Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-71/2024 01.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdehin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh ASC-yə qarşı “xxxx QSC BOKT-dan, yaşıl tütün becərərək Cavabdeh ASK MMC-yə təhvil vermək üçün götürdüyü 14900 manat kredit borcunun ödənilməsində xxxx ASK MMC fermerlər və xxxx QSC BOKT arasında bağlanmış müqaviləyə əsasən şirkət verilən kreditlərin 50% lik ödənilməsində zaminlik öhdəliyi götürməsi barədə bağlanmış müqaviləni məhkəməyə təqdim etməsini, xxxx ASK MMC-nin müvafiq debitor və kreditor borcları, o cümlədən hüquq və öhdəliklərini icra edən xxxx ASC-yə məcbur edilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X2 Cavabdeh ASC-yə qarşı “xxxx QSC BOKT-dan, yaşıl tütün becərərək xxxx ASK MMC-yə təhvil vermək üçün götürdüyü 14900 manat kredit borcunun ödənilməsində xxxx ASK MMC fermerlər və xxxx QSC BOKT arasında bağlanmış müqaviləyə əsasən şirkət verilən kreditlərin 50% lik ödənilməsində zaminlik öhdəliyi götürməsi barədə bağlanmış müqaviləni məhkəməyə təqdim etməsini, xxxx ASK MMC-nin müvafiq debitor və kreditor borcları, o cümlədən hüquq və öhdəliklərini icra edən xxxx ASC-yə məcbur edilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, iddianı qəbul etmirlər. Belə ki, iddiaçı əsl cavabdehə qarşı iddia qaldırılmamışdır, cavabdeh qismində xxxx ASK MMC-ni cəlb etməli, həmin hüquqi şəxs isə bu işdə tərəf deyildir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və ərizəni nəzərdən keçirib hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi aydın olmadığından, iddia ərizəsinin giriş hissəsində CavabdehASC qeyd etsə də, ərizənin nəticə hissəsində tələbini "xxxx" MMC-yə qarşı yönəltdiyindən, yenidən xxxx ASC-yə qarşı məcbuetmə barədə iddia tələbinin qeyri-müəyyən olması və bu səbəbdən iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyindən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, “X3 Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, “X3 Kompleksi” MMC özəlləşməyə açıq elan edilmiş, "xxxx" ASC “X3 Kompleksi” MMC-nin əmlakının qorunub saxlanılmasını təmin etməsi qərara alınmışdır. Məhkəmə tərəfindən əldə edilmiş sənədlərdən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli təhvil aktı və bölünmə balansına əsasən “X3 Kompleksi” MMC müvafiq debitor və kreditor borcları, o cümlədən hüquq və öhdəliklərini "xxxx" MMC-yə təhvil vermişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə vergi ödəyicilərinin məlumatı bölməsindən çıxarılan məlumatdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1 xx.xx.2024-cü il tarixli məktubda iddia ərizəsinin forma və məzmununda qeyd edilən nöqsanlar iddiaçının diqqətinə çatdrılmış, həmin nöqsanların növbəti məhkəmə iclasınadək aradan qaldırılması xahiş edilmiş, əks təqdirdə iddia ərizəsinin baxılmamış saxlanılacağı barədə iddiaçıya xəbərdar edilmiş, qeyd edilən məktub iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı tərəfindən qeyd edilən məktuba hər hansı bir münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, iddia baxılmamış saxlanmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında 2-ci bəndində “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər” qismində dəyişiklik edilmişdir. İddiaçıya izah edilsin ki, iddia ərizəsində qeyd edilən nöqsanları aradanq qaldırmaqla aidiyyəti üzrə cavabdeh hüquqi şəxsin rəsmi qeydə alındığı yerin kommersiya məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı X1 Cavabdeh ASC-yə qarşı “xxxx QSC BOKT-dan, yaşıl tütün becərərək xxxx ASK MMC-yə təhvil vermək üçün götürdüyü 14900 manat kredit borcunun ödənilməsində xxxx ASK MMC fermerlər və xxxx QSC BOKT arasında bağlanmış müqaviləyə əsasən şirkət verilən kreditlərin 50%lik ödənilməsində zaminlik öhdəliyi götürməsi barədə bağlanmış müqaviləni məhkəməyə təqdim etməsini, xxxx ASK MMC-nin müvafiq debitor və kreditor borcları, o cümlədən hüquq və öhdəliklərini icra edən xxxx ASC-yə məcbur edilməsi” tələbinə dair ərizə baxılmamış saxlanılsın. Ödənilmiş 135 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2-2(117)-71/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-71/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver