Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-70/2024 12.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 673,50 manat əsas borcun və 40 manat rüsum xərclərinin məcburi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 673,50 manat əsas borcun və 40 manat rüsum xərclərinin məcburi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən borc məbləği tam şəkildə ödənildiyindən ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirib hesab edir ki, iddiaçının nümayəndəsi cavabdeh tərəfindən borcun ödənildiyini etiraf etdiyindən və tərəflər arasında hazırkı vəziyyətdə artıq mübahisə mövcud olmadığından işə məhkəmə tərəfindən baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Belə ki, əslində xacavdeh tələb edilən borcu tam ödəsə də, iddiaçının nümayəndəsi iddianın baxılmamış saxlanılmasını tələb edir, lakin mübahisə artıq mövcud deyil, borc tam ödənilmişdir. Ərizənin baxılmamış saxlanması cavabdehin gələcəkdə hüquqlarının pozulması ilə nəticələnə bilər və ona qarşı eyni tələbin yenidən məhkəmədə irəli sürülməsi ilə nəticələnə bilər. Hazırkı vəziyyətdə tərəflər arasında artıq mübahisə mövcud deyildir. Eyni zamanda, borc məhkəmə icraatında iş olduğu müddətdə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə isə mübahisəyə baxdığından və artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə ki, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Məhkəmə isə mübahisəyə baxdığından və artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 673,50 manat əsas borcun və 40 manat rüsum xərclərinin məcburi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2-2(117)-70/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-70/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver