Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-231/2024 12.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi İddiaçı QSC “xxxx” Kommersiya Bankının (ləğv prosesində olan) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC “xxxx” Kommersiya Bankının (ləğv prosesində olan) Cavabdeh qarşı “müqavilə əsasında yaranmış 143744.90 ABŞ dolları əsas, 109321.92 ABŞ dolları faiz, 30427.41 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 28848.80 ABŞ dolları faiz borcu, iş üzrə ödənilmiş 976 manat dövlət rüsumu və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı oltaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evi olan ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən gec 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC “xxxx” Kommersiya Bankı Cavabdeh qarşı “müqavilə əsasında yaranmış 141957.30 ABŞ dolları əsas, 109321.92 ABŞ dolları faiz, 30427.41 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11615.08 ABŞ dolları faiz borcu, iş üzrə ödənilmiş 789 manat dövlət rüsumu və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı oltaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evinin dəyəri 252000 manat müəyyən edilməklə qeydə alınmış ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən gec 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində iddia həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, “müqavilə əsasında yaranmış 143744.90 ABŞ dolları əsas, 109321.92 ABŞ dolları faiz, 30427.41 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 28848.80 ABŞ dolları faiz borcu, iş üzrə ödənilmiş 976 manat dövlət rüsumu və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı oltaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evi olan ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən gec 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” kimi qəbul edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə əvvəl Ağsu Rayon Məhkəməsinin icraatında olmuş, xx.xx.2022-ci il tarixli qətnamə ilə iddia qismən təmin edilmişdir. İddiaçı QSC “xxxx” Kommersiya Bankı (ləğv prosesində olan)-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən və Cavabdeh tərəfindən apelyasiya şikayətləri verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə şikayət mümkün hesab edilməmişdir. Daha sonra Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və iş apelyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən aidiyyəti üzrə iş baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı QSC “xxxx” Kommersiya Bankı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 160/05/309/15 nömrəli kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə 208000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndində göstərilmişdir ki, kredit 60 ay müddətinə verilir və kreditin ödənilməli olduğu son tarix xx.xx.2020-ci ildir. Müqavilənin 3.5-ci bəndinə əsasən cavabdeh almış olduğu kreditə görə illik 18% məbləğində faiz ödəyir. Müqavilənin 5.4.5-ci bəndinə əsasən borc alan alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəməyi, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən borcalan götürdüyü öhdəliyi icra etmədikdə və ya icranı gecikdirdiyi halda əsas borc və faizlərdən əlavə ödənişin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 36% miqdarında cərimə ödəyir. Bundan başqa, tərəflər arasında xx.xx.2015-ci il tarixində 160/05/309/15 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı oltaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evi, kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən qiymətləndirmə şirkəti tərəfindən xx.xx.2015-ci il tarixli qiymətləndirmə aktına əsasən daşınmaz əmlakın likvid dəyəri 252000 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsinin 5.1-ci bəndinə əsasən ipoteka qoyan kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri icra etmədikdə və ya lazımınca iccra etmədikdə ipoteka saxlayan ipoteka predmetinə yönəldilə bilər. Müqavilənin 7.2-ci bəndinə əsasən bu müqavilə ipoteka qoyanın əsas öhdəlik üzrə üzərinə düşən bütün vəzifələri tam icra etməsi anınadək qüvvədədir. Məhkəməyə təqdim olunmuş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********97-10301 reyestr nömrəli çıxarışından da görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı oltaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir və xx.xx.2015-ci il tarixli kredit müqaviləsindəki öhdəliklərin icrasının təmin edilməsi məqsədilə QSC “xxxx” Kommersiya Bankının xeyrinə yüklü edilmişdir. Eyni zamanda, hazırkı mübahisə Ağsu Rayon Məhkəməsinin icraatında olduğu zaman işlə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı oltaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evinin likvid dəyəri 130 000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2084 nömrəli rəyinə əsasən xx.xx.2015-ci il tarixli 160/05/309/15 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2020-ci il tarixə əsas borc üzrə 143744.9 ABŞ dolları əsas, 86719.66 ABŞ dolları faiz və müqavilənin bitdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 28848.8 ABŞ dolları məbləğində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 5% ilə hesablanmış faiz borcu mövcuddur. Əmlak Ekspert Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı otaqlı, 189,29 kv.m ümumi, 107,13 kv.m yaşayış, 82,16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evinin likvid dəyəri 266 000 manat müəyyən edilmişdir. İddiaçı QSC “xxxx” Kommersiya Bankının (ləğv prosesində olan) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında kredit müqaviləsi imzalanmışdır, cavabdeh tərəf öhdəliklərini yerinə yetirməmişdir, iki ekspert rəyi arasında fərqlər mövcuddur, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdeh tərəfin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, ekspert rəyləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı QSC “xxxx” Kommersiya Bankı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 160/05/309/15 nömrəli kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə 208000 ABŞ dolları məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin 2.3-cü bəndində göstərilmişdir ki, kredit 60 ay müddətinə verilir və kreditin ödənilməli olduğu son tarix xx.xx.2020-ci ildir. Müqavilənin 3.5-ci bəndinə əsasən cavabdeh almış olduğu kreditə görə illik 18% məbləğində faiz ödəyir. Müqavilənin 5.4.5-ci bəndinə əsasən borc alan alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəməyi, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən borcalan götürdüyü öhdəliyi icra etmədikdə və ya icranı gecikdirdiyi halda əsas borc və faizlərdən əlavə ödənişin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 36% miqdarında cərimə ödəyir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2084 nömrəli rəyinə əsasən xx.xx.2015-ci il tarixli 160/05/309/15 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2020-ci il tarixə əsas borc üzrə 143744.9 ABŞ dolları əsas, 86719.66 ABŞ dolları faiz və müqavilənin bitdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 28848.8 ABŞ dolları məbləğində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 5% ilə hesablanmış faiz borcu mövcuddur. İddiaçı tərəf ekspert rəyi ilə tanış olduqdan sonra xx.xx.2024-cü il tarixində iddia həcminin artıraraq “müqavilə əsasında yaranmış 143744.90 ABŞ dolları əsas, 109321.92 ABŞ dolları faiz, 30427.41 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 28848.80 ABŞ dolları faiz borcu, iş üzrə ödənilmiş 976 manat dövlət rüsumu və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı oltaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evi olan ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən gec 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” kimi qəbul edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən 143744.90 ABŞ dolları əsas, 109321.92 ABŞ dolları faiz, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 28848.80 ABŞ dolları faiz borcu cavabdehdən tələb edilsə də, məhkəməyə təqdim edilmiş ekspert rəyinə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə olan faiz borcu 86719.66 ABŞ dolları təşkil etmişdir. Bu səbəbdən də məhkəmə cavabdehdən müqavilə üzrə 143744.90 ABŞ dolları əsas, 86719.66 ABŞ dolları faiz, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 28848.80 ABŞ dolları faiz borcunun tutulmasını qanuni və ədalətli hesab edir. Məhkəmə tərəfindən qeyd edilən ekspert rəyi hər hansı bir əsasla təkzib edilə bilmədiyindən ekspertin əsas kredit borcu, faiz borcları ilə bağlı ekspert rəyin daha arqumentli sübut olaraq qəbul edir. Məhkəmə “30427.41 ABŞ dolları cərimə borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehlərdən 500 ABŞ dolları cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır. Bundan başqa, məhkəmə iddia tələbinin “tutmanın Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı oltaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evinin dəyəri 252000 manat müəyyən edilməklə qeydə alınmış ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən gec 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 160/05/309/15 nömrəli sonrakı ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən qiymətləndirmə şirkəti tərəfindən xx.xx.2015-ci il tarixli qiymətləndirmə aktına əsasən daşınmaz əmlakın likvid dəyəri 252000 manat məbləğində müəyyən edilmişdir. Hazırkı mübahisə Ağsu Rayon Məhkəməsinin icraatında olduğu zaman işlə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı oltaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evinin likvid dəyəri 130 000 manat müəyyən edilmişdir. Buna baxmayaraq, iddiaçının ilkin iddia ərizəsində ipoteka predmetinin likvid dəyərinin 252000 manat məbləğində müəyyən edilməsi barədə tələbini, əmakn qiymətinin keçən müddət ərzində artımı və tərəflər arasında bağlanmış 2015-ci il tarixli müqavilədə 252000 manat müəyyən edilməsini nəzərə alaraq "xxxx" MMC tərəfindən müəyyən edilmiş 130000 manat məbləğində olması inandırıcı, ədalətli və qanuni hesab edilə bilməz. Həmçinin, Əmlak Ekspert Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı otaqlı, 189,29 kv.m ümumi, 107,13 kv.m yaşayış, 82,16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evinin likvid dəyəri 266 000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə 2015-ci il tarixində imzalanmış müqavilədə, xx.xx.2015-ci il tarixli qiymətləndirmə aktına əsasən daşınmaz əmlakın likvid dəyəri 252 000 manat müəyyən edilmişdir. İddiaçı da ilkin olaraq məhkəməyə müraciət etdiyi ərizəsində ipoteka predmetinin likvid dəyərinin 252000 manat müəyyən edilməsini xahiş etmiş, lakin xx.xx.2024-cü il tarixdə iddia tələbini məhkəməmühasibat ekspertizasının rəyinə əsasən uyğunlaşdırsa da, ipoteka predmetinin likvid dəyərinin 252000 manata satılması ilə bağlı hissəyə münasibət bildirməmişdir. Bununla belə, müqavilə bağlanan vaxtdan 9 il vaxt keçmiş və hazırkı şəraitə uyğun olaraq əmlakın likvid dəyəri 266 000 manat müəyyən edilmişdir. Hər iki qiymətləndirmə aktı arasında olan zaman kəsiyini və bu müddət ərzində əmlak bazarında qiymətlərin artımının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, əmlakın hərracda satılması üçün likvid dəyəri 266 000 manat müəyyən edilməs qanuni və ədalətli və tərəflərin mənafeyinə uyğundur. Eyni zamanda Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı otaqlı, 189,29 kv.m ümumi, 107,13 kv.m yaşayış, 82,16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evi hərracda satıldıqdan sonra cavabdeh tərəfindən ən gec bir ay ərzində boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (MPM-in 77.1, 78.1, 78.1-1, 78.2, 81, 217.3, 217.4-cü maddələri, ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ümumi ödənilmiş 976 manat dövlət rüsumunun 811.86 manatlıq hissəsi və ipoteka bildirişinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 75 manatı iddiaçıdan 75 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Müqavilə əsasında yaranmış 143744.90 ABŞ dolları əsas borcu, 86719.66 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 28848.80 ABŞ dolları faiz borcu ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə tutularaq iddiaçı QSC “xxxx” Kommersiya Bankına (ləğv prosesində olan) ödənilsin. Tutma Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı oltaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evinin olan ipoteka predmetinə yönəldilsin, əmlakın hərracda satışı üçün likvid dəyəri 266 000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərracda satılsın. Qeyd edilən ipoteka predmetinin satışından əldə olunmuş vəsaitin cavabdehin iddiaçı QSC “xxxx” Kommersiya Bankına (ləğv prosesində olan) olan kredit borcunun ödənilməsinə yönəldilsin. İpoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan sonra ən gec 1 ay ərzində cavabdeh tərəfindən boşaldılaraq təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 811,86 manat dövlət rüsumu, ipoteka bildirişinin qeydiyyata alınması üçün 30 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Kommersiya Bankının (ləğv prosesində olan) xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 75 manatı iddiaçıdan 75 manatı cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov