Məhkəmə qərarları › İş №2-2(117)-657/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-657/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-657/2024 25.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, kredit borcu və onun hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbi üzrə işə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə müaciət edərək “kredit müqaviləsinin ləğvi, kredit borcu və onun hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001/M nömrəli kredit müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana Yevlax rayonunda heyvandarlığın inkişafı məqsədilə illik 6 % olmaqla 47000 manat məbləğində 40 ay müddətinə kredit verməyi, Borc alan isə krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən bu kredit müqaviləsi üzrə verilmiş borcun təminatı olaraq Yevlax rayonu Tanrıqulular kəndində icarəsində olan 0,56 ha torpaq sahəsində yerləşən 677,56 kv.m, 649.04 kv.m əsas, 28,52 kv.m köməkçi sahədən ibarət əmlak komplesi təşkil edir. 5.6-cı bəndinə əsasən müqavilə üzrə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilnədikdə və ya lazımınca icra edilmədikdə borc alan borc verənə verilmiş kreditin 12%-i miqdarında dəbbə pulu ödəməyi öhdəsinə götürür. 8.1-ci bəndinə əsasən bu müqavilə 40 ay müddətinə bağlanır və göstərilən müddət bitənə qədər borcun məbləği və ona hesablanmış faizlər borc alan tərəfindən borc verənə qaytarılmalıdır. xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi ilə ipoteka qoyan Cavabdeh2 məxsus Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 677,56 kv.m, 649.04 kv.m əsas, 28,52 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin dəyəri 49000 manat razılaşdırılmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə ipoteka predmeti Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa əsasən ipoteka predmeti olan qeyd edilən əmlak tam mülkiyyət hüququ əsasında ipoteka qoyana (Cavabdeh2) məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyesterindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 677.56 kv.m əmlak kompleksi 17.1.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 40 ay müddət üçün ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleks müəssisəsinin hazırki real bazar dəyəri 130000 manat, likvid dəyəri 111000 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/230 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixədək banka olan borcu əsas borc üzrə 29560,32 manat, faiz borcu isə 315,31 manat müəyyən olunmuşdur. Həmçinin rəydə qeyd olunmuşdur ki, bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamadığından hazırki təqdiqatla borlcuya cərimə hesablanmamışdır. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli, 001/M nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 29192,53 manat əsas, 3904,46 manat faiz, 6784,08 manat dəbbə borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Muğanbank ASC-nin Mingəçevir Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən kredit borcu üzrə ümumilikdə 10606 manat ödəniş edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iş Yevlax rayon məhkəməsində olarkən cavabdehin borcunu hissə-hissə ödəyəcəyi ilə bağlı bankla razılaşmışlar, lakin sonradan bank razılaşmamışdır. Bu iş üzrə əsas borclu Cavabdeh2 olmamış, ipoteka predmeti olan əmlak ona məxsus olduğundan cavabdeh borcu ödəməkdə maraqlıdır. Cavabdeh2 əlavə ödənişləri oldğunu və qəbzlərin əsllərini məhkəməyə təqdim edə biləcəklərini bildirmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş. ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: xx.xx.2019-cu il tarixli, 001/M nömrəli kredit müqaviləsi, sonrakı ipoteka müqaviləsi, ödəniş qrafiki, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001/M nömrəli kredit müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana Yevlax rayonunda heyvandarlığın inkişafı məqsədilə illik 6 % olmaqla 47000 manat məbləğində kredit verməyi, Borc alan isə krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən bu kredit müqaviləsi üzrə verilmiş borcun təminatı olaraq Yevlax rayonu Tanrıqulular kəndində icarəsində olan 0,56 ha torpaq sahəsində yerləşən 677,56 kv.m, 649.04 kv.m əsas, 28,52 kv.m köməkçi sahədən ibarət əmlak komplesi təşkil edir. 5.6-cı bəndinə əsasən müqavilə üzrə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilnədikdə və ya lazımınca icra edilmədikdə borc alan borc verənə verilmiş kreditin 12%-i miqdarında dəbbə pulu ödəməyi öhdəsinə götürür. 8.1-ci bəndinə əsasən bu müqavilə 40 ay müddətinə bağlanır və göstərilən müddət bitənə qədər borcun məbləği və ona hesablanmış faizlər borc alan tərəfindən borc verənə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Bundan sonra – MM): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə əvvəla 29192,53 manat əsas borc və 3904,46 manat faiz borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan hesabdan çıxarışdan görünür ki, sonuncu tərəfindən ümumilikdə 10606 manat ödəniş edilmişdir. İddiaçının isə təqdim etdiyi maliyyə arayışı xx.xx.2022-ci il tarixə olan dövrü əhatə edir ki, göründüyü kimi cavabdeh tərəfindən həmin dövrdən sonra 10606 manat ödəniş edilmişdir. İddiaçı həmin ödənişləri nəzərə almadan 29192.53 manat borcun tutulmasını tələb etmişdir ki, bunda da haqlı deyildir. 3904,46 manat faiz borcuna münasibətdə qeyd edilməlidir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/230 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixədək banka olan faiz borcu 315,31 manat müəyyən olunmuşdur. İddiaçı isə 3904,46 manat faiz borcu tələb edir ki, məhkəmə hesab edir ki. İddiaçının tələb etdiyi fazi borcu ilə bağlı ekspert rəyində müəyyən edilən faiz məbləği kəskin məbləğ fərqi vardır. Bununla bağı iddiaçı qeyd edilən faiz borcuna dair əsaslandırılmış sübutlarını məhkəməyə təqdim etməmiş, nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Ekspert rəyi müvafiq əsaslandırma aparmaqla və ödənişlər nəzərə alınmaqla təfsilatı ilə araşdırma aparmaq verildiyindən məhkəmə ekspert rəyində müəyyən edilmiş məbləği daha mötəbər hesab edir. Ona görə də məhkəmə ekspert rəyi ilə razılaşır və həmin rəydə müəyyən edilən faiz borcunun daha əsaslı və qanuni olmasını qəbul edir. Bu səbəbdən Cavabdeh1 tərəfindən sonradan edilmiş ödənişlər nəzərə alındıqda qalıq əsas borc 18586,53 manat təşkil etdiyindən və ekspert rəyi ilə müəyyən olunmuş faiz məbləği olan 315,31 manat əsas götürüldüyündən məhkəmə hesab edir ki, tələb 18586,53 manat məbləğdə əsas borcun və 315,31 manat faiz borcunun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Məhkəmə 6784,08 manat dəbbə pulunun tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 500 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleks müəssisəsinə yönəldilməsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış sonrakı ipoteka müqaviləsinin 5.3.1-ci bəndində qeyd olunur ki, bu müqavilə ilə təmin ediləm öhdəlik icra edilmədikdə, yaxud onun uicrası gecikdirildikdə, ipoteka predmetinə tutma yönəltməklə həmin əmlak hesabına tələblərinin və bununla bağlı çəkilmiş bütün xərclərini faktiki təminat məqamında malik olduğu həcmdə ödənilməsini tələb etmək ipoteka saxlayan iddiaçının hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracda satılması və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə olanların həmin əmlakdan çıxarılması ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleks müəssisəsinin hazırki likvid dəyəri 111000 manat təşkil etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən 677.56 kv.m sahəsi olan əmlak kompleks müəssisəsinin qiymətləndirilməsi barədə hesabata əsasən fərdi yaşayış evinin ilkin satış dəyəri 111000 manat müəyyən edilməklə həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalı, əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh və onunla birlikdə olanların həmin əmlakdan çıxarılması vasitəsilə həmin əmlak boşaldılmalı və əmlakın satışından əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 02/2023 nömrəli 22 iyun 2023-cü il tarixli Qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. İddiaçının iddia tələbində xx.xx.2019-cu il tarixli 001/M nömrəli Kredit müqaviləsinin ləğv edilməsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001/M nömrəli kredit müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana Yevlax rayonunda heyvandarlığın inkişafı məqsədilə illik 6 % olmaqla 47000 manat məbləğində krediti 40 ay müddətinə verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi hazırkı vaxta qeyd edilən kredit müqaviləsinin müddəti bitdiyindən, təxminən 5 ildən çox vaxt keçdiyindən qüvvədən düşmüş müqavilənin yenidən ləğv edilməsi məntiqli və qanuni deyilidr. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən sonuncudan 18586,53 manat əsas borc, 315,31 manat faiz borcu, 500 manat dəbbə borcunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin likvid dəyəri 111000 manat müəyyən edilməklə həmin əmlak açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh və onunla birlikdə olanların həmin əmlakdan çıxarılması vasitəsilə həmin əmlak boşaldılması və əmlakın satışından əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilməsi hissəsində təmin edilməli, qalan hissədə rədd edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir.119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 209,64 manat olmalıdır ki, iddiaçı tərəfindən 211 manat dövlət rüsumu və bildirişin qeydə alınması üçün 135 manat rüsum ödənilmişdir. İddia tələbi qismən təmin edildiyindən cavabdeh tərəfindən ödənilməli borc məbləği 102,65 manat təşkil etmiş, lakin iddiaçı tərəfindən 211 manat ödənildiyindən və həmin məbləği cavabadehdən tələb etdiyindən iddianın nəticəsinə uyğun 102,65 manat Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda mhkəmə qeyd edir ki, bildirişin qeydə alınması üçün ödənilmiş rüsum əlavə məhkəmə xərclərinə aiddir ki, hazırki vəziyyətdə tələb qismən təmin edildiyindən bildirişin qeydə alınması üçün ödənilmiş 135 manat deyil, 65,67 manat rüsum Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa ödənilməli ekspertiza xərci olan 100 manat məbləğ də Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 001/M saylı kredit müqaviləsinə əsasən 18586,53 manat məbləğində əsas borc, 315,31 manat faiz borcu, 500 manat cərimə borcu, 102,65 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 65,67 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh2 məxsus Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleksinə yönəldilsin. Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleksinin ilkin satış üçün likvid dəyəri 111000 (yüz on bir min) manat müəyyən edilsin. Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleksi açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait hesbına Cavabdeh1 bu qətnamə ilə tutulan borcu ödənilsin. Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleks kimi müəssisəni satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılsın. İddia qalan hissədə rədd olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar