Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-129/2025 25.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə1 və Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Qanuni nümayəndə1 cavabdeh Qanuni nümayəndə2 Firdovsi oğluna qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh Qanuni nümayəndə2 Firdovsi oğlundan tapşırıq müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə 14682 (on dörd min altı yüz səksən iki) manat məbləğində pul vəsaiti, hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 600 (altı yüz) manat məbləğində xidmət haqqı, ödənilmiş 136 (yüz otuz altı) manat məbləğində dövlət rüsumu və 3000 (üç min) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 18418 (on səkkiz min dörd yüz on səkkiz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Qanuni nümayəndə1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qanuni təmsilçisi və rəhbəri iddiaçı Qanuni nümayəndə1 2022-ci ilin dekabr ayında müştərilər tərəfindən müraciət edilərək 2023-cü ilin fevral ayı üçün nəzərdə tutulmuş iş səyahəti ilə bağlı turun təşkil edilməsi xahiş edilmişdir. Sifarişə əsasən tur iddiaçı tərəfindən təşkil olunmuşdur. Lakin çatışmayan 15 hotel otağının bron edilməsi öhdəliyini iddiaçının əvvəlcədən tanıdığı, etibar etdiyi həmkarı Cavabdeh rəhbəri olan cavabdeh Qanuni nümayəndə2 Firdovsi oğlu öz öhdəsinə götürmüş və iddiaçını inandırmışdır ki, 15 hotel otağını bron etdirəcək. İddiaçı bunun qarşılığında ilkin olaraq 323 manat, bundan əlavə 11440 (on bir min dörd yüz qırx) manat pul məbləğini Qanuni nümayəndə2 Firdovsi oğlunun tələbi ilə onun 5261 6233 3533 7128 nömrəli kart hesabına göndərilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş və nəticədə, iddiaçıya 15082 (on beş min səksən iki) manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı 06 iyun 2023-cü il tarixində Qanuni nümayəndə2 Firdovsi oğlu barəsində AR CM 178.1-ci maddəsi ilə cinayət işinin başlanmasına dair Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayət ərizəsilə müraciət etmişdir. Müraciət əsasında işin faktları araşdırılaraq 20 iyun 2023-cü il tarixində cavabdehin izahatı alınmışdır. Cavabdeh Qanuni nümayəndə2 öz əlyazısı ilə izahatında da etiraf etmişdir ki, həqiqətən, qeyd olunan məbləğ onun kart hesabına köçürülüb və iddiaçıya dəymiş maddi ziyanın təqsirkarı odur. Həmçinin bildirmişdir ki, qeyd edilən 15082 (on beş min səksən iki) manat maddi ziyanı tez bir zamanda geri ödəyəcəkdir. Nəticədə, iddiaçı ilə cavabdeh arasındakı mübahisənin mülki xarakterli olması əsas göstərilərək 26 iyun 2023-cü il tarixində “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar çıxarılmışdır. Cavabdeh Qanuni nümayəndə2 Firdovsi oğlu xx.xx.2023-cü il tarixdə iddiaçının istifadəsində olan 4189 8000 0020 6472 nömrəli karta dəymiş zərərin əvəzi kimi cəmi 400 (dörd yüz) manat ödəniş etmişdir. Cavabdeh Qanuni nümayəndə2 yenə öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş, etibardan sui-istifadə etmişdir. Bu dəfə isə təkcə iddiaçını yox, həmçinin hüquq-mühafizə orqanlarını da yanıltmışdır. Cavabdehlə iddiaçı arasında hər iki tərəfin iradəsinə uyğun olaraq şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliyi icra edəcəyini öz üzərinə götürərək müqaviləyə uyğun iradəsini açıqca ifadə etmişdir və bununla da, tərəflər arasındakı şifahi tapşırıq müqaviləsi qüvvəyə minərək hüquqi nəticəyə yönəlmişdir. Beləliklə, cavabdehlə iddiaçı arasında bağlanmış şifahi tapşırıq müqaviləsinə və cavabdehin öz əlyazısı ilə təsdiq etdiyi izahat ilə iddiaçıya münasibətdə pul ödəmə öhdəliyinin mövcud olduğu təsdiq edilir. Lakin hadisələrin üzərindən uzun müddət keçməsinə baxmayaraq, həmin şəxs öhdəliyini icra etməmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4519/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərardadı ilə Qanuni nümayəndə1 əsl İddiaçı MMC ilə, Qanuni nümayəndə2 Firdovsi oğlunun əsl Cavabdeh MMC ilə əvəz edilməsi qərara alınmışdır.
4. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4519/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbinə dair ərizəsi üzrə işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. 10 fevral 2025-ci il tarixdə iddiaçı tərəfindən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək Cavabdehndən 14648 (on dörd min altı yüz qırx səkkiz) manat məbləğində dəymiş zərərin və məhkəmə xərclərinin əvəzinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Həmçinin həmin ərizədə qeyd olunmuşdur ki, 2019-cu ildən “X3" MMC turizm xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərir. Cavabdeh MMC də turizm sahəsində fəaliyyət göstərir və fiziki şəxslərə xidmət göstərməklə yanaşı, digər turizm şirkətlərinin sifarişlərini əvəzli olaraq icra edir. Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 aralarında olan razılığa əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə “X3" MMC-yə ziyan dəymişdir. Cavabdehin qanuni təmsilçisi əvvəl iddiaçıya ziyan vurulması faktını etiraf etsə də, sonradan mövqeyini dəyişmişdir. Son iki məhkəmə iclasında cavabdehin nümayəndəsi, cavabdehin polis orqanlarında etdiyi etirafı qəbul etməyərək onun təzyiq altında yazıldığını göstərmiş və iddia ərizəsində sözügedən sifarişlər haqqında sübutlar təqdim olunmasını xahiş etmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehin vurduğu ziyan məbləği yenidən hesablanmış və həmin məbləğ tam dəqiqləşdirilmişdir. Belə ki, 2022-ci ilin dekabr ayı- 2023-cü ilin fevral ayları ərzində tərəflər arasında şifahi və vatsap yazışmaları ilə razılaşmalara əsasən, Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 iddiaçı şirkətin müştəriləri üçün 9 “double” (iki nəfərlik) + 5 “single” (bir nəfəlik) nömrə rezervasiya etməyi öhdəsinə götürmüşdür. Hətta Qanuni nümayəndə2 nömrələrdə qonaqların yerləşmə ardıcıllığını bildirəndə, o, bu məsələdən narahat olmamağı, qonaqların istəyə uyğun şəkildə yerləşdirilə biləcəyini demişdir. Bir sözlə, cavabdeh razılaşdırılmış qiymətlərlə nömrələrin rezervasiyada olduğunu və 15 fevral 2023-cü il tarixinə kimi bronda olacağına dair üzərinə öhdəlik götürmüşdür. Ümumi olaraq iddiaçı cavabdehlə razılaşdırdığı qiymətdən faktki olaraq iki dəfə baha - bron olunmalı olan eyni nömrələri müştərilərdən aldığı pulun üzərinə 15048 manat əlavə edərək 30671 manata almışdır. Nəticədə, iddiaçıya həmin əməliyyata görə 15048 manat ziyan dəymişdir. Beləliklə, cavabdehlə iddiaçı arasında olan razılaşmaya əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün ididaçı həm 357 manat gəlirdən məhrum olmuş, eyni zamanda cavabdehin almalı və bron etməli olduğu nömrələri bron etməməsi ilə bağlı əlavə olaraq 14691 manat xərcə düşmüşdür. Deməli, cavabdehin öz üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi nəticəsində iddiaçıya 15048 manat məbləğində ziyan dəymişdir (14691+357=15048) Cavabdeh iddiaçıya 2023-cü ilin may ayında 400 manat ödəniş etdiyi üçün yekun borcu 14648 manat qalmışdır. Bu açıqlamanı ilkin iddia ərizəsində verməməsinin səbəbi Qanuni nümayəndə2 polis bölməsində izahat verməsi olmuşdur. Belə ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 öz yazdığı izahatda etiraf etmişdir ki, onun səhlənkarlığına görə iddiaçıya ziyan vurmuş və onun qarşısında ödənilməmiş öhdəliyi yaranmışdır. Eyni zamanda, Qanuni nümayəndə2 polis bölməsinə çağırılana qədər də iddiaçıya vurmuş olduğu ziyanı hissə-hissə qaytaracağına söz vermiş və həttə etirafının nəticəsi kimi 400 manat ödəniş də etmişdir. Lakin sonradan o, iddiaçıya vurduğu ziyanı, yəni borcu olduğu pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh MMC-nin nümayəndəsinin məhkəmənin əvvəlki iclaslarında vermiş olduğu izahat cavabdehin polis bölməsində verdiyi izahata, cavabdehin əvvəlki davranışlarına uyğun olmadığı üçün və öhdəlikdən yayınmaq məqsədi güddüyü üçün, həmin dəlillər əsassız hesab edilməlidir. Ümumiyyətlə turizm sahəsində fəaliyyətlə məşğul olan şirkətlər arasında formalaşmış işgüzar adətlərə əsasən turizm şirkətləri bir-biri ilə qarşılıqlı etibar əsasında fəaliyyət göstərir və bır-birlərinə turizm məhsullarını satır. Bütün turizm şirkətlərinin xaricdə partnyorluq etdiyi şirkətlər və hotellər var. Əgər bir şirkət xaricdə partnyorluq etdiyi oteldə yer tapa bilmirsə, o, kömək üçün Azərbaycanda partnyorluq etdiyi digər şirkətə müraciət edir. İddiaçı şirkət cavabdeh şirkətlə uzun müddət bu qaydada işləmiş və aralarında məhz bu qaydada işgüzar münasibətlər yaranmışdır. Əgər partnyor şirkətin təqsiri üzündən digər şirkət müştəriləri qarşısında öz öhdəliklərini yerinə yetirə bilmir və məcbur olub baha qiymətə başqa partnyordan turizm məhsulunu alırsa, bu halda buna təqsirli olan şirkət vurulmuş ziyanı ödəməlidir. Vurulmuş ziyana həm əldən çıxmış fayda, həm də turizm məhsulunun öz qiyməti daxildir Bu işgüzar adətlər hazırda Azərbaycanda fəaliyyət göstərən bütün turizm şirkətlərində formalaşmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı bron edilmiş hotel nömrələrinə görə ödəniş etmək istədiyini bildirdikdə, Qanuni nümayəndə2 demişdir ki, onda 2 ədəd ikinəfərlik nömrə əvəzinə 2 ədəd 3 nəfərlik nömrələri brondadır. Buna etiraz etdikdə Qanuni nümayəndə2 partyonlarla danışacağını və həmin məsələni həll edəcəyini bildirmişdir. İddiaçı real əldə olan nömrələrə odənış edib digərlərinə görə cavab gözlədiyi üçün ödənişi tamamlamamışdır. Lakin 11763 manat (-323 manat) vəsait həmin gün Qanuni nümayəndə2 kart hesabına göndərilmişdir. Ancaq hesablama zamanı özünə də yazıldığı kimi, 940 dollar (1598 manat) məbləğ gözdən qaçıb və nəzərə alınmamışdır. Hər bir halda bu hal nəticəyə təsir etməyib və etməyəcəkdi. Çünki əgər Emin bron olunmuş nömrələrə görə ödəniş etmiş olsaydı, iddiaçının göndərdiyi məbləğin kifayət etmədiyini dərhal biləcəkdi və iddiaçı çatışmayan məbləği ödəyib bronu tamamlayacaqdı. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün, götürdüyü öhdəliyə məsuliyyətsiz yanaşaraq iddiaçının gözündən və nəzərindən qaçan nüansı heç görmədən ödənişi qəbul etməsinə baxmayaraq bronu həyata keçirməmişdir. Ödənişdən sonra iddiaçı cavabdehə qeyd olaraq bildirmişdir ki, 4 “single” və 6+1 “double” nömrə üçün tam ödəniş edilmişdir. Yanlış bron etdiyi nömrələr üçün isə yekun cavab gözlənildiyindən ödəniş saxlanılmışdır. Çünki, Qanuni nümayəndə2 digər söz verdiyi otaqları da partnyorla danışıb həll etməli idi. Bütün bu narahatlıqlara baxmayaraq Qanuni nümayəndə2 nəinki verilən sifarişdə düzəliş etmiş, hətta üzərinə bir öhdəlik kimi götürülmüş real mövcud bronları iddiaçıya təqdim edə biliməmişdir. Bu səbəbdən iddiaçı həmin gün (uçuşa 5 gün qalmış) yenidən baha qiymətlərə nömrələr almağa məcbur olmuşdur. Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 ödənilən məbləğdən onun şirkətin əməkdaşı olan bacısı 3 nömrə almış, qalan məbləğ isə 2 gün sonra iddiaçının qanuni təmsilçisinin kartına qaytarılmışdır ki, buna da artıq 1 və ya nömrə almaq mümkün idi. Qeyd olunanlara əsasən, Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2lə razılaşma əsasında alınacaq nömrələrin qiyməti - 15623 manat, sonradan iddiaçı tərəfindən alınan nömrələrin qiyməti isə 30671 manat olmuş, nəticədə 15048 manat fərq yaranmışdır. Müştəriyə satış məbləği 15980 manat olmuşdur (15980 manat - 15623 = 357 manat (əldə ediləcək gəlir)). Beləliklə, cavabdehlə əvvəlki razılaşmaya əsasən iddiaçı müştərilərə hotel otaqlarının satışına görə 357 manat gəlir əldə edəcəkdir. Deməli, cavabdehin üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirilməməsi nəticəsində iddiaçı 357 manat gəlirdən (faydadan) məhrum edilmiş və ona ziyan dəymişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca yemə yetirmədiyi üçün iddiaçı məcbur qalaraq sonradan müştərilərə daha baha qiymətə (2 dəfə artıq) hotellərdə yerlər almağa məcbur olmuşdur. Yəni, iddiaçı müştərilərlə danışdığı qiymətlə razılaşdıqdan sonra və cavabdeh həmin qiymətə oteldə otaqlar bron etməyi öhdəsinə götürdüyünə görə, iddiaçı qiymətin dəyişməsi ilə bağlı yenidən müştərilərdən əlavə pul ala bilməz. Bu səbəbdən iddiaçı öz nüfuzunu qorumaq, götürdüyü öhdəliyi icra etmək və turizm bazarında olmuş olduğu nufuzu itirməmək üçün öz büdcəsi və vəsaiti hesabına, cavabdehin məsuliyyətsizliyi nəticəsində 2 dəfə baha qiymətə otellərdə yerlər bron etməyə məcbur qalmışdır.
6. Məhkəmə baxış iclaslarında iştirak edən İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə1 iddia ərizəsinin və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə baxış iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 izahatında bildirmişdir ki, iddiaçı cavabdehə hotel otaqlarının bron edilməsi üçün tapşırıq vermişdir. Məhkəməyə təqdim edilmiş sənəddən görünür ki, cavabdeh öhdəliyini yerinə yetirib otaqları bron etmişdir. İddiaçı ödəniş edib otaqları almaq məsələsinə gələndə hotel otaqların rezervasiyasından imtina etmişdir və bronlar ləğv edilmişdir. Cavabdeh tərəf bunu bildiyi vaxtdan vicdanlı davranaraq iddiaçı tərəfə məlumat vermiş, yeni qiymətlər barədə qarşı tərəf məlumatlandırılmışdır. Bu zaman yeni qiymətlərlə yeni şifahi tapşırıq müqaviləsi bağlanmış sayılır. İddiaçı yeni qiymətlərlə razılaşaraq təxminən 8000 manata 3 otağı rezerv etdirmişdir. Qalan pul isə ona geri qaytarılmışdır. Qiymətlər dəyişdiyi halda iddiaçı müştərilərə cari vəziyyəti izah etməli idi. Müştərilərlə iddiaçı arasında zərərin ödənilməsi ilə bağlı müqavilə olmamışdır. Bu, şifahi tapşırıq müqaviləsidir. Tapşırıq müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, əgər öhdəliyi icra etməli olan şəxs icraçıya münasibətdə vicdanlı davranmasa və bunun nəticəsində zərər dəysə, dəymiş zərəri ödəməlidir. İddiaçı tərəf cari situasiyanı müştərilərə bildirsə idi, o, müştərilər qarşısında məsuliyyət daşımazdı. Buna görə də iddiaçı tərəfindən tələb olunan məbləğ zərər hesab oluna bilməz. Qanuni nümayəndə1 özü də məhkəmə iclasında bildirmişdir ki, baha qiymətlərlə otaqları rezerv etməsinin səbəbi işgüzar nüfuzunu qorumaq olmuşdur. Həmin məbləğ zərər hesab olunsa belə, bu zərər cavabdeh tərəfin səhvinə görə olmamışdır. Əvvəlki şifahi tapşırıq müqaviləsində qiymətlər razılaşdırılmışdı, ancaq yeni qiymətlər təklif olunduqda iddiaçı razılaşdığı üçün yeni tapşırıq müqaviləsi yaranmış olur. Qanuni nümayəndə2 Qanuni nümayəndə1 etdiyi 400 manat isə mübahisə predmeti olan zərərlə bağlı deyil, viza məsələsi ilə bağlı qaytarılmış məbləğdir o, bununla dəymiş zərəri etiraf etməmişdir. Buna görə də yazışmalarda Qanuni nümayəndə1 məhkəməyə müraciət etməsini istəmişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. 12 fevral 2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə2 Firdovsi oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onun xarici turizm şirkətləri ilə yaxın əlaqələri var və bir çox turizm şirkətlərinə də köməklik edir. Buna görə Qanuni nümayəndə1 2022-ci il noyabr ayınının sonunda kömək üçün ona müraciət etmişdir. O, otellə bağlı qiymətləri öyrənib Qanuni nümayəndə1 demiş, sonuncu təsdiqləmə ilə bağlı razılıq vermişdir. O, otellə qiymətləri danışıb dekabr-yanvar aylarında cavabdehin qanuni təmsilçisinə ödəniş olunmasını bildirmişdir. Daha sonra dəfələrlə o, Qanuni nümayəndə1 xaricdəki partnyorunun bronu saxlaya bilməsi üçün ödəniş etmək lazım olduğunu demişdir. Lakin Qanuni nümayəndə1 vaxtında pulu ödəməmiş, fevral ayında ona ödəniş etmişdir. Hotel ödənişi 2 aydır gözlədiyi və qiymət dəyişikliyi olduğu üçün sifarişi təsdiqləməmişdir. O, dərhal Qanuni nümayəndə1 köhnə qiymətlərin mövcud olmadığı barədə məlumat vermiş, bütün ödənişi geri qaytarmaq üçün müraciət etmişdir. Bundan sonra o, Qanuni nümayəndə1 istəyi ilə 8000 manata 3 otaq bron etmiş, 3000 manatı isə özünə qaytarmışdır. Bir müddət sonra Qanuni nümayəndə1 məsələ ilə bağlı polisə şikayət etmiş, 4-5 nəfər polis əməkdaşı Cavabdeh ofisinə gələrək şirkətin əməkdaşlarını izahat üçün müvafiq polis bölməsinə aparmaq istəmişdir. İş yerindən ona zəng edilərək bu barədə məlumat verilmişdir. Həmin vaxt ofisdə onun bacısı, həyat yoldaşı və digər xanımlar işləyib. O, ofisə gəldikdə polislər tərəfindən ona şikayətlə əlaqədar ya hamının, ya da onun özünün polis bölməsinə getməli olduğu bildirilmişdir. O, şirkətin xanım əməkdaşlarının getməməsi üçün özü polis bölməsinə getmişdir. Polis idarəsində ona təzyiq göstərilərək bildirmişdir ki, ya onların dediyini etməlidir, ya da ofisdəki hər kəs izahat yazması üçün polis bölməsinə dəvət ediləcək. Buna görə də o, izahat yazaraq borcu qəbul etdiyini bildirmişdir. Əslində isə Cavabdeh iddiaçı şirkətə heç bir borcu yoxdur. Qanuni nümayəndə1 etdiyi 400 manat isə mübahisə predmeti olan zərərlə bağlı deyil, viza məsələsi ilə bağlı qaytarılmış məbləğdir. O, dekabr ayından Qanuni nümayəndə1 bir neçə dəfə zəng edərək partnyorlarına göndərməsi üçün ödəniş etmək lazım olduğunu demiş, səsli mesajlar göndərərək fevral ayının 10-11-i ödəniş etmək lazım olduğunu bildirmişdir. Ödəniş üçün son tarix fevralın 10-11-i olsa da, ayın 12-si ödənişi qəbul etməyinin səbəbi odur ki, o artıq əlində pul olduğu üçün bu dəfə partnyorunun razılaşacağını güman etmişdir. Ancaq onlar razılaşmamış, qiymətləri qaldırmış və o, səhəri gün artım barədə Qanuni nümayəndə1 məlumat vermişdir. Qeyd olunanlara əsasən o, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir.
9. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri və səs yazılarını tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
10. Belə ki, iş materiallarında olan iddiçı İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə1 və Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə2 Firdovsi oğlu arasında “WhatsApp” mobil tətbiqi vasitəsi ilə aparılmış yazışmalarla müəyyən olunur ki, tərəflər arasında 9 ədəd iki nəfərlik (3 ədədinin qiyməti 715 manatdan, 3 ədədinin qiyməti 725 manatdan və 3 ədədinin qiyməti 770 manatdan) və 5 ədəd bir nəfəlik (3 ədədinin qiyməti 635 manatdan, 2 ədədinin qiyməti 695 manatdan) otaq bron edilməsi barədə razılıq əldə olunmuşdur. Qanuni nümayəndə2 xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfin təqdim etdiyi siyahı üzrə xaricdəki partnyoru vasitəsi ilə otaqların bron olunduğunu, sonradan isə həmin otaqların rezerv edildiyini və ödəniş olunduğunu bildirsə də, Qanuni nümayəndə1 hotelin verdiyi məlumata əsasən həmin otaqların rezerv olunmadığını ona bildirmişdir. Lakin 17 fevral 2023-cü il tarixdə Qanuni nümayəndə2 Qanuni nümayəndə1 müştərilərin adının dəyişdirilməsinə icazə verilmədiyinə görə həmin sifarişlərlə bağlı ödənilmiş pul vəsaiti batmasın deyə Cavabdeh xaricdəki partnyoru tərəfindən sifarişlərin ləğv olunduğunu bildirmişdir. Həmçinin həmin yazışmalardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 400 manat məbləğində ödəniş olunduqdan sonra Qanuni nümayəndə1 15000 manat məbləğində zərərin qarşılığında 400 manat məbləğində ödənişin az olduğunu bildirərərk Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə2 ödəniş etməsini tələb etmiş, sonuncu isə səhhətində yaranan problemlə bağlı əməliyyat olunması üçün 30000 manatdan artıq pul tələb olunduğunu, maddi imkanı çatdığı qədəri ilə ödəniş etdiyini qeyd etmiş, ödənişlər qane etmədiyi təqdirdə Qanuni nümayəndə1 məhkəməyə müraciət etməsini bildirmişdir.
11. İş materiallarında olan hesab-fakturalardan (invoys) görünür ki, İddiaçı tərəfindən X1 Dubay şəhərində yerləşən “X5 Habtoor City” Hotelində xx.xx.2023xx.xx.2023-cü il tarix aralığı üçün rezervasiya məqsədi ilə xx.xx.2023-cü il tarixdə 1257 ABŞ dolları məbləğində (48792-00233 nömrəli invoys, müştərilər Könül Mərdanova, Rəşad Mərdanov), xx.xx.2023-cü il tarixdə 1430 ABŞ dolları məbləğində (48792-00252 nömrəli invoys, müştəri Yaşar Həsənov), xx.xx.2023-cü il tarixdə 1470 ABŞ dolları məbləğində (48792-00253 nömrəli invoys, müştərilər Aynurə Əzizova və Naibə Həsənova), xx.xx.2023-cü il tarixdə 2849 ABŞ dolları məbləğində (48792-00255 nömrəli invoys, müştərilər Şəmistan Əliyev və İslam Mahalov ), xx.xx.2023-cü il tarixdə 1544 ABŞ dolları məbləğində (48792-00256 nömrəli invoys, müştərilər Günay Əsədova və Xəyalə Təhməzi), xx.xx.2023-cü il tarixdə 1766 ABŞ dolları məbləğində (48792-00257 nömrəli invoys, müştərilər Dilbər Səfərova və Qanuni nümayəndə1), xx.xx.2023-cü il 1559 ABŞ dolları məbləğində (48792-00258 nömrəli invoys, müştərilər Mehriban Musayeva və Könül Ağamirova) ödəniş olunmuşdur.
12. İş materiallarında olan xx.xx.2023-cü il tarixli e-fakturadan görünür ki, İddiaçı tərəfindən X1 Dubay şəhərində yerləşən “X5 Habtoor City” Hotelində xx.xx.2023xx.xx.2023-cü il tarix aralığı üçün rezervasiya məqsədi ilə xx.xx.2023-cü il tarixdə 1453,62 ABŞ dolları məbləğində (TBA**********919 nömrəli faktura, müştəri Elnurə Salmanova, 1 ədəd “double” otaq) ödəniş olunmuşdur.
13. İş materiallarında olan 08 fevral 2023-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Dilbər Səfərova (müştəri) tərəfindən İddiaçınə 15980 manat məbləğində ödəniş olunmuşdur.
14. İş materiallarından görünür ki, Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə2 Firdovsi oğlu 20 iyun 2023-cü il tarixdə Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsində izahat vermiş və izahatında xx.xx.2023-cü il tarixli izahatına əlavə olaraq bildirmişdir ki, Qanuni nümayəndə1 15082 manat məbləğində ziyana düşməsi onun təqsiri ucbatından baş vermişdir. O, həmçinin qeyd etmişdir ki, İddiaçı rəhbəri Qanuni nümayəndə1 tərəfindən onun rəhbərlik etdiyi Cavabdehnə köçürülmüş 11763 manat pul Qanuni nümayəndə2 kart hesabına köçürülmüşdür.
15. İş materiallarında olan idddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim edilmiş hesabat cədvəlindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında sifariş olunacaq otaqlar üçün ümumi qiyməti 15623 manata razılaşdırılmış, İddiaçı tərəfindən həmin yerlər üçün cəmi 30671,40 manat məbləğində ödəniş olunmuşdur.
16. İş materiallarında olan 26 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 06 iyun 2023-cü il tarixdə İddiaçı MMC-nin rəhbəri Qanuni nümayəndə1 Yasamal RPİ 27-ci PB-nə şikayətlə müraciət edərək bildirmişdir ki, 2022-ci ilin dekabr ayında müştəri tərəfindən sifariş olunmuş və rəhbərlik etdiyi şirkət tərəfindən qəbul edilmiş, 2023-cü ilin fevral ayı üçün nəzərdə tutulmuş iş səyahəti ilə bağlı turun təşkilindən irəli gələn və üzərinə düşən öhdəlikləri yerinə yetirmək məqsədilə, çatışmayan 15 hotel otağının vaxtında bron etdirməsindən ötrü, əvvəllər tanıdığı və etibar etdiyi digər turizm şirkəti olan Cavabdeh şirkətinin rəhbəri Qanuni nümayəndə2 müraciət etmişdir. Əldə edilmiş razılıq əsasında həmin 15 hotel otağının bron edilməsini Qanuni nümayəndə2 öz üzərinə götürsə də, həmçinin otaqlarının bron olunması üçün 11763 manat pul vəsaiti sonuncunun plastik bank kart hesabına göndərilsə də, sonuncu son anda üzərinə düşən vəzifədən boyun qaçırmış və bununla da, İddiaçı MMC-nin rəhbəri Qanuni nümayəndə1 15082 manat maddi ziyan dəymişdir. Faktla bağlı Cavabdeh şirkətinin rəhbəri Qanuni nümayəndə2 barəsində daxil olmuş şikayətlə tanış olduqdan sonra izahatında göstərmişdir ki, barəsində daxil olmuş şikayətdə göstərilmiş xüsusatlar əsasslı və düzgün yazılıb. O, izahatında Qanuni nümayəndə1 dəymiş 15082 manat manat maddi ziyanın onun təqsir və günahı nəticəsində olduğunu etiraf etmiş və həmin pulu tam şəkildə ödəyəcəyinə söz vermişdir.
17. Məhkəməyə təqdim olunmuş və İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə1 ilə Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə2 Firdovsi oğlu arasında aparılmış danışıqları özündə əks etdirən səs yazıları ilə müəyyən olunmuşdur ki, Qanuni nümayəndə2 Qanuni nümayəndə1 otaqların hamısını 1 nəfərin adına bron etdiyini, rezervasiya edilmə mərhələsində Qanuni nümayəndə1 verdiyi məlumatlar üzrə otaqlarda qalacaq digər şəxslərin adlarının da rezervasiya olunacağını, həmçinin ölkə xaricində olduğu üçün internet problemi olduğunu, Qanuni nümayəndə1 verdiyi məlumatları ofisə bildirdiyini, sabah ona rezerv olunmuş yerlərin siyahısını göndərərəcəyini bildirmişdir. Bundan əlavə Qanuni nümayəndə1 müştərilərinə ödəniş və ad dəyişikliyi üçün son tarixin 14 fevral olduğunu bildirməyini, ad və ya otaqlarla bağlı dəyişiklik olacağı təqdirdə həmin tarixə qədər bu məlumatların dəqiqləşdirilməsini istəmişdir. O, həmçinin qeyd etmişdir ki, xaricdəki partnyoruna 15 fevral 2023-cü il tarixdə ödəniş edəcək.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Mülki Məcəllənin 404.1-ci madəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
25. Həmin Məcəllənin 404.2-ci madəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
26. Həmin Məcəllənin 445.8-ci madəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci madəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
28. Həmin Məcəllənin 777.2-ci madəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
29. Həmin Məcəllənin 778.1-ci madəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
30. Mülki Məcəllənin 778.2-ci madəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
31. Həmin Məcəllənin 778.3-cü madəsinə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.
32. Həmin Məcəllənin 779.1-ci madəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
34. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmış, Cavabdeh MMC iddiaçı şirkətin müştəriləri üçün ümumilikdə 15623 manata hotel otaqları rezervasiya etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən öhdəlik lazımınca yetirilməmiş, həmin otaqlar vaxtında rezervasiya edilməmişdir. Buna görə də İddiaçı aralarında razılaşdırılandan baha qiymətə otaqları rezervasiya etmək məcburiyyətində qalmışdır.
35. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etməyərək gecikmənin iddiaçı tərəfin öz təqsiri ucbatından olduğunu, iddiaçı vaxtında ödəniş etmədiyi üçün cavabdeh tərəfindən vaxtında razılaşdırılmış qiymətlərlə bron edilmiş otaqları rezervasiya etməyin mümkün olmadığını bildirsə də, məhkəmə araşdırması zamanı səs yazıları əsasında müəyyən olunmuşdur ki, Qanuni nümayəndə2 iddiaçının qanuni təmsilçisinə həmin otaqların rezerv olunması üçün 14 fevral 2023-cü il tarixə qədər ödəniş edilməsinin mümkün olduğunu bildirmişdir. Lakin iddiaçı tərəfindən 12 fevral 2023-cü il tarixdə artıq müvafiq ödəniş edilmiş olsa da, Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 sonradan - 17 fevral 2023-cü il tarixdə hotel tərəfindən müştərilərin adında dəyişikliyə icazə verilmədiyinə görə xaricdəki partnyoru tərəfindən bütün sifarişlərin ləğv olunduğunu bildirmişdir. Bundan sonra iddiaçı məcbur olub müştəriləri tərəfindən sifariş olunmuş həmin otaqları baha qiymətlərlə, ümumilikdə 30671,40 manata rezervasiya etmişdir.
36. Göründüyü kimi, cavabdeh icranı gecikdirmiş, nəticədə öhdəlik kimi üzərinə götürdüyü sifarişləri edə bilməmiş, iddiaçı məcbur olub uçuş tarixinə 5-6 gün qalmış cavabdehlə aralarında razılaşdırılmış qiymətdən 15048,4 manat məbləğində artıq ödəniş edərək müştərilərin sifarişi üzrə hotel otaqlarını rezervasiya etmişdir. Beləliklə də, cavabdehin təqsiri nəticəsində iddiaçıya 15048,40 manat məbləğində zərər dəymişdir. Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə2 Firdovsi oğlu 20 iyun 2023-cü il tarixdə Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsində verdiyi izahatında bildirmişdir ki, Qanuni nümayəndə1 15082 manat məbləğində ziyana düşməsi onun təqsiri ucbatından baş vermişdir.
37. Məhkəmə iclasında Qanuni nümayəndə2 həmin izahatı təzyiq altında yazdığını bildirsə də, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, o, polis bölməsində izahat verməzdən əvvəl 10 may 2023-cü il tarixdə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə aparılmış yazışmalarda da həmin zərəri qəbul etmiş, hətta həmin məbləğin 400 manatı cavabdeh tərəfindən ödənilmişdir. Cavabdehin qanuni təmsilçisi iddiaçıya edilmiş 400 manat məbləğində ödənişin həmin zərərlə bağlı deyil, viza məsələsi ilə bağlı qaytarılmış məbləğ olduğunu bildirsə də, tərəflər arasında aparılmış yazışmalardan aydın olur ki, həmin ödənişdən sonra Qanuni nümayəndə1 15000 manat məbləğində zərərin qarşılığında 400 manat məbləğində ödənişin az olduğunu bildirərək Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə2 ödəniş etməsini tələb etmiş, sonuncu isə səhhətində yaranan problemlə bağlı əməliyyat olunması üçün 30000 manatdan artıq pul tələb olunduğunu, maddi imkanı çatdığı qədəri ilə ödəniş etdiyini qeyd etmiş, ödənişlər qane etmədiyi təqdirdə Qanuni nümayəndə1 məhkəməyə müraciət etməsini bildirmişdir.
38. Göründüyü kimi, tərəflər arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, Cavabdehndən 14648 (on dörd min altı yüz qırx səkkiz) manat məbləğində dəymiş zərərin ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbinə uyğun hesablanan iddiaçı tərəfindən ödənilmiş 133,94 (yüz otuz üç manat doxsan dörd qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq İddiaçınə ödənilməlidir.
41. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
44. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 14648 (on dörd min altı yüz qırx səkkiz) manat məbləğində dəymiş zərərin və ödənilmiş 133,94 (yüz otuz üç manat 94 qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdehndən 14648 (on dörd min altı yüz qırx səkkiz) manat məbləğində dəymiş zərərin və ödənilmiş 133,94 (yüz otuz üç manat 94 qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İslam Əliyev