Məhkəmə qərarları › İş №2-2(117)-242/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-242/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-242/2023 16.02.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “25225,28 manat məbləğində əsas borc, 200 manat mediasiya xərcinin cavabdehdən tutulması” tələbinə dair iş üzrə iddiaçı "xxxx" MMC-nin ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “25225,28 manat məbləğində əsas borc, 200 manat mediasiya xərcinin cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iş materialları kağız daşıyıcıda poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Ellara Abbasova xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək sənədlərin cavabdehə göndərilməsi nəzərdə tutulsa da, səhvən məhkəməyə göndərildiyini bildirmiş və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iş üzrə iddia ərizəsinin icraata götürülməsi haqqında qərardad çıxarılmadığından və iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “25225,28 manat məbləğində əsas borc, 200 manat mediasiya xərcinin cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar