Məhkəmə qərarları › İş №2-2(117)-248/2021

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-248/2021

27.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-248/2021 27.04.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “xx.xx.2020-ci il tarixli 01NM- 12KŞ-1167 nömrəli xidmət müqaviləsinə xitam verilməsinin etibarsız sayılması, xidməti müqavilənin bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” X1 X2 İdarəsinə qarşı iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək “xx.xx.2020-ci il tarixli 01NM-12KŞ-1167 nömrəli xidmət müqaviləsinə xitam verilməsinin etibarsız sayılması, xidməti müqavilənin bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli 2(016)-282/2021 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” X1 X2 İdarəsinin əsl cavabdeh “Azəriqaz” İstehsalat Birliyi ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin protokol qərarı ilə cavabdeh əsl cavabdeh olan “Azəriqaz” İstehsalat Birliyi ilə əvəz edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırki iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin hüquqi ünvanı ünvan 1akı Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, iddiaçının tələbi mahiyyət etibari ilə onunla bağlanmış xidmət müqaviləsini ləğv edən əmri mübahisələndirir və sonuncunun tələbi Mülki Prosessual Məcəllənin 36-cı (iddiaçının seçməsinə görə aidiyyət), 39-cu (müstəsna aidiyyət) və 40-cı (müqavilə aidiyyəti) maddələrinin təsir dairəsinə düşmür. İddiaçının hazırki tələbinə Mülki Prosessual Məcəllənin 35-ci madəsinin tələbləri baxımından cavabdehin rəsmi qeydə alındığı yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyət üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “xx.xx.2020-ci il tarixli 01NM- 12KŞ-1167 nömrəli xidmət müqaviləsinə xitam verilməsinin etibarsız sayılması, xidməti müqavilənin bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar