Məhkəmə qərarları › İş №2-2(117)-54/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-54/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-54/2024 14.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Şəki rayonunun X2 Cavabdeh ASC-yə qarşı “X3 məxsus 15 hektar torpaq sahəsinin tut bağı salmaq məqsədi ilə 50 il müddətinə Cavabdeh ASC-yə icarəyə verilməsi ilə bağlı Cavabdeh ASC ilə bələdiyyə arasında bağlanmış 01 oktyabr 2004-cü il tarixli torpaq icarəsi müqaviləsinin və həmin icarə müqaviləsinə əlavə dəyişikliklər edilməsi barədə 05 noyabr 2012-ci il tarixli müqavilənin (əlavənin) ləğv edilməsi, qeyd edilən icarə müqavilələri əsasında yaranmış 6000 manat borcun Cavabdeh ASC-dən alınaraq X3 verilməsi, həmçinin X3 məxsus olan 15 hektar torpaq sahəsindən Cavabdeh ASC-nin istifadə etməsinin qadağan edilməklə həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsindən X2 istifadəsinə Cavabdeh ASC-yə edilən maneələrin aradan qaldırılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İcarəyəverən Şəki rayonunun X4 ilə icarəçi Cavabdeh ASC arasında bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən icarə əsasınd sahəsi 150000 kv.m olan sahəni icarəçiyə uzunmüddətli icarəyə verməyi, icarəçi isə hər il icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsi tut bağı salınması məqsədilə icarəyə verilmişdir. 2.1-ci bəndinə əsasən müqavilə 50 il müddətinə bağlanmışdır. 2.3-cü bəndinə əsasən icarə haqqı xx.xx.2004-cü il tarixdən hesablanır. 2.4-cü bəndinə əsasən icarə haqqının məbləği hər il üçün 1 500 000 manat nəzərdə tutulmuşdur. 2.12-ci bəndinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifələrinə aid edilmişdir. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələr yaradılması” haqqında Azərbaycan Respublikası qanununun 38.3-cü bəndinə əsasən Aşağı Göynük və Köndələn bələdiyyələrinin əhatə etdiyi Aşağı Göynük və Köndələn kəndləri X3 birləşdirilmişdir. X6 ilə Cavabdeh ASC xx.xx.2012-ci il tarixdə xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əlavə imzalamış və həmin əlavəyə əsasən xx.xx.2004-cü il tarixli icarə müqaviləsinin 2.4-cü bəndində dəyişiklik edilərək icarə haqqının məbləğinin hər il 600 manat olaraq ödənilməsi razılaşdırılmışdır. İcarəçi Cavabdeh ASC müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, iş materillarında olan arayışdan da göründüyü kimi son 10 il üçün ödənilməmiş icarə haqqı 6000 manat təşkil edir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, 2009-cu ildə Şəki rayonu X5 rayonu X6 ilə birləşdirilmişdir. Həmçinin 05 noyabr 2012-ci il tarixdə 01 oktyabr 2004-cü il tarixli müqavilənin şərtlərində dəyişiklik edilmişdir. Cavabdeh ASC tərəfindən bələdiyyə ilə arasında bağlanmış icarə müqaviləsinə əsasən Cavabdeh ASC üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etməmiş və bələdiyyəyə ödənilməli olan icarə haqqını tam şəkildə ödəməmişdir. Yəni Cavabdeh ASC tərəfindən bələdiyyə ilə arasında bağlanmış icarə müqaviləsinə əsasən 2014-cü il tarixədək olan icarə haqqını ödəsə də, bundan sonrakı dövr üçün icarə haqqını ödəməmişdir. Hazırda Cavabdeh ASCnin bələdiyyə ilə arasında bağlanmış icarə müqaviləsinə əsasən X3 ödənilməmiş 6000 manat borcu qalmışdır. Göründüyü kimi Cavabdeh ASC X6 ilə aralarında bağlanmış icarə müqaviləsinin bütün tələblərini kobud şəkldə pozmuşdur. Bütün bunlar isə X1vericiliklə müəyyən edilmiş hüquqlarının pozulması, həmçinin AşağıGöynük Bələdiyyəsinin ərazisində yaşayan vətəndaşların haqlı şikayətlərinin yaranması ilə nəticələnmişdir. Buna görə də bələdiyyə hesab edir ki, həmin icarə müqaviləsi məhkəmə qaydasında mübahisələndirilməlidir. ərizəçi İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tut bağının salınması ilə bağlı cavabdehlə müqavilə bağlanmışdır. Son 10 ildir ki, cavabdeh tərəf icarə haqqını ödəməmişdir. Təxminən 15 ildir ki, ərazidən istifadə olunmur. Ərazi tamamilə yararsız vəziyyətdədir, kol-kos basmışdır. Yaxın zamanda həmin ərazidə yanğın hadisəsi baş verdi. Çətinliklə yanğının qarşısını ala bilmişlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış icarə müqaviləsi, Müqaviləyə Əlavə, xx.xx.2023-cü il tarixli Akt, Arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin icarə müqavilənin ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 708.1-ci maddəsinə əsasən icarəyə verən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə verməli və bütün icarə müddətində onu həmin vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu Məcəllənin 708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin öhdəsinə qoyulmasın. 708.2-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385, 386, 421, 423, 424). Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Bundan başqa xx.xx.2007-ci il tarixdə qüvvədə olan Torpaq icarəsi haqqında Qanunun 12-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Göründüyü kimi qanunvericiliyin müddəti 11 aydan artıq olan müqavilənin qeydiyyata alınmalı olmasına dair göstərişi mövcud olsa, bu şərtə əməl olunmamasının nəticələrini müqavilənin etibarsız olması kimi müəyyən etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı müqavilə bağlanmış və müqavilə qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki rayonunun X6 tərəfindən mülkiyyətində olması iddia olunan 150000 kv.m torpaq sahəsi 50 il müddətinə Cavabdeh ASC-nin icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2004-cü il tarixli icarə müqaviləsi bağlanmış, müqaviləyə Əlavə ilə illik icarə haqqının məbləği dəyişdirilərək 600 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək icarə haqqını ödəmədiyindən məhkəmə hesab edirki, icarə müqavilələri ləğv edilməli və cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin 6000 manat icarə haqqı borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə təmin edilməlidir. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2. 710.1. 710.3). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi icarəyəverən Şəki rayonunun X4 ilə icarəçi Cavabdeh ASC arasında bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən icarə əsasında sahəsi 150000 kv.m olan sahəni icarəçiyə uzunmüddətli icarəyə verməyi, icarəçi isə hər il icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsi tut bağı salınması məqsədilə icarəyə verilmişdir. 2.1-ci bəndinə əsasən müqavilə 50 il müddətinə bağlanmışdır. 2.3-cü bəndinə əsasən icarə haqqı xx.xx.2004-cü il tarixdən hesablanır. 2.4cü bəndinə əsasən icarə haqqının məbləği hər il üçün 1 500 000 manat nəzərdə tutulmuşdur. 2.12-ci bəndinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifələrinə aid edilmişdir. xx.xx.2012-ci il tarixdə xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əlavəyə əsasən xx.xx.2004-cü il tarixli icarə müqaviləsinin 2.4-cü bəndində dəyişiklik edilərək icarə haqqının məbləğinin hər il 600 manat olaraq ödənilməsi razılaşdırılmışdır. İcarəçi Cavabdeh ASC müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır. İş materiallarında olan arayışla son 10 il üçün ödənilməmiş icarə haqqı məbləğinin 6000 manat təşkil etdiyi müəyyən olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, 6000 manat ödənilməmiş icarə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə iddia tələbinin “Cavabdeh ASC-nin həmin torpaq sahəsindən istifadə etməsinin qadağan edilməklə bələdiyyənin torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatından da məlum olduğu kimi icarəyə verilən ərazidən 15 ildən çox müddətdir ki, cavabdeh tərəfindən istifadə olunmadığından ərazini kol-kos basıb, ərazi tamamilə yararsız vəziyyətdədir. Göründüyü kimi cavabdeh tərəfindən xeyli müddət ərzində torpaq sahəsindən istifadə olunmadığından iddiaçıya hər hansısa maneə yaradılması mümkün deyildir və o, torpaq sahəsindən çıxarılacağından ona hansısa qadağa tətbiq olunması üçün hazırda əsas yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, tələb bu hissələrdə əsassız olduğundan rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə qiymətləndirilməyən iddia üzrə 100 manat və qiymətləndirilən iddianın qiymətinə əsasən (6000 manat) ödənilməli dövlət rüsumu 80 manat olmalıdır (cəmi 180 manat). 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddır. Göründüyü kimi iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan ödənilməmiş 180 manat dövlət rüsumu bütövlükdə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şəki rayonunun Köndələn Bələdiyyəsi ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2004-cü il tarixli torpaq icarə müqaviləsi müqaviləsi və Şəki rayonunun X6 ilə Cavabdeh ASC arasında bağlanmış müqaviləyə xx.xx.2012-ci il tarixli əlavə razılaşma ləğv edilsin, Cavabdeh ASC həmin torpaq sahəsində çıxarılsın. Cavabdeh ASC-dən 6000 manat icarə haqqı tutularaq iddiaçı Şəki rayonunun X3 ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməmiş 180 manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar