Məhkəmə qərarları › İş №2-2(117)-497/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-497/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-497/2024 25.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “26,4948 ha torpaq sahəsindən yığmalı olduğu 951,16332 sentner buğda məhsulundan məhrum olmasına görə dəymiş ziyanın əvəzi olaraq 57000 məbləğində pulun 21000 manatını Cavabdeh2 və 36000 manatnı isə Cavabdeh1, 210 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “26,4948 ha torpaq sahəsindən yığmalı olduğu 951,16332 sentner buğda məhsulundan məhrum olmasına görə dəymiş ziyanın əvəzi olaraq 40000 manat pulun, 210 manat dövlət rüsumunun tutulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbində dəqiqləşmə apararaq sonuncu dəfə xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “26,4948 ha torpaq sahəsindən yığmalı olduğu 951,16332 sentner buğda məhsulundan məhrum olmasına görə dəymiş ziyanın əvəzi olaraq 57000 məbləğində pulun 21000 manatını Cavabdeh2 və 36000 manatnı isə Cavabdeh1, 210 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ümumilikdə 26.4948 ha torpaq sahəsi icarəyə götürmüşdür. Həmin sahələrdə şumlama və digər aqrotexniki xidmətlərin göstərilməsi ilə bağlı bankdan 55000 manat kredit götürmüşdür. Torpaq sahəsinə gedən zaman oranın başqa şəxslər tərəfindən şumlandığını və əkin aparıldığını görmüşdür. Cavabdehlə əlaqə saxladığı zaman məlum olmuşdur ki, sahəni səhvən Cavabdeh1 şumlamışdır. Tərəflərin danışığına əsasən şumlama və əkin xərclərini iddiaçı cavabdehə ödəyərək sonda məhsulu özünün yığacağı barədə razılığa gəlmişlər. Şumlama və əkin xərcləri üçün 5400 manat pulu əlbə-əl Cavabdeh2 vermiş, qalan 1500 manat pulu isə bacanağı vasitəsilə cavabdehə göndərmişdir. 11544 manat toxum və gübrələr üçün akt əsasında Cavabdeh2 vermişdir. Əkin zamanı məhsulu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yığaraq aparmışdır. İddiaçı cavabdehlərdən məhsulu və ya onun dəyərini tələb etsə də bugünədək borclarını ödəməmişlər. Sadə yazılı formada tərtib edilmiş icarəyə verən Cavabdeh2 ilə icarəçi İddiaçı arasında bağlanmış 03 noyabr 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh2 tərəfindən Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,30 ha, xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 1,1893 ha, xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 3,4025 ha Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən torpaq sahələrini, 0,6932 ha, 0,6799 ha, 0,80 ha, 0,62 ha, 0,8801 ha, 0,8894 ha Zaqatala rayonu Muxax kəndində yerləşən torpaq sahələrini, ümumi həcmi 9,4544 ha torpaq sahələrini illik 150 manat icarə haqqı müəyyən edilməklə 2 il müddətinə İddiaçı icarəyə verilmişdir. Sadə yazılı formada tərtib edilmiş icarəyə verən Cavabdeh2 ilə icarəçi İddiaçı arasında bağlanmış 03 noyabr 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh2 tərəfindən Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,5427 ha, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,8981 ha Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən torpaq sahələrini, 5,0102 ha, 1,2199 ha, 0,62 ha, 0,6843 ha, 0,2399 ha, 0,4519 ha, 0,9779 ha, 0,4799 ha, 0,48 ha, 0,8815 ha, 4,5541 ha həcmində Zaqatala rayonu Muxax kəndində yerləşən torpaq sahələrini, ümumi həcmi 17,0404 ha torpaq sahələrini illik 150 manat icarə haqqı müəyyən edilməklə 2 il müddətinə İddiaçı icarəyə verilmişdir Qeyd edilmiş 17,0404 ha torpaq sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən verilmiş çıxarışlardan görünür ki, həmin sahələrin mülkiyyət hüququ X8 məxsusdur. X11 tərəfindən Cavabdeh2 xx.xx.2019- cu il tarixdə verilmiş və Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilərək 7E-27424 nömrəsi ilə reyestrə əlavə edilmiş etibarnamədən görünür ki, X2 Azərbaycan Respublikası ərazisində hər hansı daşınmaz əmlakı bağışlama və ya alqı-satqı yolu ilə almağı, pulu ödəməyi, notariat kontorunda müqavilələr bağlamağı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-də nümayəndə olub, adına olan torpaq sahələrini özgəninkiləşdirməyi və sair etibar etmişdir. Qeyd edilmiş 9,4544 ha torpaq sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən verilmiş çıxarışlardan görünür ki, həmin sahələrin mülkiyyət hüququ X4 məxsusdur. X6 tərəfindən Cavabdeh2 xx.xx.2021-ci il tarixdə verilmiş və Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilərək 7E-8440 nömrəsi ilə reyestrə əlavə edilmiş etibarnamədən görünür ki, X1 xx.xx.2023-cü il tarixədək harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı və sair etibar etmişdir Azərbaycan Respubliaksı Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli 3-34/2- 10/11-1/2023 nömrəli məktubundan görünür ki, 2022-ci ildə Zaqatala rayonu üzrə buğdanın orta məhsuldarlığı 35,9 sent/ha olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 9,4544 ha sahədən əldə ediləcək buğda məhsulunun dəyəri - 33941 (9,4544 ha x 3590 kq) kq x 0,40 manat = 13576,40 manat; 17,0404 ha sahədən əldə ediləcək buğda məhsulunun dəyəri isə 61175 (17,0404 ha x 3590 kq) kq x 0,40 man = 24470,00 manat təşkil etmişdir. İş materialları kimi təqdim edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 İddiaçı tərəfindən toxum üçün 5400 manat, gübrə üçün 6144 manat olmaqla, cəmi 11544 manat ödəməklə kənd təsərrüfatı malları alınmışdır. xx.xx.2024-cü il tarixli Zaqatala Rayon Prokurorluğu tərəfindən təqdim edilmiş sənədlər iş materiallarına əlavə edilmişdir. Həmin sənədlərə Cavabdeh2, Şabanov Zakirin və Cavabdeh1 izahatları əlavə edilmişdir. Cavabdeh2 verdiyi izahatında bildirmişdir ki, torpaq alqı-satqısı üçün Asif ona beh qismində 5400 manat pul vermişdir, o Asifə icarəyə torpaq verməmişdir, sənədlərdəki imza ona məxsus deyildir, torpaq sahələri Cavabdeh1 icarəyə verilmişdir. Cavabdeh1 Zaqatala Rayon Prokurorluğuna verdiyi izahatında bildirmişdir ki, Cavabdeh2 icarəyə torpaq sahələri götürərək təsərrüfatla məşğul olmuşdur, İddiaçı yalnız şəhər sakini kimi tanıyır və həyat yoldaşı ilə qohumluq əlaqələri var, Asiflə aralarında heç bir narazılıq yoxdur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və X7 Rayon Mərkəzinin xx.xx.2024-cü il tarixli 31 nömrəli məktubu əsasında təqdim edilmiş hesablama cədvəlində 2024-cü il üçün dəmyə şəraitində 1 hektar buğda istehsalı üçün çəkilən xərclər (30 sentner olmaqla) barədə məlumatdan müəyyən edilir ki, qeyd edilən məhsul üçün ümumi gəlir 1200 manat, 897 manat hissəsi xərclər, 303 mana hissəsi isə xalis gəlir olaraq müəyyən edilir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, dəymiş ziyanla birgə ona ödənilməli olan məbləğ 57000 manatdır. O Salehə əkin, suvarma və digər aqrotexniki işlərin aparılması üçün 21000 manat pul vermiş, həmin məbləğdən 2550 manatı torpağın icarə haqı olaraq, 1500 manat beh, 5400 manat əlbə-əl, 11544 manat isə gübrə və toxum alınması üçün vəsait verimişdir. Elşənə isə icarəyə götürdüyü torpaq sahəsindən məhsulu biçib aparmış, nəticədə o, 3700 manat məbləğində pul itirmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqavilələri, akt, izahatlar, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 707.1. İcarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verən və icarəçi icarəyə verilən torpağın təsvirini birlikdə tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilir. Təsvir hüquq münasibətlərinə xitam verildikdə də tərtib edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi qoyulmalı və müqavilənin hər iki iştirakçısı imza atmalıdır. 707.2. Müqavilə iştirakçılarından biri təsvirin tərtibində iştirakdan imtina etdikdə və ya tərtib zamanı mühüm ixtilaflar yarandıqda müqavilənin istənilən iştirakçısı tələb edə bilər ki, təsvir ekspert tərəfindən tərtib edilsin, amma torpağın icarəyə verildiyi vaxtdan doqquz aydan çox və ya icarə hüquq münasibətlərinə xitam verildiyi vaxtdan üç aydan çox keçdiyi hallar istisna təşkil edir. Belə hallarda tərəflərdən birinin iddiası üzrə ekspert məhkəmənin qərarı ilə məcburi qaydada təyin edilə bilər. Bununla əlaqədar əmələ gələn xərcləri müqavilənin hər iki iştirakçısı yarıbayarı çəkir. 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin:

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 1-1. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Məhkəmə ilkin olaraq qeyd edir ki, sadə yazılı formada tərtib edilmiş icarəyə verən Cavabdeh2 ilə icarəçi İddiaçı arasında bağlanmış 03 noyabr 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh2 tərəfindən Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,30 ha, xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 1,1893 ha, xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 3,4025 ha Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən torpaq sahələrini, 0,6932 ha, 0,6799 ha, 0,80 ha, 0,62 ha, 0,8801 ha, 0,8894 ha Zaqatala rayonu Muxax kəndində yerləşən torpaq sahələrini, ümumi həcmi 9,4544 ha torpaq sahələrini illik 150 manat icarə haqqı müəyyən edilməklə 2 il müddətinə İddiaçı icarəyə verilmişdir. Həmçinin sadə yazılı formada tərtib edilmiş icarəyə verən Cavabdeh2 ilə icarəçi İddiaçı arasında bağlanmış 03 noyabr 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh2 tərəfindən Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,5427 ha, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,8981 ha Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən torpaq sahələrini, 5,0102 ha, 1,2199 ha, 0,62 ha, 0,6843 ha, 0,2399 ha, 0,4519 ha, 0,9779 ha, 0,4799 ha, 0,48 ha, 0,8815 ha, 4,5541 ha həcmində Zaqatala rayonu Muxax kəndində yerləşən torpaq sahələrini, ümumi həcmi 17,0404 ha torpaq sahələrini illik 150 manat icarə haqqı müəyyən edilməklə 2 il müddətinə İddiaçı icarəyə verilmişdir Qeyd edilmiş 17,0404 ha torpaq sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən verilmiş çıxarışlardan görünür ki, həmin sahələrin mülkiyyət hüququ X8 məxsusdur. X11 tərəfindən Cavabdeh2 xx.xx.2019- cu il tarixdə verilmiş və Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilərək 7E-27424 nömrəsi ilə reyestrə əlavə edilmiş etibarnamədən görünür ki, X2 Azərbaycan Respublikası ərazisində hər hansı daşınmaz əmlakı bağışlama və ya alqı-satqı yolu ilə almağı, pulu ödəməyi, notariat kontorunda müqavilələr bağlamağı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-də nümayəndə olub, adına olan torpaq sahələrini özgəninkiləşdirməyi və sair etibar etmişdir. Qeyd edilmiş 9,4544 ha torpaq sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən verilmiş çıxarışlardan görünür ki, həmin sahələrin mülkiyyət hüququ X4 məxsusdur. X6 tərəfindən Cavabdeh2 xx.xx.2021-ci il tarixdə verilmiş və Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilərək 7E-8440 nömrəsi ilə reyestrə əlavə edilmiş etibarnamədən görünür ki, X1 xx.xx.2023-cü il tarixədək harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı və sair etibar etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsinin notarial qaydada təsdiq edilməsə də müqavilənin sadə yazılı formada bağlanması həmin müqavilələrin etibarsızlığı üçün əsas yaratmır. Belə ki, Mülki Məcəllənin 707.1-ci maddəsinə uyğun olaraq icarə müqaviləsinə torpağın təsvirini yəni, cizgisi, hüquqi və hüquqi sənədlərin nömrələri qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən hazırkı mübahisə predmeti olan icarə müqaviləsini bütövlükdə etibarsız müqavilə olaraq qəbul edə bilməz. Düzdür, qeyd edilən müqavilə üzrə hüquqi proseduralara tam riayət edilməmiş, icarə müqaviləsi dövlət qeydiyyatına alınmamışdır. Lakin bu hallara riayət edilməməsi iddiaçının hüquqlarının pozuntusunun aradan qaldırılmasının əksinə çıxış edə bilməz. Bundan əlavə cavabdehlər dəfələrlə məhkəmə iclaslarından məlumatlı olsalar da, məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə hər hansı bir münasibət bildirməmiş, onalara qarşı iddia tələblərinə laqeyid münasibət göstərərək məhkəmənin çağrışlarına məhəl qoymamışlar. Məhkəmə aidiyyəti orqanlar tərəfindən aparılmış araşdırma sənədlərini və tərəflər arasında hüquq münasibətləri yaranan vaxt mövcud olmuş fakt və dəlillərə əsaslanaraq bu qətnaməni qəbul etmişdir. Məhkəmə müəyyən edir ki, mübahisəli torpaq sahəsi Cavabdeh2 tərəfindən müvafiq etibarnamələr əsasında İddiaçı icarəyə verilməsinə baxmayaraq, eyni zamanda qeyd edilən torpaq sahələri digər Cavabdeh1 da icarəyə verilmişdir. Qeyd edilən şəxslərin Zaqatala Rayon Polis şöbəsində verdiyi izahatlardan müəyyən edilir ki, mübahisəli torpaq sahəsində yetişmiş taxıl məhsulu Cavabdeh1 tərəfindən biçilib aparılmışdır. Bundan əlavə Cavabdeh2 Polis şöbəsində verdiyi izahatında qeyd edilən torpaq sahəsinin alqı-satqısı ilə bağlı İddiaçıla danışıq aparıldığını və beh olaraq 5400 manat məbləğində pul aldığını bildirsə də, iş materiallarında olan icarə müqavilələrindən müəyyən edilir ki, tərəflər arasında torpaq sahələrinin icarəsi ilə bağlı hüquq münasibətləri yaranmışdır. İddiaçının digər tələblərinin əsassız olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, Cavabdeh2 müvafiq qanuni əsaslarla icarə müqaviləsini iddiaçı ilə bağlamış, buna baxmayaraq həmin torpaq sahəsi, tərəflərin Polis şöbəsində verdikləri izahatlarla müəyyən edilr ki, həmçinin Cavabdeh1 da icarəyə verilmişdir. Qeyd edilən torpaq sahəsi başqa şəxsə yalnız mövcud icarə müqavilələri ləğv edildikdən sonra icarəyə verilməli idi. Ona görə də iddiaçının qeyd edilən torpaq sahəsinin icarə haqqı, əkin toxum və digər əsaslar üçün verdiyi vəsaitə görə, həmçinin iddiaçının həmin torpaq sahəsindən götürəcəyi gəlirdən məhrum olmasına görə Cavabdeh2 məsuliyyət daşıyır. Məhkəmə müəyyən edir ki, tərəflər arasında razılıq mübahisəli torpaq sahəsi əkilmə, toxum səpilmə,gübrələnmə və digər aqrotexniki tədbirlər görüldükdən sonra icarə müqaviləsi bağlanmış və həmin görülmüş aqrotexniki tədbirlərin dəyəri icarəyə götürən şəxs olan İddiaçı tərəfindən Cavabdeh2 ödənilmişdir. İddiaçı icarəyə verən şəxs olan Cavabdeh2 həmin torpaq sahəsinə çəkdiyi xərcləri, yəni torpaq sahəsinin əkilməsinə, toxum səpilməsinə və gübrələnməsinə görə vəsaiti Cavabdeh2 ödəməsi ilə bağlı irəli sürdüyü arqumentlər istisna edlmir. Belə ki, iddiaçının Cavabdeh2 əkin üçün 5400 manat vəsaiti nağd formada verməsi, 11544 manat vəsaiti isə imzalanmış akt əsasında toxum və gübrə üçün verməsi, həmçinin 1500 manat icarə haqqı borcundan və şumlama üçün olan vəsaitin X5 vasitəsilə Saleh Süleymnova verilməsi faktları inkar edilmir. Belə ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsə də, şahid qismində dindirilmiş H.Nusalovun həmin iş üzrə keçirilmiş məhkəmə iclaslarında verdiyi izahatında bir dəlil olaraq bu faktlar öz əksini tapır. Ona görə də iddiaçının nağd formada icarə götürülmüş torpaq sahəsində görülmüş aqrotexniki tədbirlərə görə və icarə haqqı olaraq ümumilikdə 18444 manat məbləğində vəsaiti nağd formada ödəniş edilməsi faktının mövcudluğu ilə məhkəmə razılaşmalı olur. xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 9,4544 ha sahədən əldə ediləcək buğda məhsulunun dəyəri - 33941 (9,4544 ha x 3590 kq) kq x 0,40 manat = 13576,40 manat; 17,0404 ha sahədən əldə ediləcək buğda məhsulunun dəyəri isə 61175 (17,0404 ha x 3590 kq) kq x 0,40 man = 24470,00 manat təşkil etmişdir. Eyni zamanda, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin təqdim etdiyi sənədə əsasən müəyyən olunur ki, 1 ha ərazidən 30 sentner məhsul götürülür, 30 sentner məhsulun dəyəri 1200 manatdır. Məhsulun dəyəri olan 1200 manat pulun 897 manatlıq hissəsini xərclər, 303 manatlıq hissəsini isə xalis gəlir təşkil edir. Məhkəmə iddiaçının adi dövriyyə şəraitindən mübahisəli torpaq sahəsini icarə müqaviləsinin şərtlərinə uyğun istifadə etsəydi, həmin torpaq sahəsindən çəkdiyi xərclərin əvəzi, həmçinin əlavə gəlir götürə bilərdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə ekspert rəyinə münasibətdə bildirir ki, hər iki sahə üzrə ümumi gəlir 38046.4 (13576,40 + 24470,00 = 38046.4) manat olsa da, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin təqdim etdiyi sənədə əsasən 1 ha ərazidən 30 sentner məhsul götürülür, 30 sentner məhsulun dəyəri 1200 manatdır. Məhsulun dəyəri olan 1200 manat pulun 897 manatlıq hissəsini xərclər, 303 manatlıq hissəsini isə xalis gəlir təşkil edir. Bundan əlavə Azərbaycan Respubliaksı Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli 3-34/2-10/11-1/2023 nömrəli məktubundan görünür ki, 2022-ci ildə Zaqatala rayonu üzrə buğdanın orta məhsuldarlığı 35,9 sent/ha olmuşdur. Qeyd edilən sentnerlə hesablandıqda 1 hektar üçün ümumi gəlir məbləği 1403,6 (3509x0,4= 1403,6 manat) təşkil edər. Qeyd edilən gəliri hesablayarkən çəkilən xərclərin çıxılması zəruridir. Aqrar Xidmətlər Agentliyinin Şəki rayon Mərkəzinin təqdim etdiyi məktubunda göstərilən xərclərin yəni 1 hektar üçün şumlama, mala, toxum, dərmanlama xərcləri üçün ümumilikdə 551 manat xərc (cədvəldə 1-ci şim daxil omaqla Amofos gübrəsində dək 1-9 bəndləri) iddiaçı tərəfindən ödənilmişdir (Cavabdeh2 ödənilmişdir). Qeyd edilən xərclər 551 manat və 303 manat xalis gəlir nəzərə alınarsa iddiaçının hər hektardan götürəcəyi məbləğ 854 manat təşkil edər. Hər hektara görə 551 manat məbləğ artıq Cavabdeh2 ödənildiyindən hər hekata 854 manat xalis gəlir təxminən 26 hektara münasiətdə 22204 manat təşkil edər. Məhkəmə hərtərəli və obyektiv yanaşma nümayiş etdirərək ekspert rəyindən müəyyən edilən 38 046,4 (13576,40+24470,00=38 046,4) manat məbləğin tam yarısının, yəni 19 023,2 manat iddiaçının əldən çıxmış faydası olaraq nəzərə alınmasını qanuni, ədalətli ağılabatan hesab edir. Həmin məbləğin cavabdehdən tutulması daha ədalətli və qanuni olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddiaçı 210 manat dövlət rüsumu ödədiyindən iddia tələbinə münasib olaraq həmin rüsumun 137 manat hissəsi cavabdehdən tutulmalı, qalan hissə isə iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 ödənilmiş vəsaitin əvəzi olan 18444 manat, 19 023,2 manat əldə çıxmış fayda olaraq dəymiş ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 137 manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar