Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-58/2024 15.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “İddiaçı, xxxx QSC BOKT-dan yaşıl tütün becərərək xxxx ASK MMC-yə təhvil vermək üçün götürdüyü 4750 manat kredit borcunun ödənilməsində, xxxx ASK MMC, fermerlər və xxxx QSC BOKT arasmda bağlanmış müqaviləyə əsasən şirkət verilən kreditlərin ödənilməsində zaminlik öhdəliyini götürməsi haqda bağlanmış müqavilənin məhkəməyə təqdim edilməsini, X2 Kompleksi MMC-nin müvafiq debitor və kreditor borcları, o cümlədən, hüquq və öhdəliklərini icra edən X3 Cəmiyyətinə məcbur edilməsi” tələbinə dair işə məhkəmənin binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “İddiaçı, xxxx QSC BOKT-dan yaşıl tütün becərərək xxxx ASK MMC-yə təhvil vermək üçün götürdüyü 4750 manat kredit borcunun ödənilməsində, xxxx ASK MMC, fermerlər və xxxx QSC BOKT arasmda bağlanmış müqaviləyə əsasən şirkət verilən kreditlərin ödənilməsində zaminlik öhdəliyini götürməsi haqda bağlanmış müqavilənin məhkəməyə təqdim edilməsini, X2 Kompleksi MMC-nin müvafiq debitor və kreditor borcları, o cümlədən, hüquq və öhdəliklərini icra edən X3 Cəmiyyətinə məcbur edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdehin vəkili məhkəmə iclasında izahatında bildirdi ki, iddia düzgün cavabdehə qarşı yönəlməmişdir. Belə ki ləğv edilmiş X2 Kompleksi MMC-dən ASK Tütün MMC ayrılmış və bütün müqavilələr üzrə öhdəliklər xx.xx.2021-ci il tarixində ASK Tütün MMC-yə ötürülmüşdür. İddianın mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Məhkəmə cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və ərizəni nəzərdən keçirib hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi aydın olmadığından, iddia ərizəsinin giriş hissəsində CavabdehASC qeyd etsə də, ərizənin nəticə hissəsində tələbini "xxxx" MMC-yə qarşı yönəltdiyindən, yenidən xxxx ASC-yə qarşı məcbuetmə barədə iddia tələbinin qeyri-müəyyən olması və bu səbəbdən iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Bundan başqa cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən “X2 Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən “X2 Kompleksi” MMC özəlləşməyə açıq elan edilmiş, "xxxx" ASC “X2 Kompleksi” MMC-nin əmlakının qorunub saxlanılmasını təmin etməsi qərara alınmış və xx.xx.2021-ci il tarixli təhvil aktı və bölünmə balansına əsasən “X2 Kompleksi” MMC müvafiq debitor və kreditor borcları, o cümlədən, hüquq və öhdəliklərini "xxxx" MMCyə təhvil vermişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə vergi ödəyicilərinin məlumatı bölməsindən çıxarılan məlumatdan görünür ki, "xxxx" MMC-nin (VÖEN **********) hüquqi ünvanı ünvan 1 səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onun iştiraı olmadan baxılmasını xahiş etməmişdir. Sonuncunun iştirakı olmada isə məhkəmə araşdırmasının davam etdirilməsi mümkün deyildir. Belə ki, iddia əriozəsinin formasına və məzmununa dair tələblərə riayət olunmaması ilə yanaşı, iddia tələbi düzgün olmayan cavabdehə qarşı yönəlmişdir ki, iddiaçı ilə cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsləsinin müzakirə edilməsi və buna müvafiq qərarın qəbul edilməsi məqsədi ilə onun iştirakı məhkəmə iclasında zəruri olmuşdur. Lakin iddiaçı təkrarən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də, bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, iddia baxılmamış saxlanmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın baxılmamış saxlanılması yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Eyni zamanda iddiaçının tələbinə cavab verməli olan hüquqi şəxs "xxxx" MMC-dir (VÖEN **********) ki, iddia tələbinə cavab verməli olan cavabdehə qarşı aidiyyət qaydalarına riayət etməklə ümumi qaydada səlahiyyətli məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı “İddiaçı, xxxx QSC BOKT-dan yaşıl tütün becərərək xxxx ASK MMC-yə təhvil vermək üçün götürdüyü 4750 manat kredit borcunun ödənilməsində, xxxx ASK MMC, fermerlər və xxxx QSC BOKT arasmda bağlanmış müqaviləyə əsasən şirkət verilən kreditlərin ödənilməsində zaminlik öhdəliyini götürməsi haqda bağlanmış müqavilənin məhkəməyə təqdim edilməsini, X2 Kompleksi MMC-nin müvafiq debitor və kreditor borcları, o cümlədən, hüquq və öhdəliklərini icra edən X3 Cəmiyyətinə məcbur edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-58/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-58/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver