Məhkəmə qərarları › İş №2-2(119)-22/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-22/2024

14.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-22/2024 14.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X15 qızının katibliyi, İddiaçı və onun vəkili - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 06 fevral 2020-ci ildə Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 200000 (iki yüz min) manat və mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 10 ünvanında yerləşən qeyri-yaşayış binasının 90% hissəsi onun, qalan 10% hissəsi isə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Qeyri-yaşayış binasının paylara bölünməsi Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 1990-cı il tarixli qərarına əsasən aparılmışdır. Onun hüququ 01 noyabr 2007-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Həmin qeyri-yaşayış binası 2 mərtəbədən ibarətdir. Bu binanın 2-ci mərtəbəsinin 110,84 kvadrat metr sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh ona məlumat vermədən, qeyri-yaşayış sahəsinin öz payına düşən sahənin üstünə aid çardaq hissədən başlayaraq onun mülkiyyətində olan sahəyə qədərki hissədə tikinti işləri başlamış və onun çardağa girişini məhdudlaşdırmışdır. Belə ki, cavabdeh beton paneli deşərək binanın çardaq hissəsinə çıxış açmış, beton dayaq hissələri kəsərək çardaq hissədə kirayənəşin yerləşdirmək məqsədilə otaq, hamam və sanitar qovşağı quraşdırmağa başlamışdır. Orada pəncərə açmış, kanalizasiya xətləri çəkmiş, kondisioner quraşdırmış və sair. Bununla da çardaqda əlavə tikinti işləri aparan cavabdeh binaya əlavə yüklənmə vermiş və buna görə də ona (iddiaçıya) aid 14 metr uzunluğu olan 150 kv.metrdən ibarət ikinci mərtəbənin tavan panelləri 1-ci mərtəbəyə düşmüşdür. 1-ci mərtbənin tavan panelləri də öz növbəsində yüklənmə nəticəsində birinci mərtəbənin döşəməsinə düşmüşdür. Qalan təxminən 170 kvadrat metrlik hissə dağıntı və yüklənmə nəticəsində deformasiyaya uğrayaraq yararsız hala düşmüşdür. Binanın texniki vəziyyətini nəzərə almayaraq, cavabdeh tərəfindən aparılmış tikinti işləri nəticəsində həmin dağıntı baş vermiş, binanın damına çıxış isə təmamilə qapanmış və bina qəzalı vəziyyət almışdır. O, qəzalı vəziyyət haqqında məlumat aldıqdan dərhal sonra Sumqayıt şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin 13 dekabr 2019-cu il tarixli cavab məktubunda ona bildirilmişdir ki, Cavabdeh qeyd edilən ünvanda yerləşən tikilidə tikinti-quraşdırma işlərinin aparılmasına hər hansı bir icazə sənədi verilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Nazirliyi Tikintidə X2 Agentliyinin 07 yanvar 2020-ci il tarixli məktubunda mülkiyyətində olan qeyri- yaşayış sahəsinin yerləşdiyi binada təmir və yenidənqurma işlərinin aparılmasının müşahidə edildiyi, lakin həmin işlərə müvafiq icazə sənədləri verilmədiyi qeyd edilmişdir. Göründüyü kimi, binanın 90%-dən ibarət hissəsinə mülkiyyət hüququ üzrə sahiblik edən şəxs olaraq ona məlumat vermədən və onunla razılaşdırmadan özbaşına tikinti-quraşdırma işləri aparan cavabdeh, müvafiq dövlət qurumlarının da razılığı olmadan özbaşına olaraq tikintiquraşdırma işləri aparmaqla mülkiyyətinə qəsd etmiş, ona maddi və mənəvi zərər vurmuşdur. Qeyd etmək lazımdır ki, 2008-ci ildə onun mülkiyyətində olan daşınmaz əmlak kredit götürmək məqsədilə girov qoyulan zaman qiymətləndirmə aparılmış və həmin ona aid qeyri-yaşayış sahəsinin qiyməti 750000-780000 manat müəyyən edilmişdir ki, indiki qiymətlərlə bu qiymət ******* manat edir. Nəzərə alınsa ki, cavabdeh tərəfindən aparılmış rekonstruksiya işləri nəticəsində binanın təxminən 1/5 hissəsi yararsız hala düşdüyündən, ona 200000 manatdan artıq maddi zərər vurulmuşdur. Həmçinin, əlavə olaraq bildirir ki, onun mülkiyyətində olan sahənin 1-ci mərtəbəsində dağıntı altında qalan mal və materiallar olmuşdur ki, indi onlar da tam yararasız vəziyyətdədir. Ona görə də, cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul olunmalıdır. Göründüyü kimi, cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi zərər dəymişdir və bu zərərin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir (i/v: 1-ci cild, səhifə: 1-3). Sumqayıt Şəhər Məhkəməsində həmin iddia ərizəsi üzrə qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2(060)-21/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi rədd edilmişdir (i/v: 2-ci cild, səhifə: 193-202). Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2(060)-21/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2023-cü il tarixli 2(105)- 725/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2(060)-21/2022 nömrəli qətnaməsi qətnaməsi ləğv edilmiş və İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə mövcud mübahisə kommersiya mübahisəsi hesab edilərək, həmin iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (i/v: 3-cü cild, səhifə: 73-82). Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsində məhkəmə prosesi başlandıqdan sonra iş üzrə Cavabdeh tərəfindən məhkəməyə 19 may 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia tələbinə qarşı yazılı Etiraz, 06 iyun 2023-cü ildə “iddia tələbinə qarşı” yazılı Münasibət, 06 iyul 2023-cü ildə “iddia tələbinə qarşı” yazılı İzahat, 30 oktyabr 2023-cü ildə “iddia tələbinə qarşı” yazılı "Nəticə", 30 yanvar 2024-cü ildə “22 yanvar 2024-cü il tarixli 07-02/24 nömrəli Mütəxəssis rəyinə” yazılı Etiraz, 01 aprel 2024cü ildə "1992-ci il təməl qoyma mühəndis aktına dair" yazılı "İzahat", 01 may 2024-cü ildə "ekspert rəyinə" yazılı "Pretenziya" və 20 may 2024-cü ildə “iddia tələbinə qarşı” yazılı "Mövqe" təqdim edilərək, İddiaçı ona qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin yazılı müraciətlərində o, öz mövqeyini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış binasının 1-ci və 2-ci mərtəbələrinin ümumi sahəsi 1086,56 kv.m olan hissəsi İddiaçı, 2-ci mərtəbəsinin 110.4 kv.m sahəsi isə ona məxsusdur və o, özünə məxsus qeyri-yaşayış sahəsindən yaşayış yeri kimi istifadə edir. 08 sentyabr 2019-cu ildə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının İddiaçı aid 2-ci mərtəbəsinin orta hissəsində, yəni 2-ci mərtəbə ilə çardaq arasındakı “boşluqlu yığma dəmir-beton” örtük tavaları uçaraq mərtəbəarası örtük tavalarının, yəni 1-ci və 2-ci mərtəbələrin arasındakı örtük tavaların üzərinə düşmüş və nəticədə iddiaçıya aid hissədə ümumilikdə təxminən 36 ədəd “yığma dəmir-beton boşluqlu” tavalar və digər dəmir-beton konstruksiyalar uçub-dağılmışdır. Lakin, bu hadisənin baş verməsinə onun özünə aid hissədə apardığı təmir işləri səbəb olmamışdır. O, hesab edir ki, həmin hadisəyə iddiaçının öz təqsirinə görə binanın bünövrəsinə axıdılan su, binanın 2-ci mərtəbəsinin uçuntunun baş verən hissəsində iddiaçıya aid idman zalının olması və s. hallar səbəb olmuşdur. Bununla belə, o, hesab edir ki, 08 sentyabr 2019-cu ildə baş vermiş uçub-dağılma hadisəsi nəticəsində binaya iddia tələbində qeyd olunduğu kimi 200000 manat məbləğində deyil, ümumilikdə cəmi 25400 manat məbləğində zərər dəymişdir. Bununla belə, həmin zərərin hamısı ona aid edilə bilməz. Çünki, həmin qeyriyaşayış sahəsinin 90 faizi iddiaçıya, 10 faizi isə ona aid olduğundan, 25400 manat məbləğində dəymiş zərərin də 22860 manat hissəsi iddiaçının payına, 2540 manat hissəsi isə onun payına düşür. Lakin, 2021-ci ildən uçuntunun baş verdiyi iddiaçıya məxsus həmin qeyri-yaşayış sahəsi 2021-ci ilin sentyabr ayından alınmış kreditin əvəzinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə verildiyindən, həmin 25400 manat məbləğində zərər də İddiaçı deyil, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dəymişdir. Buna görə də, onun öz hesabatına görə müəyyən olunan cəmi 25400 manat məbləğində maddi zərər İddiaçı xeyrinə tutulmamalıdır. Məhkəmə iclaslarında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahatlar verərək, iddianın təmin edilməsi və Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 200000 manat və mənəvi zərərin əvəzi olaraq 50000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və izahatlarında tələbini onunla əsaslandırmışdı ki, o, hüuqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış binasının 1-ci və 2-ci mərtəbəsinin ümumi sahəsi 1086,56 kv.m olan hissəsi 2021-ci ilin sentyabr-oktyabr aylarınadək onun xüsusi mülkiyyətində olmuşdur. Həmin binanın 2-ci mərtəbəsinin 110,4 kv.m sahəsi isə Cavabdeh məxsus olmuş və sonuncu onunla razılaşdırmadan və müvafiq dövlət orqanlarından heç bir icazə almadan özünə məxsus qeyri-yaşayış sahəsindən yaşayış yeri kimi istifadə etmək üçün yenidənqurma və tikinti işləri apararaq, ona aid hissənin və ümumilikdə binanın möhkəmliyi üçün təhlükəli olan əsaslı dəyişikliklər etmişdir. Yəni, cavabdeh binanın ona məxsus hissəsindən paneli sökmüş, çardağın alt hissəsndə mansard tikmiş, çardağın altına böyük kondisoner yerləşdirmiş və cavabdehin mansard tikməsi binanın möhkəmliyinə ciddi təhlükə yaratmışdır. Cavabdehin bu hərəkətləri nəticəsində də 08 sentyabr 2019-cu ildə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının ona aid 2-ci mərtəbəsinin orta hissəsində, yəni 2-ci mərtəbə ilə çardaq arasındakı “boşluqlu yığma dəmir-beton” örtük tavaları uçaraq mərtəbəarası örtük tavalarının, yəni 1-ci və 2-ci mərtəbələrin arasındakı örtük tavaların üzərinə düşmüş və nəticədə ona aid hissədə ümumilikdə təxminən 36 ədəd “yığma dəmirbeton boşluqlu” tavalar və digər dəmir-beton konstruksiyalar uçub-dağılmışdır. Həmin vaxt o, Rusiyanın Samara şəhərində olsa da, hadisə barədə ona telefonla məlumat verilmiş və buna görə də, o, 2019-cu ilin oktyabr ayında geri qayıdaraq, baş vermiş qəza ilə əlaqədar müvafiq dövlət orqanlarına məlumat verib, araşdırmalar aparmış və məlum olmuşdur ki, Cavabdeh özünə aid qeyri-yaşayış sahəsini yaşayış sahəsi kimi istifadə etməsi ilə əlaqədar binanın çardaq tərəfindən birləşmələri sökdüyü və binanın bir-birinə birləşən yerlərini uçurdub-kəsdirdiyi üçün bütün sistem pozulmuş və bunun nəticəsində həmin uçuntu olmuşdur. Çünki, cavabdeh çardağa çıxan yoldan yol açıb, özünə aid olan hissədən bir “paneli” qırmışdır. Həmin qırılmanın binanın ona aid olan hissəsinə də təsiri olmuşdur. Çünki, binanın ona məxsus hissəsində uçan “panel”lərin bir hissəsi ümumi olan çardaqdan cavabdehə aid hissənin çardaq tərəfinə də keçirdi. “Panel”in biri götürülüb qoyulanda - digər “panel”lərə də zərər dəyir. Qeyd olunan 36 ədəd “panel”in cavabdehin apardığı yenidənqurma və təmir işləri nəticəsində 08 sentyabr 2019-cu ildə uçması ilə əlaqədar həmin vaxt "xxxx" Açıq Səhmdar Cəmiyyətində borca görə girovda olan ona məxsus qeyri-yaşayış sahəsinin dəyəri dəfələrlə aşağı düşmüş və cavabdeh binanın bərpa olunması üçün dəymiş zərəri ödəmədiyinə görə 2009-cu ildə birinci dəfə kredit götürüləndə bazar satış qiymətlərinə əsasən təqribən 780000-800000 manat məbləğə qiymətləndirilərək Banka girov qoyulmuş binanın dəyəri həmin uçuntuya və qəzaya görə dəfələrlə aşağı düşmüş və buna görə də, 2021-ci ilin sentyabr ayında keçirilən hərracda binanın qiyməti 355000 manat məbləğində müəyyən edilsə də, bina cəmi 224600 manat məbləğində qiymətləndirilərək Bankın mülkiyyətinə keçmişdi. Ona görə də, 2021-ci ilin sentyabr ayından sonra məlum bina "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçmiş olsa da, 08 sentyabr 2019-cu ildə baş vermiş uçuntu nəticəsində mülkiyyətçi olduğu üçün ona maddi və mənəvi zərər dəymişdir. Çünki, 08 sentyabr 2019-cu ildə binanın 36 “panelin uçması binanın qiymətinə təsir etmişdi və həmin uçuntu olmasaydı, bina açıq hərracda öz mövcud dəyərinə və daha baha qiymətə satıla bilərdi. Odur ki, halhazırda o, məlum binanın mülkiyyətçisi olmasa da, mülkiyyətçi olduğu dövrdə cavabdehin təqsirindən ona külli miqdarda maddi və mənəvi zərər dəymişdir və cavabdeh bu zərəri ödəməlidir. Məhkəmə iclaslarında İddiaçı vəkili Vəkil3 da iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 200000 manat və mənəvi zərərin əvəzi olaraq 50000 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırmişdı ki, Cavabdeh məlum qeyri-yaşayış binasının özünə aid qeyri-yaşayış sahəsində təmir işləri aparmaq üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etsə də, İcra Hakimiyyətinin nümayəndələri binaya baxış keçirmiş və cavabdehə binanın təmirinə icazə verməmişlər. Daha sonra, cavabdeh Fövqalədə Hallar Nazirliyinə də müraciət etməsinə baxmayaraq, Fövqalədə Hallar Nazirliyinin işçiləri də binaya baxış keçirib, cavabdehə binada təmir işlərini aparmasına icazə verməmişlər. Lakin, buna baxmayaraq, cavabdeh təmir işləri aparmış və nəticədə 08 sentyabr 2019-cu ildə məlum uçma hadisəsi baş vermişdir. İddiaçı ona dəymiş ziyanı tələb etmək üçün 2020-ci ilin fevral ayında hazırkı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmədə iş üzrə iki dəfə ekspertiza keçirilmiş və cavabdehin qanunsuz təmir etməsi ilə bağlı rəy verilmişdir. İş materiallarında iddiaçıya aid məlum binanın "xxxx" ASC-nin mülkiyyətinə keçməsi ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 13 oktyabr 2021-ci il tarixli məktubu var. Amma binanın uçması 2019-cu ilin sentyabr ayında, yəni 08 sentyabr 2019-cu ildə olmuş və həmin vaxt, yəni uçma hadisəsi baş verərkən bina iddiaçının mülkiyyətində olmuşdur. İddia ərizəsi isə məhkəməyə 06 fevral 2020-ci il tarixdə verilmişdir. Yəni, iddia ərizəsi verilərkən də bina iddiaçının mülkiyyətində olmuşdur. İddiaçının "xxxx" ASC-nin mülkiyyətində olan binanı təmir etməyə subyektiv hüququ olmadığı üçün iddiaçı təmir pulunu deyil, 08 sentyabr 2019-cu ildə uçma hadisəsi baş verməsi nəticəsində mülkiyyətçi olaraq ona dəyən maddi və mənəvi ziyanı tələb edir. Binanın "xxxx" ASC-nin mülkiyyətində olması isə iddia tələbinə təsir etmir. Çünki, iddiaçı bina "xxxx" ASC-nin mülkiyyətinə keçməmişdən əvvəl binanın uçması nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir. Buna görə də, "xxxx" ASC-nin iş üzrə üçüncü şəxs qismində cəlb olunması və məhkəmə iclaslarına dəvət edilməsi də hazırkı iş üçün əhəmiyyət kəsb etmir. Çünki, iddiaçı hal-hazırda "xxxx" ASC-nin mülkiyyətində olan binanın yenidən qurulmasını, bərpasını və yaxud təmir olunmasını tələb etmir. İddiaçı hazırkı iddia tələbində məlum bina onun mülkiyyətində olan dövrdə, yəni 2019-cu ilin sentyabr ayında cavabdehin təqsiri ucbatından çardaqarası və mərtəbələrarası cəmi 36 ədəd panelin uçması nəticəsində ona dəyən maddi və mənəvi ziyanı tələb edir. Çünki, həmin panellərin uçması nəticəsində qəzalı vəziyyətə düşən binanın dəyəri azaldığından hərracda daha ucuz qiymətləndirilmiş və bu da həmin vaxt mülkiyyətçi olan iddiaçıya ciddi zərərlə nəticələnmişdir. Ona görə də, bu iddia tələbinin binanın hazırkı mövcud vəziyyətinə və eləcə də hal-hazırkı mülkiyyətçisi olaraq "xxxx" ASC-yə heç bir aidiyyəti yoxdur və bu iş üzrə qəbul ediləcək məhkəmə qərarı ilə "xxxx" ASC-nin hər hansı hüququ pozulmayacaqdır. Məhkəmə iclaslarında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı Etiraz və məhkəməyə təqdim etdiyi digər yazılı müraciətlərində göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı tərəfindən ona qarşı verilmiş “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırmışdı ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin 110.4 kv.m sahəsi ona, həmin binanın 1-ci və 2-ci mərtəbələrinin ümumi sahəsi 1086,56 kv.m olan hissəsi isə İddiaçı, məxsusdur. Lakin, o, özünə məxsus qeyri-yaşayış sahəsindən yaşayış yeri kimi istifadə edir. 08 sentyabr 2019cu ildə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyriyaşayış binasının İddiaçı aid 2-ci mərtəbəsinin orta hissəsində çardaqla 2-ci mərtəbə arasındakı “panel”lər uçaraq 1-ci və 2-ci mərtəbələrin arasındakı “panel”lərin üzərinə düşmüş və nəticədə iddiaçıya aid hissədə ümumilikdə 36 ədəd “panel” uçub-dağılmışdır. Lakin, bu hadisənin baş verməsinə onun özünə aid hissədə apardığı təmir işləri səbəb olmamışdır. Çünki, o, təmir işləri apararkən daşıyıcı sütunları və ya divarları dağıtmamış, yalnız bir ədəd “alçipan” vurmuş və sanitar qovşağı tikmişdir. Həmin hadisəyə binanın bünövrəsinə axıdılan su, uçuntunun baş verdiyi binanın iddiaçıya aid hissəsində idman zalının olması və s. hallar səbəb olmuşdur. Yəni, “panel”lər onun təmir işlərinə görə uçmamışdır. Onun təmir işləri binanın uçmasına 3-5% təsir etsə belə, o, iddia tələbinin 3- 5% hissəsini də ödəməyə razı deyildir. Çünki, o, hesab edir ki, 08 sentyabr 2019-cu ildə baş vermiş uçub-dağılma hadisəsi nəticəsində binaya iddia tələbində qeyd olunduğu kimi 200000 manat məbləğində deyil, ümumilikdə cəmi 25400 manat məbləğində zərər dəymişdir və bu məbləğdə zərərin dəyməsi onun məhkəməyə təqdim etdiyi hesabatla təsdiq olunur. Bununla belə, həmin zərərin hamısı ona aid edilə bilməz. Çünki, həmin qeyri-yaşayış sahəsinin 90 faizi iddiaçıya, 10 faizi isə ona aid olduğundan, 25400 manat məbləğində dəymiş zərərin də 22860 manat hissəsi iddiaçının payına, 2540 manat hissəsi isə onun payına düşür. Lakin, 2021-ci ildən uçuntunun baş verdiyi iddiaçıya məxsus həmin qeyri-yaşayış sahəsi 2021-ci ilin sentyabr ayından "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə verildiyindən, həmin 25400 manat məbləğində zərər də İddiaçı deyil, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dəymişdir. Çünki, İddiaçı 2021-ci ildən həmin binaya mülkiyyət hüququnu itirmişdir. Buna görə də, onun öz hesabatına görə müəyyən olunan cəmi 25400 manat məbləğində maddi zərər İddiaçı xeyrinə tutula bilməz. Məhkəmə, proses iştirakçılarını dinləyib, şahid ifadələrini, iddia ərizəsini, cavabdeh tərəfin iddia tələbinə qarşı verilmiş yazılı Etirazlarını və digər müraciətlərini, işin faktiki hallarını və iş materiallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, Sumqayıt şəhərində öz evi olmadığına görə 2019-cu ilin sentyabr ayında uçuntunun baş verdiyi Sumqayıt şəhərinin Koroğlu prospektində yerləşən və çox hissəsi tanışı İddiaçı, 2-ci mərtəbənin müəyyən bir hissəsinin isə Cavabdeh məxsus olan qeyri-yaşayış binasının 1ci mərtəbəsindəki İddiaçı hissəsinə aid olan bir otaqda 20 ilə yaxın yaşamışdır. 2-ci mərtəbənin Cavabdeh aid hissəsində isə kirayəçilər yaşayırdılar. 2019-cu ilin sentyabr ayında baş vermiş uçuntu hadisəsindən təxminən beş ay əvvəl evə gəldikdə 2-ci mərtəbənin Qəhrəmana aid hissəsindən su axdığı üçün yuxarı çıxdıqda, Qəhrəmanın təmir işləri apardığını və ustaların binanın çardaq hissəsində işlədiklərini görmüşdür. O, həmin vaxt ustaların sement qarışdırdıqlarını və laqonda ilə betonları kəsdiklərini görmüş və bu təmir işləri ilə əlaqədar Qəhrəmana zəng edib, öz iradını bildirmiş və binanın uça biləcəyini demişdir. Lakin, Qəhrəman onun iradını nəzərə almayaraq, təmirini davam etdirmiş və təmirdən sonra Qəhrəmanın kirayəçiləri çardaqda yaşamışlar. Təmir zamanı Qəhrəman betonların üzərindəki tirləri birləşdirən yerləri kəsmiş və çardağa “padyez”dən çıxan yolu bağlamışdır. 2019-cu ilin sentyabr ayında isə işdən gəlib, həmin binanın yaşadığı otağında olarkən qəfildən gurultu ilə binanın bir hissəsi uçmuşdur. Uçan yer onun otağının sağ tərəfi, lakin Qəhrəmana məxsus hissə deyil, Oruca aid hissə idi. O, bununla əlaqədar dərhal Qəhrəmana zəng edərək, Qəhrəmana uçuntu olduğunu və “sənə dedim ki, bina uçacaq” demişdir. Qəhrəman isə ona “kirayəçilərin adını çəkməməyini” və problemi özü “yoluna qoyacağını” demişdir. O, bu hadisə ilə əlaqədar Rusiyada yaşayan İddiaçı da telefonla məlumat vermiş və Oruc bundan sonra Rusiyadan qayıtmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, İddiaçı və Cavabdehı yaxşı tanıyır və onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. O, Oruca və Qəhrəmana aid olan və bir hissəsi uçan qeyri-yaşayış binasının yaxınlığındakı yataqxanada yaşamışdır. Bir neçə il əvvəl Cavabdeh uçan binanın özünə aid hissəsində təmir işləri apararkən, o, Qəhrəmana demişdi ki, “təmir eləmə, bina uça bilər”. Lakin, Qəhrəman onu eşitməmişdi. Bina uçanda isə o, Qəhrəmana “mən sənə dedim axı tikmə, bina uçacaq” demişdir. O, binanın uçma prosesini, yəni binanın Oruca aid hissəsinin yuxarıdan aşağıya uçduğunu görmüşdür. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, Cavabdeh 2010-cu ildən tanıyır. İddiaçı da obyektin sahibi olduğu üçün tanıyır. O, Cavabdeh yaşadığı obyektdə 2010-cu ildə usta kimi işləmiş və “alçipan” işləri görmüşdür. Qəhrəman müəllim ona evin yuxarı hissəsində çatlar olduğunu və düzəltməyini demişdir. O, həmin çatları düzəltsə də, yenə yaranırdı. O, binanın ikinci mərtəbəsində Qəhrəman müəllimə aid olan hissədə “alçipan” və “malyar” işləri görmüşdür. O, təmir işlərini birinci dəfə 2010-cu ildə görmüş, ikinci dəfə isə 2019-cu ildə çatları düzəltmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, 1994-cü ildə Zəngilan rayonundan məcburi köçkün kimi gələndə Qəhrəman müəllimin mərhum atası Səlim müəllim ona ailəsilə həmin binada yaşamağa icazə vermişdi. O, da ailəsi ilə birlikdə iki il həmin binada yaşamış, sonra isə Birləşmiş Məhəlləyə köçmüşdür. Oruc müəllimi sonradan tanımışdır. O, həmin binanın zalında idmanla məşğul olmuşdur. Binanın idman zalında “qruşa”lar, “trenojor”lar olmuşdu. “Qruşa”lar zaldakı atmaya keçirilmişdi. “Trenojor” zalı ikinci mərtəbədə idi, birinci mərtəbədə isə sex yerləşirdi. İş materialları və "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasındakı məlumatlarla müəyyən olunur ki, İddiaçı hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti göstərmək üçün 09 dekabr 2005-ci il tarixdə ********** nömrəli X1 Nömrəsi əldə etmiş və həmin VÖEN-in statusu hal-hazırda da aktivdir. Həmçinin, Cavabdeh da hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti göstərmək üçün 25 iyun 2004-cü il tarixdə ********** nömrəli X1 Nömrəsi əldə etmiş və həmin VÖEN-in statusu halhazırda aktivdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 1999-cu il tarixli 4/2-292 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı “birgə mülkiyyətdə pay bölgüsü və binadan çıxarılma” tələbinə dair iddiası qismən təmin edilmiş və Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsi, 10 saylı binada yerləşən "xxxx" Kiçik Müəssisəsinə məxsus qeyri-yaşayış binasının 90%-nin İddiaçı, 10%-nin isə cavabdeh X5 verilməsi qət edilmişdir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktorudur. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 292, 2 nömrəli qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin 110.4 kv.m sahəsi xüsusi mülkiyyət hüququ üzrə Ağazadə (Ağayev) Qəhrəman Səlim oğlunun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli Reyestr kitabının 73 nömrəli vərəqində 01 oktyabr 2010-cu ildə qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi - **********, qeydiyyat tarixi - 01 oktyabr 2010-cu il). İş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində 0,1220 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində 1086,56 kv.m ümumi sahədən (1034,26 kv.m əsas və 52,3 kv.m köməkçi sahə) ibarət qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli Reyestr kitabının 140 nömrəli vərəqində 01 noyabr 2007-cu ildə qeydiyyata alınmışdır (Reyestr nömrəsi–**********58-06301; Qeydiyyat nömrəsi–140711257; Qeydiyyat tarixi – 01 noyabr 2007-cu il). İş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində yerləşən 1086,56 kv.m ümumi sahədən (1034,26 kv.m əsas və 52,3 kv.m köməkçi sahə) ibarət qeyri-yaşayış sahəsi 10 sentyabr 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi əsasında 10 sentyabr 2021-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayit Ərazi İdarəsi tərəfindən ünvan 3 ünvanlanmış 02 dekabr 2022-ci il tarixli **********45 nömrəli Məktubdan görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində yerləşən qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi tərəfindən İddiaçı adına 04 dekabr 2000-ci il tarixli 295 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. Sonradan vətəndaşın İdarəyə müraciəti və müraciətinə əlavə edilmiş qeydiyyat vəsiqəsi, Sumqayıt şəhər Bələdiyyəsinin 11 yanvar 2007-ci il tarixli 51 saylı icarə müqaviləsi əsasında torpaq sahəsi üzərində icarə olmaqla, qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq 01 noyabr 2007-ci il tarixli ********* qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarış verilmişdir. Sumqayıt şəhəri 3 saylı Dövlət Notariat Kontorunun təsdiq etdiyi 27 yanvar 2009-cu il tarixli 3M/25 reyestr nömrəli 200 saylı ipoteka müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi kredit verən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş və bununla bağlı 28 yanvar 2009-cu il tarixli ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Yüklülük Çıxarışı verilmişdir. Kredit verən "xxxx" ASC-nin 08 fevral 2010-cu il tarixli məktubu əsasında mənzil üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. "xxxx" MMC-nin 10 sentyabr 2021-ci il tarixli hərracın yekunları barədə protokoluna və 10 sentyabr 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi əsasında sözügedən qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin adına qeydiyyata alınmış və bununla bağlı 13 oktyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir (i/v: 2-ci cild, səhifə: 163-164). İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış 13 dekabr 2019-cu il tarixli 178-151 nömrəli məktubda Cavabdeh tikinti işlərinin aparılmasına dair Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən heç bir icazə verilmədiyi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinə və İddiaçı ünvanlanmış 07 yanvar 2020-ci il tarixli xx/xx-00034 nömrəli məktubda göstərilir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasında təmir və yenidənqurma işlərinin aparılmasının müşahidə edildiyi müəyyən olunmuş, lakin həmin işlərə müvafiq icazə sənədləri verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azkommunlahiyə” Kommunal Lahiyyələndirmə İnstitutunun 14 dekabr 2021ci il tarixli rəyində göstərilir ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının hazırkı texniki vəziyyəti qəzalıdır. Həmin qeyriyaşayış binasının 2-ci mərtəbəsində orta hissədə təxminən 12 m x 13 m hissədən “boşluqlu yığma dəmir-beton” örtük tavaları çardaqda qanunsuz “yenidən qurma” işləri aparılarkən yükdaşıyan dəmir beton konstruksiyalara - tirlərə müdaxilə nəticəsində uçmuş və mərtəbəarası örtük tavalarının üzərinə düşüb, həmin dəmir-beton konstruksiyalarında (tava və tirlərin) tamamilə dağılmasına səbəb olmuşdur. Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanda çardaq yükdaşıyan dəmir-beton konstruksiyalara “qanunsuz müdaxilə” səbəbindən uçmuşdur. Çardağ hissədə yükün artmasından qeyri-yaşayış binası bu şəkildə uça bilməz. Həmin qeyri-yaşayış binasında bünövrəyə yığılmış su nəticəsində də bu formada dağıntılar yarana bilməz. Dağıntılara səbəb insan faktorudur. Vizual texniki baxış zamanı çardaqda aparılan “yenidən qurma” işlərinin qalıqları aydın-aşkar müşahidə olunur. Çardaq hissədə kimin sahəsində aparılmasından asılı olmayaraq, “yenidən-qurma” işləri aparan şəxslər tikinti norma və qaydalarının kobud surətdə pozmuş və qeyri-yaşayış obyektinin qəzalı vəziyyətə düşməsinə səbəb olmuşdur. Ümumilikdə binada təxminən 36 ədəd “yığma dəmir-beton boşluqlu” tavalar və digər dəmir-beton konstruksiyalar uçub dağılmışdır (i/v: 2-ci cild, səhifə: 71-75). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/864 nömrəli Rəyində göstərilir ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının hazırkı texniki vəziyyəti qəzalıdır. Həmin qeyri-yaşayış binasının 2-ci mərtəbəsində orta hissədə təxminən 12 x 13m hissədən “boşluqlu yığma dəmir-beton” örtük tavaları çardaqda qanunsuz “yenidənqurma” işləri aparılarkən yükdaşıyan dəmirbeton konstruksiyalara - tirlərə müdaxilə nəticəsində uçmuş və mərtəbəarası örtük tavalarının üzərinə düşüb, həmin dəmir-beton konstruksiyalarında (tava və tirlərin) tamamilə dağılmasına səbəb olmuşdur. Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanda çardaq yükdaşıyan dəmir-beton konstruksiyalara “qanunsuz müdaxilə” səbəbindən uçmuşdur. Çardağ hissədə yükün artmasından qeyri-yaşayış binası bu şəkildə uça bilməzdi. Həmin qeyri-yaşayış binasında bünövrəyə yığılmış su nəticəsində bu formada dağıntılar yarana bilməzdi. Dağıntılara səbəb insan faktorudur. Vizual texniki baxış zamanı çardaqda aparılan “yenidənqurma” işlərinin qalıqları aydın-aşkar müşahidə olunur. Çardaq hissədə kimin sahəsində aparılmasından aslı olmayaraq, “yenidənqurma” işləri aparan şəxslər tikinti norma və qaydalarını kobud surətdə pozmuş və qeyri-yaşayış obyektinin qəzalı vəziyyətə düşməsinə səbəb olmuşdur. Ümumilikdə binada təxminən 36 ədəd yığma “dəmir-beton boşluqlu” tavalar və digər dəmir-beton konstruksiyalar uçub dağılmışdır (i/v: 2-ci cild, səhifə: 81-85). İş materiallarında olan "Bizim Şəhər" Daşınmaz Əmlak Kompleksi tərəfindən İddiaçı ünvanlanmış 02 noyabr 2007-ci il tarixli 03 nömrəli məktubdan görünür ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 42-ci məhəllə Koroğlu küçəsi, yol qırağında yerləşən 0,1220 ha torpaq sahəsində tikilmiş ümumi sahəsi 1086,56 kv.m. olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin təqribi bazar satış qiyməti oktyabr-noyabr ayları üçün 750-800 min manat təşkil edə bilər. İş materiallarında olan qiymətləndirici "xxxx" MMC tərəfindən tərtib edilmiş 29 oktyabr 2010-cu il tarixli "Əmlakın qiymətləndirilməsi barədə" rəydən görünür ki, "Ülvi-85” Firmasının girov qoyduğu İddiaçı məxsus Sumqayıt şəhəri, Koroğlu prospektində yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti cəmi 780090 (yeddi yüz səksən min) manat təşkil edir (i/v: 2-ci cild, səhifə: 71-78). İş materiallarında olan “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli 125 nömrəli Hesabatından görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti ünvanında yerləşən ümumi sahəsi 1086,56 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 705000 (yeddi yüz beş min) manat və likvid dəyəri 634500 (altı yüz otuz dörd min beş yüz) manat müəyyən edilir. İş materiallarında olan, Cavabdeh müraciəti əsasında "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş 23 iyun 2023-cü il tarixli 100 nömrəli Rəyində göstərilir ki, təqdim edilmiş müxtəlif tarixli qaimələr üzrə tikinti materiallarının, o cümlədən beton panellərin, özül blokların, sement və mişar daşlarının hazırkı bazar qiymət ilə ümumi dəyəri 20915 (iyirmi min doqquz yüz on beş) manat məbləğində müəyyən edilir. İş materiallarında olan İddiaçı müraciəti əsasında "xxxx" MMC tərəfindən tərtib olunmuş 22 yanvar 2024-cü il tarixli 07-02/24 nömrəli Rəyindən görünür ki, 08 sentyabr 2019-cu ildə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin orta hissəsində təxminən 12 m x 13 m hissədə “boşluqlu yığma dəmir-beton” örtük tavalarının (2-ci mərtəbə ilə çardaq arasındakı) uçaraq mərtəbəarası örtük tavalarının (1-ci və 2-ci mərtəbələrin arasındakı) üzərinə düşüb, ümumilikdə təxminən 36 ədəd “yığma dəmir-beton boşluqlu” tavaların və digər dəmirbeton konstruksiyaların uçub-dağılması nəticəsində 08 sentyabr 2019-cu il tarixinə binaya 150615,69 (bir yüz əlli min altı yüz on beş manat 69 qəpik) manat məbləğdə zərər dəymişdir. İş materiallarından görünür ki, Cavabdeh 01 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə "ekspert rəyinə" yazılı "Pretenziya" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü ilə təsdiq olunmuş “Smeta” təqdim edərək, 08 sentyabr 2019-cu ildə baş vermiş uçuntu nəticəsində Sumqayıt şəhər, 42-ci məhəllə, Koroğlu prospekti, 292 ünvanında yerləşən binaya yekun olaraq 25400 (iyirmi beş min dörd yüz) manat məbləğində zərər dəydiyini və həmin zərərin 22860 manat hissəsinin həmin dövrdə 90 % paya malik olan İddiaçı Calal oğluna, 2540 manat hissəsinin isə 10 % paya malik olan Cavabdeh aid olduğunu bildirmiş və həmin zərərin ödənəcəyi subyektin isə "xxxx" ASC-nin olduğunu qeyd etmişdir. İş materialları ilə müəyyən olunur ki, məhkəmə araşdırması zamanı 08 sentyabr 2019-cu ildə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin orta hissəsində təxminən 12 m. x 13 m. hissədə “boşluqlu yığma dəmir-beton” örtük tavalarının (2-ci mərtəbə ilə çardaq arasındakı) uçaraq mərtəbəarası örtük tavalarının (1-ci və 2-ci mərtəbələrin arasındakı) üzərinə düşüb, ümumilikdə təxminən 36 ədəd “yığma dəmir-beton boşluqlu” tavaların və digər dəmirbeton konstruksiyaların uçub-dağılması nəticəsində həmin hadisənin baş verdiyi 08 sentyabr 2019-cu il tarixinə binaya hansı məbləğdə zərərin dəyməsini müəyyən olunması məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və həmin qərardad əsasında məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli 3-16-16/2-10/2350 nömrəli Ekspert Rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azkommunlayihə” KLİnin 14 dekabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanında yerləşən dağılmış qeyri-yaşayış binasının hazırkı texniki vəziyyəti qəzalı vəziyyətdə olduğu müəyyən olunmuşdur. Lakin, qeyriyaşayış sahəsinə dəymiş ziyanın məbləği, həmin ev üzrə müvafiq təşkilatların mütəxəssiləri tərəfindən müayinə tədqiqat işləri aparılaraq, bərpa işləri ilə əlaqədar yerinə yetirilməli söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir işlərinin ümumi həcmi dəqiqləşdirildikdən və həmin işlərə dair layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Həmin Məcəllənin 1111.1-ci maddəsinə əsasən, binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 08 sentyabr 2019-cu ildə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin 110,4 kv.m. qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh, 1-ci və 2-ci mərtəbələrində cəmi 1086,56 kv.m. ümumi sahədən (1034,26 kv.m. əsas və 52,3 kv.m. köməkçi sahə) ibarət qeyri-yaşayış sahəsi isə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olmuşdur. 08 sentyabr 2019-cu il tarixinədək olan dövrdə Cavabdeh həmin binanın özünə aid hissəsində məsul dövlət orqanlarından müvafiq icazə almadan təmir və yenidənqurma işləri apararaq, həmin qeyriyaşayış sahəsini yaşayış sahəsi kimi kirayəçilərin istifadəsinə vermişdir. Lakin, 08 sentyabr 2019-cu ildə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının İddiaçı aid hissəsinin 2-ci mərtəbəsinin orta hissəsində, təxminən 12 m. x 13 m. hissədə “boşluqlu yığma dəmir-beton” örtük tavaları (2-ci mərtəbə ilə çardaq arasındakı) uçaraq mərtəbəarası örtük tavalarının (1-ci və 2-ci mərtəbələrin arasındakı) üzərinə düşüb, ümumilikdə təxminən 36 ədəd “yığma dəmir-beton boşluqlu” tavaların və digər dəmir-beton konstruksiyaların uçub-dağılmasına səbəb olmuşdur. Həmin uçuntu hadisəsindən sonra İddiaçı aidiyyəti dövlət orqanlarına müraciət edərək Cavabdeh müvafiq icazə olmadan təmir və yenidənqurma işlərini apardığını müəyyən edib, həmin təmir işlərinin məlum uçuntuya səbəb olması qənaətinə gələrək, hazırkı iddia ərizəsi ilə 06 fevral 2020-ci ildə Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 200000 (iki yüz min) manat və mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, bu iddia ərizəsi üzrə məhkəmə prosesinin aparıldığı dövrdə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının uçuntu nəticəsində qəzalı vəziyyətə düşmüş İddiaçı (ipoteka qoyan) aid hissəsi kredit verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında alınmış kreditin təminatı olaraq 27 yanvar 2009-cu il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş olduğundan, müvafiq məhkəmə qətnaməsi əsasında keçirilmiş 10 sentyabr 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi əsasında 10 sentyabr 2021-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçmişdir. Bununla belə, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və işin konkret halları ilə işin mübahisəsiz halı olaraq müəyyən edilir ki, məlum qeyriyaşayış sahəsi İddiaçı mülkiyyətində olduğu vaxt, yəni 08 sentyabr 2019-cu ildə 2-ci mərtəbənin orta hissəsində (təxminən 12 m. x 13 m. hissədə), yəni 2-ci mərtəbə ilə çardaq arasındakı “boşluqlu yığma dəmir-beton” örtük tavaları uçaraq 1-ci və 2-ci mərtəbələrin arasındakı mərtəbəarası örtük tavalarının üzərinə düşüb, ümumilikdə təxminən 36 ədəd “yığma dəmir-beton boşluqlu” tavaların və digər dəmir-beton konstruksiyaların uçubdağılmasına səbəb olmuş və bu uçuntu nəticəsində həmin vaxt iddiaçıya məxsus olmaqla, ipoteka ilə yüklü edilmiş həmin qeyri-yaşayış sahəsi qəzalı vəziyyətə düşmüşdür. Lakin, həmin ipoteka predmeti təmir edilmədən, qəzalı vəziyyətdə də hərrac vasitəsi ilə əmlakın alqı-satqı müqaviləsi əsasında 10 sentyabr 2021-ci ildə ödənilməyən kredit borcunun əvəzində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçmişdir. Qeyd etmək lazımdır ki, 08 sentyabr 2019-cu ildə baş vermiş məlum uçuntunun hərraca çıxarılan həmin daşınmaz əmlakın dəyərinin daha aşağı qiymətlə qiymətləndirilməsinə səbəb olması da, mübahisə predmeti olmamışdır. Bununla da, hal-hazırda məlum daşınmaz əmlak iddiaçının deyil, 10 sentyabr 2021-ci ildən etibarən "xxxx" ASC-nin mülkiyyətində olsa da, 08 sentyabr 2019-cu ildə baş vermiş məlum uçuntu nəticəsində həmin vaxt uçmuş əmlakın mülkiyyətçisi olan İddiaçı maddi zərərin dəyməsi xüsusatı tam təsdiq olunur. Eyni zamanda, bu iş üzrə iddianı qəbul etməyən cavabdehin “uçuntunun baş verməsində onun təqsirinin olmaması” barədə etirazı üzrə məhkəmə qeyd etməyi lazim bilir ki, məlum uçma hadisəsinin baş verməsinə Cavabdeh həmin qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinin özünə aid hissəsində və çardağında müvafiq icazə və layihə-smeta sənədləri olmadan yaşayış sahəsinə çevrilməsi üçün aparılan təmir və yenidənqurma işlərinin səbəb olması – məhkəmə araşdırması zamanı şahid ifadələri və iş materiallarında olan ekspertiza rəyi və digər sənədlərlə tam təsdiqini tapmışdır. Lakin, məhkəmə araşdırması zamanı iddiaçı tərəf məlum hadisə nəticəsində ona “200000 (iki yüz min) manat məbləğində maddi zərərin” və “50000 (əlli min) manat məbləğində mənəvi zərərin” dəyməsini mötəbər sübutlar əsasında sübut edə bilməmiş və iddiaçı tərəfin bununla əlaqədar məhkəməyə təqdim etdiyi rəy və digər sənədlər isə işin konkret halları ilə təsdiq olunmadığına görə dəymiş zərərin hesablanmasında mötəbər sübut kimi qəbul olunmamışdır. Qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı məlum uçuntu nəticəsində dəymiş zərərin məbləğinin müəyyən olunması üçün məhkəmə tərəfindən müvafiq ekspertizalar təyin olunsa da, ekspertlər tərəfindən bununla bağlı rəy verilməsi mümkün olmamışdır. Halbuki, Cavabdeh 01 may 2024-cü ildə məhkəməyə "ekspert rəyinə" yazılı "Pretenziya" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü ilə təsdiq olunmuş “Smeta” təqdim edərək, 08 sentyabr 2019-cu ildə baş vermiş məlum uçuntu nəticəsində iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsinə 25400 (iyirmi beş min dörd yüz) manat məbləğində zərər dəydiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bundan əlavə, sübutetmə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik normaları və eyni zamanda, iddia ərizəsinin məzmunu və iddiaçı tərəfin təqdim etdiyi sübutlar, cavabdeh tərəfin iddia ilə əlaqədar təqdim etdiyi yazılı etiraz və digər müraciətlər və sübutlar, tərəflərin məhkəmə iclaslarında vermiş olduğu izahatlar və işin konkret halları ilə müəyyən olunur ki, iddia ərizəsində Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin orta hissəsinin 08 sentyabr 2019-cu ildə uçması ilə əlaqədar maddi ziyan olaraq cavabdehdən tutulması tələb olunan “200000 (iki yüz min) manat məbləğində” maddi zərərin yalnız 25400 (iyirmi beş min dörd yüz) manat məbləğində olan hissəsinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də, “200000 (iki yüz min) manat məbləğində maddi zərərin tutulması” hissəsində iddia tələbi qismən əsaslı hesab edilməli və tərəflər arasında mövcud olmuş münasibətlər nəzərə alınmaqla, işin halları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci və 106-cı maddələrinin tələbləri baxımından qiymətləndirilərək, Cavabdeh (VÖEN **********) Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyriyaşayış binasının 2-ci mərtəbəsinin orta hissəsinin 08 sentyabr 2019-cu ildə uçmasına görə 25400 (iyirmi beş min dörd yüz) manat məbləğində maddi ziyan İddiaçı (VÖEN **********) xeyrinə tutulmalıdır. Lakin, məhkəmə yuxarıda qeyd olunanlar və işin konkret hallarına əsasən hesab edir ki, əsaslılığı müəyyən edilmədiyindən və sübut olunmadığından iddianın “cavabdehdən mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manat pulun tutulması” hissəsi isə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh (VÖEN **********) 08 sentyabr 2019-cu ildə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin orta hissəsinin uçmasına görə 25400 manat məbləğində maddi ziyan İddiaçı (VÖEN **********) xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq İddiaçı tərəfindən 06 fevral 2020-ci ildə qüvvədə olmuş Qanunvericiliyin tələblərinə uyğun ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 3 (üç) manat hissəsi Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Həmçinin, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti də Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 08 sentyabr 2019-cu ildə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin orta hissəsinin uçmasına görə 25400 (iyirmi beş min dörd yüz) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun 3 (üç) manat hissəsi olmaqla, cəmi 25403 (iyirmi beş min dörd yüz üç) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar