Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-3/2020 11.02.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, X1 Cavabdehnə qarşı “tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 99 nömrəli icarə müqaviləsi əsasında verilən JN seriyalı 1328 nömrəli (KOD 90100001) torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamədə göstərilən, Ağdaş rayonu Şəkili kəndi ərazisində (Ağ dib deyilən yerdə) dövlət mülkiyyətində olan qış otlaq sahəsində yerləşən 200 hektarlıq torpaq sahəsinin döngə nöqtələri, Ağdaş rayon İHB-nin imzası ilə məhkəməyə göndərilən xx.xx.2018-ci il tarixli 010763 nömrəli məktubunda yazılan “dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinədək uzanan 40 m və Mirbala Yolçuyev ilə qonşu icarədar X5 icarə torpaq sahələri arasında yerləşən sərhəddən sol tərəfə 300 m enində torpaq sahəsinin dəhliz kimi saxlanılmaqla Mirbala Yolçuyevə 200 ha torpaq sahəsinin icarəyə verilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Oğuz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 49 nömrəli sərəncamı və xx.xx.2001-ci il tarixli 03 nömrəli icarə müqaviləsi ilə Ağdaş rayon ərazisindəki qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müddətinə 200 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmiş və adına JN seriyalı 1328 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə hazırlanmışdır. İddiaçı həmin torpaq sahəsindən 15 il müddətində istifadə etmiş, müqavilə müddəti başa çatdıqdan sonra Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 99 nömrəli sərəncamı və torpaq icarə müqaviləsi ilə Ağdaş rayonu Şəkili kəndi ərazisində olan 200 ha torpaq sahəsi 3 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti xx.xx.2017-ci il tarixli **********45 nömrəli məktubla Cavabdehnə müraciət edərək Mirbala Yolçuyevə icarəyə verilmiş torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərkən texniki səhvə yol verildiyini və bu səbəbdən də torpaq sahəsinə dair tərtib edilmiş yerquruluşu planının İcra hakimiyyətində olan nüsxəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti xx.xx.2017-ci il tarixli **********28 nömrəli məktubla iddiaçıya müraciət edərək Ağdaş rayonun ərazisində yerləşən 200 ha qış otlaq sahəsinə hazırlanmış yerquruluşu planında texniki qüsura yol verilərək qonşuluqlar səhv göstərildiyinə görə planın tərtibinə ödənilmiş vəsaitin geri ödənilməsi üçün şəxsi hesab nömrəsinin təqdim olunmasını bildirmişdir. Bundan sonra Mirbala Yolçuyevə icarəyə verilmiş torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərkən texniki səhvə yol verildiyi, ərazidə bələdiyyə, kənd sakinləri və icarədar arasında münaqişə yarandığı üçün Şəkili kənd sakinlərinin müraciətləri nəzərə alınaraq Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 131 nömrəli sərəncamı ilə Ağdaş rayon İHB-nin xx.xx.2017-ci il tarixli 99 nömrəli sərəncamı və icarə müqaviləsi qüvvədən düşmüş hesab edilmişdir. Sərəncamın qərara alıram hissəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, Ağdaş rayonunun inzibati ərazisində yerləşən “Ağ dib” adlanan qış otlaq sahəsinin yerquruluşu planı yenidən kənd sakinlərinin, bələdiyyənin və sərhəd kənarında yerləşən digər fermerlərin qanunla qorunan hüquqlarına zidd olmayan hallar nəzərə alınmaqla hazırlanaraq Cavabdehnə təqdim edildikdə, Mirbala Yolçuyevə icarəyə torpaq sahəsi verilməsi məsələsinə təkrar baxıla bilər. İddiaçı bununla razılaşmayaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, Oğuz rayon İHB-nin xx.xx.2001-ci il tarixli 49 nömrəli sərəncamı və xx.xx.2001-ci il tarixli 03 nömrəli icarə müqaviləsi ilə Oğuz rayonunun Ağdaş rayon ərazisindəki qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müddətinə 200 hektar kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün verilmiş və adına JN 1328 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə hazırlanmışdır. Bundan sonra o, həmin torpaq sahəsinin yenidən icarəsinə verilməsi içün Cavabdehnə müraciət etmiş, sonuncu 200 ha torpaq sahəsinin icarə müqaviləsinin müddətinin uzadılmasına rəy bildirilməsi üçün müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyində baxılmış və torpaq sahəsinin yenidən onun icarəsinə verilməsinə etiraz edilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsindən rəy almış, həmin rəy əsasında Cavabdehnə müraciət etmiş və Ağdaş rayonunun inzibati ərazisində yerləşən "Ağ dib"adlanan 3 nömrəli qış otlaq sahəsindən 200 ha torpaq tahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və X7 Mərkəzinin 17 saylı X12 İdarəsi tərəfindən yerquruluşu planı hazırlanmışdır. Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 99 nömrəli sərəncamı ilə Ağdaş rayonu Şəkili kənd ərazisində yerləşən, dövlət mülkiyyətində olan otlaq sahəsindən 3 il müddətinə 200 ha torpaq sahəsi ona icarəyə verilmiş və müqavilə bağlanmışdır. Lakin yerquruluşu planında texniki qüsurlara yol verildiyindən Cavabdehnə müraciət etmiş, bundan sonra Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 131 nömrəli sərəncamı ilə Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 99 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Lakin bu günədək cavabdeh həmin torpaq sahəsinin icarə müqaviləsinin uzadılması barədə sərəncam verməmiş və müqavilə bağlamamışdır. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli 01-763 nömrəli və xx.xx.2019-cu il tarixli 01-751 nömrəli məktublarla məhkəməyə müraciət edərək bildirmişdir ki, Oğuz rayonu Qarabulaq kənd sakini X4 icarəsinə verilmiş ərazi üzrə Şəkili kənd sakinləri ilə iddiaçı arasında müxtəlif dövrlərdə yaranmış mübahisələr, Şəkili kənd sakinlərinin rayon İcra Hakimiyyətinə və digər yuxarı orqanlara çoxsaylı kolektiv şikayətləri ilə nəticələnmişdir. Aparılmış aradırmalar nəticəsində Şəkili kənd sakinlərinin kəndin örüş sahələrinə mal-qaralarının aparılıb gətirilməsi məqsədilə Ağdaş rayon dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinədək uzanan 40 metr enində torpaq sahəsinin dəhliz kimi saxlanılması zərurətinin olduğu müəyyən edilərək müvafiq baxış aktı ilə rəsmiləşdirilmişdir. Lakin kənd sakinləri əlavə olaraq ərazidə yerləşən yataqdan (tikilidən) X6 icarə torpaq sahəsinin sərhəddinədək olan sahəsinin dəhliz kimi saxlanılmasını tələb edirlər. Sözügedən ərazinin şimal hissəsində 500 hektardan çox istifadəsiz qalmış dövlət fondu qış otlaq sahəsi mövcuddur. Heyvandarlığın inkişafı məqsədilə boş qalan həmin dövlət fondu qış otlaq sahəsindən icarəyə torpaq verilməsi üçün Şəkili kənd əhalisi tərəfindən rayon İcra Hakimyyətinə çoxsaylı müraciətlər edilmişdir. Bu müraciətlərə rayon İcra Hakimyyəti tərəfindən müsbət yanaşılsa da, göstərilən torpaq sahəsinə giriş-çıxış yolunun olmaması həmin torpaq sahəsindən istifadəni məhdudlaşdırmaqla uzun illər ərzində istifadəsiz qalmasına səbəb olmuş, müraciət edən vətəndaşlara icarəyə verilməsini mümkünsüz etmişdir. Odur ki, həmin 500 hektar dövlət fondu torpağından səmərəli istifadə olunması məqsədilə digər vətəndaşlara icarəyə verilməsi üçün giriş-çıxış yolunun olmasını və Şəkili kənd sakinlərinin iddialarının təmin edilməyəcəyi təqdirdə gələcəkdə X8 ilə mübahisələrin yenidən yaranma ehtimalını nəzərə alaraq, dövlət fondu qış otlaq sahəsində yerləşən yataqdan (tikilidən) Qoşaqovaq kəndi istiqamətinə 200 hektar torpaq sahəsinin verilməsini məqsədəuyğun hesab edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 362 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Ağdaş rayonu Şəkili kəndi ərazisində yerləşən 500 ha dövlət fondu torpaq sahəsi JN-1328 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə göstərilən 200 ha dövlət fondu qış otlaq sahəsinin şimal hissəsində yerləşdiyini nəzərə alaraq, şəhadətnamədə göstərilən 200 ha dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinədək uzanan 40 m və qeyd olunan 300 m enində dəhliz saxlanılmaqla iddiaçıya 200 ha torpaq sahəsinin icarəyə verilməsinin sözügedən ərazinin 500 ha torpaq sahəsindən digər vətəndaşların səmərəli və sərbəst istifadə etmələrinə maneə yaradır. Ağdaş RİH-nin xx.xx.2018-ci il tarixli 01-763 nömtəli məktubu və ona əlavə edilmiş sxemlə Ağdaş RİH-nin xx.xx.2019-cu il tarixli 01-751 nömrəli məktubu və ona əlavə edilmiş sxem arasındakı fərq həmin sxemlərdəki ərazilərin fərqli ərazilər olması ilə müəyyən edilir. İddiaçının tələb etdiyi torpaq sahəsi ilə həmsərhəd olan bələdiyyə torpaq sahəsi həmin torpaq sahəsinin qərb tərəfində, dövlət mülkiyyətində olan torpaq sahələrinin isə şərq tərəfində yerləşir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh torpaq sahəsinin icarəyə verilməsi şərtləri barədə müvafiq təklif verməyinə baxmayaraq təklifi reallaşdırmaqdan imtina edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun kənd sakinləri ilə arasında mübahisə mövcud deyildir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, X4 istifadəsində olan örüş sahəsi ilə qonşu sərhəddə kənd camaatının örüş sahələri yerləşir. Həmin sahədən istifadəylə bağlı kənd sakinləri ilə aralarında mübahisələr yaranmışdır və mübahisə ilə bağlı kənd sakinləri Cavabdehnə müraciət etmişlər. Onların müraciətinə cavab olaraq bildirilmişdir ki, X4 həmin torpaq sahəsinə icarə müqaviləsinin müddəti bitdikdən sonra məsələyə baxıla bilər. 2016-cı ildə icarə müqaviləsinin müddəti bitmişdir. Sözügedən torpaq sahəsi dövlət mülkiyyətindədir, həmin torpaq sahəsinə sərəncam vermək hüququ Cavabdehnə məxsusdur. İcra hakimiyyəti torpaq sahəsini X4 icarəsinə verməkdən imtina edir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Ağdaş rayon İHB-nin sərəncamlarının surətləri, icarə müqavilələrinin surətləri, ekspert rəyi, Cavabdeh xx.xx.2018-ci il tarixli 01-763 nömrəli və xx.xx.2019-cu il tarixli 01-751 nömrəli məktubları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. “Torpaq İcarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 11-ci maddəsinə əsasən icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpağı icarəyə vermək hüququ mülkiyyətçilərə, onların vəkil etdiyi orqanlara, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsusdur. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Yuxarıda sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir ki, müqavilə tərəflərin azad iradə ifadəsidir, müqavilənin şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir və müqavilə bağlamağa məcburetməyə yol verilmir. Eyni zamanda mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir (Mülki Məcəllə maddə - 6.1.1, 6.1.2, 6.1.5) ki, həmin prinsiplərə, o cümlədən müqavilələrin bağlanması zamanı tərəflərin azadlığı mülki dövriyyənin iştirakçılarının müqavilə bağlanmasına məcbur edilməsini mümkünsüz edir və bu hal mülki qanunvericiliyin prinsiplərinə ziddir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı mübahisə predmeti olan 200 ha torpaq sahəsinin Cavabdeh tərəfindən onun icarəsinə verilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan 200 ha torpaq sahəsinin icarəyə verilməsi və icarə müqaviləsi bağlanması Cavabdeh diskresion səlahiyyətidir və qanunvericiliyin tələbinə əsasən müqavilə bağlamağa məcbur edilə bilməz ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçıya torpaq sahəsinin icarəyə verilməsindən cavabdehin imtina etdiyini bildirdi. Cavabdehin müqavilə bağlamağa razı olması iddia olunan dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinədək uzanan 40 m və Mirbala Yolçuyev ilə qonşu icarədar X5 icarə torpaq sahələri arasında yerləşən sərhəddən sol tərəfə 300 m enində torpaq sahəsinin dəhliz kimi saxlanılma şərtinə münasibətdə məhkəmə araşdırması zamanı ekspertiza tədqiqatının rəyi ilə Ağdaş rayonu Şəkili kəndi ərazisində yerləşən 500 ha dövlət fondu torpaq sahəsi JN-1328 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə göstərilən 200 ha dövlət fondu qış otlaq sahəsinin şimal hissəsində yerləşdiyini nəzərə alaraq, şəhadətnamədə göstərilən 200 ha dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinədək uzanan 40 m və qeyd olunan 300 m enində dəhliz saxlanılmaqla iddiaçıya 200 ha torpaq sahəsinin icarəyə verilməsinin sözügedən ərazinin 500 ha torpaq sahəsindən digər vətəndaşların səmərəli və sərbəst istifadə etmələrinə maneə yarada bilməsi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsi onun icarəsinə veriləcəyi təqdirdə 500 ha torpaq sahəsindən digər vətəndaşların səmərəli və sərbəst istifadə etmələrinə maneə yaranır ki, bu da kənd sakinlərinin hüquqlarına müdaxilə təşkil edir və ictimai maraqlara ziddir. Şərh olunanlara əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, müqavilə tərəflərin sərbəst iradə ifadəsinin və müqavilə azadlığı prinsipinin nəticəsində bağlandığından və bununla da hər hansı fiziki və ya hüquqi şəxsi müqavilənin bağlanılmasına məcbur edilməsinə yol verilmədiyindən, habelə iddiaçının iddia etdiyi qaydada torpaq sahəsinin ona ocarəyə verilməsi ictimai maraqlara zidd olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən işə baxılması ilə əlaqədar ödənilməmiş 10 (on) manat Dövlət rüsumu və ekspertə ödənilməli olan 100 manat haqqında dəyəri iddiaçıdan tutularaq aidiyyəti üzrə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: X1 Cavabdehnə qarşı “tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 99 nömrəli icarə müqaviləsi əsasında verilən JN seriyalı 1328 nömrəli (KOD 90100001) torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamədə göstərilən, Ağdaş rayonu Şəkili kəndi ərazisində (Ağ dib deyilən yerdə) dövlət mülkiyyətində olan qış otlaq sahəsində yerləşən 200 hektarlıq torpaq sahəsinin döngə nöqtələri, Ağdaş rayon İHB-nin imzası ilə məhkəməyə göndərilən xx.xx.2018-ci il tarixli 010763 nömrəli məktubunda yazılan “dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinədək uzanan 40 m və Mirbala Yolçuyev ilə qonşu icarədar X5 icarə torpaq sahələri arasında yerləşən sərhəddən sol tərəfə 300 m enində torpaq sahəsinin dəhliz kimi saxlanılmaqla Mirbala Yolçuyevə 200 ha torpaq sahəsinin icarəyə verilməsi” tələbinə dair iddiası rədd edilsin. İşə baxılması ilə əlaqədar ödənilməmiş 10 (on) manat Dövlət rüsumu iddiaçı X3 tutularaq Dövlət büdcəsinə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 100 (yüz) manat ekspertiza xərci iddiaçı X3 tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142319, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ
22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti bilər.
Sədrlik edən: Rüfət Məcidov