Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-550/2025 18.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “dəymiş ziyan” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək bankın mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 114.70 kv.metr olan fərdi yaşayış evindən istifadə etdiyi üçün 2750 manat məbləğində dəymiş ziyan, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək Bankın mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0663 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evindən istifadə etdiyi üçün 2750 manat məbləğində dəymiş ziyan və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək bankın mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.10 kv.metr olan qeyri yaşayış obyektindən istifadə etdiyi üçün 18.425 manat məbləğində dəymiş ziyanın və 161.78 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək bankın mülkiyyətində olan İsmayıllı şəhəri Nizami küçəsi ev 19, mənzil 4 də yerləşən 49.79 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən istifadə etdiyi üçün 1375 manat məbləğində dəymiş ziyanın və 33,75 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh2 xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC (İddiaçı ASC) tərəfindən illik 18 %-lə 60 ay müddətinə 636000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2011-ci il tarxli kredit müqaviləsinin təminatı olaraq X6, X9 və Cavabdeh1 xx.xx.2011-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Borcun təminatı olaraq Cavabdeh2 məxsus İsmayıllı şəhəri Nizami küçəsində yerləşən 49.79 kv.m ümumi sahədən ibarət 19 №-li evin 4 saylı mənzili, X5 məxsus olan İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.10 kv.metr olan qeyri yaşayış obyekti, X5 məxsus olan ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evi və İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 114.70 kv.metr olan fərdi yaşayış evi ipotka ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrndə qeydiyyata alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə bankın iddiası qismən təmin edilmiş, Cavabdeh2 məxsus İsmayıllı şəhəri Nizami küçəsində yerləşən 49.79 kv.m ümumi sahədən ibarət 19 №-li evin 4 saylı mənzilinə, X5 məxsus olan İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.10 kv.metr olan qeyri yaşayış obyektinə, X5 məxsus olan ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evinə və İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 114.70 kv.metr olan fərdi yaşayış evinə tutma yönəldilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İsmayıllı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmılşdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı əsasında bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.10 kv.metr olan qeyri yaşayış obyekti, X5 məxsus olan ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evi və İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən ümumi sahəsi 114.70 kv.metr olan fərdi yaşayış evinə tutma yönəldilmişdir. Lakin buna baxmayaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək Cavabdeh1 bankın mülkiyyətində olan əmlakları icarəyə verməyə davam etmişdir. Məhkəmə qərarı əsasında bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, İsmayıllı şəhəri, Nizami küçəsi, ev 19, mənzil 4 də yerləşən 49.79 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldilmişdir. Lakin buna baxmayaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək Cavabdeh2 bankın mülkiyyətində olan əmlakları icarəyə verməyə davam etmişdir. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən tərtib edilmiş 003-10/03 MT/23 nömrəli qiymətləndirmə hesabatından görünür ki, İsmayıllı rayonu,İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 114.70 kv.metr olan fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək orta aylıq icarə haqqı 300 manat təşkil edir. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən tərtib edilmiş 004-10/03 MT/23 nömrəli qiymətləndirmə hesabatından görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0663 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək orta aylıq icarə haqqı 300 manat təşkil edir. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən tərtib edilmiş 001-10/03 MT/23 nömrəli qiymətləndirmə hesabatından görünür ki, İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.10 kv.metr olan qeyri yaşayış obyektinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək orta aylıq icarə haqqı 2000 manat təşkil edir. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən tərtib edilmiş 002-10/03 MT/23 nömrəli qiymətləndirmə hesabatından görünür ki, İsmayıllı şəhəri Nizami küçəsi ev 19, mənzil 4 də yerləşən 49.79 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək orta aylıq icarə haqqı 150 manat təşkil edir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.10 kv.metr olan qeyri yaşayış obyekti və 0.0663 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evi və İsmayıllı şəhəri Nizami küçəsi ev 19, mənzil 4 də yerləşən 49.79 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən tam pay hüququ əsasında Yelo Bank ASC-yə məxsusdur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər tələb olunan borc məbləğini ödəməkdən boyun qaçırır. Hesab edirlər ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək bankın mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 114.70 kv.metr olan fərdi yaşayış evindən istifadə etdiyi üçün 2750 manat məbləğində dəymiş ziyan, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək bankın mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0663 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evindən istifadə etdiyi üçün 2750 manat məbləğində dəymiş ziyan və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək Bankın mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.10 kv.metr olan qeyri yaşayış obyektindən istifadə etdiyi üçün 18.425 manat məbləğində dəymiş ziyanın və 161.78 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək bankın mülkiyyətində olan İsmayıllı şəhəri Nizami küçəsi ev 19, mənzil 4 də yerləşən 49.79 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən istifadə etdiyi üçün 1375 manat məbləğində dəymiş ziyanın və 33,75 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 tutularaq "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmalıdır.
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və bu günkü məhkəmə iclasınadək artıq iki ildən artıq vaxt keçmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən göründüyü kimi Cavabdeh1 istifadəsində olan sözügedən fərdi yaşayış evinin kirayə haqqı 300 manat, qeyri-yaşayış sahəsinin kirayə haqqı 2000 manat təşkil edir. xx.xx.2023-cü il tarixindən hesablamaların davamını nəzərə alsaq keçən 26 ay müddətində müvafiq olaraq fərdi yaşayış evləri üçün hər biri 300 manat, qeyri yaşayış sahəsi üçün isə 2000 manat pulu nəzərə alsaq onda dəymiş ziyanın həcmi artmış olur. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək bankın mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 114.70 kv.metr olan fərdi yaşayış evindən istifadə etdiyi üçün 10550 manat məbləğində dəymiş ziyan, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək bankın mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0663 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evindən istifadə etdiyi üçün 10550 manat məbləğində dəymiş ziyan və xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixinədək Bankın mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.10 kv.metr olan qeyri yaşayış obyektindən istifadə etdiyi üçün 70425 manat məbləğində dəymiş ziyanın və 431,78 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək bankın mülkiyyətində olan İsmayıllı şəhəri Nizami küçəsi ev 19, mənzil 4 də yerləşən 49.79 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən istifadə etdiyi üçün 1375 manat məbləğində dəymiş ziyanın və 33,75 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 tutularaq "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
İİ. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. İddia tələbinin xahiş hissəsi iki hissədən ibarətdir. Cavabdeh1 İsmayıllı kəndində yerləşən fərdi yaşayış evi, İsmayıllı kəndində 0.0663 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzrə yerləşən fərdi yaşayış evi, həmçinin İsmayıllı kəndində yerləşən qeyri-yaşayış sahəsi üzrə istifadəsinə görə yaranmış pul məbləğidir. Digər hissə isə Cavabdeh2 İsmayıllı şəhəri, Nizami küçəsi ev 19, mənzil 4-dən istifadəsinə görə yaranmış pul məbləğidir. Həmin əmlakın hal-hazırda da yenədə onların istifadəsində olması ilə bağlı Şəki Kommersiya Məhkəməsinə müraciət edilmiş, məhkəmə 11 iyun 2025ci il tarixdə qətnamə qəbul edilmiş, tərəf həmin qətnamədən Apellyasiya şikayəti vermiş və şikayətdə olan nöqsanlara görə iş Ali Məhkəməyə qədər getmişdir. Sonra isə Şəki Kommersiya Məhkəməsinə geri göndərilmişdir. Məhkəmənin 01 sentyabr 2025-ci ildə qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış və nöqsan ardan qaldırılması üçün 10 gün müddət verilmişdir. Lakin şikayət təqdim edilmədiyinə görə, qətnamə qanuni qüvvəyə minmiş, 11 sentyabr 2025-ci ildə icra vərəqəsi verilmiş və bu iş hal-hazırda icra olunması üzrə icra şöbəsinin icraatındadır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Cavabdeh1 münasibətdə iddia tələbi hesab edir ki, mübahisəsizdir. Çünki, bununla bağlı artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var. Həmçinin Cavabdeh2 verdiyi izahatda özü də qeyd edir ki, qardaşı oğluna məxsus 2 ədəd yaşayış evi və 1 ədəd qeyri yaşayış sahəsi olan Elay şadlıq sarayı vardır. Yəni izahatında da hər hansı başqa bir fikir söyləmir. Cavabdeh2 qarşı iddiaya münasibətdə isə qeyd edir ki, 26 may 2022-ci ildən 10 mart 2023-cü ilədək əmlak onun istifadəsində olmuş, sonra isə Cavabdeh2 ilə razılaşaraq mənzil ona satılmışdır. Bununla bağlı alqı-satqı müqaviləsi də var. Hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
5. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 iyun 2016-cı il tarixli 2(102)-2819/2016 nömrəli qərarından müəyyən edilir ki, İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli 2(037)-300/2013 nömrəli qətnaməsinə və xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2, Ədalət Əsgərovdan, Cəmil İsgəndərovdan və ondan xx.xx.2011-ci il tarixli 5412-0-408-11 saylı kredit müqaviləsi üzrə 636.000 ABŞ dolları əsas kredit borcu,154.897 ABŞ dolları faiz borcu, 2.000 ABŞ dolları cərimə borcu, cəmi 792.897 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla alınaraq "xxxx" İKB-yə ödənilməsi, "xxxx" İKB tərəfindən ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi kimi 150 manat məbləğin Cavabdeh2, Ədalət Əsgərovdan,Cəmil İsgəndərovdan və ondan tutularaq "xxxx" İKB-yə verilməsi, 792.897 ABŞ dolları və 150 manat məbləğinin tutulmasının Ədalət Əsgərov və Cavabdeh2la "xxxx" İKB arasında xx.xx.2011-ci il tarixdə bağlanmış 5-BİZ-2- 0-408/3-11 (İ) saylı xx.xx.2011-ci il tarixdə bağlanmış 5-BİZ-2-0-408- 11(İ) saylı və xx.xx.2012-ci il tarixdə bağlanmış 5-BİZ-2-0-408/4İ İ(İ) saylı ipoteka müqavilələrinə əsasən daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa uyğun olaraq Ədalət Əsgərovun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabında 45 nömrəli vərəqində **********32-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2009-cu ildə qeydə alınmış, İsmayıllı rayonu, İsmayıllı kəndində 0,14 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli, ümumi sahəsi 1105,1 kv.metr olan qeyri-yaşayış (restoran) binasına (binanın yerləşdiyi 0,14 hektar torpaq sahəsi ilə birlikdə), daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa uyğun olaraq Ədalət Əsgərovun adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabında 12 nömrəli vərəqində **********56-10301 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci ildə qeydə alınmış, İsmayıllı rayonu, İsmayıllı kəndində 0,0663 hektar həyətyanı torpaq sahəsində yerləşən (1-2) mərtəbəli, 4 otaqlı, 206,02 kv.metr ümumi,119,18 kv.metr yaşayış, 86,84 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə (0,0663 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə), daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa uyğun olaraq Ədalət Əsgərovun adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabında 44 nömrəli vərəqində **********28-10301 reyestr nömrəsi, **********1 qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci ildə qeydə alınmış,İsmayıllı rayonu, İsmayıllı kəndində 0,04 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı,114,7 kv.metr ümumi, 49,5 kv.metr yaşayış,65,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə və daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa uyğun olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabında 114 nömrə ilə **********84-093003 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci ildə qeydə alınmış, İsmayıllı şəhəri, Nizami küçəsində istifadədə olan 0,25166 hektar torpaq sahəsində yerləşən 19 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 49,79 kv.metr ümumi,35,24 kv.metr yaşayış sahədən ibarət 3 otaqlı 4 nömrəli mənzilə və Ədalət Əsgərov ilə "xxxx" İKB arasında xx.xx.2011-ci il tarixdə bağlanmış girov müqaviləsinə əsasən, Ədalət Əsgərovun mülkiyyətində olan 47.000 manat dəyərində olmaqla İsmayıllı rayonu, İsmayıllı kəndində 0,14 hektar torpaq sahəsindəki qeyri-yaşayış (restoran) binasında yerləşən əsas vəsaitlər olan 11 ədəd «LG Gold» markalı kondisionerlərə,1 ədəd «Samsung» markalı ayaqlı kondisionerə, 9 ədəd «Euroluxs» markalı kondisionerlərə,5 ədəd lazer şou aparatlarına, 6 ədəd «LG» markalı televizorlara,4 ədəd «SuperMax» markalı televizorlara,1 ədəd proyektora,1 ədəd «LG» markalı musiqi mərkəzinə, 10 ədəd «Samsung» markalı televizorlara, 1 ədəd «LG» markalı kondisionerə, 1 ədəd DVR aparatına,1 ədəd «BM2 ARCOTHERM» markalı isidici aparata, 1 ədəd iki motorlu tozsorana, 1 ədəd bir matorlu tozsorana, 1 ədəd «GenPower İOOKVA» markalı dizel generatoruna, 1 ədəd ətçəkən maşına, 1 ədəd kameralı “otaci” markalı soyuducuya, 1 ədəd «Beko» markalı soyuducuya, 1 ədəd şüşəli soyuducuya, 1 ədəd böyük və 1 ədəd kiçik dondurucuya, 2 ədəd təhlükəsizlik kameralarına, 1 ədəd su qızdırıcısına (kalonkaya) və 1 ədəd «Ariston» markalı su qızdırıcısına hərrac vasitəsi ilə satılmaqla yönəldilməlidir.
8. Şəki Apellyasiya Məhkəməsinin 11 may 2016-cı il tarixli qətnaməsi ila Ədalət Əsgərov tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli, 2(037)-300/2013 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
9. Ali Məhkəmənin 2(102)- 1327/2017-nömrəli, 08 fevral 2017-ci il tarixli qərarı ilə Ədalət Əsgərov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 11 may 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəyə minmiş, icraya yönəlmişdir.
10. İsmayıllı Rayon Məhkəməsinin 11 sentyabr 20223-cü il tarixli, 2(037)-8/2023 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İsmayıllı rayon icra və probasiya şöbəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “qiymətləndirmə rəyinin (hesabatın) ləğv edilməsi, hərracın nəticələrinin etibarsız hesab edilməsi və ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi” tələblərinə dair iddia tələbi təmin edilməmişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 2(107)-1318/2023 nömrəli, 6 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1318/2023 nömrəli, 6 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. İş materiallarında olan 937623 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə ölmüşdür.
13. İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2V-110 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, vəfat etmiş şəxs X3 qanun üzrə vərəsələri qismində Cavabdeh1 və X11 tanınmışdır.
14. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(117)-552/2025 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X12 və X10 qarşı cavabdehlərin İsmayıllı rayonu, İsmayıllı kəndində 0.14 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli, 1105.10 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binasından, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 114.7 kv.metr ümumi, 49.5 kv.metr yaşayış,65.2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evindən, İsmayıllı rayonu,İsmayıllı kəndində 0.0663 hektar torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 4 otaqlı, 206.02 kv.metr ümumi, 119.18 kv.metr yaşayış, 86.84 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxardılması və həmin daşınmaz əmlakların boşaldılması və banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmiş və cavabdehlər Cavabdeh1, X12 və X1 rayonu, İsmayıllı kəndində 0.14 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli, 1105.10 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binası, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 114.7 kv.metr ümumi, 49.5 kv.metr yaşayış, 65.2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0663 hektar torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 4 otaqlı, 206.02 kv.metr ümumi, 119.18 kv.metr yaşayış, 86.84 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması, həmin daşınmaz əmlakların boşaldılması və banka təhvil verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün müvafiq icra qurumuna göndərilmişdir.
15. Məhkəmə Ekspertiza Bürosu tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli, MEB-155-0525 nömrəli mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 114.70 kv.metr olan fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ümumi icarə haqqı 9900 manat, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0663 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ümumi icarə haqqı 9900 manat, İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.10 kv.metr olan qeyri-yaşayış obyektinin xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ümumi icarə haqqı 78000 manat, İsmayıllı şəhəri Nizami küçəsi ev 19, mənzil 4 də yerləşən 49.79 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək ümumi icarə haqqı 1500 manat təşkil etmişdir.
16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 114.7 kv.metr olan fərdi yaşayış evi 0.04 hektar torpaq sahəsi ilə birlikdə "xxxx" ASC-nin mülkiyyətindədir.
17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evi 0.0663 hektar torpaq sahəsi ilə birlikdə "xxxx" ASC-nin mülkiyyətindədir.
18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.1 kv.metr olan qeyri yaşayış binası 0.14 hektar torpaq sahəsi ilə birlikdə "xxxx" ASC-nin mülkiyyətindədir.
19. Məhkəmənin müraciəti əsasında İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısının İsmayıllı şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş 5-54-1/2-364/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd edilən məsələnin nümayəndəlik tərəfindən araşdırılması ilə bağlı Cavabdeh2 İƏD üzrə Nümayəndəliyinə dəvət olunmuş və izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, qardaşı oğlu Cavabdeh1 anası X12 xx.xx.2025-ci il tarixində onkoloji xəstəlik səbəbi ilə əməliyyat olunmuşdur və hal-hazırda Bakı şəhərində kirayədə yaşayır. Həmçinin qeyd etmişdir ki, son 3 il ərzində “Elay” Şadlıq sarayının fəaliyyəti rəsmi olaraq Vergilər İdarəsində dayandırılmışdır. Özünün isə hal-hazırda İsmayıllı şəhəri ünvan 1 ünvanında yaşadığını bildirmişdir.
V. Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Vl. Məhkəmənin mövqeyi:
21. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Cavabdeh2 xx.xx.2011ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC (İddiaçı ASC) tərəfindən illik 18 %-lə 60 ay müddətinə 636000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2011-ci il tarxli kredit müqaviləsinin təminatı olaraq X6, X9 və Cavabdeh1 xx.xx.2011-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Borcun təminatı olaraq Cavabdeh2 məxsus İsmayıllı şəhəri Nizami küçəsində yerləşən 49.79 kv.m ümumi sahədən ibarət 19 №-li evin 4 saylı mənzili, X5 məxsus olan İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.10 kv.metr olan qeyri yaşayış obyekti, X5 məxsus olan ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evi və İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 114.70 kv.metr olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə bankın iddiası qismən təmin edilmiş, cəmi 792.897 ABŞ dolları borcun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla alınaraq "xxxx" İKB-yə ödənilməsi, həmin borcun Cavabdeh2 məxsus İsmayıllı şəhəri Nizami küçəsində yerləşən 49.79 kv.m ümumi sahədən ibarət 19 №-li evin 4 saylı mənzilinə, X4 məxsus olan İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.10 kv.metr olan qeyri yaşayış obyektinə, X4 məxsus olan ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evinə və İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 114.70 kv.metr olan fərdi yaşayış evinə hərrac vasitəsi ilə satılmaqla yönəldilmiş və qətnamə qanuni minmişdir. Bundan sonra ipoteka predmenti olan əmlaklar açıq hərrac vasitəsi ilə satılmış və qeyd olunan daşınmaz əmlaklar xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir.
23. Məhkəmə ilk öncə iddianın hüquqi əsasına münasibətdə qeyd edir ki, İsmayıllı şəhəri Nizami küçəsində yerləşən 49.79 kv.m ümumi sahədən ibarət 19 №-li evin 4 saylı mənzili, İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.10 kv.metr olan qeyri yaşayış obyekti, ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evi və İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 114.70 kv.metr olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən İddiaçı ASC-nin mülkiyyətinə keçsə də, cavabdehlər həmin daşınmaz əmlakları iddiaçıya təhvil verməmiş və qanunsuz istifadədə saxlamışlar. Bu hal iş materiallarında olan sübutlar əsasında öz təsdiqini tapmışdır. Nəticədə İddiaçı ASC hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
24. Mülki Məcəllənin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
25. Məhkəmə iddia tələbinin Cavabdeh1 dəymiş ziyanın tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir.
26. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Bürosu tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən Cavabdeh1 mülkiyyətində olmuş İsmayıllı rayonu, İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 114.70 kv.metr olan fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ümumi icarə haqqı 9900 manat, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0663 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək ümumi icarə haqqı 9900 manat, İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.10 kv.metr olan qeyri yaşayış obyektinin xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək ümumi icarə haqqı 78000 manat təşkil edir.
27. Məhkəmə Məhkəmə Ekspertiza Bürosu tərəfindən təqdim edilən mütəxəssis rəyini əsaslı və mötəbər sübut hesab edərək qeyd edir ki, iddia tələbi mütəxəssis rəyində göstərilən məbləğdə təmin edilməli, qalan hissədə rədd edilməldir. Həmçinin İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.10 kv.metr olan qeyri yaşayış obyektinin xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək ümumi icarə haqqı iddiaçı tərəfindən 70425 manat tələb edildiyindən məhkəmə həmin məbləğdə tələbin təmin edilməsini məqsədəuyğun hesab edir.
28. Məhkəmə iddia tələbinin Cavabdeh2 oğlundan dəymiş ziyanın tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir.
29. Belə ki, Məhkəmə Ekspertiza Bürosu tərəfindən təqdim edilən mütəxəssis rəyinə əsasən Cavabdeh2 mülkiyyətində olmuş İsmayıllı şəhəri Nizami küçəsi ev 19, mənzil 4 də yerləşən 49.79 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək ümumi icarə haqqı 1500 manat təşkil edir. Lakin iddiaçı tərəfindən həmin əmlakdan istifadəyə 1375 manat tələb edildiyindən məhkəmə həmin məbləğdə tələbin təmin edilməsini məqsədəuyğun hesab edir.
30. Məhkəmə qeyd edir ki, işdə olan ekspert rəyinə hüquqi qiymət verilərək həmin rəy sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
31. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edərək, onunla razılaşmışdır.
32. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normaların tələblərini tətbiq etməklə və iş materiallarında olan sübutları araşdırıb onlara hərtərəfli qiymət verərək hesab edir ki, xx.xx.2022-ci il tarixdən iddiaçı bankın mülkiyyətində olan əmlaklardan qanunsuz istifadə faktı mövcud olduğundan, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbədən iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0,04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 114,70 kv.m olan fərdi yaşayış evindən istifadə etdiyi üçün 9900 manat məbləğdə dəymiş ziyan, İsmayıllı rayonu, İsmayıllı kəndində 0,0663 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 206,02 kv.m olan fərdi yaşayış evindən xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək istifadə etdiyi üçün 9900 manat məbləğdə dəymiş ziyan, İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105,10 kv.m olan qeyri-yaşayış obyektindən xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək istifadə etdiyi üçün 70425 manat məbləğdə dəymiş ziyan olmaqla cəmi 90225 manat məbləğdə pul Cavabdeh1, İsmayıllı şəhəri, Nizami küçəsi, ev 19, mənzil 4-dən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə etdiyi üçün 1375 manat məbləğdə dəymiş ziyan tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.
33. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 360,68 manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Həmçinin, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 33,75 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
Vİl. Nəticə:
34. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0,04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 114,70 kv.m olan fərdi yaşayış evindən istifadə etdiyi üçün 9900 manat məbləğdə dəymiş ziyan, İsmayıllı rayonu, İsmayıllı kəndində 0,0663 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 206,02 kv.m olan fərdi yaşayış evindən xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək istifadə etdiyi üçün 9900 manat məbləğdə dəymiş ziyan, İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105,10 kv.m olan qeyri-yaşayış obyektindən xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək istifadə etdiyi üçün 70425 manat məbləğdə dəymiş ziyan olmaqla cəmi 90225 manat məbləğdə pul və 360,68 manat ödənilmiş dövlət rüsumuna görə pul Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan İsmayıllı şəhəri, Nizami küçəsi, ev 19, mənzil 4-dən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə etdiyi üçün 1375 manat məbləğdə dəymiş ziyan və 33,75 manat ödənilmiş dövlət rüsumuna görə pul Cavabdeh2 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova