Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-241/2020 02.06.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı “xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə 44222,84 manat əsas, 160975,10 manat faiz olmaqla cəmi 205197,94 manat, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə 293926,42 ABŞ dolları əsas, 61110,89 ABŞ dolları faiz olmaqla cəmi 355037,31 ABŞ dolları, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 98764,48 manat əsas, 175,59 manat faiz olmaqla cəmi 98940,07 manat və xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə 92000 manat əsas, 26414,90 manat faiz olmaqla cəmi 118414,90 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi və Cavabdeh ASC ilə “xxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli kredit müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə 44222,84 manat əsas, 160975,10 manat faiz olmaqla cəmi 205197,94 manat, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə 293926,42 ABŞ dolları əsas, 61110,89 ABŞ dolları faiz olmaqla cəmi 355037,31 ABŞ dolları, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 98764,48 manat əsas, 175,59 manat faiz olmaqla cəmi 98940,07 manat və xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə 92000 manat əsas, 26414,90 manat faiz olmaqla cəmi 118414,90 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi və Cavabdeh ASC ilə “xxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli kredit müqavilələrinin ləğv edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə xx.xx.2018-ci il tarixli Qanunla əlavə edilmiş və xx.xx.2019-cu ildən qüvvədə olan 10-1.3-cü maddəsində deyilir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçının hazırkı iddia ərizəsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim edilmiş və gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan və bununla da iddia ərizəsi forma və məzmununa dair tələblərə riayət edilmədən bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən iddianın hazırkı vəziyyətdə məhkəmə icraatı mümkün deyildir, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı “xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə 44222,84 manat əsas, 160975,10 manat faiz olmaqla cəmi 205197,94 manat, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə 293926,42 ABŞ dolları əsas, 61110,89 ABŞ dolları faiz olmaqla cəmi 355037,31 ABŞ dolları, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 98764,48 manat əsas, 175,59 manat faiz olmaqla cəmi 98940,07 manat və xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə 92000 manat əsas, 26414,90 manat faiz olmaqla cəmi 118414,90 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi və Cavabdeh ASC ilə “xxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli kredit müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2-2(117)-241/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-241/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver