Məhkəmə qərarları › İş №2-2(119)-2076/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-2076/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-2076/2025 14.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 22214 (iyirmi iki min iki yüz on dörd) manat məbləğində borcun və 156,64 (yüz əlli altı manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı tərəfindən borc alan Cavabdeh 14 noyabr 2023-cü il tarixinədək qaytarmaq şərti ilə 16000 manat məbləğində borc verilmişdir. Həmçinin Cavabdeh tərəfindən imzalanmış 09 fevral 2023-cü il tarixli qalıq borc barədə qəbzə əsasən Cavabdeh İddiaçınə 14 noyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 22214 (iyirmi iki min iki yüz on dörd) manat məbləğində borcunun qalmasını qəbul etmişdir. Kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq caavbdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun iddiaçıya 22214 (iyirmi iki min iki yüz on dörd) manat məbləğində borcu yaranmışdır. Cavabdehə qalıq borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləği bugünədək ödənilməmiş olaraq qalmışdır. Xaçmaz Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli e-2(067)-605/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 22214 (iyirmi iki min iki yüz on dörd) manat məbləğində borcun və 156,64 (yüz əlli altı manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli e-2(067)-605/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli 2(105)-1068/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Xaçmaz Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(067)-605/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işin mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edin iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı 16000 manat məbləğində pulu borc alan Cavabdeh 14 noyabr 2023-cü il tarixinədək qaytarmaq şərti ilə borc verir. - Cavabdeh tərəfindən imzalanmış 09 fevral 2023-cü il tarixli qalıq borc barədə qəbzə əsasən Cavabdeh İddiaçınə 14 noyabr 2022-ci il tarixli kredit müqaviləsində göstərilən məbləğdə daxil olmaqla cəmi 22214 (iyirmi iki min iki yüz on dörd) manat məbləğində borcunun olduğunu etiraf etmişdir. - Xaçmaz rayon polis şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20 fevral 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin material üzrə Cavabdeh izahatı alınarkən İddiaçınə cəmi 22214 manat məbləğində borcunun qalmasını etiraf etmiş, borclu olduğu pulları qaytaracağını bildirmişdir. - xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh 22214 (iyirmi iki min iki yüz on dörd) manat məbləğində qalıq borcun ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və Cavabdeh İddiaçındən aldığı borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək borcunu ödəməmiş və iddiaçıya 22214 (iyirmi iki min iki yüz on dörd) manat məbləğində borcu qaldığını Xaçmaz rayon polis şöbəsində verdiyini izahatında, eyni zamanda 09 fevral 2023-cü il tarixdə imzaladığı qalıq borc barədə qəbzdə etiraf etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddaçı cavabdehdən öhdəliyinin yerinə yetirilməsini, yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və buna görə 22214 (iyirmi iki min iki yüz on dörd) manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “156,64 (yüz əlli altı manat altmış dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, 08 dekabr 2023-cü il tarixli ödəniş qəbzindən məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 156,64 (yüz əlli altı manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Buna görə iddia həmin hissədə də təmin edilməli, 156,64 (yüz əlli altı manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdеh Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 22214 (iyirmi iki min iki yüz on dörd) manat məbləğində borc və 156,64 (yüz əlli altı manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 22370,64 (iyirmi iki min üç yüz yetmiş manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 22214 (iyirmi iki min iki yüz on dörd) manat məbləğində borc və 156,64 (yüz əlli altı manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 22370,64 (iyirmi iki min üç yüz yetmiş manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar