Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-28/2025 12.03.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, na (mətndə “xxxx”) və Cavabdeh3nə qarşı Mingəçevir şəhəri Yaşar Muradov küçəsi 68/12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırkı vəziyyətə gətirilməsi üçün çəkilmiş 13965,30 manat xərcin, qeyri-yaşayış sahəsinin saxlanılması üçün ödənilmiş 2900 manat və dövlət rüsumu kimi ödənilmiş 141 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh1 qarşı Mingəçevir şəhəri Yaşar Muradov küçəsi 68/12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırkı vəziyyətə gətirilməsi üçün çəkilmiş 13965,30 manat xərcin, qeyri-yaşayış sahəsinin saxlanılması üçün ödənilmiş 2900 manat və dövlət rüsumu kimi ödənilmiş 141 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 idarə heyətinin sədrinin 5 sentyabr 2016-cı il tarixli, 8 nömrəli sərəncamına əsasən 1 sentyabr 2016-cı ildən həmin Kooperativin 9 saylı mağazasına satıcı-müdir vəzifəsinə təyin edilmişdir. Bir müddət sonra həmin mağazanı əsaslı təmir etdirərək 2017-ci ildən çayxana kimi istifadə etmiş, əldə olunan gəlirdən kooperativin kassasına vaxtı-vaxtında pul ödəmişdir. İşlədiyi müddət ərzində ərizə ilə qeyri-yaşayış sahəsinin ona satılması barədə kooperativin rəhbərliyinə müraciət etmiş, rəhbərlik ona biraz səbrli olmağı məsləhət görmüşdür. 2019cu ilin ikinci yarısında Mingəçevir Şəhər Məhkəməsindən ona bildiriş gələndə məlum olmuşdur ki, işlədiyi və öz hesabına təmir etdirdiyi mağaza hazırkı iş üzrə Cavabdeh1 satılmış və onun adına rəsmiləşdirilmişdir. Alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı Mingəçevir Şəhər Məhkəməsində qarşılıqlı iddia qaldırsa da yekunda iddiası təmin olunmamışdır. Bu səbəbdən də çəkdiyi xərclərin geri qaytarılması tələbi ilə 30 noyabr 2022-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 157, 680 və 1090-cı maddələri göstərilmişdir.
4. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-32/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.
5. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli protokol qərarına əsasən “xxxx” müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində icraata cəlb edilmişdir.
6. İddiaçının nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən “xxxx” məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qərarı ilə birgə cavabdeh qismində icraata cəlb edilmişdir.
7. “xxxx”ın nümayəndəsinin izahatına və idiaçının nümayəndəsinin xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qərarı ilə Mingəçevir Şəhər Mənzil İstehsal-İstehlak Kooperativi birgə cavabdeh qismində icraata cəlb edilmişdir.
İİ. Tərəflərin mövqeləri:
8. İddiaçının nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
9. İddiaçı əvvəlki məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2016-cı ildən Cavabdeh3 9 saylı mağazasına satıcı-müdir vəzifəsinə təyin olunub, 2017-ci ilin 2-ci yarımilindən həmin mağazanı əsaslı təmir etdirərək çayxana kimi istifadə etməyə başlamışdır. Mağazanın ona satılması ilə bağlı ərizə ilə kooperativin idarə heyətinin sədrinə müraciət etsə də, 2019-cu ilin ikinci yarımilində Mingəçevir Şəhər Məhkəməsindən ona bildiriş gəldikdə məlum olub ki, işlətdiyi və öz hesabına təmir etdirdiyi obyekt başqasına satılıb. O, çəkdiyi xərclərin geri qaytarılması tələbi ilə iddia qaldırmış və iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
10. Cavabdeh1 əvvəlki məhkəmə iclaslarında iddia ərizəsinin ona aid olmadığını, mübahisə predmeti olan qeyri-yaşayış sahəsini “xxxx”dan aldığını, İddiaçı ona otuz min manat borcunun olduğunu, borcu qaytarmamaq üçün ona qarşı iddia qaldırdığını bildirmişdir. Cavabdeh1 işin Mingəçevir Şəhər Məhkəməsinin icraatında olduğu vaxt, 5 yanvar 2023-cü il tarixdə iddiaya qarşı etiraz ərizəsi verdiyini, hətta hakimin və iddiaçının hərəkətlərindən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına şikayət etdiyini də bildirmişdir. Bundan başqa sözü gedən obyektin təmirinə iddiaçı tərəfindən göstərilən məbləğin şişirdildiyini, iddaçının həmin mağazanın yalnız damını təmir etdirdiyini, damdan isə hazırda yağış sularının içəri keçdiyini bildirdi. Cavabdeh1 əlavə olaraq bildirdi ki, iddiaçının təmir xərclərini tələb etməyə haqqı yoxdur, “təmir elətdirib pulunu qazanıb” ifadəsi ilə fikrini tamamlayaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.
11. Cavabdeh “xxxx”ın etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 əvvəlki məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirdi ki, sözügedən obyekt na məxsus olub, iddiaçı həmin mağazada satıcı kimi fəaliyyət göstərib, razılıq olmadan həmin mağazanın təyinatını dəyişdirərək çayxana kimi istifadə edib və bu illər ərzində özü üçün gəlir əldə etmişdir. Mağazanın təmir edilməsi barədə iddiaçıya heç kim göstəriş verilməyib, onların təmirdən məlumatı yoxdur. İddia tələbinin onlara aidiyəti yoxdur. Belə ki, “xxxx” yalnız mağazanın satılmasına icazə verib, mağazanı satan isə Cavabdeh3dir. Bundan başqa Nümayəndə1 iddiaçının qeyri-yaşayış sahəsinin yalnız damını təmir etdirdiyini, həmin təmirin də uzağı 600 manat qiyməti olduğunu bildirdi. Nümayəndə1 əlavə olaraq bildirdi ki, Cavabdeh1 iddiaçının təmir üçün xərclədiyi 600 manatın, uzağı 700-800 manatın qaytarımasını xahiş edə bilər. İddiaçının qanunsuz olaraq özgənin əmlakının təyinatını dəyişdirdiyini nəzərə alaraq iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi.
12. Cavabdeh3 sədri Nümayəndə2 izahatında bildirdi ki, əvvəllər kooperativin sədri atası X1 olub, atası 2021-ci ildə vəfat etmiş, ondan sonra 2022-ci ildə o həmin kooperativə sədr təyin edilmişdir. Mağazanın satıldığı vaxt orda işləmədiyi üçün qeyri-yaşayış sahəsinin təmirli olub-olmaması barədə dəqiq məlumatının olmamasını bildirdi. Onun məlumatına görə iddiaçı yalnız mağazanın dam hissəsini təmir etdirib, o isə hazırda yararsız vəziyyətdədir. Əlavə olaraq bildirdi ki, iddiaçı həmin obyekti təmir etdirsə belə, özü üçün qazanc əldə edib və bu səbəbdən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər xəbərdar edilsə də iddiaçı tərəf və digər cavabdehlər hər hansı bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə qeyd edilən tərəflərin əvvəlki məhkəmə iclaslarında verdiklri izahatlarını nəzərə alıb onların iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 110-1.1. Kooperativ üzvlərinin kooperativə verdiyi əmlak pay haqları kooperativin pay fondunu təşkil edir. Kooperativin pay fondu kooperativin kreditorlarının maraqlarına təminat verən kooperativ əmlakının minimal həddini müəyyənləşdirir. Kooperativə daxil olarkən ödənilən üzvlük haqqı pay fonduna daxil deyildir və kooperativin üzvü kooperativdən çıxdıqda qaytarılmır. - 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. - 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. - 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. - 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. - 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. - 1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
- 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi:
18. İşdə olan Cavabdeh3 5 sentyabr 2016-cı il tarixli, 8 nömrəli sərancamından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən kooperativin 9 saylı mağasına satıcı-müdir vəzifəsinə təyin edilmşdir.
19. İşdə olan Cavabdeh3ndən verilmiş xx.xx.2016-cı il tarixli arayışa əsasən İddiaçı kooperasiya üzvü olmaq üçün kooperativin hesabına 500 (beş yüz) manat pul ödəmişdir.
20. İşdə olan Cavabdeh3ndən verilmiş xx.xx.2018-cı il tarixli, 8 nömrəli arayışa əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə keçmiş illərdən qalmış 900 (doqquz yüz) manat pulu kooperativin saxlanılması üçün kassaya təhvil vermişdir.
21. İşdə olan Cavabdeh3ndən verilmiş xx.xx.2018-cı il tarixli, 2 nömrəli arayışa əsasən İddiaçı 9 saylı mağazanın satış xidmətindən əldə olunan 900 (doqquz yüz) manat pulu kooperativin kassasına təhvil vermişdir.
22. İşdə olan Cavabdeh3ndən verilmiş xx.xx.2018-cı il tarixli, 3 nömrəli arayışa əsasən İddiaçı 9 saylı mağazanın satış xidmətindən əldə olunan 600 (altı yüz) manat pulu kooperativin kassasına təhvil vermişdir.
23. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 2(107)- 849/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən də görünür ki, Cavabdeh3 adından X1 ilə alıcı Cavabdeh1 arasında bağlanmış notarial qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli, ******* AN-1 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı ünvan 1 ünvanda yerləşən 80,6 kv.m qeyri-yaşayış binasını 3176,20 manat qiymətə satmışdır.
24. İşdə olan Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/1132 nömrəli xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli, ********** nömrəli ərizəsinə və xx.xx.2019-cu il tarixli, ********** nömrəli müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi İdarəsi tərəfindən mülkiyyətində olan qeyri-yaşayış binası üçün qiymətləndirilmə işi aparılmış, Mingəçevir şəhəri Yaşar Muradov küçəsi 68/12 ünvanında yerləşən 0,0094 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 80,6 kv.m olan, 1 otaqlı qeyri-yaşayış sahəsinin bazar dəyəri 40000 (qırx min) manat təşkil etmişdir.
25. İşdə olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, mübahisə obyekti olan qeyri-yaşayış sahəsinin hazırkı vəziyyətə gətirilməsi üçün tikinti materiallarının və təmir işlərinin ümumi dəyəri 13965,30 (on üç min doqquz yüz altmış beş manat otuz qəpik) manat təşkil edir.
26. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-32/2024 nömrəli xx.xx.2024cü il tarixli qərardı ilə təyin edilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qeyri-yaşayış sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə rəydən görünür ki, tikinti materiallarının və təmir işlərinin ümumi dəyəri 13612 (on üç min altı yüz on iki) manat təşkil edir.
27. İşdə olan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusu əsasında "xxxx" MMC tərəfindən tərtib olunmuş CVN/F 32-050/25 saylı mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 80,6 kv.m olan qeyri-yaşayış sahəsinin 2019-cu ilin iyul ayı tarixinə bazar dəyəri 51700 (əlli bir min yeddi yüz) manat, likvid dəyəri isə 44000 (qırx dörd min) manat təşkil edir.
Vİ. Məhkəmənin mövqeyi:
28. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin qanuni, obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
29. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
30. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
31. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı Cavabdeh3 5 sentyabr 2016-cı il tarixli, 8 nömrəli sərancamına əsasən xx.xx.2016cı il tarixdən kooperativin 9 saylı mağazasına satıcı-müdir vəzifəsinə təyin edilmiş, həmin kooperativ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışa əsasən 500 (beş yüz) manat kooperasiya üzvü olmaq üçün pul ödəmiş və 2023-cü ilədək qeyri-yaşayış sahəsindən istifadə etmişdir.
32. İddia ərizəsindən, iddiaçının, onun nümayəndəsinin və cavabdehlərin izahatlarından da müəyyən olunduğu kimi Cavabdeh3nə məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 80,6 kv.m olan qeyri-yaşayış sahəsi əvvəllər mağaza binası olmuş sonradan iddiaçı tərəfindən təyinatı dəyişdirilərək çayxana kimi istifadə edilmişdir.
33. İş materiallarında olan qiymətləndirici rəylərindən də məlum olur ki, qeyri-yaşayış sahəsi təmir edilmiş və təmirə 13000 (on üç min) manatdan çox xərc çəkilmişdir.
34. İş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktlarından müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 80,6 kv.m olan qeyri-yaşayış sahəsi 11 iyul 2019-cu il tarixdə ******* AN-1 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən alıcı Cavabdeh1 3176,20 (üç min yüz yetmiş altı manat iyirmi qəpik) manata satılmışdır. Müqavilə tərəfi kimi satıcı qismində Cavabdeh3 idarə heyətinin sədri X1 və alıcı qismində Cavabdeh1 çıxış etmişdir.
35. Məhkəmə işin mübahisəsiz hallarına qiymət verərərək hesab edir ki, iddiaçı iddia ərizəsində göstərdiyi kimi 2019-cu ilin ikinci yarısına qədər, yəni Mingəçevir Şəhər Məhkəməsindən əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini alana qədər Mülki Məcəllənin 157.5-ci maddəsində nəzərdə tutulmuş vicdanlı sahib kimi çıxış etsə də, həmin məcəllənin 157.6-cı maddəsində nəzərdə tutulduğu kimi istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini tələb etməyə haqlı olduğundan və özünün də etiraf etdiyi kimi mübahisə predmeti olan əmlaka sərf etdiyi xərcləri 2017-ci ilin ikinci yarımilində çəkdiyindən, həmçinin Cavabdeh1 mübahisə predmeti olan qeyri-yaşayış sahəsini qanuni yolla iş üzrə digər Cavabdeh3ndən dəyərini ödəməklə aldığından və iddiaçının Mülki Məcəllənin 157-ci maddəsinə əsasən ona qarşı çəkilmiş xərcləri tələb etməyə hüququ yaranmadığından hazırkı iddia tələbi Cavabdeh1 aid hissədə rədd edilməlidir. Qanunvericiliyin tələbinə əsasən əmlakı alan şəxsin müqavilə bağlanan ana qədər həmin əmlakın yaxşılaşmasına çəkilən xərclərin əmlakı satan mülkiyyətçi tərəfindən deyil, başqa şəxs tərəfindən çəkilsə belə həmin xərclərin əmlakın mülkiyyətçisi tərəfindən çəkildiyini və alıcının isə əmlakın dəyərini ödəməklə ona sahib olmasının sübuta ehtiyacı yoxdur. Çünki alqı –satqı müqaviləsinin məzmunundan, həmçinin qanunvericiliyin normalarından müəyyən edilir ki, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir (Mülki Məcəllə 572-ci maddə).
36. Məhkəmə iddia tələbinin na aid hissəsinə münasibətdə də hesab edir ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 80,6 kv.m olan qeyri-yaşayış sahəsinin satılmasına icazə “xxxx” tərəfindən verilsə də, iş materiallarından aydın olur ki, ünvan 1 ünvanda yerləşən 80,6 kv.m qeyri-yaşayış binasının alqı-satqısına dair notarial qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli, ******* AN-1 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin tərəfləri satıcı qismində Cavabdeh3 adından X1 ilə alıcı qismində Cavabdeh1 olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, idda müqavilə tərəfi olmayan “xxxx”a aid hissədə rədd olunmalıdır.
37. Məhkəmə iş materiallarını və məhkəmə tədqiqatı zamanı müəyyən edilmiş sübutlara əsaslanaraq iddiaçının iddia tələbinin Cavabdeh3nə münasibətdə qismən əsaslı olduğu qənaətinə gəlir.
38. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh3 sifarişi əsasında hazırlanmış Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/1132 nömrəli xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, əmlakın satılmamışdan bir ay əvvəl real bazar dəyəri 40000 (qırx min) manat təşkil etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli sorğusu əsasında "xxxx" MMC tərəfindən tərtib olunmuş CVN/F 32-050/25 saylı mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 80,6 kv.m olan qeyri-yaşayış sahəsinin 2019-cu ilin iyul ayı tarixinə bazar dəyəri 51700 (əlli bir min yeddi yüz) manat, likvid dəyəri isə 44000 (qırx dörd min) manat təşkil etdiyi müəyyən edilmişdir.
39. İşdə olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, mübahisə obyekti olan qeyri-yaşayış sahəsinin hazırkı vəziyyətə gətirilməsi üçün tikinti materiallarının və təmir işlərinin ümumi dəyəri 13965,30 (on üç min doqquz yüz altmış beş manat otuz qəpik) manat, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-32/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qeyri-yaşayış sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə rəydən görünür ki, tikinti materiallarının və təmir işlərinin ümumi dəyəri 13612 (on üç min altı yüz on iki) manat təşkil edir.
40. Məhkəmə hesab edir ki, Cavabdeh3 mübahisə predmeti olan qeyri-yaşayış sahəsini öz sifarişi əsasında hazırlanmış Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışda göstərilən məbləğdən dəfələrlə aşağı qiymətə satmışdır. Bu hal alqı-satqı müqaviləsi tərəfləri üçün qanunvericilik və ya müqavilə bəndləri iradə ifadəsi ilə bağlamış və məsuliyyət isə öz hərəkət və hərəkətsizliyinə münasibətdə müəyyən etmişdir. Bu hal üçüncü şəxslərin pozulmuş hüquqlarının bərpasına münasibətdə tətbiq edilməməlidir. İşdə olan mütəxəssis rəyləri və foto şəkillərdə görünən məlumatlara əsasən qeyri-yaşayış sahəsinin təmiri üçün çəkilmiş xərclərin 13000 (on üç min) manatdan çox olması ağlabatan hesab oluna bilər.
41. Belə ki, iddiaçı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 80,6 kv.m olan qeyriyaşayış sahəsini gələcəkdə mülkiyyətinə keçirəcəyi ümidi ilə orada gördüyü işləri Mülki Məcəllənin 1087-ci maddəsində nəzərdə tutulmuş qaydada tapşırıqsız, lakin vicdanla aparmış, sonda isə cavabdeh qeyd edilən əmlakı başqa şəxsə satmış, əlavə gəlir əldə etmişdir. Cavabdehin isə qeyd edilən mağaza binasına yaxşılaşdırma üçün çəkdiyi xərclərin çəkilməməsi ilə bağlı etirazını bildirməmiş, bu isə nəticədə mağazanın dəyərinin artmasına və bir sözlə cavabdehin maraqlarına uyğun olmuşdur. İddiaçı Mülki Məcəllənin 1090.1-ci maddəsinə uyğun olaraq sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun işlər görmüşdür və ona görə çəkdiyi xərcləri istəməkdə haqlıdır.
42. Məhkəmə hesab edir ki, əgər iddiaçı qeyri-yaşayış sahəsini hazırkı iş üzrə cavabdeh, 2017-ci ildə isə əmlakın mülkiyyətçisi olmuş Cavabdeh3 ehtimal olunan istəyinə zidd təmir etdirsəydi mülkiyyətçi dərhal buna adekvat reaksiya verərdi və yaxud onun həmin əmlakdan istifadə hüququnu məhdudlaşdırardı.
43. Məhkəmə iş materiallarında olan Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2 nömrəli və xx.xx.2018-ci il tarixli 3 nömrəli arayışlara əsasən müəyyən edir ki, iddiaçı 2 ay ərzində kooperativin hesabına əldə olunmuş gəlirdən yanvar ayı üçün 900 manat, fevral ayı üçün 600 manat olmaqla, ümumilikdə 1500 manat pul köçürmüşdür. Bu da öz növbəsində onu deməyə əsas verir ki, iddiaçı əsaslı təmir elətdirərək təyinatını dəyişdirdiyi qeyri-yaşayış sahəsindən çayxana kimi istifadə etdiyi zaman hər ay müvafiq məbləğlərdə qazanc əldə etmişdir. Bu gəliri həm iddiaçı, eyni zamanda cavabdeh olan Cavabdeh3 əldə etmişdir. Mağzanın satıcı-müdir vəzifəsində işləmiş iddiaçı qeyd edilən mağazanın istifadəsindən əldə edilmiş gəlirdən üzvlük haqqı və ya pay fonduna vermiş, bu isə iddiaçının üzv olduğu üçün vəzifəsi idi. Belə ki, kooperativ üzvü olaraq ödədiyi məbləğlər-üzvlük haqqı və ya pay fonduna ödənilən vəsaitlər qanunvericiliyin tələbinə əsasən geri qaytarılmır.
44. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qeyriyaşayış sahəsini təmir etdirməkdə məqsədi daha çox qazanc əldə etmək və gələcəkdə həmin qeyri-yaşayış sahəsini özəlləşdirmək olduğundan, həmin qeyri-yaşayış sahəsini təmir etdiridiyi 2017-ci ildən 2019-cu ilin ikinci yarısına qədər qanuni əsaslarla istifadə və sahiblik etdiyindən və bunun nəticəsində binanın yaxşılaşdırılması üçün çəkdiyi xərcin qarşılığında kifayət qədər gəlir əldə etdiyindən iddiası çəkilmiş xərclərin geri qaytarılması hissəsində qismən təmin olunmalıdır.
45. İlkin olaraq iddiaçı qeyd edilən mağaza binasının yaxılaşdırlması ilə bağlı hansı xərcləri çəkdiyini tutarlı arqumentlərlə sübuta yetirə bilməmiş, təkzib edilməz dəlillər irəli sürə bilməmiş, hətta məhkəmə baxışı iclaslarında ümumiyyətlə iştirak etməmişdir. Lakin cavabdeh tərəf mağaza binasının dam hissəsinin iddiaçı tərəfindən təmir etdirilməsi faktını etiraf etmişdir. Ona görə də məhkəmə mübahisəyə, iddiaçının iddia tələbinin əsasını sübut etmək vəzifəsi olması, həmçinin cavabdehin isə iddiaya münasibətdə etirazının əsasını sübut etmək vəzifəsini daşıması prizmasından yanaşaraq mübahisə predmeti olan mağaza binasının dam hissəsinin təmirinə iddiaçı tərəfindən çəkilmiş xərclərin müəyyən edilməsi istiqamətində araşdırma aparmışdır.
46. Məhkəmə iddiaçının mütəxəssis rəylərinə əsaslanaraq mübahisə predmeti olan mağazanın təmir xərcini tələb etməsi ilə bağlı bildirir ki, qeyd edilən rəylər ümumilikdə mağazada görülmüş işlərlə əlaqədardır. Eyni zamanda, qeyd edilən mütəxəssis rəyləri birmənalı olaraq iddiaçının mənafeyinə uyğun dəlil olaraq mütəxəssisə bildirdiyi istiqamətdən məsələyə yanaşılmışdır. İddiaçı isə həmin rəydə qeyd edilən bütün işlərin onun tərəfindən icra edilməsinə dair tutarlı arqument irəli sürməmiş, bu səbəbdən məhkəmə mütəxəssislər tərəfindən ümumilikdə mağazaya çəkilmiş xərclərlə bağlı müəyyən etdiyi xərc məbləğini nəzərə almamışdır.
47. Məhkəmə tədqiqatı zamanı cavabdehlərin də etiraf etdiyi kimi iddiaçının qeyriyaşayış sahəsinin damını təmir etdirməsini tam sübuta yetirilməsi qənaətinə gəlmiş və buna görə də çəkilmiş xərclər qeyri-yaşayış sahəsinin damına sərf olunmuş məsrəflərə münasibətdə mütəxəssis rəyi ilə təsdiq olunmuş xərclərə münasib hesablanmasını zəruri hesab etmişdir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, mübahisə obyekti olan qeyri-yaşayış sahəsinin dam hissəsinin metal profillə örtülməsi və dam işlərinin görülməsi üçün ümumilikdə 2176 manat, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qeyri-yaşayış sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə rəydən görünür ki, qeyd edilən məqsədlər üçün 2200 manat məbləğində vəsait xərcləndiyi müəyyən edilir. Ona görə də hər iki mütəxəssis rəyində müəyyən edilən müvafiq xərcləri toplayaraq iki yerə bölməklə (2176+2200/2=2188) məhkəmə hesab edir ki, çəkilmiş xərcin 2188 manat hissədə təmin olunub Cavabdeh3ndən alınaraq iddiaçıya verilməlidir.
48. Məhkəmə iddia ərizəsinin qeyri-yaşayış sahəsinin saxlanılması üçün ödənilmiş 2900 (iki min doqquz yüz) manat məbləğə aid hissəsinə münasibətdə qeyd edir ki, sadalanan qanunvericilik normalarına əsasən iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh3 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 9 nömrəli arayışdan məlum olur ki, iddiaçı kooperasiya üzvü olmaq üçün kooperativin hesabına ümumilikdə 500 (beş yüz) manat pul keçirmişdir. Digər ödənişlər (900, 900 və 600 manat) isə əldə olunmuş gəlirdən kooperativin hesabına ödənilmişdir. Mülki Məcəllənin 110-1.1-ci maddəsinə əsasən kooperativ üzvlərinin kooperativə verdiyi əmlak pay haqları kooperativin pay fondunu təşkil edir. Kooperativin pay fondu kooperativin kreditorlarının maraqlarına təminat verən kooperativ əmlakının minimal həddini müəyyənləşdirir. Kooperativə daxil olarkən ödənilən üzvlük haqqı pay fonduna daxil deyildir və kooperativin üzvü kooperativdən çıxdıqda qaytarılmır.
Vİİ. Məhkəmə məsrəfləri:
49. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 140,6 manat dövlət rüsumunun 122,36 manatı iddiaçıya aid edilməli, 18,24 manatı isə cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Vəkil və ya nümayəndəyə çəkilmiş xərclər tələb edilmədiyindən məhkəmə həmin məsələni həll etməmişdir.
Vİİİ Nəticə:
50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3ndən 2188 (iki min bir yüz səksən səkkiz manat) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 18,24 manat hissəsi alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə və digər cavabdehlər Cavabdeh1 və na münasibətdə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov