Məhkəmə qərarları › İş №2-2(117)-16/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-16/2024

18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-16/2024 18.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Cavabdeh, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 kv.m olan qeyri-yaşayış binasından 36 ay müddətində istifadə, sahiblik və sərəncam verə bilməməsi nəticəsində əldən çıxmış faydanın (dəymiş ziyanın) əvəzi olan 21600 manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 154,8 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddiaçının mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən ümumi sahəsi 57 kv.m olan qeyri-yaşayış binasının cavabdeh tərəfindən sökülmüş uzunluğu 9,40 metr, eni 35 santimetr olan kərpicdən istifadə edilərək inşa edilmiş sağ yan divarın cavabdehin hesabına bərpa edilməsi, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 kv.m olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş - əmlakın girişi hissəsinin ön hissəsinə quraşdırdığı konstruksiya vasitəsi ilə əmlaka daxil olmağa qoymamaqla müşayət olunan qərəzli hərəkətlərinə son qoyulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə İddiaçı) iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək “Cavabdeh (bundan sonra mətndə cavabdeh), İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş- əmlakın giriş hissəsinə quraşdırdığı konstruksiya vasitəsi ilə əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması” barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli e-2(019)-607/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 2(107)-113/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə qismən təmin edilmiş və Balakən Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək aidiyyəti üzrə baxılması üçün iş Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 2(107)-113/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-3969/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Həmin iş 2- 2(117)-1348/2023 nömrəsi ilə Şəki Kommersiya Məhkəməsinin icraatına götürülmüş, icraatda olan işlərin növbəti ilə keçirilməsi ilə əlaqədar işin nömrəsi 2-2(117)-35/2024 olmuşdur. Eyni zamanda, İddiaçı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən, ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasından 36 (otuz altı) ay müddətində istifadə, sahiblik və sərəncam verə bilməməsi nəticəsində əldən çıxmış faydanın (dəymiş ziyanın) əvəzi olan 21.600 (iyirmi bir min altı yüz) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 154,8 (bir yüz əlli dörd manat səksən qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasının Cavabdeh tərəfindən sökülmüş, uzunluğu 9,40 metr (doqquz metr qırx santimetr) eni 35 (otuz beş) santimetr olan kərpiçdən (bağlayıcı və suvaq kimi qumsement qarışığı) istifadə edilərək inşa edilmiş sağ yan divarın cavabdehin hesabına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-128/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-1117/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(019)-128/2023 nömrəli qətnaməsi ləğv edilərək aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin iş 2-2(117)-1219/2023 nömrəsi ilə Şəki Kommersiya Məhkəməsinin icraatına götürülmüş, icraatda olan işlərin növbəti ilə keçirilməsi ilə əlaqədar işin nömrəsi 2-2(117)-16/2024 olmuşdur. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən icraatda olan yuxarıda qeyd edilən hər iki iş üzrə tərəflər eyni olmaqla yanaşı, tərəflər arasında yaranmış mübahisə eyni qeyri-yaşayış sahəsi ilə əlaqədar olduğundan 2-2(117)-35/2024 nömrəli iş 2-2(117)-16/2024 nömrəli işə birləşdirilmiş, həmin işə bir icraatda baxılmışdır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində işə baxan hakimə etiraz məhkəməyə təqdim olunmuş, etirazında işin baxılmasının başqa hakimə verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş, xx.xx.2024-cü il tarixində işə baxan hakim Məcidov Rüfət Azadəli oğlu tərəfindən “İddiaçı tərəfindən verilmiş etirazın təmin olunması və işin onun icraatından alınması” barədə təqrirlə Şəki Kommersiya Məhkəməsinin sədrinə təqdim edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı etirazı təmin olunmuş və iş baxılmaq üçün məhkəmənin digər hakiminin icraatına verilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binası və qanuni istifadəsində 0,0073 ha torpaq sahəsi vardır. Qeyd olunan əmlaklar üzərində iddiaçının mülkiyyət hüququ 31 yanvar 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. İş üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasını və qanuni istifadəsində 0,0073 ha torpaq sahəsini zəbt etmişdir. Nəticədə İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasından çıxarılma tələbinə dair iddia ərizəsi ilə Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(019)-234/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasından çıxarılması qət edilmişdir. İş üzrə Cavabdeh Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(019)-234/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti, daha sonra isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməsinə baxmayaraq, sonuncunun şikayətləri təmin olunmamışdır. Hazırda iş üzrə Cavabdeh görüntü xatirinə İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasından çıxdığını bəyan etsə də, faktiki olaraq onun-İddiaçı mülkiyyət hüququnu pozmaqda davam edir. Belə ki, iş üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən qeyri-yaşayış binasının ön tərəfinə konstruksiya qurtaşdırmaqla (qapı qoymaqla) iddiaçının ora daxil olmasının qarşısını almışdır. Həmçinin Cavabdeh 2019-cu ilin noyabr ayından (qeyri-yaşayış binasından çıxarılma tələbi ilə bağlı məhkəməyə iddia ərizəsinin təqdim olunmasından) bu günədək İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasını zəbt etmiş və nəticədə iddaçını aylıq ortalama əldə edə biləcəyi 600-700 manat gəlirdən məhrum etmişdir. Bununla yanaşı, Cavabdeh iddiaçının mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasının sağ arakəsmə divarını sökmüş və qeyri-yaşayış binasının sahəsini istifadəsində olan qonşu qeyri-yaşayış binasına daxil etmişdir. İddiaçı hesab edir ki, Cavabdeh, iddiaçının mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş-əmlakın giriş hissəsinə quraşdırdığı konstruksiya vasitəsi ilə əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulmalı; qeyri-yaşayış binasının arakəsmə divarı cavabdeh tərəfindən bərpa edilməlidir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən iddia tələbinin azaldılması ilə bağlı ərizə məhkəməyə təqdim edilmiş və ərizəsində bildirmişdir ki, İddiaçı dəymiş ziyanla bağlı hissədə iddiasının tələb hissəsini iddiadan çıxarır və “Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmişəmlakın giriş hissəsinə quraşdırdığı konstruksiya vasitəsi ilə əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli etiraz onunla əsaslandırılmışdır ki, mübahisələndirilinən ərazi hərrac yolu ilə özü (Cavabdeh) tərəfindən 20000 manata alınmış və İddiaçı adına sənədləşdirilmişdir. xx.xx.2018-ci ildə onlar arasında icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən 57 kv.m ərazisi olan qeyriyaşayış binası aylıq icarə haqqı 50 manat olmaqla onun tərəfindən icarəyə götürülmüşdür. Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən obyektin arakəsməsi divar yox, taxta və fanerdən hazırlanmış, sonradan köhnə olduğundan sınıb tökülmüşdür. Obyektə baxış zamanı qeyd olunan divarın faktiki olaraq mövcud olmadığı müəyyən olunmuşdur. Divarın taxtadan və kərpicdən olmasına dair heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Onun tərəfindən mağazanın qarşısında quraşdırılmış konstruksiya X4 Bazarı ASC-nin ərazisində yerləşmişdir. Həmin konstruksiyanın quraşdırılmasında məqsəd, ərazidə əlavə mağazalarımın olması və həmin mağazaların qarşısını bağlamaq olmuşdur. Sahəsi 57 kv.m olan qeyri-yaşayış sahəsi və binanın yerləşdiyi 0.0073 ha torpaq sahəsi dövlət torpağına aiddir və konstruksiyanın sökülməsi ilə bağlı iddianı ancaq Balakən Bazar ASC qaldıra bilər. İddiaçı iddia tələbi əsassızdır və rədd olunmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mütəxəssis rəyi qərəzli şəkildə tərtib edilmişdir. Həmin rəyin nəzərə alınmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh izahatı zamanı ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 kv.m olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsinin giriş hissəsinin ön hissəsində konstruksiya quraşdırılmışdır. Həmin konstruksiya iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sahibkar X2 tərəfindən 21 aprel 2022ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən,torpaq sahəsi 73 kv.m, ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasının ortalama aylıq kirayə haqqı 600 (altı yüz) -700 (yeddi yüz) manat aralığındadır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Qarayev Kamran tərəfindən tərtib olunmuş arayışdan görünür ki, Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən, ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasının ortalama aylıq kirayə haqqı 200 (iki yüz) -250 (iki yüz əlli) manat aralığındadır. Həmçinin iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı, 57 kv.m qeyri-yaşayış sahəsinin 27 kv.m hissəsini icarəyə götürən Cavabdeh aylıq 50 manat olmaqla icarəyə vermişdir. Eyni zamanda Dövlət Vergi Xidməti 13 Saylı Ərazi Vergilər İdarəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışdan da göründüyü kimi, xx.xx.2018-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında **********761300 qeydiyyat nömrəli icarə müqaviləsi bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş MA seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Balakən şəhəri S.Gözəlov küçəsi (bazar ərazisi) 0.0073 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 57 kv/m olan qeyri –yaşayış binası (mağaza) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələlələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Çıxarışdan görünür ki, Balakən şəhəri, S.Gözəlov küçəsi 0.00994 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 84.10 kv.m olan qeyri-yaşayış binası (mağaza) Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 22 iyun 2021-ci il tarixdə verilmiş qeyri-yaşayış binasının Texniki pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası Cavabdeh adınadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “X3 Mərkəzi” MMC tərəfindən verilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli Hesabatdan görünür ki, həmin hesabat Balakən şəhəri, S.Gözəlov küçəsi bazar ərazisində yerləşən 57 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri və aylıq icarə haqqının nə qədər təşkil etməsi ilə bağlı tərtib edilmiş, Balakən şəhəri, S.Gözəlov küçəsi bazar ərazisində yerləşən faktiki olaraq 73 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri və aylıq icarə haqqının dəyəri -bazar dəyəri 83.500 (səksən üç min beş yüz manat) AZN, aylıq icarə haqqı isə 600 (altı yüz) manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-234/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh seriya №MA02895 saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri, Balakən bazarı ərazisində olan ümumi sahəsi 57 kv/m olan birmərtəbəli qeyri-yaşayış binası-mağazadan çıxarılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, həmin qərarla Balakən Rayon Məhkəməsinin 2(019)-234/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08 iyun 2023-cü il tarixdə verilmiş 10/864 nömrəli ekspert rəyindən görünür ki,mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasport sənədlərindən görünür ki, qeyd olunan qeyri-yaşayış binasının girişə nisbətdə sağ hissəsində ümumi uzunluğu 9.40 metr olan divar mövcuddur. Lakin tədqiq olunan ünvanda baxış zamanı qeyd olunan divarının faktiki olaraq mövcud olmadığı söküldüyü müəyyən olunur. Tikililərin hansı tarixdə sökülməsinin müəyyən edilməsinə dair metodika olmadığından tədqiq olunan divarın nə vaxt sökülməsinin müəyyən edilməsi üzrə tədiqat aparılmadı. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli yerində müayinə protokolundan görünür ki, Balakən Rayon Məhkəməsi və tərəflərin iştirakı ilə İddiaçı Cavabdeh qarşı Cavabdeh, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş- əmlakın giriş hissəsinə quraşdırdığı konstruksiya vasitəsi ilə əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair mülki işə baxılması ilə bağlı iddianın predmetini təşkil edən mübahisə obyekti üzrə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MA ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində Balakən Bazarı ərazisində yerləşən ümumi sahəsi 57 kv.metr olan birmərtəbəli qeyri-yaşayış binasının-mağaza binasının ön hissəsində bazar ərazisi tərəfindən bir giriş-çıxış vardır. Cavabdeh tərəfindən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən qeyriyaşayış binasının-mağaza binasının ön tərəfinə-giriş hissəsinə konstruksiya quraşdırılmışqapı qoyulmuşdur və həmin konstruksiya İddiaçı xüsusi mülkiyyətində olan mağaza binasına daxil olmasının qarşısını alır. Cavabdeh Xanlayev X1 Elmira Cavad qızının mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən qeyriyaşayış binasının-mağaza binasının ön tərəfinə-giriş hissəsinə konstruksiya quraşdırmasını-qapı qoymasını etiraf etmiş və tezliklə həmin konstruksiyanı götürəcəyini bildirmişdir. Yerində müayinə zamanı həmçinin müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən qeyriyaşayış binasına-mağaza binasına daxil olmaq və oradan çıxımaq üçün cavabdeh tərəfindən konstruksiya quraşdırılmış (qapı qoyulmuş) giriş-çıxışdan başqa digər giriş-çıxış yolu yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 2(107)-113-2023 nömrəli işlə bağlı ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X6 Reyestri Publik Hüquqi Şəxsin 12 Saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: 1-ci sualı üzrə - İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir. 2-ci sual üzrə - İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsinin koordinatları, cavabdeh və iddiaçının naturada istifadə etdikləri torpaq sahələrinin yerləşmə vəziyyəti, ölçüləri mütəxəssis rəyinə əlavə edilmiş yer quruluşu planı -1 də göstərilmişdir. 3-cü sual üzrə - İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsinin girişi hissəsinin ön hissəsində konstruksiya quraşdırılmışdır. 4-cü sual üzrə - İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsinin girişi hissəsinin ön hissəsində quraşdırılmış konstruksiya iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Quraşdırılmış konstruksiyanın yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yer quruluşu planı -2 də göstərilmişdir. 5-ci sual üzrə - Tikililərdən istifadəyə maneənin yaradılıb-yaradılmamasının müəyyən edilməsi Mühəndis-Texniki Ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara məhkəmə qərarları, çıxarışlar, icarə müqaviləsi, ekspert mütəxəssis rəyləri, texniki passport və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İlk öncə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflərin subyektiv tərkibi kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar) olduğundan və mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığından hazırkı işə kommersiya məhkəmələri tərəfindən baxılmışdır. Məhkəmə ilkin olaraq müəyyən etmişdir ki, mübahisə predmeti olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binası və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsi olmaqla İddiaçı mülkiyyətindədir, iddiaçı həmin mağzanın Cavabdeh tərəfindən istifadə edildiyindən, iddiaçı həmin mağaza üzərində sahiblik və istifadə hüququndan məhrum olmuşdur. İddiaçı qeyd edir ki, 2019-cu ilin noyabr ayında Balakən Rayon Məhkəməsinə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 2(019)- 234/2020 nömrəli, 31 may 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MA ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində Balakən Bazarı ərazisində yerləşən ümumi sahəsi 57 kv.metr olan birmərtəbəli qeyri-yaşayış binasımağaza binasından çıxarılması qərara alınmış və həmin qərar öz qanuni qüvvəsini almışdır. Qeyd edilən qərara xx.xx.2022-ci il tarixdə icra olunduğundan, Balakən rayon icra və Probasiya şöbəsinin eyni tarixli qərarı ilə icra üzrə icraata xitam verilmişdir. Məhkəmə təqdim olunmuş sübutlar əsasında müəyyən edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətinin zəbt edilməsi prosesi baxmayaraq ki, cavabdeh həmin qeyriyaşayış sahəsindən çıxarılmışdır, hazırkı vaxta kimi davam etmişdir. Belə ki, mübahisəli mağazanın öz mağazasına bitişik ara divarının sökülməsi, qarşısının dəmir konstruksiya ilə bağlanması, iş materiallarında olan müvafiq mütəxəssis və ekspert rəyləri ilə öz təsdiqini tapmış və bütün bunlar iddiaçının hazırkı vaxta kimi mübahisə predmeti olan mağazasından istifadəsinə ciddi maneə yaratmışdır. Cavabdeh tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsaslanaraq qeyd edir ki, tərəfər arasında icarə münasibəti hazırkı vaxta kimi davam etmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən icarə müqaviləsi ilə bağlı iddiaçı tərəf mülahizələrini bildirməmişdir. Müəyyən edilən fakt odur ki, qeyd edilən müqavilə xx.xx.2020-ci il tarixədək bağlanmışdır. Məhkəmə bildirir ki, iddiaçının 2019-cu ilin noyabr ayında cavabdehin həmin mağazadan çıxarılması ilə bağlı məhkəməyə müraciət etməsi və məhkəmə tərəfindən iddianın təmin edilməsi onu təsdiq edir ki, artıq həmin vaxtdan icarə müqaviləsi iddiaçı tərəfin iradəsi ilə ləğv edilmiş və bu işin mübahisəsiz haldır. Qeyd edilən müqavilə xx.xx.2020-ci il tarixdə xitam verilsə belə, məhkəmə bildirir ki, iddiaçının öz mülkiyyətindən hazırkı vaxta kimi məhrum olması sübuta yetirilir. Hazırkı iddialarda baxılan və həqiqiliyi araşdırılıb sübut olunan iddia tələbləri bunu sübut edir. Ona görə də iddiaçının öz mağazasından cavabdehin təqsirli hərəkətləri nəticəsində 36 ay müddətində istifadə edə bilməməsi və gəlir gəldə edə bilməməsi təsdiq edilir. Ona görə də iddia tələbinin iddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m olan qeyri-yaşayış binasından 36 ay müddətində istifadə, sahiblik və sərəncam verə bilməməsi nəticəsində əldən çıxmış faydanın (dəymiş ziyanın) əvəzini tələb etmək hüququ tanınır. İddiaçı bunun üçün 21600 manat pul tələb edir. Məhkəmə isə qeyd edilən məbləğlə aşağıdakı əsaslara görə qismən razılaşır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş “X3 Mərkəzi” MMC tərəfindən verilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli Hesabatdan görünür ki, həmin hesabat Balakən şəhəri, S.Gözəlov küçəsi bazar ərazisində yerləşən 57 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri və aylıq icarə haqqının nə qədər təşkil etməsi ilə bağlı tərtib edilmiş hesabtda qeyd edilir ki, Balakən şəhəri, S.Gözəlov küçəsi bazar ərazisində yerləşən faktiki olaraq 73 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri və aylıq icarə haqqının dəyəri -bazar dəyəri 83.500 (səksən üç min beş yüz manat) AZN, aylıq icarə haqqı isə 600 (altı yüz) manat təşkil edir. Digər qiymətləndirici olan X2 tərəfindən 21 aprel 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən,torpaq sahəsi 73 kv.m, ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasının ortalama aylıq kirayə haqqı 600 (altı yüz) -700 (yeddi yüz) manat aralığındadır. Digər qiymətləndirici olan xx.xx.2022-ci il tarixli Qarayev Kamran tərəfindən tərtib olunmuş arayışdan görünür ki, Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən, ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasının ortalama aylıq kirayə haqqı 200 (iki yüz) -250 (iki yüz əlli) manat aralığındadır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş “X3 Mərkəzi” MMC tərəfindən verilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli Hesabatdan görünür ki, aylıq icarə haqqı məbləği 57 kv/m üçün yox, 73 kv/m sahədən üçün hesablanmışdır. Bu hesablamanın nəticəsi olaraq həmin ərazidə 1 kv/m-lik sahə üçün 8.31 manat orta təklif qiyməti, 73 kv/m ərazinin icarə müqaviləsi bu hesablamaya görə bir aylıq 600 manat məbləğində müəyyən olunmuşdur. Lakin, hazırda mübahisələndirilən qeyriyaşayış sahəsi 73 kv/m yox, məhz 57 kv/m olan qeyri-yaşayış sahəsidir. Bununlada müəyyən edilir ki, 57 kv/m-lik qeyri-yaşayış sahəsinin icarə haqqı 57 x 8.31=473.67 manat təşkil edir. Məhkəmə qeyd edilən mağzanın aylıq icarə haqqını müəyyən edərkən yalnız iddiaçı tərəfin deyil, cavabdeh tərəfin də təqdim etdiyi sübutlara kompleks yanaşılmasını məqsədəuyğun hesab edir. Belə ki, qanunla məhkəmənin üzərinə qanunla sübutlara qərəzsiz, tam, hərtərəfli və obyektiv baxıb qiymətləndirmək vəzifəsi qoyulmuşdur. Beləliklə məhkəmə hər iki tərəfin iddiaçı tərəfin təqdim etdiyi mütəxəssis rəy və arayışlarında 53 kv/m mağaza üçün hesablanmış 473,67 manat icarə haqqı və cavabdehin təqdim etdiyi 250 manat icarə haqqı qiymətləri nəzərə almaqla ortaq məbləğin müəyyən edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə hesab edir ki, 57 kv/m olan qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 361.8 manat olmalıdır. Hesablama: 473.67 + 250 = 723.67 manat, 723.67 / 2 = 361.835 manat. Bu hesablama ilə 36 aylıq icarə haqqının məbləği 13,026.06 (361.835 x 36 ay = 13,026.06) manat təşkil edir. Məhkəmə iddia tələbinin bu hissəsində belə qənaətə gəlir ki, Cavabdeh Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 kv.m olan qeyriyaşayış binasından 36 ay müddətində istifadə, sahiblik və sərəncam verə bilməməsi nəticəsində əldən çıxmış fayda olan 13 026,06 manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş - əmlakın girişi hissəsinin ön hissəsinə quraşdırdığı konstruksiya vasitəsi ilə əmlaka daxil olmağa qoymamaqla müşayət olunan qərəzli hərəkətlərinə son qoyulması” hissəsinə münasibətdə hesab edir ki, tələb qanuni olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli yerində müayinə protokolundan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MA ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində Balakən Bazarı ərazisində yerləşən ümumi sahəsi 57 kv.metr olan birmərtəbəli qeyri-yaşayış binasının-mağaza binasının ön hissəsində bazar ərazisi tərəfindən bir giriş-çıxış vardır. Cavabdeh tərəfindən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən qeyri- yaşayış binasının-mağaza binasının ön tərəfinəgiriş hissəsinə konstruksiya quraşdırılmış- qapı qoyulmuşdur və həmin konstruksiya İddiaçı xüsusi mülkiyyətində olan mağaza binasına daxil olmasının qarşısını alır. Cavabdeh Xanlayev X1 Elmira Cavad qızının mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən qeyri-yaşayış binasının-mağaza binasının ön tərəfinə-giriş hissəsinə konstruksiya quraşdırmasını-qapı qoymasını etiraf etmiş və tezliklə həmin konstruksiyanı götürəcəyini bildirmişdir. Yerində müayinə zamanı həmçinin müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən qeyri-yaşayış binasına-mağaza binasına daxil olmaq və oradan çıxımaq üçün cavabdeh tərəfindən konstruksiya quraşdırılmış (qapı qoyulmuş) girişçıxışdan başqa digər giriş-çıxış yolu yoxdur. Məhkəmə xx.xx.2023-cü il tarixli 2(107)-113-2023 nömrəli işlə bağlı ekspert rəyində qeyd edilən halları, eyni zamanda tərəflərin məhkəmə icasında verdikləri izahatları ilə qeyd edilən mağazadan istifadəyə maneə törətmə ilə bağlı əmlakın girişi hissəsinin ön hissəsinə dəmir konstruksiyanın quraşdırdırılması faktını müəyyən etmişdir. Həmin konstruksiya iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşməsə belə, iddiaçının mağazasına girişinə hər hansı bir maneə törətməməlidir. Qanunvericiliyin tələbinə görə qeyd edilən mübahisə predmeti olan mağazanın texniki və hüquqi sənədlərində həmin mağazaya zəruri giriş yolu başqa şəxsin mülkiyyətində olsa belə bağlana bilməz. Məhkəmə iddia tələbinin “iddiaçının mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən ümumi sahəsi 57 m olan qeyri-yaşayış binasının cavabdeh tərəfindən sökülmüş uzunluğu 9,40 metr, eni 35 santimetr olan kərpicdən istifadə edilərək inşa edilmiş sağ yan divarın cavabdehin hesabına bərpa edilməsi” hissəsinə münasibətdə hesab edir ki, tələb əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasport sənədindən görünür ki, qeyd olunan qeyriyaşayış binasının girişə nisbətdə sağ hissəsində ümumi uzunluğu 9.40 metr olan divar mövcuddur. Lakin tədqiq olunan ünvanda baxış zamanı qeyd olunan divarın faktiki olaraq mövcud olmadığı, söküldüyü müəyyən olunmuşdur. Tikililərin hansı tarixdə sökülməsinin müəyyəyn edilməsi ilə bağlı metodika olmadığından divarın nə vaxt sökülməsinini müəyyən etmək üçün tədqiqat aparılmamışdır. Məhkəmə hesab edir ki, sökülmüş divarın yerləşdiyi obyekt hal-hazırki dövrə qədər Cavabdeh icarəsində olduğundan və divarın sökülməsi həmin dövrə təsadüf etdiyindən onun bərpası Cavabdeh tapşırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə 100 manat bir iddia tələbi üzrə, digəri üzrə isə 154,8 manat dövlət rüsumu ödənilmişdir. İddia qismən təmin edildiyindən 154,8 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu digər hissədə iddiaçının özünə aid edilməlidir. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 kv.m olan qeyri-yaşayış binasından 36 ay müddətində istifadə, sahiblik və sərəncam verə bilməməsi nəticəsində əldən çıxmış fayda olan 13 026,06 manat pul və iddianın qaldırılması üçün ödənilmiş 154,8 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilsin. Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən ümumi sahəsi 57 kv.m olan qeyriyaşayış binasının sökülmüş uzunluğu 9,40 metr, eni 35 santimetr olan kərpicdən istifadə edilərək inşa edilmiş sağ yan divarı Cavabdeh hesabına bərpa edilsin. İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 kv.m olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş əmlakın girişi hissəsinin ön hissəsinə quraşdırdığı konstruksiya vasitəsi ilə əmlaka daxil olmağa qoymamaqla müşayət olunan hərəkətlərə son qoyulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar