Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-29/2025 01.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı, Azərbaycan Respublikası Qida Təhlükəzliyi Agentliyinin X7nin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 13800 manat məbləğində dəymiş zərərin ödənilməsi və dövlət rüsumu kimi ödənilmiş 132 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 13800 (on üç min səkkiz yüz) manat dəymiş zərərin ödənilməsi və dövlət rüsumu kimi ödənilmiş 132 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Zaqatala rayonununda fermerlik fəaliyyəti ilə məşğul olur. Fəaliyyətinin əsas istiqaməti xırdabuynuzlu heyvanların bəslənməsi, çoxaldılması və satışı ilə məşğul olur. Saxladığı heyvanların bəslənilməsi üçün yem təlabatını ödəmək üçün 8 mart 2022-ci il tarixdə Zaqatala rayon Yuxarı Tala kəndində yerləşən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 adına rəsmiləşdirilmiş heyvan yemlərinin satışı mağazasından Cavabdeh1 1800 kq arpa məhsulu almışdır. Məhsulu alan zaman arpanın rənginin dəyişdiyini müşahidə etmiş, arpanın rənginin xoşuna gəlmədiyini bildirmiş, Cavabdeh1 isə öz növbəsində onu əmin etmişdir ki, arpa sağlamdır və onun sağlamlığının cavabdehliyini daşıyır. Arpa yeminin sağlamlığına cavabdeh tərəfindən əmin edildikdən sonra iddiaçı həmin yemin dəyərini ödəmiş və Aydın Yusibov adlı şəxsə məxsus Qazel markalı avtomobillə lazımı yerə aparmışdır. Bundan sonra həmin yemlə quzulu qoyun sürüsü binə çobanı Məhərrəm Mahmudov adlı şəxs tərəfindən yemlənmişdir. Yemləmənin ertəsi gün sürüdə olan heyvanlardan 70 başı tam, 20 başı isə qismən iflic olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar dərhal Azərbaycan Respublikası X5ynar xəttinə məlumat verilmiş, agentliyin rayon şöbəsi tərəfindən komissiya yaradılmış və hadisə yerinə ezam edilmişdir.
3. Komissiya üzvləri gələnə qədər 60 baş qoyun quzuları ilə birgə ölmüşdür. Komissiya tərəfindən qoyunların arpa yemindən zəhərlənərək ölməsi faktı təsdiq edilmişdir. Bundan sonra o, istifadə edilməyən arpa məhsulunu geri qaytarmışdır.
4. Əlavə olaraq bildirir ki, faktın təsdiqindən sonra X9 tərəfindən cavabdeh inzibati qaydada cərimələnmişdir.
5. Cavabdehin məsuliyyətsiz hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi ödənilmədiyindən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.
6. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 15-ci, 16-cı, 59-cu, 60-cı, 62-ci, 71-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü, 35.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.2-ci, 1096-cı, 1096.2-ci, 1097.1-ci maddələri göstərilmişdir.
7. Zaqatala Rayon Məhkəməsinin 5 iyun 2024-cü il tarixli, 2(033)-14/2024 nömrəli qətnaməsi ilə iddiaçının iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti vermişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-1025/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 5 iyun 2024-cü il tarixli, 2(033)-14/2024 nömrəli qətnaməsi ləğv edilərək iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.
9. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(117)-1453/2024 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
İİ. Tərəflərin mövqeləri:
10. İddiaçının vəkili Vəkil1 və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da, yalnız Cavabdeh1 məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məlumat verərək iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Digər Cavabdeh2 və iddiaçının vəkili Vəkil1 məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxmışdır.
11. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, sahibkar olaraq fermer kimi fəaliyyəti göstərir. Fəaliyyətinin əsas istiqaməti xırdabuynuzlu heyvanların bəslənməsi, çoxaldılması, satışı və sairdən ibarətdir. Qoyunları yemləmək üçün əsasən arpa yeminə üstünlük verdiyi üçün Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 adına rəsmiləşdirilmiş heyvan yemlərinin satışı mağazasından Cavabdeh1 1800 kq arpa məhsulu almışdır. Arpa məhsuluna ilkin baxış keçirən zaman yemin rənginin dəyişdiyini görmüş və bu məhsulu aparmaq istəmədiyini cavabdehə bildirmişdir. Cavabdeh1 malın keyfiyyətinə cavabdeh olduğunu bildirmişdir. Bundan sonra o yemi Qazel markalı avtomobillə lazımı yerə apararaq heyvanların yemlənməsi üçün təsərrüfatda çoban işləyən Məhərrəm Mahmudov adlı şəxsə vermişdir. Heyvanlar Cavabdeh1 alınan arpa yemi ilə yemləndikdən bir gün sonra 70 baş qoyun tam, 20 baş qoyun isə qismən iflic vəziyyətinə düşmüşdür. X1ynar xəttinə məlumat vermiş, agentliyin yerli şöbəsindən komissiya təsərrüfata ezam olunaraq həm arpa məhsulundan, həm də heyvan cəsədlərindən patoloji nümunələr götürərək laboarator müayinəyə göndərilmişdir.
12. Özü ali təhsilli zootexnik və baytar olduğundan əmindir ki, bu qədər heyvanın eyni vaxta tələf olması yalnız zəhərlənmə nəticəsində ola bilər. Cavabdeh1 onu əmin edərək arpa yeminin təmiz olmasına inandırmasından, sonradan isə sözünə əməl etməməsindən, özünün və ailəsinin mənəvi iztirab çəkməsinə görə cavabdehdən narazı olduğunu bildirdi. Lakin bunlara baxmayaraq məhkəmənin təşəbbüsü ilə barışıq əldə olunmasına çalışıldığını müsbət qiymətləndirir, daima barışığa hazır olduğunu, cavabdehin barışıqdan yayındığını əsas gətirərək iddiasının təqribən səkkiz-doqquz min manat hissədə təmin olunmasını məhkəmədən xahiş etdi.
13. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili iddiaçıyla eyni məzmundə izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
14. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək bildirirdi ki, İddiaçı əvvəldən tanıyır, ona satdığı arpa məhsulunda heç bir xəstəlik olmamışdır. Əgər arpada hər hansı problem olsaydı digər şəxslərin də təsərrüfatlarında oxşar hadisələr olmalı idi. Belə ki, İddiaçı qaytardığı arpanı başqa şəxlərə də satmışdır. O, həmin vaxt iddiaçının geri qaytardığı məhsuldan əlavə on iki ton əlavə arpa satmışdır. İddiaçıdan başqa arpanın keyfiyyətsiz olması barədə heç kim şikayətçi olmamışdır. İddiaçının heyvanlarında xəstəlik olduğu üçün onlar tələf olmuşdur.
15. Cavabdeh1 19 mart 2025-ci il tarixli məhkəmə iclasında iddianı qismən etiraf edərək bildirdi ki, həqiqətən iddiaçı 8 mart 2022-ci il tarixdə arpa məhsulunu almamışdan əvvəl ona məhsulun keyfiyyətsiz olması barədə irad bildirib lakin, o məhsulun keyfiyyətinə cavabdeh olması barədə iddiaçını əmin etmişdir. Cavabdeh uzun müddət heyvan yemləri satışı ilə məşğul olduğunu, nə İddiaçı, nə də bir başqasına ziyanlıq gəlməsini arzu etmədiyini bildirdi. Məhkəmə iclasında iddiaçıdan üzr istəyərək onunla əl verib görüşərək barışığa hazır olduğunu bildirdi. Sonuncu məhkəmə iclasına Cavabdeh1 teleqram göndərərək iclasın başqa vaxta təxirə salınmasını məhkəmədən xahiş etsə də, məhkəmə onun vəsatətini iş üzrə qanunla nəzərdə tutulmuş sonuncu məhkəmə baxışı olduğundan təmin etməmişdir.
16. Məhkəmə iclasında mütəxəssis kimi iştirak edən Azərbaycan Respublikası Qida X6-X16nin nümayəndəsi X15 izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə vətəndaş İddiaçı Azərbaycan Respublikası Qida Təhlükəzliyi Agentliyinin 1003 “çağrı mərkəzi”nə zəng edərək Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən mağazadan aldığı arpanı verdikdən sonra fərdi təsərrüfatında 40 baş xırdabuynuzlu heyvanın tələf olması ilə bağlı şikayət etmişdir. X17 bölməsinin əməkdaşları tərəfindən tələf olmuş heyvanların patoloji materialı və vətəndaşın aldığı arpa yemindən nümunə götürülərək Azərbaycan X11nun müvafiq laboratoriyasına müayinə olunması üçün göndərilmişdir.
17. AQTİ-nin X3 xx.xx.2022-ci il tarixli №xxxxxxx/LAB04-22001-T-001 nömrəli Sınaq protokoluna əsasən tələf olmuş heyvanın patoloji materialında Paeruginosa və P.multocida (Pasterelyoz) infeksiyası törədicisi, həmçinin arpa yemi nümunəsində isə AQTİ-nin Kompleks Laboratoriyasının xx.xx.2022-ci il tarixli, №xxxxxxx/LABO5-220O2-T-002 nömrəli Sınaq protokoluna əsasən Clostridium periferıngens (Enterotoksemiya) infeksiya törədicisi və Kif-maya göbələyi aşkar edilmişdir. Nümunə üçün götürülmüş arpa yemində olan infeksiya törədici və kif-maya göbələyi heyvanların ölümünə səbəb ola bilər.
18. Məhkəmənin heyvanların tələf olması üçün həmin yemdən nə qədər yeməsi lazımdır və yemdə olan zərərvericilər dərhal heyvanların kütləvi tələf olmasına səbəb ola bilərmi sualına cavab olaraq mütəxəssis bildirdi ki, yemin həcminin heyvanların tələf olması üçün o qədər də əhəmiyyəti yoxdur. Ola bilər ki, həmin yemdən qidalanan heyvana bioloji sağlamlığından asılı olaraq qida dərhal və ya tədricən təsir etsin. İddiaçının heyvanlarında baş vermiş kütləvi təlafata qəbul etdikləri yemlə bərabər onların özündə olan xəstəlik də təsir göstərmişdir. Belə ki, heyvanlarda olan infeksiya törədicisi ilə yem də olan infeksiya törədiciləri birləşərək təsərrüfatda qısa zaman ərzində kütləvi təlafata səbəb olmuşdur.
İİİ. Məhkəmə baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. - 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. - 458.2. Bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. - 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. - 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
- Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. - 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. - 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: - 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
- 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi:
25. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 18 və 19 nömrəli arayışlardan məlum olur ki, Cavabdeh1 və Cavabdeh2 Zaqatala rayon Yuxarı Tala kəndində yaşayırlar.
26. İşdə olan AQTİ-nin X3 xx.xx.2022-ci il tarixli №xxxxxxx/LAB04-22001-T-001 nömrəli Sınaq protokoluna əsasən tələf olmuş heyvanın patoloji materialında Paeruginosa və P.multocida (Pasterelyoz) infeksiyası törədicisi aşkar edilmişdir.
27. İşdə olan AQTİ-nin Kompleks Laboratoriyasının xx.xx.2022-ci il tarixli, №xxxxxxx/LABO5-220O2-T-002 nömrəli Sınaq protokoluna əsasən təsərrüfatdan götürülmüş arpa yemi nümunəsində Clostridium periferıngens (Enterotoksemiya) infeksiya törədicisi və Kif-maya göbələyi aşkar edilmişdir.
28. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(107)-274/2022 nömrəli qərarından görünür ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Qida X6 Regional Bölməsi tərəfindən verilmiş şikayət təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 3(033)-196/2022 saylı qərarı ləğv edilmiş, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.5-ci maddəsi təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilməsi barədə səlahiyyətli orqan Azərbaycan Respublikasının Qida X6 Regional Bölməsi tərəfindən qəbul edilmiş MN xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi üzrə şikayətinin təmin edilməməsi qərara alınmışdır.
29. İşdə olan Zaqatala Mal bazarı tərəfindən verilmiş arayışdan görünür ki, Zaqatala rayon Əliabad qəsəbə həftəlik Mal bazarında 2022-ci ilin mart ayında 1 baş ana qoyunun qiyməti 200- 230 manat arasında dəyişilir. Quzunun qiyməti 140-160 manat arasında dəyişilir. 2023-cü ilin mart ayında 1 baş ana qoyunun qiyməti 270-300 manat arasında dəyişir. Bir baş Quzunun qiyməti 220-250 manat arasında dəyişilir.
30. İşdə olan Azərbaycan Respublikası X9 X7 tərəfindən Cavabdeh1 ünvanlanmış 17 iyul 2023-cü il tarixli məktubdan görünür ki, 2022-ci ilin 14 mart tarixində vətəndaş İddiaçı Azərbaycan Respublikasının X9nin 1003 “Çağrı Mərkəzi”nə Yuxarı Tala kəndində fəaliyyət göstərən mağazadan aldığı arpanı qəbul etdikdən sonra şəxsi təsərrüfatına məxsus 40 baş xırdabuynuzlu heyvanın tələf olmasıyla bağlı daxil olmuş şikayətinə aidiyyəti üzrə Agentliyin Şəki (hal hazırda X7) regional bölməsində baxılmışdır. Müraciətdə qeyd olunan məsələnin yerində araşdırılması və mövcud qanunvericiliyə uyğun tədbir görülməsi üçün X18 əməkdaşları tərəfindən Zaqatala rayonu Çökək kənd sakini vətəndaş İddiaçı məxsus təsərrüfatda tələf olmuş heyvanın patoloji materialı və vətəndaşın aldığı arpa yemindən nümunə götürülərək Azərbaycan Qida Təhlükəsiziliyi İnstitutunun müvafiq laboratoriyalarına müayinə olunması üçün göndərilmişdir. AQTİ-nin X3 xx.xx.2022-ci il tarixli №2 falhmu/LAB04-22001-T-001 nömrəli Sınaq protokoluna əsasən tələf olmuş heyvanın patoloji materialında P.aeruginosa, və P.multocida (Pasterelyoz) infeksiyası törədicisi, həmçinin arpa yemi nümunəsində isə AQTİ-nin X2 xx.xx.2022-ci il tarixli №xxxxxxx/LAB05-22002-T-002 nömrəli Sınaq protokoluna əsasən Clostridium periferingens Enterotoksemiya) infeksiya törədicisi və Kif-maya göbələyi aşkar edilmişdir. Qeyd edilmiş faktla əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2022-ci il tarixli KY221730573 nömrəli Çıxarışa və X17 bölməsinin yoxlamanın aparılması haqqında xx.xx.2022-ci il tarixli ŞRB-124 nömrəli Qərarına əsasən Cavabdeh2 məxsus Zaqatala rayonu, Yuxarı Tala kəndində fəaliyyət göstərən yemlərin satış mağazasında sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunması, o cümlədən bu sahədə insanların həyat və sağlamlığının qorunmasının təmin edilməsi məqsədi ilə yoxlama həyata keçirilmişdir. 19 aprel 2022-ci il tarixli yoxlama zamanı Cavabdeh2 məxsus Yemlərin satış mağazasında məhsulun saxlanması və satışına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması faktı ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə 19 aprel 2022-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib edilmiş, qeyd edilmiş arpa yemindən AQTİ-nin müvafiq laboratoriyasında müayinə olunması üçün nümunə götürülmüşdür. 19 aprel 2022-ci il tarixli plandankənar yoxlama zamanı götürülmüş məhsul nümunəsində AQTİ-nin X2 xx.xx.2022-ci il tarixli xxxxxxx/LAB05-22001- T-001 nömrəli sınaq protokoluna əsasən şikayətçi tərəfin məhsulunda aşkar edilmiş nəticələrin eynisi yəni Clostridium periferingens (Enterotoksemiya) infeksiya törədicisi və Kif-maya göbələyi aşkar edilmişdir. Plandankənar yoxlama zamanı götürülmüş məhsul nümunəsində aşkar edilmiş uyğunsuzluğa əsasən Cavabdeh2 istehlakçı hüquqlarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 447.0.5-ci maddəsi ilə 25 may 2022-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq Zaqatala rayonu Çökək kənd sakini vətəndaş İddiaçı məxsus təsərrüfatda arpa yemi nümunəsində aşkar edilmiş nəticələrin (Clostridium periferingens (Enterotoksemiya) infeksiya törədicisi və Kif- maya göbələyi) heyvanlarda tələfata səbəb ola biləcəyi istisna edilmədiyi kimi, tələf olmuş heyvanın patoloji materialında P.aeruginosa, və P.multocida (Pasterelyoz) infeksiyası törədicisinin aşkarlanması halı təsərrüfatda epizootolji vəziyyətin qeyri sabit olduğu və təsərrüfatda tələfata səbəb ola biləcək xəstəlik olduğu aşkar edilmişdir.
31. İşdə olan Azərbaycan Respublikası X9 Azərbaycan X11 X20 16 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, xırdabuynuzlu heyvan ölümü ilə bağlı həyata keçirilən mikrobioloji laboratoriya müayinələri nəticəsində arpa yeminin tərkibində Clostridium perfringens və kif - maya göbələyi, heyvan patoloji materialında isə Pastrella multocida və Pseudomonas aeruginosa aşkar edilmişdir. Nəzərə almaq lazımdır ki, laborator heyvanları üzərində həyata keçirilən toksikoloji müayinələr xırdabuynuzlu heyvanların ölümünə səbəb olması iddia olunan arpa yeminin toksiki xüsusiyyətlərə malik olmadığını göstərmişdir. Belə ki, sınaq nəticəsində laboratoriya heyvanları arasında letallıq aşkar olunmamışdır. Patoloji materialın müayinələri nəticəsində aşkar edilən Pastrella multocida xırdabuynuzlu heyvanlarda Pasterelyoz xəstəliyinin törədicisi kimi tanınır. Törədicinin virulentliyi və orqanizmə daxilolma yolundan asılı olaraq xəstəliyin gedişatı müxtəlif (ildırımvari, iti, yarımiti və xroniki) ola bilər. Xəstəlik dövründə orqanizmə sirayət etmiş digər ikincili infeksiyalar xəstəliyin ağır keçməsində rol oynayır. Xəstəliyə qarşı zəruri profilaktiki və müalicəvi tədbirlər görülmədiyi təqdirdə xəstə heyvanların qısa müddətdə tələf olması mümkündür. Baş vermiş heyvan ölümünün etioloji amillərinin müəyyənləşdirilməsində laborator müayinə nəticələri ilə yanaşı, heyvanların ölümqabağı kliniki müşahidə nəticələri, eyni zamanda tələf olmuş heyvanların orqanizmində baş vermiş patoloji-anatomik dəyişikliklərin kompleks şəkildə nəzərə alınması mühüm əhəmiyyət kəsb etdiyi halda, məktubda bu barədə məlumatlar verilməmişdir. Yalnız sözügedən heyvanlar barədə zəruri kliniki-diaqnostik və baytarlıq-ekspertiza məlumatları təqdim olunduğu təqdirdə, baş vermiş heyvan ölümünün etiologiyası barədə qənaətə gəlmək mümkündür.
32. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-4/1566 nömrəli, 05 mart 2024-cü il tarixli rəyindən görünür ki, Cl.perfringens və kif-maya göbələkləri ilə sirayətlənmiş yemlərin heyvanların yemləndirilməsində istifadəsi yolverilməzdir. Əks təqdirdə heyvan sağlamlığı ilə bağlı problemlərin, o cümlədən xəstəliklərin və toksikozların baş verməsi üçün şərait yarana bilər. Cl.perfringens və kif-maya göbələkləri ilə sirayətlənmiş yem ilə qidalanmanın heyvan ölümü ilə nəticələnməsi ehtimal olunduğu halda, heyvan ölümünün baş verməsi müxtəlif amillərdən (o cümlədən yemin mikrobioloji sirayətlənmə həddi, qəbul edilən yemin miqdarı, heyvanın fizioloi vəziyyəti, heyvan orqanizminin immun statusu və s.) asılı olaraq, qeyri-müəyyən müddətlərdə qeydə alına bilər. Cl.perfringens və kif-maya göbələkləri, həmçinin P.aeruginosa və P.multocida mənşə etibarilə müxtəlif taksonomik mikroorqanizm qruplarına mənsub olduğundan, yemlərin tərkibində aşkar edilən bir mikrorqanizm növünün (Cl.perfringens və ya kif- maya göbələkləri) heyvanlarda digər mikroorqanizm növünün (P.aeruginosa və ya P.multocida) aşkar edilməsinə səbəb olması mümkün hesab olunmur.
33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.
Vİ. Məhkəmənin mövqeyi:
34. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
35. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
36. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
37. İşin müəyyən olunmuş halları və iş materialları, o cümlədən iddiaçı və cavabdehin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları ondan ibarətdir ki: a) Cavabdeh1 həqiqətən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən arvadı Cavabdeh2 məxsus heyvan yemləri mağazasında satıcılıq fəaliyyəti ilə məşğul olur. b) İddiaçı 8 mart 2022-ci il tarixdə həqiqətən Cavabdeh2 məxsus mağazadan onun əri Cavabdeh1 1800 kq arpa yemi almış və bunun nəticəsində tərəflər arasında şifahi formada alqı-satqı müqaviləsi bağlanmışdır. c) İddiaçı Mülki Məcəllənin 587-ci maddəsində nəzərdə tutulmuş lazımi keyfiyyətdə olmayan əşyanın verilməsinin nəticələrini aradan qaldırmaq üçün, aldığı arpa yeminin qalığını həmin məcəllənin 587.2.1-ci maddəsinin tələblərinə uyğun olaraq alğı-satqı müqaviləsinin icrasından imtina etmiş və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmişdir.
38. Məhkəmə işin mübahisəsiz hallarına qiymət verərərək hesab edir ki, iddiaçı iddia ərizəsində göstərdiyi kimi Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulmuş qaydada alğı-satqı müqaviləsinə görə satıcı (hazırkı işdə cavabdeh) əşyanı alıcının mülkiyyətinə vermiş, alıcı (hazırkı işdə iddiaçı) isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmişdir. İddiaçı malı aldıqdan sonra onun keyfiyyətsiz olması qənaətinə gəlmiş, və MM-in 587.2.1-ci maddəsinin tələblərinə uyğun olaraq alğı-satqı müqaviləsinin icrasından imtina etmiş və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmiş və buna nail olmuşdur.
39. Məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdən müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehdən arpa yemini aldığı zaman malın keyfiyyətsiz olması ilə bağlı şübhələrini bildirsə də cavabdeh malın keyfiyyətli olmasına iddiaçını inandırmış, hər hansı problemin yaranacağı təqdirdə əvəzini ödəyəcəyini vəd vermiş, sonradan vədinə əməl etməmişdir. Bunun nəticəsində də iddiaçı dəymiş zərərin əvəzinin ödənilməsini Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutlmuş ümimi qaydada hazırkı idda ilə tələb edir.
40. Məhkəmə iddiaçının zərərin ödənilməsi tələbinə məhəkəmə tədqiqatı zamanı araşdırılmış sübutlara əsaslanaraq belə qənaətə gəlir ki, iddaçı həqiqətən cavabdehin qanuna zidd hərəkətləri nəticəsində kifayət qədər ziyana düşmüş və bu ziyanın ödənilməsini cavabdehdən tam tələb etməyə haqlıdır. Belə ki, iddiaçı tələbini həm Mahir Qardoşova həm də Cavabdeh2 qarşı irəli sürsə də məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, tərəflərin izahatları ilə cavabdehlər ər-arvad olduğundan və mübahisə predmeti olmuş yemin satıldığı mağaza rəsmi olaraq Gülzar Qaşovaya məxsus olsa da Cavabdeh1 digər cavabdehin səlahiyyətli nümayəndəsi (əri) kimi çıxış edir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəllənin 21-23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hazırkı iddia tələbində iddiaçı yalnız real zərəri mübahisələndirdiyi üçün məhkəmə tədqiqatının əsasını yalnız real zərərin həqiqiliyinin ortaya çıxarılması təşkil etmişdir.
42. Hazırkı işdə iddiaçının iddia etdiyi zərər məbləği 13800 (on üç min səkkiz yüz) manat - təsərrüfatında baş vermiş təlafat zamanı 60 baş ana qoyunun ölməsi nəticəsində əmələ gəlməsindən ibarətdir. Lakin, məhkəmə tədqiqatı zamanı araşdırılmış sübutlardan və məhkəmə iclasına mütəxəssis qismində cəlb edilmiş AQTA-nın X7nin əməkdaşının izahatından dəqiq məlum olur ki, iddiaçının təsərrüfatında onun iddia ərizəsində göstərdiyi kimi 60 baş deyil, 40 baş xırdabuynuzlu heyvan tələf olmuşdur. Buna görə də məhkəmə iddiaçının real zərərinin məbləğini iş materialllarında olan Zaqatala Mal bazarı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışa əsasən 1 baş qoyun üçün 230 manatdan hesablayaraq müəyyən edir ki, iddiaçıya dəymiş real zərərin məbləği (40x230=9200) 9200 manatdır.
43. Məhkəmə iddiaçıya dəymiş zərərin həqiqətən də cavabdehlərin qanuna zidd hərəkətləri nəticəsində dəyməsinə münasibət bildirərək hesab edir ki, iş materiallarına əlavə edilmiş AQTİ-nin Kompleks Laboratoriyasının xx.xx.2022-ci il tarixli, №xxxxxxx/LABO5-220O2-T-002 nömrəli Sınaq protokolundan, AQTA-nın X18 3 may 2022-ci il tarixli MN №0903834 nömrəli qərarı və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(107)-274/2022 nömrəli qərarından, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-4/1566 nömrəli, 05 mart 2024-cü il tarixli rəyindən də məlum olduğu kimi cavabdehin satdığı arpa yemi keyfiyyətsiz olmuş və onun heyvanların yemlənməsində istifadə edilməsi yolverilməzdir. Məhkəmə eyni zamanda cavabdehin həmin yemin iddiaçı tərəfindən qaytarılmış hissəsini başqa şəxslərə satmasını və heç kimin şikayətçi olmamasını əsas gətirdiyi məsələyə münasibət bildirərək qeyd edir ki, cavabdehin bu əsası özünü müdafiə xarakteri daşıyır. Belə ki, cavabdeh iddiaçının qaytardığı həmin yemi kimlərə satdığını sübut edən dəlil məhkəməyə təqdim edə bilməmişdir.
44. Məhkəmə eyni zamanda cavabdehin zərərin aradan qaldırılması üçün hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları). Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
46. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – məhkəmənin təşəbbüsü ilə barışığın əldə olunmasının real olması və bunun cavabdehin sonuncu məhkəmə iclasında iştirak etməməsi səbəbindən baş tutmaması iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
47. Məhkəmə xüsusi ilə vurğulayır ki, iddiaçının idda etdiyi dəymiş zərərin cavabdehin dediyi kimi onun təsərrüfatında olmuş xəstəliklə əlaqəli olması da tamamilə əsaslı dəlil deyildir. Düzdür iş materialları ilə tam təsdiqini tapır ki, cavabdehin fəaliyyət göstərdiyi heyvan yemlərinin satışı mağazasında malların saxlanması qanunlarla və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab vermir və nəticədə onun satmış olduğu arpa yemində heyvanların ölümünə səbəb ola biləcək infeksiya törədiciləri aşkar edilmişdir.
48. Məhkəmə eyni zamanda məhkəmə iclaslarında iştirak edən AQTA-nın X18 nümayəndəsinin izahatından da məlum olduğu kimi iddiaçının təsərrüfatında olan infeksiya törədicisinin cavabdehdən aldığı yemdə olan infeksiya törədicisiylə birləşərək heyvanların qısa zaman ərzində kütləvi təlafatına səbəb olmasını diqqətə çatdıraraq hesab edir ki, iddiaçı zərərin əvəzinin ödənilməsi üçün qaldırdığı iddiada qismən haqlıdır.
49. Məhkəmə Cl.perfringens və kifmaya göbələkləri ilə sirayətlənmiş yemlərin heyvanların yemləndirilməsində istifadəsi yolverilməz olması, əks təqdirdə heyvan sağlamlığı ilə bağlı problemlərin, o cümlədən xəstəliklərin və toksikozların baş verməsi üçün şərait yaranma ehtimalı, Cl.perfringens və kifmaya göbələkləri ilə sirayətlənmiş yem ilə qidalanmanın heyvan ölümü ilə nəticələnməsi ehtimal olunduğu halda, heyvan ölümünün baş verməsi müxtəlif amillərdən (o cümlədən yemin mikrobioloji sirayətlənmə həddi, qəbul edilən yemin miqdarı, heyvanın fizioloi vəziyyəti, heyvan orqanizminin immun statusu və s.) asılı olaraq, qeyri-müəyyən müddətlərdə olması ilə bağlı müvafiq ekspert və mütəxəssis rəylərini detallı formada təhlil edərək belə qənaətə gəlmişdir ki, hazırkı vəziyyətdə iddiaçıya vurulmuş zərərin həcminin böyük olmasında cavabdehdən alınmış yemdə olan heyvanların ölmünə səbəb olan xəstəliyin olması olsa da, eyni zamanda, iddiaçının təsərrüfatında və ölmüş heyvanların qalıqlarında aşkar edilmiş xəstəliklərin də qeyd edilən ziyanın baş verməsində rol oynaması ilə bağlı ortada olan sübutları məhkəmə əhəmiyyətsiz dəlil kimi kənara qoya bilməz. Ona görə də məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər (Mülki Məcəllə 458-ci maddə).
50. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməməsinə görə iddaçıya vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə sonuncu məhkəmə iclaslarında tərəflərin barışığa meyilli olduğunu və tərəflər arasında barışığın cavabdehin yekun məhkəmə iclasına gəlməməsi səbəbindən baş tutmamasını, eyni zamanda iddiaçının da təsərrüfatında infeksiya törədicisinin aşkar edildiyini nəzərə alaraq zərərin bölüşdürülməsi prinsipinin daha ədalətli nəticə olduğunu hesab edir. Ona görə də iddiaçıya dəymiş real zərərin (9200 manat) yarısının (4600manat) cavabdehdən tutlaraq iddaçıya ödənilməsini haqlı hesab edir.
Vİİ. Məhkəmə məsrəfləri:
51. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 132 manat dövlət rüsumunun 43,80 manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir.
52. Vəkil xidmətinə görə ödənilmiş məbləğlə bağlı iddia ərizəsində tələb olmadığından məhkəmə vəkilə ödənilmiş məbləğlə bağlı qətnamədə münasibət bildirməyi ehtiyac görmür.
Vİİİ Nəticə:
53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 vurulmuş ziyanın əvəzi kimi 4600 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 43,80 manat hissəsi, cəmi 4643,80 (dörd min altı yüz qırx üç manat səksən qəpik) pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Mübariz Hüseynov