əsasında mübahisə predmeti olan torpaq sahələrinə sahiblik edir və onun mülkiyyətçi olmasa da, sahibliyində olan torpaq sahəsini başqasının qanunsuz sahibliyindən geri tələb etmək və bununla da hazırki iddianı irəli sürmək üçün subyektiv hüququ vardır ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, təqdim edilmiş mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7007 nömrəli ekspert rəyindən göründüyü kimi Yevlax rayonu, Kövər kəndində yerləşən iddiaçının icarəsinə verilmiş ümumilikdə 50 ha torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz istifadə edilir ki, belə olan halda iddiaçının tələbi 50 ha torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması hissəsində əsaslıdır və bu səbəbdən həmin hissədə təmin edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının icarəsinə verilmiş ümumilikdə 50 ha torpaq sahəsindən heç bir hüquqi əsas olmadan istifadə etdiyindən iddia tələbi qismən təmin edilməli, Yevlax rayonu, Kövər kəndində yerləşən iddiaçının icarəsinə verilmiş ümumilikdə 50 ha torpaq sahəsindən cavabdeh çıxarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa iddiaçı onun tərəfindən mütəxəssis rəyinin alınması üçün ödənilmiş 559 manat pulu da cavabdehdən tələb edir ki, iddiaçı buna dair qəbzi məhkəməyə təqdim etmişdir. Bu səbəbdən də ödənilmiş 559 manat pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, aparılmış ekspertizanın dəyəri olaraq 100 manat ekspert xərcinə görə ödənilməli məbləğ cavabdehdən tutularaq müvafiq qaydada ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən iddiaçı tərəfindən 100 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehdən tələb etdiyindən 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə : Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan Yevlax rayonu, Kövər kəndində yerləşən reyestr nömrəsi **********61 olan 5.4 ha torpaq sahəsi, reyestr nömrəsi **********67 olan 3.1547 ha torpaq sahəsi, reyestr nömrəsi **********66 olan 3.67 ha torpaq sahəsi, reyestr nömrəsi **********68 olan 12 ha torpaq sahəsi, reyestr nömrəsi **********63 olan 16.2 ha torpaq sahəsi, reyestr nömrəsi **********64 olan 1.7 ha torpaq sahəsi, reyestr nömrəsi **********62 olan 5.6 ha torpaq sahəsi, reyestr nömrəsi **********65 olan 2.98 ha torpaq sahəsinin ümumilikdə 50 ha hissəsindən Cavabdeh çıxarılsın. Cavabdeh 100 manat dövlət rüsumu və 559 manat mütəxəssis rəyinin verilməsi üçün rüsum tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 100 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar