Məhkəmə qərarları › İş №2-2(119)-16/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-16/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-16/2022 02.02.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Qocayeva Lütfiyyə İmran qızının, Cavabdeh nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil oğlunun iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 69574 manat məbləğində borcun tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi və cavabdehin anbarda saxlanılan malları daşıması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil iddia ərizəsinin baxılmamış saxlanması barədə yazılı vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Cavabdeh ilə mübahisənin məhkəməyə qədər, yəni pretenziya qaydasında nizama salınması qaydasına riayət etmədiyinə görə həmin iddia ərizəsinin baxılmamış saxlanılaraq geri qaytarılmasını xahiş etdi və vəsatətini onunla əsaslandırdı ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərkən Cavabdeh ilə mübahisənin məhkəməyə qədər, yəni pretenziya qaydasında nizama salınması qaydasına riayət etməmiş və eyni zamanda, iddiaçı tərəfindən iddia ərizəsi cavabdehə çatdırılmamışdır. Buna görə də, Mülki- Prosessual Məcəllənin tələblərinə görə iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər, yəni pretenziya qaydasında nizama salınması qaydasına riayət edilmədiyinə və iddia ərizəsinin iddiaçı tərəfindən cavabdehə çatdırılması tələbinə riayət olunmadığına görə hazırkı işə məhkəmə qaydasında baxıla bilməz və həmin iddia ərizəsi baxılmamış saxlanılaraq geri qaytarılmalıdır. Çünki, iddiaçının həmin tələbləri pozması nəticəsində cavabdeh tərəfin bu mübahisə üzrə məhkəməyədək iddiaçı tərəflə danışıqlar aparması və müəyyən razılaşmaya gəlmək imkanları pozulmuşdur. Halbuki, hal-hazırda da cavabdehlə iddiaçının bu mübahisəni məhkəmədənkənar, yəni pretenziya qaydasında həll etmək imkanları vardır. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 cavabdehin nümayəndəsi tərəfindən verilən iddia ərizəsinin baxılmamış saxlanmasına dair vəsatətin əsassız olduğunu bildirərək, həmin vəsatətin təmin edilməməsini xahiş etdi və öz mövqeyini – hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən mübahisənin məhkəməyə qədər, yəni pretenziya qaydasında nizama salınması qaydasına riayət edilərək, cavabdehin ünvanına sürətli poçt vasitəsi ilə göndərilmiş müvafiq sənədlərin cavabdehin həmin ünvanda olmaması səbəbindən geri qaytarılmasında iddiaçı tərəfin təqsirinin olmaması ilə əsaslandırdı. Məhkəmə, proses iştirakçılarını dinləyib, vəsatəti, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, kommersiya işi üzrə cavabdeh hüquqi şəxs Cavabdeh 04 noyabr 2015-ci ildə rəsmi hüquqi ünvanı “ünvan 1 Qeydiyyatı və Dövlət Reyestrində qeydiyyatdan keçmiş və həmin hüquqi şəxsin qanuni təmsilçisi X1r. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh tərəflə mübahisənin məhkəməyə qədər, yəni pretenziya qaydasında nizama salınması qaydasına riayət edilməsinin təsdiqi kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsi ilə göndərilmiş, lakin ünvana çatdırılmamış poçt göndərişlərini və həmin göndərişlərlə əlaqədar "xxxx" MMC tərəfindən tərtib edilmiş aktları və məktubları iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etmiş olsa da, həmin sənədlərlə mübahisənin məhkəməyə qədər, yəni pretenziya qaydasında nizama salınması qaydasına riayət edilməsi ilə əlaqədar tərtib edilmiş məktubların (pretenziya bildirişlərinin) Cavabdehnə və yaxud, onun qanuni təmsilçisinə çatdırılması təsdiq olunmur. Hətta, həmin sənədlərdən görünür ki, Cavabdehnə ünvanlanmış poçt göndərişləri həmin hüquqi şəxsin və yaxud, onun qanuni təmsilçisinin ünvanına (“ünvan 2üquqi şəxsə hər hansı bir aidiyyətinin olduğu müəyyən edilməyən “Bakı şəhəri, N.Nərimanov pr. 127/96 ünvanında yaşayan Quliyev Ramilə” göndərilmiş və həmin ünvana çatdırılmadan da geri qaytarılmışdır (iş vərəqi 6, 18-20). Bundan əlavə, "xxxx" MMC vasitəsi ilə 01 fevral 2018-ci il tarixində Cavabdeh hüquqi ünvanı olan “ünvan 5ndərişi isə qaimənin üzərində “qeyd olunan ünvanda aşkar olunmadı” qeydi aparılaraq geri qaytarılmış və bununla əlaqədar hər hansı bir akt tərtib olunmamış və həmin qaimədə poçt işçisinin ünvanda olduğu vaxt göstərilməmişdir. Halbuki, məhkəmə iclasında yuxarıda qeyd olunan vəsatətini müdafiə edən cavabdehin nümayəndəsi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu dövrdə Cavabdeh hüquqi ünvanının “ünvan 6in qanuni təmsilçisinin də həmin ünvanda yaşadığını təsdiq etdi. Eyni zamanda, qeyd etmək lazımdır ki, məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən hazırkı mübahisə ilə əlaqədar tərtib olunmuş iddia ərizəsinin surətinin də cavabdehə çatdırılması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunan hallar hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən Mülki-Prosessual Məcəllənin 4.3cü maddəsinin tələblərinin lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir . Halbuki, həmin tələblər kommersiya mübahisləri ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçının yerinə yetirməli olduğu zəruri hərəkətlərdir ki, məlum mübahisə ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh tərəf həmin mübahisədən xəbər tutub, mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməlidir. Bu tələblər isə - həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən poçt göndərişlərinin göndərilməsi ilə əlaqədar sənədlərin məhkəməyə təqdim olunmasını deyil, məlum poçt göndərişlərini cavabdehin almasını təsdiq edən sənədlərin iddia ərizəsinə əlavə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə - iddia ərizəsi baxılmamış saxlanılır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi tələblərinə müvafiq qaydada yerinə yetirilməməsi - gələcəkdə mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyni və əsaslılığını şübhə altına ala biləcəyindən, həmin tələbin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eləcə də, iş materialları ilə müəyyən edilir ki, məhkəmə araşdırması zamanı Cavabdeh nümayəndəsinin vəsatəti əsasında kommersiya işi üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və ekspertiza tərəfindən 08 oktyabr 2021-ci il tarixli 4/1180 nömrəli ekspert Rəyi verilmişdir. Həmin 08 oktyabr 2021-ci il tarixli 4/1180 nömrəli ekspert Rəyinə əlavə edilmiş “Ekspertiza xərclərinə dair” Bildirişdə keçirilmiş ekspertiza tədqiqatının cəmi dəyəri 126 (yüz iyirmi altı) manat məbləğində müəyyən edilərək, həmin məbləğin müvafiq qaydada tutularaq aidiyyəti üzrə ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 260.3-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadında işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının dəyəri olan cəmi 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti həmin ekspertizanın keçirilməsi üçün vəsatət vermiş Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar