Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-30/2025 03.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2017-ci il tarixli 3M-1310 nömrəli kredit müqaviləsinə əsasən 100.000 manat, xx.xx.2018-ci il tarixli 3M-1311 nömrəli kredit müqaviləsinə əsasən 150.000 manat, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 60.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 40.000 ABŞ dolları, xx.xx.2018- ci il tarixli kredit müqaviləsinə əsasən 20.000 ABŞ dolları ekvivalenti 34.000 manat borc pulun, xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 40.000 ABŞ dolları ekvivalenti 68.000 manat dəyərində pul məbləğinin, 662 manat ödənilmiş dövlət rüsumunun və vəkilə xidmət haqqına görə ödənilmiş 500 manat xidmət haqqı məbləğinin, ümumilikdə 250.000 (iki yüz əlli min) manat pulun və 160.000 ( bir yüz altmış min) ABŞ dolları (ekvivalenti 275200 – iki yüz yetmiş beş min iki yüz manat) məbləğində pulun, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 150 000 manat borc tələbinə dair iddia ilə Şəki Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir.
2. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır.
3. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 100.000 manat, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 60.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 40.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 20.000 ABŞ dolları ekvivalenti 34.000 manat borc pulun, 662 manat ödənilmiş dövlət rüsumunun və vəkilə xidmət haqqına görə ödənilmiş 1000 manat xidmət haqqı məbləğinin tutulması barədə iddia ilə xx.xx.2024-cü il tarixdə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadına əsasən iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.
4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 100.000 manat, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 60.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 40.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 20.000 ABŞ dolları ekvivalenti 34.000 manat borc pulun, 662 manat ödənilmiş dövlət rüsumunun və vəkilə xidmət haqqına görə ödənilmiş 1000 manat xidmət haqqı məbləğinin tutulması tələbinə dair e-2-2(117)- 1617/2024 nömrəli iş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “150000 manat pul tələbinə dair” tələbinə dair e-2-2(117)-1454/2024 nömrəli işə birləşdirilmişdir.
5. Şəki Kommersiya məhkəməsində hər iki kommersiya işi üzrə icraat bir icraatda birləşdirildikdən sonra iddiaçı tələblərini birləşdirmiş və ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh2 (borc alan), Cavabdeh1 (zamin) iddiaçının xeyrinə xx.xx.2017-ci il tarixli nömrəli 3M-1310 nömrəli kredit müqavilələrinə əsasən 100.000 manat, 3M-1311 nömrəli kredit müqaviləsinə əsasən 150.000 manat, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 60.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 40.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 20.000 ABŞ dolları ekvivalenti 34.000 manat borc pulun, xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 40.000 ABŞ dolları ekvivalenti 68.000 manat dəyərində pul məbləğinin, 662 manat ödənilmiş dövlət rüsumunun və vəkilə xidmət haqqına görə ödənilmiş 500 manat xidmət haqqı məbləğinin, ümumilikdə 250.000 (iki yüz əlli min) manat pulun və 160.000 ( bir yüz altmış min) ABŞ dolları (ekvivalenti 275200 – iki yüz yetmiş beş min iki yüz manat) məbləğində pulun, ödənilmiş dövlət rüsumunun və vəkilə ödənilmiş xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 100.000 manat, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 60.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 40.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 20.000 ABŞ dolları ekvivalenti 34.000 manat borc pul verilmişdir. Bundan başqa İddiaçı ilə cavabdeh Taryel arasında sonuncu bağlanan xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə aylıq 3000 manat olmaqla xx.xx.2022-ci ilədək müddətə 150.000 manat borc pul vermişdir. Sonuncu bağlanan müqavilədəki razılaşmaya görə borcalan bu məbləği 18 fevral 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq ödəməmişdir. Bundan başqa eyni danışıqlarla Cavabdeh2 və digər cavabdehlər xx.xx.2018-ci il tarixdə İddiaçı üzərində vəsiqə olmadığı üçün borca pul verib, lakin onun yaxın qohumu X3 adından müqavilə bağlayaraq 40.000 ABŞ dolları ekvivalenti 68.000 manat dəyərində pul məbləğini İddiaçı almışdır. Həmin müqavilələr üzrə Cavabdeh2 qardaşı Cavabdeh1 ilə hər bir kredit müqaviləsi üzrə zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd edilən məbləğdə pulu borcalanın mülkiyyətinə verir və borcalan isə həmin puldan təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş 18 fevral 2022-ci il tarixədək onu borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin bu müqavilə üzrə 150.000 manat borcunu qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və borcverən İddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəməyə ümumilikdə verilməli olan dövlət rüsumunun məbləği çox olduğundan ilk növbədə 18 dekabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə iddia qaldırılımış və yekun məhkəmə aktı çıxarılmışdır. Bununla belə yuxarıda qeyd edilən kredit müqavilələri üzrə sonradan ikinci iddia qaldırılmışdır. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli 3M-1311 nömrəli 150.000 manat borcla bağlı bu qeyd edilən kredit müqaviləsindən başqa, xx.xx.2017-ci il tarixli 3M-1310 nömrəli 100.000 manat məbləğində borc verilməsinə dair kredit müqaviləsi, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 60.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 40.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 20.000 ABŞ dolları ekvivalenti 34.000 manat borc pulun, xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 40.000 ABŞ dolları ekvivalenti 68.000 manat dəyərində pul məbləği cavabdehə verilməsini təsdiq edən müqavilələr də mövcuddur. Qeyd edilən müqavilələr üzrə hər hansı ödəniş edilməmiş və əsas borc məbləğləri dəyişməmişdir.
7. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 442-443, 448-ci maddələri göstərilmişdir.
İİ. Tərəflərin mövqeləri:
8. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlə aralarında bir neçə müqavilə imzalanmış, hər biri iddia ərizəsində öz əksini tapmışdır. Ondan Maştağadan 25 ədəd mebel almış, hər mebeli ***- **** manatdan satıb pul qazanmasını təklif etmişdir. 25 mebeldən Qubadakı evinə 4 mebel göndərilmiş, 150 000 manatlıq mebeli cavabdehə vermiş, satıb pulunu ona verməli idi. Lakin həmin pulu ödəməmişdir. Cavabdeh onun kartına bir neçə dəfə pul göndərmiş, tam məbləğ yadında qalmamışdır. Onun ofisdə işi olanda Tofiq Nəzərəliyevə demiş ki, onun yerinə pulları Taryelə o versin. İddia müddəti ötməyib. Cavabdehin ödənişləri vardır. Cavabdehin ümumi olaraq, ona 520 000 manat borcu vardır.
9. İddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edərək cavabdehə pulun verilməsini təsdiq edən Nəzərəliyev Tofiq adlı şəxs vardır. Həmin şəxsin növbəti məhkəmə iclasında şahid kimi dindirilməsini xahiş edir. Belə ki, qeyd edilən şəxslə bağlanmış borc müqaviləsi formal bağlanmış, borc verilən məbləğ iddiaçının pul vəsaitidir. İddia müddəti ötməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi kartdan çıxarışlar və Whatsap səslərində hər hansı konkret ödəniş barədə məlumat almaq olmur. Həmin sənədləri sübut kimi qəbul etmir. Məhkəmə iclasında iştirak etdiyi zaman iddiaçı qəbul edirdi ki, cavabdeh tərəf onun kartına xırda məbləğlərdə pul atırdı. Bu səs yazılarında puldan söhbət getsə belə, pulun çatdırılması isə öz əksini tapmamışdır. Onsuz da aydındır ki, tərəflər arasında borc pul mübahisəsi var, pulun iddiaçıya verilməsindən, onun tərəfindən pulun qəbul edilməsindən isə bir səs yazısı istisna olmaqla söhbət getmir. Həmin səs yazısını da iddiaçının etiraf etdiyi ödənişləri iddiaçı tərəf olaraq qəbul edirlər. Ekspert rəyi ilə sübut olunmuş 30 000 manat məbləği və səs yazılarında qeyd edilmiş 13 500 manatı hissəni qəbul edirlər. Digər bir səs yazısında deyilmiş “2-3 dəfə 10 000 -15 000 manat pul verilməsi” barədə olan hissəsini isə qəbul etmirlər. Çünki, həmin məbləğlər yazılı dəftərdə qeyd edilmiş və ekspertiza zamanı nəzərə alınmışdır. Bundan əlavə tərəflər arasında olan 40 000 dollarlıq müqavilə üzrə qarşı tərəfdən heç bir ödəniş edilməmişdir. Tərəfimizdən bütün sübutlar təqdim edilmişdir. Sübutlarla təsdiqini tapmış ödənişlər çıxılmaqla iddia tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı ilə müqavilələr bağlamış, lakin Tofiq Nəzərəliyevlə bağlanmış müqavilə istisna olmaqla, həmçinin 150000 manatlıq borc müqaviləsi də bağlanmış lakin iddiaçının verdiyi mebel olmuş həmin mebelin dəyərini borc müqaviləsi formasında rəsmiləşdirilmişdir. İddiaçıya 2021-ci il tarixədək vatsap danışıqları əsasında müəyyən edilir ki, 100 000 manat məbləğində borcu tam ödəmiş, 60000 ABŞ dolları məbləğində vəsaiti isə bank kartına edilən ödənişlər əsasında və ondan əvvəl edilmiş ödənişlərlə tam bağlanmış, digər 40 000 və 20 000 ABŞ dolları olan müqavilər üçün heç bir ödəniş etməmişdir. 150 000 manatı mebel formasında qəbul etmiş, mebel isə hazırda ondadır, baha olduğu rayon yerində həmin mebeli alan yoxdur. İddiaçının bank kartına 2021, 2022, 2024-cü illərdə kartından iddiaçının kartına dəfələrlə ödənişlər etmiş, bunun cəmi 35 000 manat təşkil edir və həmin pul 60 000 ABŞ dolları olan müqavilə üçün ödəmişdir. İddiaçıya məxsus ev və otelə mebel quraşdırılmış, aralarında danışıq olmuş ki, həmin mebel və xidmətlərin əvəzi olaraq borcdan silinəcək. Bağlanmış 100000 manatıq müqavilə üzrə 2018-ci ilin yanvar ayından ödənişlər başlamışdır. Bununla bağlı audio material mövcuddur. İddiaçının dediyi 25 ədəd mebeli ondan alıb satmış və borcu da ödəmişdir. Həmin mebelləri təxminən 2016-cı ildə almış, həmin mebellərin alışı-satışı hazırkı borc mübahisəsinə aidiyyəti yoxdur. İddiaçıya əlbəəl də pul vermiş, Whatsap səsləri olan diski məhkəməyə təqdim edir. Məhkəmədə dinlənilən səs yazılarından da aydın olur ki, iddiaçıya 1500, 3000, 4000 və 5000 manat olmaqla, ümumilikdə 13500 manat sonuncu ay pul ödədiyini etiraf edir, bundan əlavə onun əvvəlki aydan qalığının olduğunu bildirir. Həmin qalıq 2018-ci ilin iyul ayına aidddir. Bunu telefonda Whatsap proqramında mesajın tarix hissəsində görürünür. Orada həmin səs 12 avqust 2018-ci ilə aiddir. Avqustdan əvvəlki ay da iyul ayı olur. O, iddiaçıya sürətli şəkildə pulu ödəyirdi deyə, ona yenə borc pul verirdi. Atasının rabitəbank kartından iki dəfə cəmi 3500 manat olmaqla iddiaçıya pul göndərmişdir. Səs yazılarında qarşılıqlı dialoq var ki, “iddiaçı 20 000 ABŞ dolları və 40 000 ABŞ dolları borcun nə vaxt qaytaracağını” soruşur, digər borcları isə soruşmur. Ona görə ki artıq həmin borcları o ödəmişdir. İddiaçının ona verdiyi mebeli əşya olaraq ondan tələb edə bilər, o isə ancaq pul formasında ondan tələb edir. Ariflə danışmış ki, mebeli satıb borcunu ödəsin, lakin mebeli sata bilməmişdir. Əgər iddiaçı istəsə mebeli götürə bilər. Bundan əlavə qardaşı Cavabdeh1 zaminlik məsələsinə gəldikdə isə bildirir ki, ona həmin müqavilə aldadılaraq imza çəkdirilmişdir. Müqavilələri etibarsız hesab edir və iddia müddəti keçmişdir. Bundan əlavə 18 dekabr 2017-ci il tarixdə 150000 manat kredit müqaviləsini 50 ay müddətinə imzalamış, lakin krediti pul şəklində deyil, mebel formasında qəbul etmiş, mebeli qəbul etdiyi vaxtdan hər ay 3000 manat olmaqla ödənişlər etmiş, sonradan iddiaçıdan 100000 manat götürmüş, lakin həmin pulu ona qaytarmışdır. 24 avqust 2018-ci ildə İddiaçı ilə 40 000 dollarlıq müqavilə imzalamış, müqavilə üzrə isə heç bir ödəniş etməmiş, həmin müqqavilə üzrə iddia müddəti ötmüşdür. Bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Həmin ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Çünki, iddiaçı tərəfin vəkili keçən məhkəmə iclasında cavabdeh olaraq onun tərəfindən heç bir ödəniş edilmədiyini bildirmişdir. Şəki Rayon Məhkəməsində olarkən məhkəmə iclasında iddiaçı 150 000 manatı mebel formasında verildiyini etiraf etmişdir. İddiaçı ilə aralarında etibar olmuş, ona qarşı sələmçi olaraq pulları verdiyini sonradan bilmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, atası ilə iddiaçı əmi oğludur. Mübahisə predmeti olan müqavilənin bağlanma tarixi dəqiq yadında deyil, təxminən 2017 ya 2018-ci ilə bağlamışlar. Müqaviləni Bakı şəhərində 7 yaxud 11 saylı notariusda bağlamışlar. Borc məbləği 68 000 manat idi. Qeyd edilən pulun Cavabdeh2 əlbəəl verməsi yadında deyil. Həmin pulu iddiaçı ona vermiş, o da Cavabdeh2 vermişdir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər xəbərdar edilsə də iddiaçı (nümayəndə və vəkillə təmsil olunur) və digər Cavabdeh1 hər hansı bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçı və Cavabdeh1 iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. - 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. - 353. Tərəflər əqdin etibarsızlığını bildikdən sonra etibarlı olmasını arzuladıqda, əgər etibarsız əqd başqa əqd üçün nəzərdə tutulan tələblərə uyğun gəlirsə, başqa əqdin qaydaları tətbiq edilir. - 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). - 432.2. Əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissə-hissə icrasını qəbul etməyə bilər. - 432.3. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir. - 440.1. Əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. - 440.2. Əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. - 440.3. Əgər tələblər eyni dərəcədə ağırdırsa, daha az təmin edilmiş tələb birinci növbədə icra olunmalıdır. - 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
- 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi:
18. İşdə olan xx.xx.2017-ci il tarixli 3M-1311 nömrəli reyestrdə qeydə alınmış notarial qaydada İddiaçı ilə (borc verən) Cavabdeh2 (borc alan) arasında bağlanmış kredit müqaviləsindən müəyyən edilir ki, Borc verən 150000 manat məbləğində borcu hər ayın 20-i 3000 manat məbləğində qayarmaq şərti ilə Borc alana xx.xx.2022-ci il tarixinədək borc verir. Borc faizsiz verilmişdir.
19. İşdə olan xx.xx.2017-ci il tarixli 3M-1310 nömrəli reyestrdə qeydə alınmış notarial qaydada İddiaçı ilə (borc verən) Cavabdeh2 (borc alan) arasında bağlanmış kredit müqaviləsindən müəyyən edilir ki, Borc verən 100000 manat məbləğində borcu xx.xx.2019-cu il tarixinədək qayarmaq şərti ilə Borc alana borc verir. Borc faizsiz verilmişdir.
20. İşdə olan xx.xx.2018-ci il tarixli 3M-121 nömrəli reyestrdə qeydə alınmış notarial qaydada İddiaçı ilə (borc verən) Cavabdeh2 (borc alan) arasında bağlanmış kredit müqaviləsindən müəyyən edilir ki, Borc verən 60000 ABŞ dolları məbləğində borcu xx.xx.2019-cu il tarixinədək qayarmaq şərti ilə Borc alana borc verir. Borc faizsiz verilmişdir.
21. İşdə olan xx.xx.2018-ci il tarixli 3M-348 nömrəli reyestrdə qeydə alınmış notarial qaydada İddiaçı ilə (borc verən) Cavabdeh2 (borc alan) arasında bağlanmış kredit müqaviləsindən müəyyən edilir ki, Borc verən 40000 ABŞ dolları məbləğində borcu xx.xx.2018-ci il tarixinədək qayarmaq şərti ilə Borc alana borc verir. Borc faizsiz verilmişdir.
22. İşdə olan xx.xx.2018-ci il tarixli 3M-748 nömrəli reyestrdə qeydə alınmış notarial qaydada İddiaçı ilə (borc verən) Cavabdeh2 (borc alan) arasında bağlanmış kredit müqaviləsindən müəyyən edilir ki, Borc verən 20000 ABŞ dolları məbləğində borcu 34000 manat ekvivalentində xx.xx.2019-cu il tarixinədək qayarmaq şərti ilə Borc alana borc verir. Borc faizsiz verilmişdir.
23. İşdə olan xx.xx.2018-ci il tarixli 3M-781 nömrəli reyestrdə qeydə alınmış notarial qaydada X3 ilə (borc verən) Cavabdeh2 (borc alan) arasında bağlanmış kredit müqaviləsindən müəyyən edilir ki, Borc verən 40000 ABŞ dolları məbləğində borcu 68000 manat ekvivalentində xx.xx.2018-ci il tarixinədək qayarmaq şərti ilə Borc alana borc verir. Borc faizsiz verilmişdir.
24. İşdə olan xx.xx.2018-ci il tarixli 3M-749 nömrəli reyestrdə qeydə alınmış notarial qaydada Cavabdeh2 (borc almış) İddiaçı (borc verən) qarşısında öhdəliklərinin icrasının təmin edilməsi üçün arasında xx.xx.2017-ci il tarixli 3M-1310 nömrəli reyestrdə qeydə alınmış notarial qaydada bağlanmış kredit müqaviləsi üzrə (100000 manat məbləğində borc) öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün Zamin Cavabdeh1 arasınada zaminlik müqaviləsi bağlanmışdır.
25. İşdə olan xx.xx.2018-ci il tarixli 3M-750 nömrəli reyestrdə qeydə alınmış notarial qaydada Cavabdeh2 (borc almış) İddiaçı (borc verən) qarşısında öhdəliklərinin icrasının təmin edilməsi üçün arasında xx.xx.2018-ci il tarixli 3M-121 nömrəli reyestrdə qeydə alınmış notarial qaydada bağlanmış kredit müqaviləsi üzrə (60000 ABŞ dolları məbləğində borc) öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün zamin Cavabdeh1 arasınada zaminlik müqaviləsi bağlanmışdır. Zaminliyin müddəti müəyyən edilməmişdir.
26. İşdə olan xx.xx.2018-ci il tarixli 3M-751 nömrəli reyestrdə qeydə alınmış notarial qaydada Cavabdeh2 (borc almış) İddiaçı (borc verən) qarşısında öhdəliklərinin icrasının təmin edilməsi üçün arasında xx.xx.2017-ci il tarixli 3M-1311 nömrəli reyestrdə qeydə alınmış nömrəli reyestrdə qeydə alınmış notarial qaydada bağlanmış kredit müqaviləsi üzrə (150000 manat məbləğində borc) öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün zamin Cavabdeh1 arasınada zaminlik müqaviləsi bağlanmışdır. Zaminliyin müddəti müəyyən edilməmişdir.
27. İşdə olan xx.xx.2018-ci il tarixli 3M-752 nömrəli reyestrdə qeydə alınmış notarial qaydada Cavabdeh2 (borc almış) İddiaçı (borc verən) qarşısında öhdəliklərinin icrasının təmin edilməsi üçün arasında xx.xx.2018-ci il tarixli 3M-348 nömrəli reyestrdə qeydə alınmış nömrəli reyestrdə qeydə alınmış notarial qaydada bağlanmış kredit müqaviləsi üzrə (40000 ABŞ dolları məbləğində borc) öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün zamin Cavabdeh1 arasınada zaminlik müqaviləsi bağlanmışdır. Zaminliyin müddəti müəyyən edilməmişdir.
28. İşdə olan xx.xx.2018-ci il tarixli 3M-753 nömrəli reyestrdə qeydə alınmış notarial qaydada Cavabdeh2 (borc almış) İddiaçı (borc verən) qarşısında öhdəliklərinin icrasının təmin edilməsi üçün arasında xx.xx.2018-ci il tarixli 3M-748 nömrəli reyestrdə qeydə alınmış nömrəli reyestrdə qeydə alınmış notarial qaydada bağlanmış kredit müqaviləsi üzrə (20000 ABŞ dolları məbləğində borc) öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün zamin Cavabdeh1 arasınada zaminlik müqaviləsi bağlanmışdır. Zaminliyin müddəti müəyyən edilməmişdir.
29. İşdə olan xx.xx.2018-ci il tarixli 3M-754 nömrəli reyestrdə qeydə alınmış notarial qaydada Cavabdeh2 (borc almış) İddiaçı (borc verən) qarşısında öhdəliklərinin icrasının təmin edilməsi üçün arasında xx.xx.2018-ci il tarixli 3M-781 nömrəli reyestrdə qeydə alınmış nömrəli reyestrdə qeydə alınmış notarial qaydada bağlanmış kredit müqaviləsi üzrə (40000 ABŞ dolları məbləğində borc) öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün zamin Cavabdeh1 arasınada zaminlik müqaviləsi bağlanmışdır. Zaminliyin müddəti müəyyən edilməmişdir.
30. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən "xxxx" ASC Kommersiya Bankından Cavabdeh2 müvafiq bank kartından İddiaçı oğunun adına olan müvafiq bank kartına edilmiş ödənişlərin məbləği ilə bağlı məlumatlar götürülmüşdür.
31. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-9/2298/2025 nömrəli məktubla təqdim edilmiş ekspertiza rəyinin nəticə hissəsinə əsasən Cavabdeh2 məxsus "xxxx" ASC-nin **********232449 nömrəli bank kartı və Kapital Bank ASC-nin 416973******2311 nömrəli ödəniş kartı üzrə İddiaçı məxsus Unibank ASC-nin **********946394 nömrəli kartına ümumilikdə 31490 manat ödənişlər aparılmışdır.
32. İddiaçının təqdim etdiyi qəbzlərlə müəyyən edilir ki, iddiaçının atasına məxsus Rabitəbank kartı vasitəsilə İddiaçı məxsus Unibank ASC-nin **********946394 nömrəli kartına xx.xx.2021-ci il tarixdə ********** nömrəli qəbzlə 2499,55 manat və xx.xx.2021-ci il tarixdə ********** nömrəli qəbzlə 1000 manat, cəmi komissiya çıxılmadan 3499,55 manat məbləğində vəsait ödənilmişdir.
33. İddiaçı tərəfindən təqdim edilən İddiaçı və Cavabdeh2 imzaları ilə təsdiq edilmiş xx.xx.2018-ci il tarixli diyirçəkli qələmlə dəftər vərəqində olan yazılmış qeydlərdə “Mən Cavabdeh2 xx.xx.2018-ci il tarixdə İddiaçı 150.000 manat (yüz əlli min manat) 2 komplekt qonaq dəsti (2stol 8 nəfərlik stul, TV vitrin, qorka, 2 stol 6 nəfərlik, kamod, tv altı, bir pismeni, iki divan, iki kreslo, bir telefon altlığı) bir komplekt qonaq, yataq və ofis dəsti ayda 3000 manat pul ödəməyi (50 aya) öhdəlik götürürəm. Razılaşmanı imzalarımızla təsdiq edirik X5 qırmızı qələmlə imza, Cavabdeh2-imza.”
34. İddiaçı tərəfindən təqdim edilən İddiaçı və Cavabdeh2 imzaları ilə təsdiq edilmiş dəftər vərəqində olan qeydlərdən müəyyən edilir ki, Cavabdeh2 tərəfindən xx.xx.2018-ci il tarixdə 3000 manat, xx.xx.2018-ci il tarixdə 3000 manat,xx.xx.2018-ci il tarixdə 3000 manat, xx.xx.2018-ci il tarixdə 3000 manat, xx.xx.2018-ci il tarixdə 3000 manat İddiaçı, cəmi 15000 manat məbləğində ödənişlər edilmiş və hər iki tərəf imzalarla təsdiq etmişlər.
35. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2025-ci il tarixdə ərizələrlə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixlivə xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə iddia müddəti ötürülmüşdür. Sonuncu müqavilə iddiaçı ilə Cavabdeh2 arasında deyil, başqa şəxs arasında bağlanmış, xx.xx.2017-ci il tarixli 150000 manat məbləğində borc müqaviləsinin predmetini pul deyil, mebel təşkil edir. İddia üzrə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 nümayəndəsi olaraq zaminliyə xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürüldüyündən həmin hissədə də iddianın rədd edilməsini xahiş etmişdir.
36. Cavabdeh2 ilə İddiaçı arasında mobil telefonda olan vatsapp sosial şəbəkəsi vasitəsilə aparılmış 2018-ci ilin ayul ayından 2020-ci il tarixədək danışıqlar və səs yazıları məhkəmə iclasında tərəflərin razılığı ilə dinlənilmiş, tərəflər səslərin kimə məxsus olduğunu bildirmiş, həmçinin qeyd edilən danışıqların aparıldığını təsdiq etmişlər.
37. 25.07.2018-ci il tarixdə İddiaçı deyir: “axırda düz eləmədin 2-3 dəfə 10 min-15 min pul gətirirsən, 50 min dollar ver, 20 min dollar ver”.
38. Qeyd edilən danışıqlardan müəyyən edilir ki, iddiaçının təqdim etdiyi vatsapp danışıqlarında 12 avqust 2018-ci ildə aparılmış danışıqlarda İddiaçı səs yazısında “Taryel ödədiyin 1500 manat, 3000 manat, 5000 manat, 4000 manat keçən ayın puludur, özün dediyin kimi hər ayın 25 ödəməlisən, keçən aydan qalığın qalmışdır, həmin ay üçündür bu ödənişlər”
39. 22.10.2018-ci il tarixli danışıqda İddiaçı bildirir ki, “versin obyektə Esmira xanıma, Taryel 1800 manat azdır”, “Esmira ofisdədi, aparıb versinlər ofisə”. 18 oktyabr 2018-ci il tarixdə Arif Abasov deyir “pulu saxla yığ, üstün düzəlt, 4000, 3000 minlə bir şey olmaz”. Cavabdeh2 deyir “17000 manat ödəniş etdim, 900 manat kəsir qaldı, 1-3 günə gəlib ödəyərəm. ”09 avqust 2018-ci il tarixdə İddiaçı səsində “mən deyirəm 6000 dollar, 6000 manat, niyə düzəliş vermirsən, niyə demirsən ki, 7000 dolları”. Cavabdeh2la İddiaçı telefon danışığında “Cavabdeh2 deyir: sabah gələcəm, 6000 manat, 2000 dollar kimi gətirim, İddiaçı deyir ki, dolları dollar, manatı manat gətir”.
40. xx.xx.2018-ci il tarixli danışıqlarda İddiaçı səsində “qəpik-qəpik pul verirsən, 3000 manat pul verirsən, gah 15-i verirsən, gah ayın axırı verirsən”. xx.xx.2018-ci il tarixli danışıqlarda İddiaçı deyir “yerini sat pulu ödə, mebeli nə vaxt verirsən, deyəsən mebeli satmısan, yox mebeli satmamışam, Cavabdeh2 deyir: mebel burdadı, istiyirsən şəklini çəkim atım, İddiaçı deyir: “20 min göndərmisən, Taryel deyir: 10 min göndərmişəm”.
41. Cavabdeh2 deyir: 2-ci məsələ müqavilə ləğv ediləcək də?, İddiaçı deyir: hansı pulu verirsən, müqavilə ləğv olunacaq, əlbəttə ləğv olunacaq”. İddiaçı deyir “pul göndərməlisən, bayram da keçdi nə vaxt göndərirsən?”, Taryel deyir “bir dənə avqust ayından kəsirimiz var, sentyabr, oktyabr, noyabr, 4 ayınkı durur”. İddiaçı deyir “hamısını kitabda yazmışam.” İddiaçı deyir “dollarnan göndər”, Cavabdeh2 deyir “orda 4000 manatdı göndərirəm”, İddiaçı deyir “sən hesabı qarışdırırsan, 5000 bir vermisən, 3000, 1500 bir vermisən, sən 6000 dolar, 6000 manat verməlisən”. İddiaçı deyir: bu ay səndən 20 mini gözləyirəm”, Cavabdeh2 deyir: “mən 20 mini də, 40 mini də ödəmək fikrim var”.
42. 21.12.2019-cu il tarixli səs yazısında İddiaçı deyir: “Taryel sənin göndərdiyin bu 7 min manat heç bir şeydi, sən hər ay 7 min dolar, 3 min manat, ödəməlisən.”
43. İddiaçı deyir: “20 min gətirmisən?”. Cavabdeh2 deyir : “indi 10 min göndərmişəm, 2800 də sabah verəcəklər”, İddiaçı “beynini dağıdaram 1 manat əksik olsa”.
Vİ. Məhkəmənin mövqeyi:
44. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin qanuni, obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
45. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
46. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
47. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, işdə olan İddiaçı ilə (borc verən) Cavabdeh2 (borc alan) arasında bağlanmış xx.xx.2017-ci il tarixdə 150000 manat, 100000 manat, xx.xx.2018-ci il tarixdə 60000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 40000 ABŞ dolları və xx.xx.2018-ci il tarixdə 20000 ABŞ dolları məbləğində borc müqavilələri bağlanmış, həmin müqavilələr notarial qaydada təsdiq edilmiş, həmin borclar faizsiz verilmişdir. Eyni zamanda, xx.xx.2018-ci il tarixli 3M-781 nömrəli notarial qaydada X3 ilə (borc verən) Cavabdeh2 (borc alan) arasında bağlanmış kredit müqaviləsi üzrə də iddiaçı borcu tələb edir. Tofiq Nəzərəliyev iddia irəli sürməmişdir.
48. İddiaçının hər bir tələbi üzrə məhkəmə məsələyə münasibət bildirilməsini məqsədəuyğun hesab etmişdir.
49. 1.Tərəflər arasında ödənişlərlə bağlı mübahisələndirilən 150000 manatla bağlanmış borc müqaviləsinin əslində iddiaçı tərəfindən Cavabdeh2 satılmış mebelin dəyəri ilə bağlı olması, iddiaçının qeyd edilən borclar üzrə hər hansı bir ödəniş etməməsi, cavabdehin isə həmin borc məbəğləri ilə bağlı ödənişlər etməsi olmuşdur. Məhkəmə tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 150000 manat borc müqaviləsinin əslində borc deyil, tərəflər arasında bağlanmış mebelin alqı-satqı müqaviləsi üzrə olan borc və onun ödənişi ilə bağlı olmuşdur. Belə ki, həmin tarixdə tərəflər arasında əlyazma formasında tərtib edilmiş, imzaladıqları sadə yazılı müqavilədə müəyyən edilən aylıq 3000 manat ödənişin məbləğindən də müəyyən edilir. Tərəflər arasında aparılmış danışıqlardan, həmçinin məhkəmə iclasında verilmiş izahatlardan müəyyən edilir ki, 150000 manat məbləğində borc əslində iddiaçı tərəfindən Cavabdeh2 satılmış 150000 manatlıq mebelin dəyəridir. Məhkəmə qeyd edir ki, əslində tərəflərin niyyəti mebel alqı-satqısından yaranmış borcun ödənişini müəyyənləşdirməklə bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı hər hansı bir ödənişin edilmədiyini bildirmiş, lakin məhkəmə iclasında iddiaçının imzası ilə imzalanmış dəftər vərəqində olan imzaların özünə məxsus olduğunu bildirmiş və həmin qəbzlərdə 15000 manat məbləğində borcun ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda qeyd edilən müqavilənin xx.xx.2022-ci il tarixinədək qüvvədə olduğu müəyyən edilir. Məhkəmə cavabdehin qeyd edilən məsələ üzrə borc məbləğinin 135000 manat olması qənaətinə gəlmişdir.
50. Məhkəmə bildirir ki, tərəflər arasında mübahisələndirilən əsas məsələ ödənişin hansı müqavilə üzrə olması ilə bağlı məsələdir. Tərəflər arasında aparılan danışıqlar üzrə səs yazılarından müəyyən edilir ki, icra vaxtı çatan müqavilə üzrə ödənişlər edilmişdir. Çünki tərəflər arasında münasibətlərdən müəyyən edilir ki, cavabdeh tərəf ilk əvvəl borclar üzrə ödənişləri nə qədər ki, vaxtında və surətli formada ödəyirdi, iddiaçı da tarix baxımından sonrakı müqavilələr üzrə borcları verirdi. Ona görə də məhkəmə Mülki Məcəllənin 432, 440-cı maddələrinin tələbləri baxımından əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. İlk əvvəl ödəniş Borclunun seçdiyi öhdəlik üzrə, seçim etmədikdə isə vaxtı çatan öhdəlik üzrə ödəniş edilir.
51. 2. Tərəflər arasında ödənişlərlə bağlı mübahisələndirilən xx.xx.2017-ci il tarixdə bağlanmış borc müqaviləsi 100000 manat borcla bağlıdır. Qeyd edilən borcun müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilir. Məhkəmə tərəflər arasında aparılmış çoxsaylı səs yazılarını dinləmiş və müəyyən etmişdir ki, qeyd edilən müqavilə üzrə iddiaçıya çoxsaylı vəsaitlər ödənilmişdir. İddiaçı tərəf qeyd edilən vəsaitlərdən hər hansı bir ödənişin edilmədiyini həm iddia ərizəsində, həm də məhkəmə iclasında bildirmişdir. Lakin təsdiqini tapan danışıqlarda iddiaçı tərəfin təsdiq etdiyi məbləğləri Cavabdeh2 ödənişi olaraq qəbul etmişdir. Məhkəmə səs yazılarının bəzilərinə istinad edilməsini zəruri hesab etmişdir. Belə ki, İddiaçı xx.xx.2018-ci il tarixdəki səs yazısında bildirdiyi: “Cavabdeh2 ödədiyi 1500, 3000, 5000 və 4000 manat məbləğində” vəsaitin keçən aya yəni 2018-ci ilin iyul ayına aid olduğunu və hər ayın 25-də ödəməli olduğunu bildirmişdir. Məhkəmə sadə hesablama yolu ilə hər ay qeyd edilən vəsaitlərin cəmi (1500+3000+4000+5000=13500 manat) 13500 manat edilibsə, 7 ay müddət üçün bu məbləğ 94500 manat təşkil etmiş olar. Bundan əlavə tərəflər arasında aparılan danışıqlarda İddiaçı bildirdiyi “2-3 dəfə 10000, 15000 manat pul verirsən, 50 min dollar ver, 20 min dollar ver deyirsən”. Məhkəmə qeyd edilən ifadə və danışıqlara birmənalı yanaşa bilmir. Belə ki, cavabdeh tərəfindən qeyd edilən məbləğlərdə ödənişlərin edilməsi və bu ödənişlərin bir-neçə dəfə təkrarlanması, cavabdeh tərəfin ödənişlər bağlı arqumentlərini təsdiq etmiş olur. İddiaçı tərəf isə bu arqumentlərin qarşısında konkret dəlil və sübutlar ortaya qoymamaqla sübutetmə vəzifəsini yerinə yetirmədiyini təsdiq etmiş olur. Eyni zamanda, tərəflər arasında aparılmış danışıqlarda İddiaçı tərəfindən ödənilmiş borcların kitabda qeydiyyatının aparıldığını bildirmişdir. İddiaçı yalnız bir dəfə məhkəmə iclasında iştirak etmiş həmin vəsaitlərin ödənişi ilə bağlı qeydiyyat kitabını və ya jurnallarını məhkəməyə təqdim etmək təklif edilmiş, lakin həmin sübutlar təqdim edilməmişdir. İddiaçı tərəf məhkəmə iclasında təsdiqini tapan sübutlar istisna olmaqla, israrla cavabdeh tərəfindən hər hansı bir ödənişin etmədiyini bildirmişdir. Qeyd edilən halları nəzərə alaraq məhkəmə bu qənaətə gəlmişdir ki, 100000 manat borcla bağlı vəsait Cavabdeh2 tərəfindən tam olaraq ödənilmişdir.
52. 3. Tərəflər arasında ödənişlərlə bağlı mübahisələndirilən xx.xx.2018-ci il tarixdə 60000 ABŞ dolları ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəf bu müqavilə üzrə də cavabdeh tərəfindən hər hansı bir ödənişin edilmədiyini bildirmiş, lakin məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçının bank kartına edilən ödənişlərlə bağlı sübutlar təqdim edildikdən sonra qeyd edilən ödənişlərin edilməsi faktını qəbul etmişdir. Cavabdeh tərəfindən bank kartı ilə bağlı ödənilən vəsaitin 60000 ABŞ dolları borcu üzrə ödənildiyini bildirmişdir. İddiaçı tərəf cavabdeh tərəfindən ödənilən vəsaitlərin bütün müqavilə üzrə ödənildiyini bildirmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Unibank ASC Kommersiya Bankından götürülmüş bank məlumatları, Məhkəmə Ekspertizası Mərkəzinin rəyi əsasında cavabeh Cavabdeh2 məxsus "xxxx" ASC-nin **********232449 nömrəli bank kartı və Kapital Bank ASC-nin 416973******2311 nömrəli ödəniş kartı üzrə İddiaçı məxsus Unibank ASC-nin **********946394 nömrəli kartına ümumilikdə 31490 manat ödənişlərin aparıldığı müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh2 təqdim etdiyi qəbzlərlə müəyyən edilir ki, iddiaçının atasına (iddiaçının bildirdiyinə görə) məxsus Rabitəbank kartı vasitəsilə İddiaçı məxsus Unibank ASC-nin **********946394 nömrəli kartına xx.xx.2021-ci il tarixdə ********** nömrəli qəbzlə 2499,55 manat və xx.xx.2021-ci il tarixdə ********** nömrəli qəbzlə 1000 manat, cəmi komissiya çıxılmadan 3499,55 manat məbləğində vəsait ödənilmişdir. Bu fakta münasibətdə iddiaçı tərəf hər hansı bir əks arqumentini irəli sürməmişdir.
53. Məhkəmə qeyd edir ki, bank kartı üzrə ödənişlərin 09 mart 2021-ci il tarixdən 2024-cü ilin 01 oktyabr tarixinədək aparılmış və həmin dövr ərzində 31490 manat və 3499,55 manat olmaqla cəmi 34989,55 manat ödəniş edilmişdir. Eyni zamanda, tərəflər arasında müqavilənin bağlanma tarxindən yəni, 05 fevral 2018-ci il tarixindən 09 mart 2021-ci ilin tarixinədək (bank kartı ilə ödəniş aparılanadək) Cavabdeh2 tərəfindən müvafiq ödənişlər aparılmışdır. Tərəflər arasında aparılmış telefon danışıqları zamanı müəyyən edilir ki, Cavabdeh2 tərəfindən İddiaçı həm dollarla, həm də manatla borcunu qaytarır. Belə ki, 2018-2021-ci il tarixləri arasında aparılmış danışıqlarda İddiaçı “6000 dollar, 6000 manat aylıq ödənişlərin edilməsinin təsdiqlənməsi”, “7000 dollar və 3000 manat məbləğində borc üzrə ödənişlərin edilməsi”, “doları dollar”, “manatı manat” kimi ödənilməsinin qeyd edilməsi aydın görünür. Təsdiqini tapan danışıqlarda müəyyən edilir ki, 2021-ci ilin əvvəlinə qədər Cavabdeh2 tərəfindən ödənişlər dollar və manatla ifadə olunmaqla əlbəəl olaraq iddiaçıya ödənilmiş, qeyd edilən tarixdən sonra isə bank kartı vasitəsilə ödənilmişdir. Belə ki, tərəflər arasında aparılmış danışıqlarda 2019-cu ilin avqust -dekabr aylarında “6000 manat, 6000 dollar ödənişinin” aparılmasını iddiaçı tərəf səs yazısında təsdiq edir, “Lakin 6000 dollar deyil, 7000 dollar olmalı olmasını” qeyd edir. Bundan əlavə Cavabdeh2 səs yazısında “10 min göndərmişəm, 2800 manat da sabah verəcəm” deməsi qeyd edilir. Buna baxmayaraq iddiaçı tərəf rəsmi sənədlərlə təsdiqini tapan yəni xx.xx.2021-ci il tarixdən sonra iddiaçının bank kartına cəmi 34989,55 manat ödəniş həyata keçirmiş, qeyd edilən vəsait borcdan çıxılarsa 60000 ABŞ dollarının manata münasibətdə ekvivlenti 102000 manatdan qeyd edilən ödəniş nəzərə alınmaqla 67 010,45 manat borc qalar. Cavabdeh tərəfindən ödənişlərin 2018-ci ilin əvvəllərindən başlamasını, tərəflər arasında danışıqların ən azı 2018-ci ilin iyun aylarından başladığını nəzərə alsaq cavabdehin manatla bərabər dollarla ifadə edilən ödənişləri, lakin 2019-cu ilin dekabr ayına olan səs yazılarda “6000 dollar, 6000 manat ödənişin edilməsi” faktının təsdiqi məhkəmədə o inamı yaratmışdır ki, cavabdeh tərəfindən ən azı ilin əvvəlindən kəsirlə də olsa qeyd edilən məbləğləri ödəmişdir. Belə ki, ən azı xx.xx.2018-ci il tarixədək tərəflər arasında ödənişlərin normal olduğu görünür yəni həm 100000 manat, həm də 60000 ABŞ dolları məbləğində borclar üçün ödənişlər edilir. 2018-ci ilin fevral ayında hazırkı müqavilənin bağlandığını və 1 il üçün hər ay üçün təxminən 5000 ABŞ dolları ödəniş edilməli olmasını, cavabdeh tərəfindən də ən azı 7 ay normal ödənişin edildiyini (7 x 5000=35000 ABŞ dolları), sonrakı aylar isə kəsirlə olsa belə ödəniş faktının olması, 2021ci ilin fevral ayındadək bank kartı ilə ödəniş edilən vaxta qədər ödənişlərin aparıldığını, (danışıqlarda dolarla ödənişin məbləği ən azı 6000 manat qeyd edilir) ən azı hər ay 2000- 3000 ABŞ dolları ödəniş etmişdir. Həmin məbləğin isə qalıq qalan təxminən 67000 manatdan artıq olması müəyyən edilir. Tərəflər arasında hələ həmin dövrdə hər hansı bir mübahisənin olmadığını nəzərə alsaq ödənişin edilməsi qəbul edilər. Həmin dövrdə tərəflər arasındakı danışıqlarda “qalıq vəsaitin məbləği yalnız ötən aydan qalan məbləğ kimi” qeyd edilir. Sonradan is təxminən 2020-ci ildən sonra tərəflər arasında danışıqlarda “4 ay ödənişin edilmədiyini” tərəflər bir-birinə bildirir. Qeyd edilən hallarla bağlı iddiaçı tərəf cavabdehin etdiyi ödənişlərlə bağlı hər hansı bir faktı bildirməmiş, qeydiyyat sənədlərini məhkəməyə təqdim etməmişdir. Bütün bu sübutlar məhkəmədə belə inam yaratmışdır ki, Cavabdeh2 tərəfindən 60000 ABŞ dolları məbləğində borc tam olaraq ödənilmişdir.
54. 4. Tərəflər arasında mübahisələndirilən xx.xx.2018-ci il tarixli 40000 ABŞ dolları və xx.xx.2018-ci il tarixdə 20000 ABŞ dolları məbləğində borc müqavilələri üzrə ödənişlərlə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəf qeyd edilən müqavilələr üzrə hər hansı bir ödənişin edilmədiyini bildirmiş, lakin məhkəmə iclasında ödənişlərin müvafiq olaraq hər müqavilə üzrə edildiyini bildirsə də, ilkin olaraq iddia ərizəsində bunun tam əksini bildirmiş, cavabdeh tərəf də qeyd edilən müqavilələr üzrə hər hansı bir ödənişin edilmədiyini bildirmişdir.
55. Məhkəmə tərəfindən tərəflər arasında aparılmış danışıqların dinlənilməsi zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 və İddiaçı aid səs yazısında, İddiaçı “bu ay səndən 20 mini gözləyirik” Cavabdeh2 cavabında “40000 ABŞ doları və 20000 ABŞ dolları məbləğində borcla bağlı ödənişə başlamaq istədiyini” bildirir. xx.xx.2018-ci il tarixli 40000 ABŞ dolları məbləğində borc müqaviləsi üzrə müqavilənin icra müddəti xx.xx.2018ci il tarixədək, xx.xx.2018-ci il tarixdə 20000 ABŞ dolları məbləğində borc müqaviləsi üçün xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Qeyd edilən müqavilələr üzrə hər hansı bir ödənişlə bağlı tərəflərin konkret arqumenti olmadığından məhkəmə qəbul edir ki, həmin müqavilələr üzrə hər hansı bir ödəniş olmamışdır. İddiaçının məhkəmə iclasında bildirmişdir ki, “ödənişlərin bütün müqavilələr üzrə edilməsi” arqumentinə münasibətdə qeyd edilməlidir ki, ilkin olaraq iddia ərizəsində ümumiyyətlə hər hansı bir ödənişin edilmədiyi bildirilmişdir. Sonradan isə qarşı tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq izahatını ifadəsini bu istiqamətdə ifadə etmişdir. Ona görə məhkəmənin mövqeyi ondan ibarətdir ki, qeyd edilən borc müqavilələri iddiaçı xx.xx.2024-cü il tarixdə Şəki Rayon Məhkəməsinə müraciət etdiyindən 3 illik iddia müddətini ötürmüşdür.
56. Məhkəmə vaxtı çatan öhdəliyin icra edilməsi və borclunun öhdəliyin ödənişinin seçməsi ilə bağlı hüquqları ilə bağlı qanunvericiliyin tələbini əsas tutaraq hazırkı iş üzrə cavabdeh tərəfin seçimi üzrə ödənişlərin edilməsini və vaxtı çatan öhdəliyin ödənilməsi ilə bağlı hərəkətləri iddiaçı tərəfindən hər hansı bir arqumentlə istisna edilə bilməmişdir. Bundan əlavə tərəflər arasında aparılmış telefon danışıqlarında “İddiaçı Taryel Məməmdovun sözlərinə münasibətdə ödənişin aylıq olaraq 6000 dollar, 6000 manat deyil, 7000 manat olmaqla ödəməli olmasını bildirməsi” məsələsinə münasibətdə Cavabdeh2 bildirdiyinə görə iddiaçının sonradan müqavilədənkənar əlavə faiz məbləği tələb etdiyini dəfələrlə təkrarlamışdır.
57. Məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı tərəf məhkəmə iclaslarında cavabdeh tərəfin borclar üzrə etdiyi ödənişləri ilə bağlı hər hansı bir sübut və dəlil irəli sürməmiş, yalnız cavabdeh tərəfin təqdim etdiyi dəlillərə münasibət bildirmiş, əksəriyyətini isə qəbul etməmişdir. Ona görə də məhkəmə tərəfindən əsasən cavabdeh tərəfin borclarla bağlı ödənişlərə aid irəli sürdüyü arqumentlər və dəlillər ətarfında mübahisəni həll etməyə çalışmışdır.
58. Tərəflər arasında aparılmış telefon danışıqları və vatsapp yazışmalarının tarixi ilə bağlı iddiaçı tərəf hər hansı bir arqument irəli sürməsə də, cavabdeh tərəfin təqdim etdiyi tarixləri məhkəmə əsas götürmüşdür.
59. Məhkəmə, tərəflərin məhkəmə qarşısında irəli sürülmüş arqument və dəlilərin sübut olaraq yekunda təsdiq etmələri üçün onalara çəkişmə, bərbərlik və sübutetmə yükünün qanuna uyğun bölüşdürülmüş formada təzahürü üçün lazımi şərait yaratsa da iddiaçı tərəf cavabdeh tərəfin arqumentlərini tam cavablandıra bilməmişdir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
60. Çəkişmə prinsipinin əsasını, həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır.
61. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarı məhkəmə orqanları qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
62. 5. xx.xx.2018-ci il tarixli 3M-781 nömrəli reyestrdə qeydə alınmış notarial qaydada X3 ilə (borc verən) Cavabdeh2 (borc alan) arasında bağlanmış kredit müqaviləsindən müəyyən edilir ki, Borc verən 40000 ABŞ dolları məbləğində borcu 68000 manat ekvivalentində xx.xx.2018-ci il tarixinədək qaytarmaq şərti ilə Borc alana borc verir. Borc faizsiz verilmişdir. Bununla bağlı iddiaçının təşəbbüsü ilə Tofiq Nəzərəliyev məhkəmə iclasında şahid qismində dindirilmiş, həmin şəxs borc verilən məbləğin İddiaçı məxsus olduğunu bildirmiş, həmin vəsaitin onun tərəfindən deyil, İddiaçı tərəfindən verildiyini və o da cavabdehə verdiyini bildirmişdir. İddiaçı sübut etmək istəmişdir ki, həmin müqavilə əslində İddiaçıla Cavabdeh2 arasında bağlanmışdır. Məhkəmə qeyd edilən arqumenti qəbul etmir və bildirir ki, qanunvericiliyin tələbinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. İddia vermək hüququ hər bir yetkinlik yaşına çatmış şəxsə məxsusdur və o hüquqlarının bərpası üçün iddianı müstəqil olaraq və ya digər iddiaçılarla birlikdə qaldıra bilər. Şəxsin ona məxsus hüquqlarının icrasını başqa şəxsə tapşıra bilər. Məhkəmə iddiaçı və ya cavabdeh olaraq işə cəlb edilməmiş şəxsin hüquqlarının və ya mənafelərinin müdafiəsi ilə bağlı məsələni həll etməkdə haqlı deyildir. Ona görə də Tofiq Nəzərəliyev iş üzrə Cavabdeh2 qarşı müstəqil formada iddia qaldırmaq hüququ mövcuddur. İddiaçı mübahisələndirilən müqavilə üzrə belə bir hüququ olmadığıdan hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.
63. İddiaçı iş üzrə zaminlik müqavilələri əsasında borcların qaytarılması üçün zamin durmuş şəxs Cavabdeh1 borcların qaytarılmasını tələb edir. Belə ki, bütün zaminlik müqavilələrinin bağlanma tarixi xx.xx.2018-ci il tarixli 3M-750 nömrəli reyestrdə qeydə alınmış zaminlik müqaviləsi ilə xx.xx.2018-ci il tarixli 3M-121 nömrəli (60000 ABŞ dolları məbləğində borc), 3M-751 nömrəli reyestrdə qeydə alınmış zaminlik müqaviləsi ilə xx.xx.2017-ci il tarixli 3M-1311 nömrəli reyestrdə qeydə alınmış nömrəli reyestrdə qeydə alınmış notarial qaydada bağlanmış kredit müqaviləsi üzrə (150000 manat məbləğində borc), 3M-752 nömrəli zaminlik müqaviləsi ilə xx.xx.2018-ci il tarixli 3M-348 nömrəli reyestrdə qeydə alınmış nömrəli borc müqaviləsi üzrə (40000 ABŞ dolları məbləğində borc), 3M-753 nömrəli reyestrdə qeydə alınmış zaminlik müqaviləsi ilə xx.xx.2018-ci il tarixli 3M-748 nömrəli reyestrdə qeydə alınmış kredit müqaviləsi üzrə (20000 ABŞ dolları məbləğində borc), 3M-754 nömrəli reyestrdə qeydə alınmış zaminlik müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli 3M-781 nömrəli kredit müqaviləsi üzrə (40000 ABŞ dolları məbləğində borc) öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün Zamin Cavabdeh1 arasınada zaminlik müqaviləsi bağlanmışdır. Zaminliyin müddəti müəyyən edilməmişdir.
64. Mülki Məcəllənin 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
65. Göründüyü kimi, müddəti müəyyən edilmədən bağlanmış bütün zaminlik müqavilələrində MM-in 477.0.4-cü bəndinin 2-ci cümləsindən qeyd edilən 1 illik müddət ötürülmüşdür. Tərəflər arasında bağlanmış yalnız xx.xx.2017-ci il tarixli 3M-1311 nömrəli reyestrdə qeydə alınmış nömrəli reyestrdə qeydə alınmış notarial qaydada bağlanmış (150000 manat məbləğində borc müqaviləsi) kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmiş. İddiaçı Şəki Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bu səbəbdən qeyd edilən 1 illik müddət xx.xx.2023-cü il tarixdə bitdiyindən həmin müqavilə üzrə də qeyd edilən müddət bitmişdir. Bu səbəbdən zaminlik müqavilələrinə qanunla müəyyən edilmiş müddətlər ötdüyündən xitam verilmişdir.
66. Məhkəmə yekunda bu nəticəyə gəlir ki, Cavabdeh2 18 dekabr 2017-ci il tarixli 3M-1311 reyestr nömrəli müqavilə üzrə 135000 manat pul tutularaq iddiaçıya ödənilməli iddia qalan hissədə təmin edilməməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
67. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ümumilikdə ödənilmiş 1103 manat dövlət rüsumunun 893 manatı iddiaçıya aid edilməli, 210 manatı, həmçinin vəkil və nümayəndəyə çəkilmiş xərcin əvəzi olaraq 300 manat Cavabdeh2dan iddiaçının xeyrinə tutulmalıdır.
Vİİİ Nəticə:
68. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 135 000 manat borc, 300 vəkil üçün xidmət haqqının dəyəri və dövlət rüsumunun 210 manat hissəsi, cəmi 135510 manat (bir yüz otuz beş min on manat) tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış tədqiqatların dəyəri olan 150 manat pulun 75 manat hissəsi İddiaçı, 75 manat hissəsi Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41nabz********************, sfift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, Vöen: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov.