Məhkəmə qərarları › İş №2-2(117)-7/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-7/2020

21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-7/2020 21.05.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı İsmayıllı rayon İsmayıllı bələdiyyəsinin nümayəndəsi Ağayev Pərviz Əlövsət oğlunun iştirakı ilə, İddiaçı İsmayıllı bələdiyyəsinin cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “57750 manat icarə haqqının ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İsmayıllı bələdiyyəsi tərəfindən xx.xx.2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 9,002336 ha torpaq sahəsi 99 il müddətinə (xx.xx.2011-ci il tarixdən xx.xx.2110-ci il tarixədək) Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Depratamentinin icarəsinə verilmiş, icarə haqqı hər il üçün 8250 manat məbləğində müəyyən edilmiş və bu barədə tərəflər arasında xx.xx.2011-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Sözügedən müqavilə İsmayıllı bələdiyyəsi adından bələdiyyənin sədri X2, Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Depratamentinin adından departamentin direktoru X3 tərəfindən imzalanmış və möhürlərlə təsdiq edilmişdir. Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Depratamenti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 148 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan torpaqlarının erməni silahlı qüvvələrinin işğalı nəticəsində Ağdam və Fizuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında xx.xx.2001-ci il tarixli 577 nömrəli və Biləsuvar rayonu ərazisində yerləşən 5 çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında xx.xx.2002-ci il tarixli 700 nömrəli Fərmanlarının icrası ilə bağlı məcburi köçkünlərin müvəqqəti yaşamaları üçün inşa edilmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında saxlanılmış mənzil fondunun normal fəaliyyətini təmin etmək məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində yaradılmışdır. Departament öz fəaliyyətində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə tabedir və nizamnaməsi xx.xx.2004-cü il tarixdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən təsdiq edilmişdir. İddiaçı İsmayıllı bələdiyyəsi bağlanmış icarə müqaviləsi üzrə icarə haqqının ödənilmədiyini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsasladırmışdır ki, İsmayıllı bələdiyyəsi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında xx.xx.2011-ci il tarixli icarə müqaviləsi imzalanmış və bələdiyyə mülkiyyətində olan 9,002336 ha torpaq sahəsi Komitənin icarəsinə verilmişdir. Müqavilənin müddəti xx.xx.2011-ci il tarixdən xx.xx.2110-cu il tarixədək 99 il müddətinə müəyyənləşdirilmişdir. Müqaviləyə əsasən Komitə hər il üçün icarə haqqı olaraq 8250 manat məbləğində vəsaiti bələdiyyənin hesabına ödəməli olmasına baxmayaraq 5 il 7 ay müddət ötsə də, icarə haqqı borcunu ödəməmiş və bu səbəbdən cavabdehin 57750 manat icarə haqqı borcu yaranmışdır. İş üzrə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi İsmayıllı bələdiyyəsinə qarşı “İsmayıllı bələdiyyəsi ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış torpağın icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan icarə müqaviləsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə bağlanmalı olduğu və Komitənin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilməli olduğu halda, müqavilə onu bağlamağa səlahiyyəti olmayan Qaçqınların və X1 üzrə Dövlət Komitəsi nəzdində Mənzil İstismar Depratamenti ilə bağlanmış və sonuncunun direktoru tərəfindən təsdiq edilmişdir. Bu səbəbdən həmin müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi səlahiyyətli şəxs tərəindən imzalanmadığından Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. İddiaçı İsmayıllı bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış icarə müqaviləsi, nizamnamələr, bələdiyyənin iclas protokollarından çıxarışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İsmayıllı bələdiyyəsi tərəfindən xx.xx.2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 9,002336 ha torpaq sahəsi 99 il müddətinə (xx.xx.2011-ci il tarixdən xx.xx.2110-ci il tarixədək) Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Depratamentinin icarəsinə verilmiş, icarə haqqı hər il üçün 8250 manat məbləğində müəyyən edilmiş və bu barədə tərəflər arasında xx.xx.2011-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Sözügedən müqavilə İsmayıllı bələdiyyəsi adından bələdiyyənin sədri X2, Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Depratamentinin adından departamentin direktoru X3 tərəfindən imzalanmış və möhürlərlə təsdiq edilmişdir. İcarəçi kimi göstərilməklə müqaviləni təsdiq edən Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Depratamenti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 148 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan torpaqlarının erməni silahlı qüvvələrinin işğalı nəticəsində Ağdam və Fizuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında xx.xx.2001-ci il tarixli 577 nömrəli və Biləsuvar rayonu ərazisində yerləşən 5 çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında xx.xx.2002-ci il tarixli 700 nömrəli Fərmanlarının icrası ilə bağlı məcburi köçkünlərin müvəqqəti yaşamaları üçün inşa edilmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında saxlanılmış mənzil fondunun normal fəaliyyətini təmin etmək məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində yaradılmışdır. Departament öz fəaliyyətində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə tabedir və nizamnaməsi xx.xx.2004-cü il tarixdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi, Respublika ərazisində inşa edilmiş məcburi köçkün qəsəbələrinin yerləşdiyi torpaq sahələri Azərbaycan Respulikasının Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə yalnız Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansına verilmişdir. Belə olan halda İsmayıllı rayonunda məcburi köçkünlərin müvafiq Dövlət Proqramı əsasında məskunlaşdırılması məqsədilə İsmayıllı Bələdiyyəsi tərəfindən 9 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə bağlanılmalı olduğu və Komitənin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalı olduğu halda, Komitənin struktur vahidinə daxil olan və hüquqi şəxs statusuna malik olmaqla özünün ayrıca nizamnaməsi olan Mənzil İstismar Departamenti ilə bağlanmış və departamentin direktoru Pənah Əliyev tərəfindən imzalanmışdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə X5 adından belə bir müqavilə bağlamaq səlahiyyəti verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında öhdəlik münasibətləri yaranmadığından, digər cavabdeh Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağlanmış müqavilə isə əhəmiyyətsiz olduğundan iddiaçı onlardan əhəmiyyətsiz müqaviləyə istinadən pul tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edilsə də, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azaddır. Nəticəvi hissə: İddiaçı İsmayıllı bələdiyyəsinin cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “57750 manat icarə haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar