Məhkəmə qərarları › İş №2-2(117)-450/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-450/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-450/2024 15.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh-yə qarşı “İsmayıllı şəhəri, X1 küçəsi, ev 2-də yerləşən 530257SBN nömrəli abunə kodu iddiaçının adına rəsmiləşdirilən kommersiya obyektinə -kafeyə hesablanmış 342 manat cərimə borcunun silinməsi və 46 m3 suya görə smart kartda olan 92 manat vəsaitin bərpası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh-yə qarşı ərizə ilə məhkəməyə müraciət edərək “İsmayıllı şəhəri, X1 küçəsi, ev 2-də yerləşən 530257SBN nömrəli abunə kodu iddiaçının adına rəsmiləşdirilən kommersiya obyektinə -kafeyə hesablanmış 342 manat cərimə borcunun silinməsi və 46 m3 suya görə smart kartda olan 92 manat vəsaitin bərpası” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mübahisə üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə xx.xx.2018-ci il tarixli Qanunla əlavə edilmiş və xx.xx.2019-cu ildən qüvvədə olan 10-1.3-cü maddəsində qeyd edilib ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən, ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı hazırkı iddia ərizəsini və əlaqədar sənədləri "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda elektron poçt vasitəsi ilə məhkəməyə təqdim etmiş, həmçinin gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan və bununla da iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən iddianın hazırkı vəziyyətdə məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.10-cu maddəsinə əsasən kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, Mülki Prosessual Məcəllənin qüvvədə olan normalarını tələblərinə riayət edilməklə ümumi qaydada yenidən məhkəməyə müraciət ediləcəyi təqdirdə xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddia ərizəsinin verilməsinə görə iddianın qiymətinə uyğun dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlərin də məhkəməyə təqdim edilməsi zəruridir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh-yə qarşı “İsmayıllı şəhəri, X1 küçəsi ev 2-də yerləşən 530257SBN nömrəli abunə kodu iddiaçının adına rəsmiləşdirilən kommersiya obyektinə - kafeyə hesablanmış 342 manat cərimə borcunun silinməsi və 46 m3 suya görə smart kartda olan 92 manat vəsaitin bərpası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar