Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-386/2025 05.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X13, iddiaçının vəkili Vəkil3, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən qeyri-yaşayış sahəsini işlətməyə yaradılan maneələrə görə 31.500 manat zərər, 19.349,40 manat gecikdirilməyə görə faiz və 25.338,50 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə, 76.187,90 manat pulun cavabdehdən tutulması, tutmanın cavabdehin sahibliyində olan Ünvan 1 ünvanında 0,0102 ha torpaq sahəsində yerləşən 99,0 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması yolu ilə pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, 19.349,40 manat gecikdirilməyə görə faizin ödənilməsi və tutmanın cavabdehin sahibliyində olan Ünvan 1 ünvanında 0,0102 ha torpaq sahəsində yerləşən 99,0 kv.m. ümumi sahəsi olan qeyriyaşayış sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması yolu ilə pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bundan sonra iddiaçı tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsini işlətməyə yaradılan maneələrə görə 31.500 manat zərər, 19.349,40 manat gecikdirilməyə görə faiz və 25.338,50 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə, 76.187,90 manat pulun Cavabdeh tutulması, tutmanın cavabdehin sahibliyində olan Ünvan 1ndəki 0,0102 ha torpaq sahəsində yerləşən 99,0 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması yolu ilə pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Şəki Rayon Məhkəməsinə müraciət edərək, X15 miras qalan 0,0102 hektar torpaq sahəsində yerləşən, 99,0 kv.metr ümumi sahəsi olan, Ünvan 1ndəki qeyri-yaşayış binasının özəlləşdirilməsi və orada aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş xərclərin cəmi məbləği kimi 57.000 manatın və Şəki rayonu Qoxmuq kəndinin “Qarabulaq” ərazisindəki, ümumi sahəsi 153,2 kv.metr olan “Qarabulaq” yeməkxanasının özəlləşdirilməsi üçün verdiyi 8.000 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli 2(075)-9/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)- 125/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(075)- 9/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasında aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş xərcə görə 14.569,88 manatın, 7.66 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iş üzrə keçirilmiş ekspertiza xərclərinin 102.23 manat, 76.68 manat və 25.55 manatının Cavabdeh, qalan 297.77 manat, 253.32 manat və 74.45 manatının İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, həmin qətnamə AR Ali Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli 2(102)- 3048/22 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. Beləliklə də hazırkı iş üzrə cavabdeh tərəfindən ona zərər vurulduğu və bu zərər səbəbindən əldən çıxmış faydanın olduğu öz təsdiqini tapmışdır. Lakin hazırkı iş üzrə cavabdeh bu günədək ona vurulan zərəri ödəmək niyyətində deyil və müxtəlif yollarla ona ödəniş etməkdən yayınmağa çalışır. Cavabdehin bu hərəkətlərinin ona vurulan zərəri artırdığını və əldən çıxmış faydanın yarandığını nəzərə alaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
4. Bundan əlavə, əvvəlki mülki işdə mübahisə predmetini təşkil edən 99 kv.m. qeyriyaşayış sahəsini icarəyə verərək gəlir əldə etmək imkanları da məhdudlaşdırılmış və cavabdeh ödənişi vaxtında yerinə yetirmədiyindən onun əldən çıxmış faydası hər iki halda artmışdır. Belə hesab edir ki, məhkəmə hazırkı iddia ərizəsində qeyd edilən halları araşdırmalı və pul vəsaitinin bilərəkdən gecikdirilməsinə görə nəzərdə tutulan bank uçot dərəcəsinə uyğun cərimə və əldən çıxmış faydanın mülki iş üzrə cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Əgər cavabdeh bilərəkdən onun qeyriyaşayış sahəsindən istifadəsinə maneə yaratmasaydı o, hər ay 500 manat olmaqla qeyriyaşayış sahəsindən gəlir əldə edə bilərdi. Lakin, yaradılan maneələr onun zərərə düşməsinə səbəb olmuşdur. Cavabdehin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının vərəsəlik qaydasında 2018-ci il tarixdən qeydə alındığını nəzərə alaraq, zərərin 2018- 2023-cü illəri əhatə edən 63 aylıq dövr üzrə hesablanmasını apararaq, zərəri (63 x 500) 31.500 manat qiymətləndirir. Qanunvericiliyin normalarından da göründüyü kimi cavabdeh pul vəsaitini bilərəkdən alaraq onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirdiyi üçün bank uçot dərəcəsinə uyğun olaraq ona əlavə pul ödəməlidir. Həmçinin, cavabdeh tərəfindən faizlər hesablanan zaman ona dəyən zərərlə yanaşı əvvəlki qətnamələrdə qeyd edilən məbləğlər də nəzərə alınmalı və 31.500 manatın deyil, 46.069,88 manatın faizləri hesablanmalıdır. Mülki qanunvericilik bu faizin hesablanmasının əsas meyarı kimi bank uçot dərəcəsini nəzərə almağı qeyd edir, həmin məbləğin 2018- 2022-ci illər ərzindəki faizlərini aşağıdakı kimi qiymətləndir: 2018-ci il üzrə (11%) – 5067,7 manat, 2019-cu il üzrə (9%) – 4146,3 manat, 2020-ci il üzrə (7%) – 3224,9 manat, 2021-ci il üzrə (7%) – 3224,9 manat, 2022-ci il üzrə (8%) – 3685,6 manat. Göründüyü kimi bu 5 illik müddət ərzində olan hesablamaların cəmi 19.349,4 manat faizin yarandığını deməyə əsas verir. Bundan əlavə, həmin şəxsin ona olan borcunu vaxtında ödəməməsi səbəbindən o bir sıra digər gəlirlərdən də məhrum olunmuşdur. Əgər pul vəsaiti cavabdeh tərəfindən ona vaxtında qaytarılsaydı o zaman o həmin pul vəsaitini ən azından banka depozit kimi qoyar və həmin puldan əlavə gəlir götürə bilərdi. Lakin, cavabdehin pul vəsaitini əsassız və qəsdən gecikdirməsi bu faydadan da onu məhrum etmişdir. Hazırda Azərbyacan Respublikasında fəaliyyət göstərən kommersiya banklarının əmanətlər üzrə faiz dərəcəsinə baxsaq görərik ki, "xxxx" QSC-də yerləşdirilən əmanətlərə görə illik 11% olmaqla əlavə ödəniş verilir. Faizlərin hesablanmasında olduğu kimi əldən çıxmış faydanın hesablanması zamanı da ona dəyən zərərlə yanaşı əvvəlki qətnamələrdə qeyd edilən məbləğlər də nəzərə alınmalı və 46.069,88 manatın əldən çıxmış faydası hesablanmalıdır. Bu isə onu deməyə əsas verir ki, həmin məbləğ 2018-ci il ərzində banka əmanət kimi yerləşdirilmiş olsaydı onun 5 il ərzində illik 11%-dən əldə edəcəyi fayda 25.338,50 manat olacaqdı.
5. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-151-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21-ci, 448-ci, 449-cı, 1096, 1097.1-ci, 1115-ci maddələri göstərilmişdir.
6. Şəki Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, e-2(075)-30/2024 nömrəli qətnaməsi ilə iddiaçının iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-111/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, e-2(075)-30/2024 nömrəli qətnaməsi ləğv edilərək iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.
8. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(117)-386/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
İİ. Tərəflərin mövqeləri:
9. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə etdiyini və təmin edilməsini məhkəmədən xahiş etdiyini bildirdi.
10. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehin atası mərhum Səmədli Natiq mübahisə predmeti olan obyekti icarəyə verməmişdir. Həmin vaxt başqa əməliyyat aparılmışdı. Sənədlər saxtalaşdırılmış və obyekt mərhum Səmədli Natiqin adına keçirilmişdir. 2003-2023-cü ilə qədər olan icarə haqqı borcunu tələb edirlər. 2023-cü ildə obyekt özəlləşdirilmişdir. Bundan əlavə onlar iddia ərizəsində əldən çıxmış fayda və indeksasiya ilə bağlı tələblər qaldırmışlar. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
11. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbinin hüquqi əsası yoxdur. İddiaçı tərəfin dedikləri ehtimallardır, hər hansısa sübuta əsaslanmır. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
12. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin vəkillə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
İİİ. Məhkəmə baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı - İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. - 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. - 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
- 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Sübutların tədqiqi:
25. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsindən görünür ki, Ünvan 1ndə yerləşən qeyri-yaşayış binası X16 adına qeydiyyata alınmışdır.
26. Şəki şəhər 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 06 sentyabr 2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, Ünvan 1ndə yerləşən ona məxsus qeyri-yaşayış binasına lazımi sənədləri toplamağı, Ərazi İdarəsinin 1 nömrəli forma və çıxarış almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir.
27. X6 06 sentyabr 2012-ci il tarixli ərizəsindən görünür ki, əri X16 adına olan Ünvan 1ndə yerləşən qeyri-yaşayış binasının satılmasına heç bir etirazı yoxdur.
28. 29 noyabr 2012-ci il tarixli qeyri-yaşayış binasının dəyişmə müqaviləsindən görünür ki, Kərimov X8 Natiq Mahmud oğlunun etibarnaməsi əsasında mülkiyyətində olan Şəki şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2345 nömrəli arayış və 1/272 nömrəli, xx.xx.2003-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən 0.0102 ha torpaq sahəsində yerləşən, 99.0 kv.m ümumi sahəsi olan ona məxsus Ünvan 1ndə yerləşən qeyri-yaşayış binasını X2 vermiş, əvəzində isə Şəki şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2344 nömrəli arayış və 1/000077 nömrəli, xx.xx.2006-ci il tarixli şəhadətnaməyə əsasən X25 və X14 məxsus 0.0151 ha torpaq sahəsində yerləşən 131.6 kv.m. ümumi sahəsi olan X34 prospekti, 1A ünvanında yerləşən qeyri-yaşayış binasını etibarnamə əsasında X7 ona vermişdir.
29. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən X18 ünvanlanmış 19 noyabr 2015-ci il tarixli məktubdan görünür ki, X16 etibarnamə üzrə nümayəndəsi X4 müraciəti əsasında 15 may 2003-cü il tarixdə X16 adına qeydiyyata alınmış Ünvan 1ndə yerləşən qeyri-yaşayış binası Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun 29 noyabr 2012-ci tarixli, 4Ə-2/1133 saylı dəyişmə müqaviləsi əsasında X1 adına keçmiş və 18 dekabr 2012-ci il tarixdə hüquqların dövlət qeydiyyatı aparılaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
30. İşdə olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı **********58-06301 reyestr nömrəli ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 99 kv.metr olan qeyri-yaşayış binası və 0.0102 ha torpaq sahəsi X1 tam istifadəsindədir (qeydiyyat tarixi: xx.xx.2012).
31. İşdə olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı **********55-06301 reyestr nömrəli ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 99 kv.metr olan qeyri-yaşayış binası və 0.0136 ha torpaq sahəsi X1 tam mülkiyyətindədir (qeydiyyat tarixi: xx.xx.2013).
32. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2017-ci il tarixli 2(102)- 7164/2017 nömrəli Qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2017-ci il tarixli, 2(107)-723/2017 saylı qətnaməsi cavabdehlərin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
33. AR Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 15 dekabr 2017-ci il tarixli 2(107)-723/2017 nömrəli icra vərəqəsindən görünür ki, 29 noyabr 2012-ci ildə Şəki şəhər 1 saylı Notariat Kontorunda təsdiq edilmiş dəyişmə müqaviləsi etibarsız hesab edilmiş; həmin dəyişmə müqaviləsi ilə X2 verilmiş 0.0102 ha torpaq sahəsində yerləşən, 99.0 kv.m ümumi sahəsi olan ona məxsus Ünvan 1ndə yerləşən qeyri-yaşayış binasının X18, X5 verilmiş 0.0151 ha torpaq sahəsində yerləşən 131.6 kv.m. ümumi sahəsi olan X34 prospekti, 1A ünvanında yerləşən qeyri-yaşayış binasının X25 və X14 qaytarılması; X1 adına daşınmaz əmlaka dair xx.xx.2012-ci ildə verilmiş RX seriyalı, ******* nömrəli çıxarış və xx.xx.2013-cü ildə verilmiş RX seriyalı, ******* nömrəli çıxarış, X4 adına xx.xx.2013-cü ildə verilmiş RX seriyalı ******* nömrəli çıxarış və X3 adına xx.xx.2016-cı ildə verilmiş RX seriyalı ******* nömrəli çıxarışlar, həmçinin həmin əmlaklara dair mülkiyyətçilərin adına tərtib edilmiş texniki passportların ləğv edilməsi qərara alınmışdır.
34. İşdə olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı **********55-06301 reyestr nömrəli ******* saylı çıxarışdan isə görünür ki ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 99 kv.metr olan qeyri-yaşayış binası X16 tam mülkiyyətindədir (qeydiyyat tarixi: xx.xx.2018).
35. Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il 2(075)-9/2020 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən qeyriyaşayış binasında aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş cəmi 25039,95 manat məbləğində xərcin tutularaq İddiaçı verilməsi, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatının iddiaçının özünə aid edilməsi, 20 manatının isə cavabdehdən alınaraq iddiaçıya verilməsi, mülki iş üzrə keçirilmiş ekspertiza xərci olan 400 manatın 300 manatının Cavabdeh, 100 manatının isə İddiaçı alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesaba ödənilməsi qət edilmişdir.
36. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2 (102)-3048/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)- 125/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il 2(075)-9/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasında aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş xərcə görə 14 569,88 manat məbləğində xərcin, 7.66 manat dövlət rüsumun alınaraq İddiaçı verilməsi, iş üzrə keçirilmiş ekspertiza xərclərinin 102.23 manat, 76.68 manat və 25.55 manatının Cavabdeh, qalan 297.77 manat, 253.32 manat və 74.45 manatının İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesaba ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının həmin qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (107)-125/2022 nömrəli iş üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
37. Şəki Rayonu üzrə İcra və X30 Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixli, 7031/11 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-125/2022-010 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 14577.54 manat borc məbləği xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən tamlıqla ödənilmişdir.
38. İşdə olan xx.xx.2023-cü il tarixli “borc tələbi üzrə pul vəsaitinin alınması haqqında” qəbzdən görünür ki, İddiaçı 14577.64 manat pul vəsaitini qəbul etmişdir.
39. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(075)-9/2020 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış binasına çəkilmiş xərcin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(075)-3598/2018 nömrəli iddianın təmin edilməsi tədbiri haqqında qərardadının ləğv edilməsi, Şəki Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(075)-3598/2018 nömrəli qərardadı əsasında X16 adına qeydə alınmış 0.0102 ha torpaq sahəsində yerləşən, 99.0 kv.metr ümumi sahəsi olan, Ünvan 1ndəki qeyri-yaşayış binasının və Şəki rayonu, Qoxmuq kəndinin “Qarabulaq” ərazisindəki ümumi sahəsi 153.2 kv.metr olan “Qarabulaq” yeməkxanasının üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır.
40. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2023-cü il tarixli, 9/4550 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, 01 yanvar 2018-ci il tarixdən xx.xx.2022-ci tarixinədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar nəzərə alındıqda 14.577,54 manat məbləğində pul vəsaitinin 31 dekabr 2022-ci il tarixinə hesablanmış cari dəyərinin (ekvivalenti) 20.102,43 manat (əsas məbləğ 14.577,54 manat faiz indeksi 5.524,89 manat) məbləğində olması müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 14.577,54 manat məbləğində pul vəsaiti üzrə Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla 01 yanvar 2018-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan dövr ərzində hesablanan faiz ümumilikdə 5.955,04 manat təşkil edir.
41. "xxxx" MMC-nin 21 avqust 2023-cü il tarixli, 009 saylı qiymətləndirmə rəyindən görünür ki, İddiaçı 18 avqust 2023-cü il tarixli ərizəsinə əsasən Ünvan 1ndə yerləşən 2003-cü ildə özəlləşdirilmiş 0,0102 ha torpaq sahəsində yerləşən 99 kv m sahəsi olan pavilyon və arxasında tikilmiş 35 kv m anbar sahəsi olan, hazırda tikinti materialları satışı mağazası kimi fəaliyyət göstərən cəmi 134 kv.m sahəsi olan qeyri-yaşayış obyektinin aylıq orta icarə haqqının müəyyənləşdirilməsi üçün qiymətləndirmə həyata keçirilmişdir. Hesabatda təsvir edilmiş tədqiqatı, həmçinin əldə edilmiş nəticələri, obyektin kommersiya cazibədarlığını, yerləşdiyi ərazinin əhəmiyyətini, digər üstün kommunikasiya elementlərini, yaxın ərazidə yerləşən analoji obyektlərin hazırkı icarə qiymətlərini müqayisəli təhlil edərək, daşınmaz əmlak bazarındakı hazırkı icarə qiymətlərinə əsaslanaraq qiymətləndirici qənaətə gəlmişdir ki, 21 avqust 2023-cü il tarixinə olan vəziyyətə obyektin aylıq orta icarə qiyməti 500 manat təşkil edir.
42. Azərbayan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 6 iyun 2024-cü il tarixli, 17/0577 saylı qiymətləndirmə hesabatından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti, habelə əmlakın qiymətləndirilməsi səlahiyyətinə və "xxxx" MMC-nin Nizamnaməsinə uyğun olaraq ekspertləri tərəfindən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən X16 adına verilmiş Qeydiyyat Vəsiqəsi əsasında ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasının sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması nəticəsində əldən çıxmış faydanın həcminin (2003- 2023-cü illər üzrə) müəyyən edilməsi üçün qiymətləndirilmə işi həyata keçirilmişdir. Apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasının sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması nəticəsində 2003-2023-cü illər üzrə əldən çıxmış faydanın 130 352 (bir yüz otuz min üç yüz əlli iki) manat təşkil etdiyi müəyyən edilmişdir.
43. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2024-cü il tarixli, 9/572 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, xx.xx.2018- ci il tarixdən xx.xx.2023-cü il tarixədək əsas məbləğ 10.102,43 AZN olmaqla Mərkəzi Bankın uçot faiz dərəcəsinə müvafiq olaraq hesablanmış faiz məbləği 5.010,95 manatdır; Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən 14.577,54 AZN pul məbləğinin 2023-cü ildə fevral ayında 2018-ci ilin yanvar ayına nisbətən istehlak qiymətləri indeksi 139,9% təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 39,9% artmışdır. 39,9% artım nəzərə alınmaqla qeyd edilən 2018-ci ilin yanvar ayının 14.577,54 manatının 2023-cü ilin fevral ayına dəyəri 20.393,98 manat (14.577554 + 39,9%) məbləğində müəyyən edilir. Ekspertiza təyini haqqında qərardadda qeyd edilən Şəki şəhəri, S.Mumtaz küçəsi, 35 B saylı, sahəsi 99 kv.m olan qeyri-yaşayış sahəsinin və ona oxşar şəraitli analoji qeyri-yaşayış sahələrinin icarə haqqının orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 2021-ci il tarixə - 3600,00 (12 ay x 300 man) manat, 2022-2023-cü il tarixlərə - 9600,00 (24 ay x 400 manat) manat. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. 2003-2020-ci il tarixlərə Şəki şəhəri, S.Mumtaz küçəsi, 35 B saylı, sahəsi 99 kv.m olan qeyri-yaşayış sahəsinin və ona oxşar şəraitli analoji qeyri-yaşayış sahələrinin icarə haqqının məbləği barədə məlumat əldə etmək mümkün olmamışdır. Qeyd edilir ki, həmin dövrdə mərkəzdə bu barədə tədqiqat aparılmadığından baza məlumatları mövcud deyil.
Vİ. Məhkəmənin mövqeyi:
44. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
45. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
46. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
47. İşin müəyyən olunmuş halları və iş materialları, o cümlədən iddiaçı və cavabdeh tərəfin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları X16 06 sentyabr 2012-ci il tarixli etibarnamə ilə Ünvan 1 küçəsində yerləşən ona məxsus qeyri-yaşayış binası ilə bağlı müəyyən hərəkətləri etməyi İddiaçı etibar etməsi, Ünvan 1 ünvanında 0,0102 ha torpaq sahəsində yerləşən 99,0 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin X15 vərəsəlik üzrə oğlu Cavabdeh mülkiyyətinə keçməsi, İddiaçı tərəfindən həmin qeyriyaşayış sahəsinin əsaslı tikinti-təmir işlərinə ümumilikdə 14 569.88 manat (2003-cü ildən 2018-ci ilin iyul ayına qədər AR Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən qüvvədə olan məhkəmə qərarı) xərc çəkilməsi hallarından ibarətdir.
48. Məhkəmə işin mübahisəsiz hallarına qiymət verərərək hesab edir ki, iş materiallarına əlavə edilmiş 06 sentyabr 2012-ci il tarixli etibarnamədən, ******* saylı çıxarışdan və məhkəmə aktlarından (AR Ali Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2017-ci il tarixli 2(102)-7164/2017 nömrəli Qərarı; Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il 2(075)-9/2020 nömrəli qətnaməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-125/2022 saylı qətnaməsi, AR Ali Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli 2 (102)-3048/2022 saylı qərarı) göründüyü kimi Ünvan 1 ünvanında 0,0102 ha torpaq sahəsində yerləşən 99,0 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi X16 mülkiyyətində olmuş, o, İddiaçı etibarnamə ilə müəyyən hərəkətləri etməyi etibar etmiş, daha sonra həmin qeyri-yaşayış sahəsinin mülkiyyət hüququ vərəsəlik üzrə mülkiyyətçinin oğlu Cavabdeh keçmişdir.
49. İşin mübahisələndirilən hallarına cavabdeh tərəfindən iddiaçıya qeyri-yaşayış sahəsini işlətməyə yaradılan maneələrə görə 31.500 manat zərər vurulmasının, iddiaçı tərəfindən hesablanmış 19.349,40 manat gecikdirilməyə görə faizin və 25.338,50 manat əldən çıxmış faydanın həqiqətəndə mövcud olub-olmaması aiddir.
50. İlkin olaraq məhkəmə iddia tələbinin cavabdeh tərəfindən iddiaçıya qeyri-yaşayış sahəsini işlətməyə yaradılan maneələrə görə 31.500 manat zərər vurulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı qeyd edilən əsaslarla dəymiş zərər tələb etməkdə haqlı deyil və iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tələbini belə əsaslandırmışdır ki, əgər qeyri-yaşayış sahəsinin istifadəsinə maneə yaradılmasaydı o, hər ay 500 manat ("xxxx" MMC-nin 21 avqust 2023-cü il tarixli, 009 saylı qiymətləndirmə rəyinə əsasən aylıq icarə haqqı) olmaqla gəlir əldə edə bilərdi. Cavabdehin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının vərəsəlik qaydasında 2018-ci il tarixdən qeydə alındığını nəzərə alaraq, zərərin 2018-2023-cü illəri əhatə edən 63 aylıq dövr üzrə hesablayaraq, zərəri (63 x 500) 31.500 manat müəyyənləşdirərək cavabdehdən tutulmasını xahiş etmişdir.
51. Belə ki, iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsini istifadə edəcəyi halda 2018- 2023-cü illəri əhatə edən dövr üçün 31.500 manat icarə haqqı əldə edəcəyini iddia edir ki, iş materiallarından da göründüyü kimi həmin daşınmaz əmlak iddiaçının mülkiyyətində olmamış, sadəcə etibarnamə ilə müəyyən hərəkətlər etmək ona etibar edilmişdir. İddiaçı buna əsaslanaraq cavabdehin mülkiyyətində olan əmlakla bağlı icarə haqqının tutularaq ona ödənilməsini tələb etməkdə haqlı deyildir. Çünki qeyd edilən qeyri-yaşayış sahəsinə qanuni əsaslarla sahiblik və istifadə faktlarını təsdiq edən qanun və ya müqavilə əsası mövcud deyildir. Baxmayaraq ki, həmin sahə ilə bağlı müvafiq hərəkətlərin edilməsinə dair iddiaçıya etibarnamə verilmişdir.
52. Bundan başqa iddiaçı Mülki Məcəllənin 449-cu maddəsinə əsaslanaraq bildirmişdir ki, cavabdeh, 46 069.88 manat pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini gecikdirdiyi üçün bank uçot dərəcəsinə uyğun olaraq ona əlavə olaraq 2018-2022-ci illər üçün 19.349,40 manat gecikdirilməyə görə faiz ödəməlidir. Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
53. Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.
54. MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.
55. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə aktı ilə (Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-125/2022 saylı qətnaməsi, AR Ali Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli 2 (102)-3048/2022 saylı qərarı) iddiaçının qeyd edilən qeyri-yaşayış sahəsinin əsaslı tikinti-təmir işlərinə 2003-cü ildən 2018-ci ilin iyul ayına qədər ümumilikdə 14 569.88 manat xərc çəkdiyi müəyyənləşdirilmişdir. Göründüyü kimi cavabdehin 2018-ci ilə kimi iddiaçıya borcunun olması öz təsdiqini tapmış, lakin buna baxmayaraq cavabdeh həmin borcu yalnız yekun məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün icra orqanına göndərildikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə tam şəkildə ödəmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən səbəblərə görə 2018-2022-ci illər üzrə ödənişin gecikdirilməsi üçün faiz tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə hesab edir ki, gecikdirilmiş müddət üçün faiz məbləği müəyyənləşdirilərkən Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2023-cü il tarixli, 9/4550 nömrəli ekspert rəyi əsas götürülməlidir. Ekspert rəyinə əsasən, Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla 01 yanvar 2018-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan dövr ərzində hesablanan faiz ümumilikdə 5.955,04 manat təşkil edir. Məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığından iddiaçının tələb etdiyi dövr üzrə müvafiq borcun tutulması qənaətinə gəlmişdir.
56. Həmçinin, iddiaçı, 46 069.88 manat pul vəsaitini 2018-ci il ərzində banka əmanət kimi yerləşdirəcəyi halda onun 5 il ərzində illik 11%-lə əldə edəcəyi fayda 25338.5 manat olacaqdı ki, həmin məbləğin əldən çıxmış fayda olaraq cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir.
57. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 aprel 2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 445.7, 449.1 və 745.5-ci maddələrinin məzmunundan göründüyü kimi, qanunverici pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət tədbiri olan faizlərin həddini müəyyənləşdirərkən pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsini rəhbər tutmuşdur.
58. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanun) 22.1.2-ci maddəsinə müvafiq olaraq, uçot dərəcəsi Azərbaycan Respublikasının Mərkəzi X31 tərəfindən müəyyən edilir. Mərkəzi Bank uçot dərəcəsini müəyyənləşdirərkən ölkədəki mövcud makroiqtisadi durumu və maliyyə bazarının vəziyyətini nəzərə alır (“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 31.2-ci maddəsi). Makroiqtisadi durum isə özündə digər amillərlə yanaşı, inflyasiya göstəricisini də ehtiva edir. Bu baxımdan, qanunverici tərəfindən öhdəliklərin icra edilməməsinə görə məsuliyyət tədbiri müəyyən edilərkən və faizlərin məhz uçot dərəcəsinə uyğun hesablanması müəyyənləşdirilərkən, kreditorun inflyasiyaya məruz qala biləcəyi ehtimalı da nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 445.7, 449.1 və 745.5-ci maddələrində göstərilən faiz dərəcələri zərərin aradan qaldırılmasına yönəlsə də, müəyyən hallarda faktiki zərər (o cümlədən inflyasiya nəticəsində dəyən zərər) həmin faiz dərəcələri ilə əhatə olunmaya da bilər.
59. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 449.3-ci maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə görə ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
60. Oxşar tənzimetmə Mülki Məcəllənin 745.6-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, əgər kredit üzrə ödənişlərin gecikdirilməsinə görə borcverənə dəyən zərər bu Məcəllənin 745.5-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, borcverən borcalandan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi məhkəmə qaydasında və ya zərərin baş verdiyi tarixdən sonra borcalanla ayrıca razılıq əldə etməklə tələb edə bilər.
61. Beləliklə, Mülki Məcəllənin 449.3 və 745.6-cı maddələrinə uyğun olaraq, borcverən ona dəyən zərər (inflyasiya nəticəsində yaranmış zərər də daxil olmaqla) həmin Məcəllənin 445.7, 449.1 və 745.5-ci maddələri ilə hesablanmış faizlərin məbləğindən çox olduqda, həmin faizlərdən artıq, yəni bu faizlərlə əhatə olunmayan hissədə (fərq hissəsində) zərərin ödənilməsini borcalandan tələb edə bilər.
62. Əks yanaşma, yəni həm inflyasiya nəticəsində dəymiş zərərin, həm də belə zərəri tam şəkildə əhatə edən qanunvericiliklə və ya müqavilə ilə müəyyənləşdirilmiş gecikdirilmə faizlərinin birlikdə tələb edilməsi imkanı, borcverənə dəymiş zərərin qarşılanması ilə deyil, sonuncunun borcun gecikdirilməsindən istifadə edərək əsassız varlanması ilə nəticələnərdi ki, bu da mülki qanunvericiliyin məqsəd və vəzifələri ilə uzlaşmır.
63. Göründüyü kimi iddiaçı həm Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faiz ödənişini tələb etmiş, həm də bundan əlavə olaraq əldən çıxmış fayda tələb edir ki, bu zaman dəymiş zərərin bank uçot faiz dərəcəsi ilə hesablanmış faizdən çox olduğunu, həmin faizi əhatə etmədiyini, lakin iddiaçı həmin məbləğin həqiqətən mövcudluğunu sübut etməmişdir.
64. Qanunvericilik hazırkı tələblər üzrə iddiaçıya seçim imkanı vermişdir ki, ona dəymiş ziyanın daha çox olmasını sübut edərsə həmin məbləği də əldə edə bilsin. İddiaçı müvafiq qanuni əsaslarla ona vaxtında qaytarılmayan pul vəsaitinə görə həm dəyərinin itirilməsi (infliyasiya), həm Mərkəzi Bankın müəyyən etdiyi illik bank uçot faiz dərəcəsi, həm də MM-in 445.7-ci maddəsinə əsasən illik ən azı 5%, eyni zamanda, sübuta yetirildiyi təqdirdə daha zərərin kompensasiyasını tələb edə bilər. İddiaçı tərəfindən hazırkı tələbdə sübut edilən hal onun xeyrinə məhkəmə qərarı əsasında tutulmuş vəsaitin gec ödənilməsidir. Həmin vəsaitin ona ödənilməsinin gecikdirilməsi ilə bağlı sübut olunan hal isə həmin vəsaitin Bank uçot faiz dərəcəsinə əsasən hesablanmış məbləğidir.
65. Bu fakt sonradan məhkəmə qərarı ilə tutulsa da, əvvəldən mövcud olmuş, qeyd edilən məhkəmə qərarında da iddiaçı tərəfindən qeyd edilən qeyri-yaşayış sahəsinə bu xərclərin 2018-ci ildən əvvəl çəkildiyi öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən ötən müddət ərzində həmin vəsaitin ödənilməməsi, yekunda məhkəmə qərarı ilə ödənilməsi MM-in 449.1-ci maddəsinin dispozisya şərtlərini tam əhatə etdiyindən və iddiaçı tələbini ona pul vəsaitinin cavabdeh tərəfindən gecikdirilməsi nəticəsində Bank uçot faiz dərəcəsi ilə ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
66. Bundan əlavə qeyd edilənlərdən göründüyü kimi, iddiaçının 25338.5 manat məbləğində əldən çıxmış fayda tələb etməsi faktı sübuta yetirilməmiş, məhkəmə tərəfindən əks yanaşma ona dəymiş zərərin qarşılanması ilə deyil, sonuncunun borcun gecikdirilməsindən istifadə edərək əsassız varlanması ilə nəticələnməsi ehtimalının daha artırmış olar.
67. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
68. Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır.
69. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir.
70. Məhkəmə, iddiaçının tutmanın cavabdehin sahibliyində olan Ünvan 1 ünvanında 0,0102 ha torpaq sahəsində yerləşən 99,0 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması yolu ilə pulun ödənilməsini tələb etməsinə münasibətdə qeyd edir ki, belə bir tələb üçün heç bir əsas yoxdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Göründüyü kimi “iddiaçının tutmanın əmlaka yönəldilməsini, həmin əmlakın açıq hərracda satılmasını” tələb etməsi üçün tərəflər arasında bununla bağlı müqavilə olması gərəkli olduğu halda, iddiaçı tərəfindən bunu təsdiq edən sübut iş materiallarına əlavə edilməmişdir.
71. Bununla da iddiaçıya ödənilməli olan vəsaitin hansı qaydada ödənilməsi ilə bağlı tələbetmə hüququnun əsasında hazırkı mərhələdə qanun və müqavilə əsası olmadığından tələbin əsaslılığı aradan qalxır. Məhkəmə tərəfindən təmin edilən tələblə bağlı məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra bu məsələ icra haqqında qanunvericiliyin tələbinə uyğun olaraq tələbin yönəldilmə qayda və mərhələlərinə uyğun olaraq müvafiq tədbirlərin tətbiq edilməsi mümkündür.
72. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməməsinə görə iddaçıya vurduğu zərərin əvəzini ödəməlidir. Cavabdeh 5955.04 manat gecikdirilmiş dövr üçün faiz borcu tutularaq İddiaçı ödənilsin
Vİİ. Məhkəmə məsrəfləri:
73. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 318.56 manat dövlət rüsumu tam şəkildə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Bu səbəbdən iddia qismən təmin edildiyindən 318.56 manat dövlət rüsumunun 24.90 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddianın rədd edilən hissəsinə münasibətdə isə 293.66 manat dövlət rüsumu İddiaçı aid edilməlidir.
74. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyul 2023-cü il tarixli, 9/4550 nömrəli və 08 aprel 2024-cü il tarixli, 9/572 nömrəli ekspertiza xərclərinə dair bildirişlərinə əsasən, aparılmış tədqiqatların ümumi dəyərini təşkil edən 250 manat pulun 125 manat hissəsi İddiaçı, 125 manat hissəsi Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Vİİİ Nəticə:
75. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5955.04 manat gecikdirilmiş dövr üçün faiz borcu və dövlət rüsumunun 24.90 manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış tədqiqatların dəyəri olan 250 manat pulun 125 manat hissəsi İddiaçı, 125 manat hissəsi Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X12, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41nabz********************, sfift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, Vöen: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Mübariz Hüseynov