Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-317/2023 15.05.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “”xxxx” MMC-yə məxsus olan mebel sexinə dövlət reyestr xidmətindən çıxarış almaq üçün ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı MMC-nə məxsus olan mebel sexində DƏDRX-nin Qax rayon şöbəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına göstərilən maneələrin aradan qaldırılması və DƏDRX-nin Qax rayon şöbəsinin tərəfindən məcburi ölçmə işlərinin aparılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(024)-511/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh (bundan sonra mətndə cavabdeh) tərəfindən İddiaçı MMC-nə məxsus mebel sexində DƏDRX-nin Qax rayon şöbəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına göstərilən maneələr aradan qaldırılsın və DƏDRX-nin Qax rayon şöbəsi tərəfindən məcburi ölçmə işlərinin aparılmasının təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-223/2023 nömrəli qərardadı ilə iş üzrə qəbul edilmiş qətnamə ləğv edilərək iş aidiyyəti üzrə baxılması üçün hazırki məhkəməyə göndərilmişdir. İddiaçı Ə.Məmmədov xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbində dəqiqləşmə apararaq iddiaçı X2 əsl iddiaçı "xxxx" MMC (bundan sonra mətndə iddiaçı) ilə əvəz etmiş və "xxxx" MMC-yə məxsus olan mebel sexinə dövlət reyestr xidmətindən çıxarış almaq üçün ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının xx.xx.2023-cü il tarixli protokolunun qərarı ilə iddiaçı X4 əsl iddiaçı "xxxx" MMC ilə əvəz olunmuş və iddia tələbində dəqiqləşmə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ə.Məmmədovun təsisçisi olduğu "xxxx" MMC Qax şəhəri, Azadlıq prospektində yerləşir və həmin müəssisəyə çıxarış almaq istəyir. Lakin bununla bağlı müraciət etsə də, həmin mebel sexi cavabdeh tərəfindən zəbt olunduğundan bu mümkün olmamışdır. Cavabdeh sexi zəbt etməklə bərabər reyestr xidmətinin əməkdaşlarının orada ölçmə işlərinin aparmasına mane olur. 1992-ci ilə qədər Qax rayon Məişət Xidməti Kombinatının nəzdində olmuşdur. 1992-ci ildə Məişət Xidməti Kombinatı ləğv edilərək bütünlükdə "xxxx" ASC-nin tərkibinə verilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İcra Hakimiyyəti tərəfindən cavabdehə həmin mebel sexi sərəncamla verilmişdir. Lakin, həmin sərəncam qanunsuz olaraq verilmişdir. Cavabdehin istifadəsində olan mebel sexi onların müəssisəyə aiddir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçının dediyi mebel sexi ona məxsusdur. Həmin mebel sexi Qax Rayon İcra Hakimiyyətinin sərəncamı ilə qanuni surətdə verilmişdir. 2016-cı ildən bəri iddiaçı ona məxsus sexi işlətməyə imkan vermir. Odur ki, iddiaçının rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış nizamnaməsindən görünür ki, hüquqi ünvanı Qax şəhəri, Ü.Hacıbəyov 14 kimi qeyd edilmiş və Cəmiyyət AR Ədliyyə Nazirliyində D-2514 nömrəli şəhadətnamə ilə xx.xx.1998-ci ildə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkil edilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir. İş materiallarına əlavə edilmiş Dövlət Reyestrindən Çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.1998-ci ildə vergi orqanında qeydiyyata alınmış, əvvəlki qeydiyyat nömrəli D 2514, təşkilati hüquqi forması MMC-dir və nizamnamə kapitalı 135 488 manat təşkil edir, təsisçisi və qanuni təmsilçisi X3r. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********54 nömrəli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli **********16 saylı məktubundan görünür ki, "xxxx" MMC-nə məxsus olan ünvan 2 ünvanında yerləşən mebel sexinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciətə baxılmışdır. Müraciətdə qeyd olunan əmlak digər şəxsin istifadəsində olduğundan və ölçü işlərinin aparılmasını təmin edə bilmədiklərindən aidiyyəti üzrə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli **********16 saylı məktubunun surətindən görünür ki, iddiaçı X1 "xxxx" ASC yaradılarkən onun əmlakının tərkibində Qax şəhərində yerləşən mebel sexinin olması ilə bağlı məsələnin araşdırılmasına köməklik göstərilməsi barədə daxil olmuş xx.xx.2020-ci il tarixli 03 nömrəli müraciətə baxılmışdır. Bildirilir ki, “Azəraycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Dövlət Əmlak Komitəsinin – xx.xx.1998-ci il tarixli 103 nömrəli sərəncamı ilə “Sənaye Ticarət” Dövlət Konserninin tərkibində olmuş X6 Kombinatının bazasında "xxxx" ASC yaradılmış, səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Həmçinin, "xxxx" ASC yaradılarkən özəlləşdirmə komissiyasına təqdim edilmiş sənədlərə əsasən, Qax şəhərində yerləşən mebel sexi qiymətləndirilən əmlakın tərkibində cəmiyyətin nizamnamə kapitalına daxil edilmiş və emissiya prospektində (özəlləşdirmə planında) öz əksini tapmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********63 nömrəli mütəxəssis rəyinə əsasən, iddiaçının iddiasında olduğu həmin torpaq sahəsi 521 kv.m olub, hal-hazırda Cavabdeh faktiki istifadəsindədir. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və naturada istifadə qaydası tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Təqdim olunan texniki pasportda göstərilən torpaq sahəsinin cizgiləri ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin naturadakı cizgiləri uyğunluq təşkil edir. Məhkəmə tərəfindən təqdim olunan **********75-12301 reyestr nömrəli çıxarışda göstərilən 1,2 ha torpaq sahəsinin coğrafi yerləşməsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin coğrafi yerləşməsi arasında kəskin fərq var. Çıxarışda göstərilən 1,2 hektar torpaq sahəsi tamamilə ayrı bir ərazidə yerləşdiyindən sualın cavablandırılması mümkün olmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********08 nömrəli mütəxəssis rəyinə əsasən, "xxxx" MMC-nin iddia etdiyi Qax şəhəri, Azadlıq prospektində yerləşən torpaq sahəsi və digər daşınmaz əmlak cavabdeh tərəfindən zəbt edilməmişdir. İş materiallarında olan X6 Kombinatının işçiləri tərəfindən tərtib edilən 18-ci formaya əlavə qeyd edilmişdir ki, Qax şəhəri, Azadlıq küçəsi 37-də yerləşən torpaq sahəsi 0,1 ha olmaqla bir naves yerləşir. Su, qaz, enerji xətləri Azadlıq küçəsindən keçir. Ərazi üfüqi müstəvidədir. İş materiallarında olan Qax rayon İcra Hakimiyyəti Başçısının 3.03.1997-ci il tarixli 42 nömrəli Sərəncamına əsasən, Qax şəhər sakini Cavabdeh sahibkarlıq məqsədi ilə Azadlıq küçəsindəki ərazidən 0,03 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan texniki pasportdan görünür ki, həmin texniki pasport Qax rayon İcra Hakimiyyəti Başçısının 3.03.1997-ci il tarixli 42 nömrəli Sərəncamına əsasən Cavabdeh ayrılmış 0,03 ha torpaq sahəsi Qax Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş cizgisi çəkilmiş, yerində tanıdılmışdır. xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə müraciət olunaraq, iş üzrə mütəxəssi rəyləri və 12 saylı Ərazi İdarəsinin məktubları arasında ziddiyətlərin aydınlaşdırılması xahiş olunmuş, sonuncunun xx.xx.2023-cü il tarixli 3-21-3-39/2- 1470/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə baxış keçirilmiş, GPS aləti vasitəsilə ölçü işləri aparılmış və koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, məhkəmə tərəfindən təqdim olunan **********75-12301 reyestr nömrəli çıxarışda göstərilən 1,2 ha torpaq sahəsinin coğrafi yerləşməsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin coğrafi yerləşməsi arasında 1657 metr hava xətti mövcuddur. İş materiallarına texniki pasport, İcra Hakimiyyətinin Sərəncamı, mütəxəssis rəyləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Dövlət Əmlak Komitəsinin – xx.xx.1998-ci il tarixli 103 nömrəli sərəncamı ilə “Sənaye Ticarət” Dövlət Konserninin tərkibində olmuş X6 Kombinatının bazasında "xxxx" ASC yaradılmış, səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. "xxxx" MMC-nin hüquqi ünvanı Qax şəhəri, Ü.Hacıbəyov 14 kimi qeyd edilmişdir və Cəmiyyət AR Ədliyyə Nazirliyində D-2514 nömrəli şəhadətnamə ilə xx.xx.1998-ci ildə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkil edilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir. X4 isə həmin MMC-nin təsisçisi və qanuni təmsilçisidir. Cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkardır (VÖEN **********). İşin mübahisələndirilən halları ilə bağlı məhkəmə iş materiallarında olan sübutları qarşılıqlı surətdə qiymətləndirməyi və iddianın əsaslılığını sübuta yetirən hallarla təkzib edən halları aşağıdakı qaydada müqayisəli şəkildə təhlil etməyi zəruri hesab edir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli **********16 saylı məktubundan və ona əlavə edilmiş siyahıdan müəyyən olunur ki, "xxxx" ASC yaradılarkən özəlləşdirmə komissiyasına təqdim edilmiş sənədlərə əsasən, Qax şəhərində yerləşən mebel sexi qiymətləndirilən əmlakın tərkibində cəmiyyətin nizamnamə kapitalına daxil edilmiş və emissiya prospektində (özəlləşdirmə planında) öz əksini tapmışdır. İddiaçı həmin sənədə əsaslanaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə mülkiyyət hüququna dair çıxarış alınması ilə bağlı müraciət etmiş, lakin həmin qeyri-yaşayış binasının (mebel sexinin) faktiki olaraq Cavabdeh qanuni istifadəsində olması səbəbi ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçının iddia tələbini əsaslandığı yeganə sübut qismində Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli **********16 saylı məktubu və ona əlavə edilmiş siyahı göstərilir. Digər iş materialları ilə iddia tələbinin əsassızlığını sübuta yetirir. Belə ki, Qax rayon İcra Hakimiyyəti Başçısının 3.03.1997-ci il tarixli 42 nömrəli Sərəncamına əsasən, Qax şəhər sakini Cavabdeh sahibkarlıq məqsədi ilə Azadlıq küçəsindəki ərazidən 0,03 ha torpaq sahəsinin ayrılması qərara alınmış, Qax Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən həmin torpaq sahəsinin sxemi-cizgisi çəkilmiş, yerində tanıdılmış və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayı binası ilə bağlı texniki pasport tərtib edilmişdir. Həmin Sərəncam hal-hazırda da qüvvədədir. Həmçinin, iddiaçının vəsatəti ilə alınmış mütəxəssis rəylərində müəyyən edilmişdir ki, "xxxx" MMC-nin iddia etdiyi Qax şəhəri, Azadlıq prospektində yerləşən torpaq sahəsi və digər daşınmaz əmlak cavabdeh tərəfindən zəbt edilməmişdir. Həmin torpaq sahəsi 521 kv.m olub, hal-hazırda cavabdehin faktiki istifadəsindədir. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və naturada istifadə qaydası tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Təqdim olunan texniki pasportda göstərilən torpaq sahəsinin cizgiləri ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin naturadakı cizgiləri uyğunluq təşkil edir. Məhkəmə tərəfindən təqdim olunan **********75-12301 reyestr nömrəli çıxarışda göstərilən 1,2 ha torpaq sahəsinin coğrafi yerləşməsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin coğrafi yerləşməsi arasında kəskin fərq var. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə müraciət olunaraq, iş üzrə mütəxəssis rəyləri və 12 saylı Ərazi İdarəsinin məktubları arasında ziddiyyətlərin aydınlaşdırılması xahiş olunmuş, sonuncunun xx.xx.2023-cü il tarixli 3-21-3-39/2- 1470/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə baxış keçirilmiş, GPS aləti vasitəsilə ölçü işləri aparılmış və koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, məhkəmə tərəfindən təqdim olunan **********75-12301 reyestr nömrəli çıxarışda göstərilən 1,2 ha torpaq sahəsinin coğrafi yerləşməsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin coğrafi yerləşməsi arasında 1657 metr hava xətti mövcuddur. İddiaçının iddia etdiyi torpaq sahəsi ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə yeri və koordinatları tamamilə fərqli olduğundan, üst-üstə düşmə və ya qonşu yerləşmə halları aşkar edilmədiyindən məhkəmə iş üzrə ekspertizaının keçirilməsinə ehtiyac duymamışdır. Əksinə ekspetizanın keçirilməsi heç bir nəticə verməyəcək və işin baxılması müddətinin uzadımasına şərait yaradacaqdır. Məhkəmə hazırki mübahisənin obyektini geniş mənada mülkiyyətçi hesab edilə bilən iddiaçının mülkiyyət hüququnun pozulması ilə bağlı iddiası kimi qəbul etsə belə, hazırki vəziyyətdə hər hansı qanunsuz sahiblikdən söhbət getmir. İş materialları ilə mübahisəli torpaq sahəsinin və onun üzərində yerləşən mebel sexinin cavabdeh tərəfindən qanuni istifadə edildiyi tam sübut olunur. Ona görə də iddiaçının tələbi ilə həmin torpaq sahəsində cavabdehin hüquqlarını pozmaqla onun iradəsindən kənar hər hansı bir ölçmə işlərinin aparılması qanunsuz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair Mülkiyyətin müdafiəsinə dair Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Yuxarıda qeyd edilən işin faktiki halları və bu hallara tətbiq edilən hüquq normlarının məzmunundan müəyyən edilir ki, iddiaçının iddia etdiyi daşınmaz əmlakın ona məxsusluğu ilə bağlı sübutlar iddia tələbinin təmin edilməsi üçün yetərli hesab edilə bilməz. Əks yanaşma cavabdehin hüquqlarının pozuntusuna şərait yarada bilər. Düzdür cavabdehin daşınmaz əmlak üzərində mülkiyyət və ya digər hüquqları dövlət qeydiyyatına alınmasa da cavabdehin mübahisəli daşınmaz əmlaka mülkiyyət hüququnu tanıtmağa gözlənti hüquqları var və beynəlxalq Konvensiya və məhkəmə presedentləri baxımından qanuni və əsaslı gözlənti hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdehin həmin əmlak üzərində onun sahiblik və istifadə hüquqları mövcuddur və bu hüquqlara dövlət təminat verir. Odur ki, hazırki vəziyyətdə cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması hallarını təsdiq edən sübutların mövcudluğu məhkəməyə məlum deyildir. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tələbində haqlı olmadığından, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddaçı ödədiyi dövlət rüsumunu tələb etmədiyindən, rüsum özünə aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı "xxxx" MMC-yə məxsus olan mebel sexinə dövlət reyestr xidmətindən çıxarış almaq üçün ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2-2(117)-317/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-317/2023
15.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver