Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-7/2025 08.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Ünvan 1də öz şəxsi vəsaiti hesabına 110 kv.m sahəli qeyriyaşayış sahəsinin inşası üçün çəkdiyi xərc olan 48,744 manat məbləğində pulun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ünvan 1də öz şəxsi vəsaiti hesabına 110 kv m sahəli qeyri-yaşayış sahəsinin inşası üçün çəkdiyi xərc olan 48744 manat məbləğində pulun Cavabdeh (bundan sonra mətndə cavabdeh) tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, uzun müddət Ağsu rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, Ünvan 1ndə öz şəxsi vəsaiti hesabına 110 kv.m sahəli qeyri-yaşayış sahəsi inşa etmiş və icarəyə vermişdir. Həmin qeyri-yaşayış sahəsi vaxtı ilə Cavabdeh ayrılmış torpaq sahəsində inşa edilmişdir. Belə ki, cavabdeh ona, maddi vəsaiti olmadığına görə qeyd edilən sahənin inşa edilməsini təklif etmiş, tikib qurtardıqdan sonra isə daimi istifadəsinə verəcəyinə söz vermişdir. Cavabdehlə o vaxtkı qohumluq münasibətlərinə əsaslanaraq həmin obyekti inşa etmiş, 2023-cü il tarixdə cavabdeh iddia qaldıraraq obyektin boşaldılmasını tələb etmişdir. Məhkəmə tərəfindən yekunda cavabdehin tələbi təmin edilmişdir. O isə qeyd edilən obyektə xeyli xərc çəkmiş, cavabdeh onun hesabına varlanmışdır. Əvvəllər mağaza X10də icarədə olmuş, icarə haqqını özü almış, lakin bütün sənədləşmə Cavabdeh adına olduğundan sənədlərdə onun adı qeyd edilmişdir. Sonradan isə Nizaməddin Babaxanovla oranı işlətmişdir. Orada ona məxsus əşya və əmlaklar vardır. Onun tərəfindən həmin mağazaya çəkilən xərc 48744 manat təşkil edir. Həmin məbləği cavabdehdən tələb edir. Cavabdeh tərəfin vəkili Vəkil bildirdi ki, cavabdeh iddianı qəbul etmir və rədd edilməsini xahiş edir. Əlavə olaraq qeyd edir ki, qüvvədə olan məhkəmə qərarı var ki, həmin qərarla iddiaçının mübahisə predmeti ilə bağlı hər hansı bir hüququnun mövcudluğu təsdiq edilməmiş, həmin məhkəmə qərarlarında cavabdehin hüquqları qorunmuşdur. İddiaçı Cavabdeh X5 və cavabdeh tərəfindən məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilən İddiaçı qarşı “xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin ona məxsus olan Ağsu rayon İH-nin xx.xx.1999-cu il tarixli 45 saylı sərəncamı ilə Ünvan 1də ona ayrılmış 110 kv.m torpaq sahəsində inşa etdiyi eyni ölçülü mağaza binası/tikilisindən çıxarılaraq obyektin ona təhvil verilməsinə, 1100 manat icarə haqqı borcunun və 150 manat vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, e-2-2(117)-421/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Şəki Kommersiya Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, e-2-2(117)-421/2023 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək Cavabdeh ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv olunmuş hesab edilmiş, cavabdeh X1 rayon İcra hakimiyyətinin xx.xx.1999-cu il tarixli 45 saylı sərəncamı ilə Ünvan 1də iddiaçı Cavabdeh ayrılmış 110 kv.m torpaq sahəsində inşa olunmuş eyni ölçülü mağaza binasıtikilisindən çıxarılması və 1100 manat icarə haqqı borcu cavabdeh X3 tutularaq iddiaçı Cavabdeh verilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin Məhkəmənin 23 yanvar 2024-cü il tarixli 2-2(107)-3/2024 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Qeyd edilən qətnamələr əsasında müəyyən edilmişdir ki, Ağsu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 45 nömrəli Sərəncamından müəyyən edilir ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ticarət obyekti açmaq məqsədi ilə , Ünvan 1ndən mərkəzi Aptekin qərb tərəfindən yolun solunda 110 kv.m torpaq sahəsi ayrılmışdır. xx.xx.2014-cü il tarixli “Tikinti-Quraşdırma İşləri Başa X11 Qəbul Edilməsi haqqında Dövlət Qəbul Komissiyasının Aktı”ndan görünür ki, , Ünvan 1ndə yerləşən obyektin tikintiquraşdırılma işləri xx.xx.2000-ci ildə başa çatdırılmışdır və həmin işlərin aparılmasına Ağsu RİHB-nın xx.xx.1999-cu il tarixli 45 saylı Sərəncamı ilə icazə verilmişdir. Ağsu şəhər sakini Cavabdeh ndə yerləşən ticarət obyektinin hüquqi qeydiyyata alınması barədə rəydən görünür ki, Ağsu RİH-nin xx.xx.1999-cu il tarixli 45 saylı sərəncamı ilə Ağsu şəhər sakini Cavabdeh şəhərin Ünvan 1dən 110 kv.m torpaq sahəsi ayrılmış və tikintiyə icazə verilmişdir. Sərəncama əsasən Cavabdeh göstərilən ünvanda özünə məxsus, divarları mişar daşından, üst örtüyü çardaqlı olmaqla, döşəməsi tomet plitələrdən işlənmiş, fasad hissəsi suvaq və alkapan materialı ilə üzləndirilmişdir. Mağaza binasının ümumi sahəsi 110 kv.m olmaqla istismar üçün tam yararlıdır. xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Yanğından Mühafizə Cəmiyyətinin məktubundan görünür ki, mal alan X2 şəhəri, Ünvan 1ndə yerləşən ərzaq mağazası üçün universal kimyəvi tozlu yanğınsöndürmə cihazı almışdır. xx.xx.2009-cu il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh , Ünvan 1ndə yerləşən 110 kv.m olan ərzaq mağazasını 3 il müddətinə ayda 30 manat olmaqla X8 istifadəsinə vermişdir. “Elektrik enerjisinin alqı-satqısına dair” 033020 nömrəli Birtipli Müqavilədən görünür ki, həmin müqavilə X15 şəhəri, Ünvan 1ndə yerləşən 110 kv.m olan ərzaq mağazasında quraşdırılan sayğaca uyğun elektrik enerjisindən istifadə ilə əlaqədar bağlanmışdır. X13 xx.xx.2018-ci il tarixli 33 nömrəli bildirişində qeyd edilmişdir ki, abonent X10 qeyd edilmişdir və , Ünvan 1ndə yerləşən 45 kv.m olan obyektdə quraşdırılmış elektrik enerjisi sayğacı həmin şəxsin adınadır. Cavabdeh , Ünvan 1ndə yerləşən 110 kv.m torpaq sahəsində tikdirəcəyi obyektin memarlıq və planlaşdırma tapşırığından görünür ki, 1 otaqdan ibarət ticarət obyektinin tikilməsi üçün sərhədlər müəyyən edilmiş və istifadə olunacaq inşaat materialları qeyd edilmişdir. “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun rəhbər və layihə mühəndislərin iştirakı ilə tərtib edilmiş qüsur aktına və smeta sənədlərindən görünür ki, Ünvan 1ndə İddiaçı istifadəsində olan ticarət obyektinin tikintisi üçün 48744 manat məbləğində vəsait xərclənmişdir. İş materiallarında olan 2022-ci il sentyabr tarixli Ünvan 1ndə İddiaçı istifadəsində olan ticarət obyektində yerinə yetirilmiş iş həcmləri cədvəlində qeyd edilən obyektdə iş həcmi ilə bağlı məlumatlar öz əksini tapmış və Fövqəladə Hallar Nazirliyinin layihə təşkilatının mütəxəssisləri, obyektin sahibi və layihəçi tərəfindən imzalanmışdır. "xxxx" ASC-nin quraşdırılan su sayğacının istismara qəbuluna dair 140364 nömrəli aktdan görünür ki, sayğac İddiaçı təhvil verilmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara icarə müqavilələri, tikinti pasportları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası:
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları.
39. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə müəyyən etmişdir ki, Ağsu RİH-nin xx.xx.1999-cu il tarixli 45 saylı sərəncamı ilə Ağsu şəhər sakini Cavabdeh fərdi sahibkarlıqla məşğul olmaq üçün ticarət obyekti açmaq məqsədilə şəhərin Ünvan 1dən 110 kv.m torpaq sahəsi ayrılmış və tikintiyə icazə verilmişdir. Həmin 110 kv.m torpaq sahəsində 1 otaqdan ibarət ticarət obyektininmağazanın tikilməsi üçün sərhədlər müəyyən edilmiş və istifadə olunacaq inşaat materialları qeyd edilmişdir. Sərəncama əsasən Cavabdeh göstərilən ünvanda özünə məxsus, divarları mişar daşından, üst örtüyü çardaqlı olmaqla, döşəməsi tomet plitələrdən işlənmiş, fasad hissəsi suvaq və alkapan materialı ilə üzləndirilmişdir. Mağaza binasının ümumi sahəsi 110 kv.m olmaqla istismar üçün tam yararlıdır. Cavabdeh xx.xx.2009-cu il tarixli icarə müqaviləsinə əsasən həmin ərzaq mağazasını 3 il müddətinə ayda 30 manat olmaqla X8, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən obyektin 45 kv.m sahəsini aylıq icarə haqqı 50 manat olmaqla X4 icarəsinə vermişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, Ağsu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999cu il tarixli 45 nömrəli Sərəncamından, xx.xx.2014-cü il tarixli “Tikinti-Quraşdırma İşləri Başa X11 Qəbul Edilməsi haqqında Dövlət Qəbul Komissiyasının Aktı”ndan və Ağsu şəhər sakini Cavabdeh ndə yerləşən ticarət obyektinin hüquqi qeydiyyata alınması barədə rəydən görünür ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ticarət obyekti açmaq məqsədi ilə , Ünvan 1ndən mərkəzi Aptekin qərb tərəfindən yolun solunda 110 kv.m torpaq sahəsi ayrılmış, həmin obyektin tikinti-quraşdırılma işləri xx.xx.2000-ci ildə başa çatdırılmış, və həmin işlərin aparılmasına və tikilmiş qeyri-yaşayış sahəsinin istismarına Ağsu RİHB-nın xx.xx.1999-cu il tarixli 45 saylı Sərəncamı ilə icazə verilmiş və ən əsası qeyd edilən sənədlər Cavabdeh adına sənədləşdirilmişdir. Qeyd edilən qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən inşa edilməsi birbaşa sübutlar vasitəsilə təsdiq edilmir. Belə ki, “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun rəhbər və layihə mühəndislərin iştirakı ilə tərtib edilmiş qüsur aktına və smeta sənədlərinin, 2022-ci il sentyabr tarixli Ünvan 1ndə İddiaçı istifadəsində olan ticarət obyektində yerinə yetirilmiş iş həcmləri cədvəlinin və "xxxx" ASC-nin quraşdırılan su sayğacının istismara qəbuluna dair 140364 nömrəli aktın İddiaçı adına qeydə alınamsı ilə bağlı məhkəmə qeyd edir ki, qeyd edilən layihənin hazırlanması və yerinə yetirilmiş işlərin həcmi ilə bağlı sənədlərin İddiaçı adına olması həmin sahənin onun tərəfindən inşa edilməsini sübut etmir. Belə ki, qeyd edilən müvafiq təşkilatlara sifariş verən İddiaçı olduğundan onun adına sənədləşdirilmiş, lakin bu sənəd işdə olan digər sənədlərlə ziddiyyət təşkil etmişdir. Belə ki, su sayğacının İddiaçı təhvil verilməsi arqumenti də əsaslı arqument deyil. Belə ki, qeyd edilən obyekti icarəyə götürən şəxslər olan X7 və X8 adına elektrik sayğacının və mühafizə vasitələrinin qeydiyyatının aparılması həmin şəxslərin qeyd edilən obyektdə icarəçi kimi istifadə etmələri səbəbindən olması təsdiq edilir. Eyni zamanda, İddiaçı mübahisə predmeti olan obyektdə Nizaməddin Babaxanovla şərikli olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması qüvvədə olan məhkəmə qərarı ilə öz təsdiqini tapdığından qeyd edilən texniki sənədləşmələrin həmin obyekti icarə müqaviləsi əsasında istifadə edən şəxslərin adına olması, həmin qeyri-yaşayış sahəsinin sahibinin/mülkiyyətçisinin həmin şəxslərin olması anlamına gəlmir. Məhkəmənin yekun mövqeyi ondan ibarətdir ki, iddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsini inşa etməsi faktını sübuta yetirə bilməmiş, bununla bağlı irəli sürdüyü arqumentlər qüvvədə olan məhkəmə qərarları ilə əsassız hesab edilmişdir. Bu səbəbdən məhkəmə tərəfindən hazırkı iddianın da təmin edilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyildir. Mülki Prosessual Məcəllənin:
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, iddiaçı tələbində haqlı olmadığından məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnna qarşı “Ünvan 1də öz şəxsi vəsaiti hesabına 110 kv m sahəli qeyri-yaşayış sahəsinin inşası üçün çəkdiyi xərc olan 48744 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsinə dair tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov