Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-23/2020 18.03.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, İddiaçı nümayəndələri Paşayev Qəzənfər Malik oğlunun və X4, Cavabdeh2 nümayəndələri X14 və X11, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinin nümayəndəsi X15 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və X2rşı “zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X9 qarşı “zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Bakı şəhər Nəsimi rayon Məhkəməsinə müraciət edərək, “cavabdeh X12 tərəfindən yol verilən qanunsuzluqlar nəticəsində İddiaçı itirdiyi gəlirlərinin (əldə çıxmış fayda hesablanaraq) 100000 manat olaraq dəyərləndirilməsi və İddiaçınə ödənilməsi, Mikayıl Babayevin süni maneələri nəticəsində İddiaçındən qanunsuz olaraq çıxarılmış və Cavabdeh2.net-ə qoşulmuş müştərilərin İddiaçınə təkrar qoşulmasının təmin edilməsi öhdəliyinin onun üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Bakı şəhər Nəsimi rayon Məhkəməsinin icraatında olarkən iddiaçı tərəf Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə (həmin ərizə İddiaçı baş direktoru X30 tərəfindən imzalanmışdır) təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə, iddia tələbini cavabdehlər X9 və X2rşı yönəltmiş və həmin ərizədə “1) Cavabdehlər Mikayıl Babayev və X8 tərəfindən yol verilən qanunsuzluqlar nəticəsində İddiaçı MMC-nin itirdiyi gəlirlərinin (əldən çıxmış fayda hesablanaraq) 100000 AZN olaraq dəyərləndirilməsi və cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi; 2) Cavabdehlərin süni maneələri nəticəsində İddiaçı MMC-dən qanunsuz olaraq çıxarılmış və Cavabdeh2.net-ə qoşulmuş müştərilərin İddiaçı MMC-yə təkrar qoşulmasının təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur (iş vərəqi: - 1-ci cild, səhifə 89-90). Mülki iş Bakı şəhər Nəsimi rayon Məhkəməsinin icraatında olarkən iddiaçı tərəfin vəsatəti əsasında cavabdeh X12 cavabdeh X6 ilə əvəz edilmiş və həmin Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Mülki iş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olarkən iddiaçı tərəf Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən xx xxxxxxxx 2019-cu ildə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə (həmin ərizə İddiaçı baş direktoru X30 tərəfindən imzalanmışdır) təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməklə, iddia tələbini cavabdehlər Cavabdeh2nə və X2rşı yönəltmiş və həmin ərizədə “X6 tərəfindən vurulan zərərin və əldən çıxmış faydanın dəyərinin hesablanaraq 850000 manat məbləğində müəyyən olunması və iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur (i/v: - 2-ci cild, səhifə 9-10). Bundan əlavə, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə İddiaçı nümayəndəsi Könül Əliyeva tərəfindən imzalanmış “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim olunmuş və həmin ərizədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X1 Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə, iddia tələbində “1) Cavabdehlər Cavabdeh2 MMC vəX6 tərəfindən yol verilən qanusuzuqlar nəticəsində İddiaçı MMC-nin itirdiyi gəlirlərinin (əldən çıxmış fayda hesablanaraq) 800000 manat olaraq dəyəndirilməsi və cavadehlərdən müştərək qaydada İddiaçı MMC ödənilməsi; 2) Cavabdehlərin süni maneələri nəticəsində İddiaçı MMC-dən qanunsuz olaraq çıxarılmış və Cavabdeh2.net-ə qoşulmuş müştərilərin İddiaçı MMC-nə təkrar qoşulmasının təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur (i/v: - 2-ci cild, səhifə 18-19). Bundan sonra, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə İddiaçı nümayəndəsi X16 tərəfindən imzalanmış “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim olunmuş və həmin ərizədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X1 Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə, iddia tələbi cavabdehlər Cavabdeh2 MMC-nə və X2rşı yönəldilmiş və həmin iddia tələbində “X6 tərəfindən vurulan zərərin və əldən çıxmış faydanın dəyərinin hesablanaraq 850000 manat məbləğində müəyyən olunması və iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur (i/v: - 2-ci cild, səhifə 122-123). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, (iddia ərizəsinin iddia tələbinin əsaslandırıldığı hissə olduğu kimi, yəni heç bir dəyişiklik aparılmadan qeyd olunur) “İddiaçı MMC 100% xarici investisiyalı şirkət olaraq 20 ilə yaxındır ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq informasiya kommunikasiya texnologiyalarının inkişafına Bakı şəhəri və regionlarında investisiya qoyaraq, fəaliyyət göstərir. Şirkət Cavabdeh2 MMC-yə məxsus TKQ-lar arasında bağlanmış əməkdaşlıq müqavilələri əsasında regionlarda geniş zolaqlı internet xidmətləri göstərir. Təəssüf ki, fəaliyyət göstərdiyi Şirvan rayonunda fəaliyyətinə 2016-cı ildən Şirvan TKQ rəis əvəzi Mikayıl Babayev tərəfindən qanunsuz müdaxilələr olunmuşdur. Şirkətin TKQ-da yerləşən avadanlıqları dəfələrlə əsassız şəkildə söndürülmüş, söndürülmə nəticəsində müştərilərdən daxil olan şikayət əsasında TKQ-ya müraciət olunduqda, TKQ əməkdaşları problemdən xəbərsiz olduqlarını bildirmiş, Şirvana ezam olunmuş İddiaçı MMC əməkdaşlarının avadanlıqlara baxış keçirmək tələbi rədd olunmuş, məsələnin yerində araşdırılmasına maneə yaradılmışdır. Beləliklə, Mülki Məcəllənin 152-ci maddəsində əks olunan mülkiyyət hüquq normaları kobud şəkildə pozulmuşdur. Eyni zamanda “Telekomunikasiya haqqında” Azərbaycan Respublikası Qanunu kobud şəkildə pozulmuşdur. Belə ki, həmin qanuna əsasən telekomunikasiya xidməti bazarına bərabər daxilolmanı təmin etmək məqsədilə, hökmran mövqe tutan operator arabağlantı məqsədləri üçün şəbəkələrin qoşulması və trafık mübadiləsi üzrə bərabər şərait yaratmağa borcludur. Bundan əlavə, həmin Qanunun 33.1.3-cü bəndinə əsasən operatorun əsas vəzifələrindən biri istehlakçı hüquqlarını pozmamaqdan ibarətdir. Göründüyü kimi, cavabdeh İddiaçı şirkətinə məxsus avadanlıqlara müdaxilə edərək qanunvericilik normalarına əməl etməmişdir. Həmçinin, Şirkət və müştərilərdən xəbərsiz mövcud abunəçilər İddiaçı İnternet xidmətindən Cavabdeh2.net balansına keçirilmişdir ki, bu hərəkətlər nəticəsində Şirkətin mövcud şəbəkəsi tamamilə iflic vəziyyətinə salınmış və Şirvan TKQ-da xidmətdən istifadə edən 1 abunəçi belə qalmamışdır. Bu zamana qədər İddiaçı MMC-dən asılı olmayan Şirvan TKQ rəis əvəzi Mikayıl Babayev tərəfindən yaradılan maneələrlə əlaqədar Şirkətin xidmətlərindən istifadədən imtina edən abunəçilərə müştəri məmnuniyyətini təmin etmək məqsədilə təzminat ödənilmişdir. Məsələn, müştərilərdən X13 İddiaçı MMC tərəfindən təzminat olaraq 3 ay ödənişsiz internetdən istifadə hüququ verilmişdi. Mikayıl Babayev İddiaçı MMC-yə qarşı yol verdiyi qanunsuz hərəkətlərə Abşeron TKQ-na rəis vəzifəsinə təyin olunarkən də davam etmişdir. Belə ki, Şirvan TKQ-da olduğu kimi, burada da Şirkətin regionlar üzrə fəaliyyətinə zərbə vurulmuş, Şirkətin texniki avadanlıqlarını gizli şəkildə, adətən həftə sonları söndürməklə Şirkət və onun müştəriləri üçün ciddi problemlər yaratmış, bu haqda məlumat almaq istədikdə isə heç bir şeydən xəbəri olmadığını bildirmişdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu şəxs Şirkətə qarşı təxribat apararaq avadanlıqları qəsdən söndürmüş və dəfələrlə xəbərdarlıqlar olunmasına baxmayaraq qanunsuz əməllərini davam etdirmişdir. Beləliklə, İnformasiya ehtiyatları və proseslərinin mühafizəsi qaydaları ciddi şəkildə pozulmuşdur. Cavabdeh Mikayıl Babayev hazırlanmış yeni xidmət müqaviləsi təqdim edərək, imzalanmadığı və keçmiş illər də daxil olmaqla yeni tariflərlə ödəniş edilmədiyi təqdirdə həmin ATS-lər ərazisində Şrkətin fəaliyyətini ümumiyyətlə qadağan edəcəyini bildirmişdi. Hazırlanmış yeni müqavilədə heç bir hüquqi və iqtisadi əsası olmayaraq texniki avadanlıqların icarə haqqı 40 dəfədən artıq artırılmışdır. 2016-cı ildən bəri Mikayıl Babayev adlı şəxsin apardığı təxribatlar nəticəsində Şirkətin reputasiyasına ciddi ziyan vurulmuş, təkcə Abşeron və Şirvanda deyil, digər regionlarda da minlərlə müştəri Şirkətin xidmətlərindən imtina etmişdir. Abşeron və Şirvan şəhərində İddiaçı şirkətinin xidmətlərindən istifadə edən müştərilərin üzləşdiyi problemlərin şahidi olan vətəndaşlar artıq İddiaçı şirkətini deyil, təbii olaraq digər provayderlərə üstünlük verirlər ki, son nəticədə Şirkət son 3 ildə minlərlə potensial müştərilərini itirmişdir. Abşeron və Şirvan rayonlarında bəzi İddiaçı istifadəçilərinin heç bir qanuni əsas olmadan (ləğv məktubu göndərilmədən) İddiaçı MMC-dən çıxarılması Cavabdeh2un balansına keçirilməsi cavabdehin vəzifə səlahiyyətlərindən birbaşa sui-istifadə etməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Mülki Məcəllənin 1097.1-ci maddəsində qeyd olunur ki, ”mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir”. Mülki Məcəllənin 1098.2-ci maddəsində isə “əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər” deyə norma müəyyən olunmuşdur. “İstehlakçı hüquqları haqqında” Qanunun 8-ci maddəsində göstərilir ki, “bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda, o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin”. Həmin Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. “İnformasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 18-ci maddəsində İnformasiya ehtiyatları və proseslərinin mühafizəsinin təşkili qaydaları əks olunmuşdur. Cinayət Məcəlləsinin 308-ci maddəsinə əsasən “vəzifə səlahiyyətlərindən istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mövqeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. “Telekomunikasiya haqqında” Qanunun 35-ci maddəsində göstərilir ki, “telekomunikasiya şəbəkələrinə, vasitələrinə, qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti provayderə tam həcmdə ödənilir”. Beləliklə, cavabdeh şəxs mülkiyyət hüquqlarını, istehlakçı hüquqlarını, informasiyanın mühafizəsi qaydalarını vəzifə səlahiyyətlərindən istifadə edərək kobud şəkildə pozmuş, şirkətə və vətəndaşlara maddi və mənəvi ziyan vurmuşdur. Müasir dövrdə, internet xidmətlərinin gündəlik həyatda necə böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq 1 gün belə internet xidmətlərindən istifadə edə bilməyən vətəndaşların nə qədər itkilərə məruz qaldığını təsəvvür etmək çətin deyil. Eyni zamanda qanunsuz olaraq müştəriləri başqa operatora keçirilən, xidmətin dayandırılması nəticəsində müştərilərinə təzminat ödəyən, mövcud və potensial müştərilərini itirən, baş vermiş problemi aradan qaldırmaq üçün vaxt və müəyyən xərclər sərf edən Şirkətin itkiləri əhəmiyyətli dərəcədə çoxdur.” Məhkəmə qeyd etməyi lazım bilir ki, iddiaçı tərəfindən təqdim edilmiş yuxarıda sadalanan “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizələrdə isə iddia tələbini əsaslandıran hər hansı bir digər hal (hallar) sadalanmamış və həmin ərizələrdə iddia tələbi əsaslandırılmamışdır. Cavabdeh2 tərəfindən məhkəməyə “iddia tələbinə etiraz” təqdim edilərək, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-nə və X2rşı “zərərin ödənilməsi” barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “etiraz” onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Abşeron TKQ arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqavilənin predmetini EATS 341/342,346 və EATS 34t da sahənin və enerjinin istifadəyə verilməsi və istifadəçi tərəfindən bunun müqabilində müvafiq ödənişin həyata keçirilməsi təşkil etmişdir. 2016-cı ildə sahə və enerji haqqı ilə bağlı yeni tariflər müəyyən edildiyindən, Abşeron TKQ tərəfindən digər provayderlərlə yanaşı İddiaçı MMCyə də yeni tariflərə uyğun müqavilə bağlanması üçün müraciət olunmuşdur. Lakin, digərlərindən fərqli olaraq, İddiaçı MMC müxtəlif bəhanələrlə yeni şərtlərə uyğun müqavilə bağlamaqdan yayınmışdır. Buna görə də, İddiaçı MMC-yə dəfələrlə müraciət olunmuş və xəbərdarlıq edilmişdir ki, müqavilə bağlamayacağı təqdirdə, onunla bağlanmış müqaviləyə birtərəfli qaydada xitam veriləcək və xidmətdən istifadəsi dayandırılacaqdır. İddiaçı MMC isə nəinki yeni şərtlərlə müqavilə bağlamağa razılaşmamış, əksinə əvvəlki müqavilə əsasında istifadə etdiyi xidmətin haqqını da ödəməmişdir. “Cavabdeh2" MMC Abşeron TKQ tərəfindən göstərilən xidmətlərə görə hesablanmış xidmət haqqının iddiaçı tərəfindən ödənilmədiyi, o cümlədən Cəmiyyətə məxsus şəbəkədən istifadə etməklə ADSL internet xidməti göstərən digər provayderlərə münasibətdə haqsız rəqabətə (tətbiq olunan xidmət haqlarının fərqli olması) yol verilməməsi məqsədilə, sonuncu dəfə İddiaçı MMC-yə xx xxxxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixlərində xəbərdarlıq məktubları göndərərək, müddəti başa çatmaqda olan (xx.xx.2019-cu il tarixində) müqavilənin növbəti dəfə eyni müddətə uzadılmayacağı barədə niyyətini (qərarını) bildirmişdir. Göndərilən xəbərdarlıq məktublarından sonra xx.xx.2019-cu ildə müqavilə münasibətlərinə xitam verildiyindən (müqavilə müddəti bitdiyindən), xidmət dayandırılmışdır. İddiaçı MMC Cavabdeh2 MMC tərəfindən ona qarşı haqsız rəqabətə yol verildiyini iddia etsə də, əslində onun niyyəti bazarda daha az vəsaitlə daha üstün mövqe tutmaq və beləliklə Cavabdeh2 MMC-ni digər provayderlərə qarşı haqsız rəqabətə sövq etməkdir. Çünki, bütün provayderlərlə (Cəmiyyətə məxsus şəbəkədən istifadə edən digər 18 provayderdən 17-i) Cavabdeh2 MMC arasında 2016-cı ildən etibarən yeni şərtlərlə (yeni tariflərə uyğun) müqavilələr bağlanmışdır. İddiaçı MMC ilə köhnə tariflərlə müqavilə münasibətlərinin davam etdirilməsi isə, əslində digər provayderlərə münasibətdə haqsız rəqabətə yol verilməsi iddialarına imkan verir. Eyni zamanda, İddiaçı MMC-nin iddiasının əsaslarından biri 10000 müştərinin geri qaytarılmasıdır ki, bu da əsassız və mümkünsüz tələbdir. Belə ki, müştərilərin İddiaçı MMC-nin xidmətindən imtina etməsi və ya yararlana bilməməsi, nə Cavabdeh2 MMC-nin, nə də Abşeron TKQ-nin təqsiri səbəbindən deyil, məhz İddiaçı MMC-nin məsuliyyətsiz davranışının nəticəsində ola bilərdi. Cavabdehin öz iddia ərizəsinə sübut kimi əlavə etdiyi sosial şəbəkələrdən çıxarışları (güya abunəçi şikayətlərinin) və yazıları mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, qeyd olunanların hansı şəraitdə, kimlər tərəfindən yazıldığı və qeydə alındığı naməlumdur və həqiqiliyi ciddi şübhə doğurur. Cavabdeh tərəfindən sübut kimi təqdim edilən əsaslar işin ədalətli yekun həlli üçün əhəmiyyətsiz hesab edilməli və işin ədalətli həllinin mümkünlüyü baxımından nəzərə alınmamalıdır. Qeyd edilənlərdən aydın olur ki, İddiaçı MMC-nin Cavabdeh2 MMC və Abşeron TKQ-yə qarşı iddiası əsassızdır və təmin olunması üçün heç bir əsas mövcud deyildir. Məhkəmə prosesi zamanı izahatlar dinlənildikdən sonra Cavabdeh2 tərəfindən məhkəməyə iddia tələbi ilə əlaqədar verilmiş etiraza əlavə (“etiraza əlavə”) təqdim edilmiş və həmin “etiraza əlavə” onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair X27”nin Tədbirlər Planının 1.2.2 və 1.2.4-cü bəndlərinin icrası məqsədilə “Respublikada fiber-optik şəbəkənin 2018-2020-ci illərdə genişləndirilməsi üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2018-ci il tarixli 0118 saylı əmri ilə təsdiq olunmuş İnkişaf Planına əsasən Abşeron rayonu ərazisində (Cəmiyyətin “Abşeron” Telekommunikasiya Qovşağının xidməti ərazisində) rabitə infrastrukturunun yenidən qurulması və xidmət keyfiyyətinin artırılması tədbirlərinin əsas icraçısı olaraq Cavabdeh2 MMC müəyyən edilmişdir. 2017-ci ildə öz şəbəkəsində yenidənqurma işləri aparacağına hazırlıq niyyəti ilə Cavabdeh2 MMC bu barədə bütün aidiyyəti təşkilatlara, o cümlədən ona məxsus telefon xətt şəbəkəsindən istifadə etməklə (müqavilə əsasında) internet xidməti verən 18 internet provayder təşkilatına məlumat vermiş və bununla bağlı zəruri tədbirləri paralel aparmalarını istəmişdir. Abşeron TKQ-nin ərazisində yuxarıda qeyd olunan İnkişaf Planında müəyyən edilmiş müddətdə (2018-ci il ərzində) şəbəkənin yenidən qurulması işləri aparılmalı və tamamlanmalı olduğu halda, məlum səbəblərdən (internet provayderlərin müxtəlif üsullarla prosesə mane olması) icrası gecikmişdir. Belə ki, bir sıra internet provayderləri kimi iddiaçı da yenidənqurma işlərinə dəstək verməməklə yanaşı, hüquqdan sui-istifadə etməklə işlərin icrasına maneə törətmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçı ilə cavabdeh arasında cavabdehə məxsus inzibati binada iddiaçının avadanlıqlarının yerləşdirilməsi və abunəçilərə internet xidmətinin verilməsi üçün cavabdehə məxsus telefon xətt şəbəkəsindən istifadə etmək barədə xx.xx.2013-cü il tarixli müqavilə olmuş və həmin müqavilənin növbəti dəfə 1 illik müddətin başa çatmasına müəyyən müddət qalmış müqavilə və qanunvericiliklə müəyyən edilmiş hüququndan istifadə etməklə cavabdeh müqavilənin növbəti müddətə uzadılmayacağı barədə bəyanını qarşı tərəfə (iddiaçıya) bildirməklə qeyd olunan müqavilə münasibətlərinə Abşeron TKQnin xidməti ərazisində xitam vermişdir (xx.xx.2019-cu il tarixindən). Belə ki, 2016-cı ildə cavabdeh qanunvericlikdən və öz nizamnaməsindən irəli gələn hüquqlardan istifadə edərək iqtisadi əsaslandırma aparmaqla tariflərdə dəyişiklik etmiş və cavabdehlə eyni məzmunlu müqavilə münasibətləri olan digər provayderlər (17 internet provayderi) əvvəlki müqavilələrə xitam verilməklə, yeni tariflərə uyğun müqavilə bağlanmasına razılıq verməklə bu hüquqi proseduru icra etsələr də, iddiaçı müxtəlif bəhanələrlə bundan yayınmışdır. Təbii ki, cavabdeh digər təşkilatlara qarşı haqsız rəqabətin yaranmaması üçün (qiymətlərdə fərq olmaması üçün) iddiaçı ilə cavabdeh arasında olan eyni məzmunlu 30-dan çox müqavilənin hər birinin müddəti başa çatmaqla uzadılmamasına qərar vermiş və buna uyğun hüquqi prosedurların icrasına başlamışdır. O cümlədən, Abşeron TKQ ilə olan müqavilə növbəti müddətə eyni şərtlərlə uzadılmaması qarşı tərəfə bildirilməklə, müqavilə münasibətlərinə xitam verilmişdir. İddiaçı tariflərin yüksək olmasını əsas göstərməklə müqavilə bağlamaqdan yayınmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2005-ci il tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı”ndan görünür ki, iddiaçının göstərdiyi xidmətlərdən yalnız beynəlxalq, şəhərlərarası, şəhərdaxili və rayon telefon rabitəsi xidmətlərinin tarifləri dövlət tərəfindən (Tarif Şurasının qərarı əsasında) tənzimlənir. Digər xidmətlərin tənzimlənməsi isə cavabdehin öz qərarı əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2013-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin siyahısı”nda Cavabdeh2 MMC də müəyyən edilmişdir. Həmin Siyahıda qeyd edilmişdir ki, Cavabdeh2 MMC ümumi istifadədə olan elektrik rabitəsi xidmətləri (telefon), qəbuledici-verici stansiyaların, yüksəktezlik qurğuların istismarı üzrə təbii inhisar subyektidir. Göründüyü kimi, Cəmiyyət internet xidmətləri üzrə təbii inhisar subyekti deyildir. İstənilən internet provayderi telefon xətlərindən istifadə etmədən özü fiber-optik, mis, ethernet və ya simsiz şəbəkə qurmaqla internet xidməti göstərə bilər. İddiaçı isə öz iddiasında əsaslandırmağa çalışmışdır ki, güya internet xidmətlərini vermək üçün cavabdehdən asılıdır. Amma bu iddia tamamilə əsassızdır və cavabdeh öz şəbəkəsini qurmaq hüququna malikdir. İddiaçı ilə cavabdeh arasında qeyd olunan məsələyə dair hüquqi münasibətləri könüllülük əsasında bağlanmış müqavilə ilə yaranmışdır. Cavabdeh “Cavabdeh2’’ MMC iddiaçı ilə münasibətləri davam etdirməkdə maraqlıdır. İddiaçının bu günədək cavabdehə yaranmış və icra müddəti ötmüş öhdəliklərini (pul öhdəliyi) icra etməsi və yeni tariflərlə müqavilə bağlanması barədə təklif etməsi halında - cavabdeh təklifi qəbul etməyə hazırdı və bunu dəfələrlə qarşı tərəfə bəyan etmişdir. Məhkəmə iclasında İddiaçın nümayəndəsi X16 iddia tələbini müdafiə edib, məhkəmə araşdırması zamanı iddia tələbi üzrə vermiş olduğu izahatlarında bildirdi ki, İddiaçı MMC bir çox informasiya telekommunikasıya sahələri ilə yanaşı, həmçinin internet provayderi kimi də xidmət göstərir və demək olar ki, Naxçıvan istisna olmaqla, Azərbaycanın bütün bölgələrində investisiya qoymaqla müştərilərə internet xidməti təklif edir və həmin internet xidmətlərini təklif edərkən bütün özəl provayderlər təbii inhisarçı olan Cavabdeh2 MMC ilə müqavilələr bağlayırlar. Həmin müqavilələrdə qeyd olunub ki, özəl provayderlər Cavabdeh2 MMC-nin xətlərindən istifadə etməklə müştərilərə internet xidməti göstərir. Həmin xətlərdən istifadə edərkən Cavabdeh2 MMC-nə sahədən istifadə üçün müəyyən haqq, elektrik sərfiyyatı ilə bağlı haqq və hər abunəçi üçün 2 manat haqq ödəyir. Sahədən istifadəyə görə isə aylıq 5,90 manat müəyyən olunmuşdur. Lakin, 2015-ci ildən sonra Cavabdeh2 MMC daha çox təbii inhisarçı orqan kimi deyil, süni inhisarçı orqan kimi davranmağa başlamış və müştərilərin seçim hüquqlarını pozmuşdur. Həmin vaxtdan İddiaçı MMC-nə Abşeron TKQ tərəfindən məktublar göndərilməyə başlanılmışdı. Müştəriyə heç bir məlumat verilmədən, onların seçim hüquqlarını pozaraq, onları birbaşa Cavabdeh2.net şəbəkəsinə qoşmuşlar. Bəzi müştərilər bildirmişlər ki, İddiaçı MMC-yə qoşulmaq istədikdə, Cavabdeh2un işçiləri tərəfindən deyilmişdir ki onlar qoşa bilməzlər. Abunəçini qoşmaq üçün müəyyən normalar var, iki həftə, 15 gün vaxt tələb olunur. Yalnız, müştəri özü rəsmi müraciət etdikdə müştərini İddiaçı MMC-nə qoşurdu. Bu isə haqsız rəqabətdir. Bundan başqa müştərilərə davamlı zənglər olunurdu və bildirilirdi ki, artıq İddiaçı MMC bağlanıb, siz Cavabdeh2 MMC-nə qoşulun və sizə bir aylıq kompensasiya olunacaq və sair. Bu isə Rəqabət haqqında qanunun müddəalarının pozulması deməkdir və burada istehlakçılar çaşdırılırdı. Tez-tez İddiaçı MMC-nin avadanlıqlarının söndürülməsi nəticəsində 1300 müştəri İddiaçı MMC-ni tərk etmişdir. Təkcə 2019-cu ilin əvvəllərində İddiaçı MMC-nin müştərilərinin sayı 750-yə düşürülmüşdür. Sonradan Abşeron TKQ özündən müqavilədən kənar məbləğlər, yəni şişirdilmiş məbləğlər göndərməyə başladı və həmin məbləğlər ödənilmədiyi vaxt İddiaçı MMC-nin avadanlıqları söndürüldü, müştərilər internetsiz qaldı. İddiaçı MMC-nin Abşeron TKQ ilə problemin yaranma səbəbi kimi Abşeron TKQ-nin qiymətləri 5,90 manatdan 210 manata qədər qaldırması olubdur. Cavabdeh tərəfin etirazında qeyd olunmuşdur ki, İddiaçı MMC-nə xəbərdarlıq məktubları göndərilərək, sonunda xx xxxxxx 2019-cu il tarixində müqavilə münasibətlərinə xitam verilmişdir. Lakin, iddiaçı tərəfin göstərdiyi sübutlarda göründüyü kimi bu elə deyildir. İddiaçı tərəflə Cavabdeh2 arasında sahədən və elektrik enerjisindən istifadəyə görə müqavilə bağlanılmışdır və həmin müqavilədə də qeyd olunmuşdur ki, müqavilənin bitməsinə son 15 gün ərzində tərəflərdən birinin müqavilənin ləğv edilməsi barədə rəsmi müraciət etmədikdə - müqavilənin müddəti növbəti il üçün uzadılmış hesab olunur. Müqavilə 1 yanvarda ləğv olunursa, iddiaçıya 15 dekabrdan müraciət edilməli idi. Lakin müqavilənin ləğvi ilə bağlı iddiaçı tərəfə hər hansı müraciət daxil olmayıb və müqavilə ləğv olunmayıb. O, eksperiment apararaq 2500 müştərilərindən bir neçəsinə təsadüfi seçimlə zəng edərək, onlarla söhbət apararaq Cavabdeh2a necə keçirildiklərini soruşduqda, müştərilərin çoxusu Cavabdeh2a könüllü keçmədiklərini bildirmişlər. Bununla da haqsız rəqabət haqqında qanunun müddəaları pozulmuşdur. Digər provayderlərlə bir ay, lakin Abşeron TKQ ilə isə 15 gün qabaqcadan xəbərdar edilməklə müqavilənin ləğvi məsələsində ciddi boşluqlar vardır. İddiaçı tərəfin təqdim etdiyi sübutlarda da göründüyü kimi cavabdeh tərəf iddiaçı tərəfə müqavilədə göstərilmiş olan rəqəmlərdən 3-4 dəfə şişirdilmiş rəqəmlər olan qaimələr göndərirdi ki, iddiaçı tərəf fəaliyyətini dayandırsın. Lakin, X19 haqsız rəqabətə yol verilməsi ilə bağlı müddəa yoxdur. Burada haqsız rəqabət ondan ibarətdir ki, istehlakçılar çaşdırılaraq İddiaçı MMC-dən çıxarılaraq Cavabdeh2 MMC-nə keçirilirdi və bununla bağlı təqdim ediyi diskdə səs yazıları vardır ki, bunu müştərilər özləri də təsdiqləyirlər. Ona görə də, İddiaçı MMC tərəfindən cavabdehlər X6 və Cavabdeh2 MMC-nə qarşı verilmiş iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçın digər nümayəndəsi X7 da iddia tələbini müdafiə edib, məhkəmə araşdırması zamanı iddia tələbi üzrə vermiş olduğu izahatlarında bildirdi ki, Cavabdeh2 MMC 2015-ci ildən xarici investisiyalı provayderlərə qarşı soyqırıma başlamışdı. Burada nəinki özəl provayderlərin maraqları, həmçinin müştərinin maraqları belə gözlənilmir. Əvvəllər Abşeron TKQ-nin rəhbəri, keçmiş Şirvan TKQ-nin rəhbəri olmuş Mikayıl Babayev eyni ssenari üzrə Şirvan TKQ-də də İddiaçı MMC-nin fəaliyyətinə son vermişdir. Bununla da məqsəd ölkədə internet sahəsində fəaliyyət göstərən özəl sektoru bazardan sıxışdırıb çıxarmaqdır. Texniki infastruktur tamamilə ATS rəhbərinin əlindədir və İddiaçı MMC-nin ora onlardan icazəsiz heç bir girişi və ya çıxışı olmur. Mikayıl Babayev İddiaçı MMC-nə ATS-ə girməyi qadağan etmişdir. Halbuki bu Şirkətin müqavilədə göstərilən hüququdur. Hər hansı bir problem olduğu zaman “bizim xəbərimiz yoxdur deyilirdi” və müxtəlif bəhanələrlə avadanlıqlar 5-ci gün axşam söndürülürdü, 1-ci gün axşam danışıqlar yolu ilə yenidən işə salınırdı. Bir müddət belə keçəndən sonra 2019-cu ilin avqust-sentyabr aylarına İddiaçı MMC-nin təxminən 700 abunəçisi qalmışdır. İddiaçı MMC tərəfindən hər telefon xəttinə görə Cavabdeh2 MMC-nə 2 manat və 5 manat birdəfəlik qoşulmaya görə ödənilirdi. X19 də qeyd olunduğu kimi texnologiyaların və infastrukturun yenilənməsi ilə bağlı tender olunmalı idi və bütün tərəflər bərabər şəkildə bərabər hüquqlara malik olmaqla iştirak etməli idi. Lakin, Cavabdeh2un təkliflər paketi əlverişli deyil və ona təklif demək olmaz. Ümumi olaraq Cavabdeh2 MMC-nin eləməli olduğu iş bu idi ki, müqavilə öhdəliklərini pozmasın. Cavabdehlə mübahisənin predmeti təxminən 2015-ci ildən 2019-cu ilədək bir dövrü əhatə edir. İddiaçı MMC-də 2015-ci ilin sonunda 2055 müştəri olsa da, 2019-cu ilin sentyabr ayında heç bir müştəri qalmamışdır. Bunun nəticəsi olaraq iddiaçı fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. İddiaçı ümumilikdə 10000 müştəri itirmişdir ki, onun əsas hissəsi Abşeron TKQ-yə aiddir. ATSdəki avadanlıqlar İddiaçı MMC-nə məxsus olsa da, ATS-də bir kub metrədək yer icarəyə götürülmüşdür. Abşeron TKQ ilə xx xxxxxx 2013-cü ildən müqavilə bağlanıb və həmin müqavilənin 7.2-ci bəndində göstərildiyi kimi müqavilənin qüvvədə olduğu müddət son 15 gün ərzində tərəflərdən birinin müqaviləni ləğv etmək üçün rəsmi müraciəti olmazsa, müqavilənin müddəti növbəti 1 il üçün uzadılmış sayılır. İndiyədək müqavilənin ləğvi barədə heç bir bildiriş göndərilməmişdir. Digər tərəfdən cavabdeh tərəfindən avadanlıqların söndürülməsinin məhz maliyyə məsələsinə bağlanılması tamamilə yanlışdır. İddiaçı tərəfin faktiki olaraq bu duruma düşürülməyinin səbəbi isə iddiaçının abunəçilərinin cavabdeh tərəfindən oğurlanması olmuşdur. Bundan başqa Abşeron TKQ tərəfindən iddiaçının ünvanına daxil olan məktublar vardır ki, hansı ki orada müəyyən tariflər qeyd olunmaqla İddiaçı tərəfindən xidmətin mümkünsüzlüyü qeyd olunmuş və bu da onunla əsaslandırılmışdır ki, X23 görə, yeni texnologiyalar vasitəsi ilə fiberoptik xətlərinin çəkilməsi yalnız Cavabdeh2 tərəfindən ola bilərdi. Məhz bu məsələlər Cavabdeh2 tərəfindən iddiaçı tərəfə məlumat verilmədən çıxarılmışdır. İddiaçı tərəfin təqdim etdiyi səs yazılarından da göründüyü kimi müştərilər artıq çarəsiz qalmış vəziyyətdə olduqlarını, hətta Cavabdeh2a keçirilməyin məcburi şəkildə olduğunu qeyd edirlər. Təbii ki, burada müştərilərə seçim imkanı verilməmişdir. X27 özəl sektora dəstək, biznesin inkişafına dəstək kimi prinsipləri olan sənəddir. Lakin, bu X19 heç bir şəkildə özəl provayderlərin müştərilərinin oğurlanaraq özünə götürülməsi kimi müddəalar qeyd edilməmişdir. İddiaçı MMC Cavabdeh2a avadanlıqların ATS-də tutduğu yerinin icarəsinə görə deyil, onların qorunub saxlanılmasına görə haqq ödəyir. İddiaçı MMC tərəfindən hər telefon xəttinə görə Cavabdeh2 MMC-nə 2 manat və 5 manat birdəfəlik qoşulmaya görə ödənilir. X19 də qeyd olunduğu kimi bu texnologiyaların və infastrukturun yenilənməsi ilə bağlı tender olunmalı idi və bütün tərəflər bərabər şəkildə bərabər hüquqlara malik olmaqla iştirak etməli idi. Lakin, burda Cavabdeh2 MMC maliyyə dəstəyi görərək bu işi ATS-də yerləşdirilən xətləri müştəri arasında orta məsafədə şkaf qoyaraq xətt çəkdi və adını isə yenilik qoydu. Provayderə isə eyni şərtlərlə yer vermədi. Cavabdeh2un təkliflər paketi isə əlverişli deyil və ona təklif demək olmaz. Ümumi olaraq Cavabdeh2un eləməli olduğu iş bu idi ki, müqavilə öhdəliklərini pozmasın. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X20 iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinə qarşı verilmiş etirazda göstərilənlərə uyğun izahatlar verərək bildirdi ki, digər provayderlər kimi İddiaçı MMC də Cavabdeh2 MMC-nə məxsus ATS-də öz avadanlıqlarını quraşdırmış və ”Cavabdeh2” MMC-nin xətləri üzərindən vətəndaşlara internet xidmətləri göstərmişdir. Sonradan Cavabdeh2 MMC-nin tariflərində dəyişikliklər olunmuşdur. Ay ərzində 2 dəfə İddiaçı MMC-nə və 17 digər provayderlərə yeni tariflərlə tanış olmaları üçün bildirişlər göndərilmişdir. ”İddiaçı” MMC-dən başqa digər 17 provayder yeni müqaviləni bağlayaraq, həmin müqavilələrə uyğun öz xidmətlərini almış və vətəndaşlara ADSL xidməti göstərmişlər. Yalnız İddiaçı MMC müxtəlif vasitə və bəhanələrlə yeni müqavilə bağlamaqdan yayınmışdır. Lakin buna baxmayaraq Abşeron TKQ həmin xidməti dayandırmamışdır və onların xidmət haqqları köhnə tariflərlə davam etmişdir. Ancaq İddiaçı MMC köhnə tariflərlə də olsa öz xidmət haqqını ödəməmişdir. Sonda isə 2018-ci ilin dekabr ayında Abşeron TKQ müqavilə şərtlərinə riayət edərək həmin müqavilənin uzadılmayacağı ilə bağlı qarşı tərəfə bildiriş göndərmişdir. İddiaçı MMC yeni tariflərlə bağlı ”Cavabdeh2” MMC ilə müqavilə bağlasa, Cavabdeh2 MMC yenə də internet xidmətini verməyə davam edəcək. Cavabdeh2 MMC İddiaçı MMC-ni rəqib olaraq görmür. Çünki Cavabdeh2 MMC İddiaçı MMC-nə xidmət verir və əvəzində pul alır. Buna görə də, əsassız olduğu üçün İddiaçı MMC-nin cavabdehlər X6 və Cavabdeh2 MMC-nə qarşı “zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 digər nümayəndəsi X18 da iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, iddiaçı ”İddiaçı” MMC istənilən şəxsə, istənilən şirkətə internet xidməti verə bilər. 2016-cı ildə qəbul edilmiş X23 əsasən Cavabdeh2 MMC yeni avadanlıqlarını quraşdırmaqla öz abunəçisi qarşısında telefon xidməti verməkdə mükəlləfdir. Çünki, müştərilərlə müqaviləsi var və onlara telefon xidməti verməlidir. Provayderlərə isə bununla bağlı 2017-ci ildən Cavabdeh2 tərəfindən bildirişlər göndərilməyə başlanıldı və 18 pravayderə göndərilən bildirişlər üçüncü şəxs Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinə də təqdim olunmuşdur. X19 özəl provayderlərin də cəlbi var, hansı ki artıq özəl şirkətlər dövlətdən maliyyə dəstəyi almadan müəyyən yatırımlar etməlidir. Özəl provayder Cavabdeh2un çəkdiyi fiberoptik xəttdən istifadə edərək pulunu verməlidir. Özəl provayderlərin özləri də standartlara uyğun xidmət verə bilərlər. Özəl provayderlər ATS-ə öz avadanlıqlarını qoymaqla Cavabdeh2un xətlərindən istifadə edərək transmisiya etməklə internet xidmətlərini verirdi. Cavabdeh2 MMC internetin sürətini artırmaq üçün evlərə ATS-i yaxınlaşdırmaq məcburiyyətində qaldı. Çünki, mərkəzi ATSdən uzaq məsafələrə internet xətlərinin çəkilməsi, bu internetin sürətinin yavaş-yavaş itməsinə səbəb olurdu. Ona görə də, Cavabdeh2 MMC-də ATS-lər qovşaqdan çıxarıldı və binalara yaxın yerdə dəmir şkaflar yaradılaraq, internet xidməti göstərməyə başladı. Provayderlər Cavabdeh2suz da xidmət göstərə bilərlər və onlar Cavabdeh2dan asılı deyillər. Provayderlər müştərilərə interneti Cavabdeh2a aid telefon xətti ilə də verə bilər və yaxud, öz hesablarına sərbəst çəkdikləri xətlə də verə bilərlər. Say etibari ilə nə qədər müştərinin İddiaçı MMC-dən çıxaraq Cavabdeh2 MMC-nə keçməsi ilə bağlı siyahı yoxdur. İddiaçı MMC-nin cavabdehlər X6 və Cavabdeh2 MMC-nə qarşı “zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinin nümayəndəsi X21 izahatında bildirdi ki, Antiinhisar Siyasəti və X1 Dövlət Xidməti prinsip etibari ilə iddianı haqlı sayır və hesab edir ki, həqiqətən Cavabdeh2 tərəfindən provayderlərə qarşı bu cür hərəkətlərə yol verilir və bir neçə provayderlərin Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinə olan müraciəti əsasında Cavabdeh2a qarşı Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətində iş də qaldırılmışdır. Həmin işin nəticəsi olaraq qərar və göstəriş verilmişdir ki, Cavabdeh2 MMC tərəfindən edilən qanunsuz müdaxilələrin qarşısı alınsın və köhnə müştərilər provayderlərə qaytarılsın. Cavabdeh2 MMC tərəfindən bütün bunların yeni texnologiyaların tətbiqi ilə bağlı olduğu qeyd edilsə də, bu əsassız hesab edilmişdir. Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinin qərar və göstərişindən Cavabdeh2 MMC şikayət vermiş olsa da, şikayət təmin edilməmiş və qərar qanuni qüvvəsini almışdır. Həmin qərardan görünür ki, pozuntular demək olar ki, oxşardır və bu hallar qanunsuz hesab edilməli və İddiaçı müştəriləri özünə qaytarılmalıdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X21 suallara cavab olaraq bildirdi ki, İddiaçı ilə Cavabdeh2 arasında olan hazırkı mübahisə üzrə Xidmətdə araşdırma aparılmamışdır. Məhkəməyə təqdim etdiyi 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin qərarının da bu mübahisə ilə bilavasitə əlaqəsi yoxdur. Lakin, belə bir araşdırma digər şikayət vermiş provayderlərlə əlaqədar aparılmışdır. Xidmətdə İddiaçı şikayəti üzrə araşdırma aparılmasa da, o, hesab edir ki, bu mübahisə də digər provayderlərlə yaranmış mübahisə ilə eyni xarakterlidir. Cavabdeh X6 məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdeh X3 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizələri, iddia tələbinə etirazı və etiraza əlavəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, «istifadəyə verən» Cavabdeh2 İstehsalat Birliyinin struktur vahidi Abşeron TKQ ilə «istifadəçi» İddiaçı MMC arasında «istifadəyə verən» tərəfindən EATS-341/342.346 və EATS-349-da sahənin və enerjinin istifadəyə verilməsi və «istifadəçi» tərəfindən bunun müqabilində müvafiq ödənişin həyata keçirilməsi barədə xx xxxxxx 2013-cü il tarixli 163 saylı “Sahədən və enerjidən istifadə haqqında” Müqaviİə bağlanmışdır. Həmin Müqavilənin 7-ci bəndinin tələblərinə görə, bu Müqavilə xx xxxxxx 2013-cü il tarixdən 1 (bir) il müddətinə bağlanmış və Müqavilənin qüvvədə olduğu müddətin son 15 günü ərzində tərəflərdən birinin müqaviləni ləğv etmək üçün rəsmi müraciəti olmazsa, müqavilənin müddəti növbəti 1 (bir ) il üçün uzadılmış hesab edilir. Lakin, Cavabdeh2 MMC tərəfindən texnoloji yeniliklər aparıldıqdan və internet provayderlərə təqdim olunan xidmətlərə görə yeni tariflər müəyyən edildikdən sonra tərəflər arasında mübahisə yaranmış və İddiaçı MMC-yə Cavabdeh2 MMC tərəfindən xx xxxxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixlərində xəbərdarlıq məktubları göndərilərək, xx xxxxxx 2019-cu il tarixində müddəti başa çatmaqda olan xx xxxxxx 2013-cü il tarixli müqavilənin növbəti dəfə eyni müddətə uzadılmayacağı bildirilmişdir. xx xxxxxx 2013-cü il tarixli müqavilə üzrə yaranmış mübahisə ilə əlaqədar tərəflər arasında çoxsaylı yazışmalar aparılmasına baxmayaraq, həmin Müqavilə üzrə əməkdaşlığın davam etdirilməsi mümkün olmamış və yeni müqavilə bağlanmamış və İddiaçı MMC-nin internet xidməti göstərdiyi müştərilər Cavabdeh2 MMC və digər provayderlərlə müqavilə bağlamışlar. Lakin, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı MMC-nin internet xidməti göstərdiyi müştərilərin digər provayderlərlə müqavilə bağlanmasında cavabdehlər X3 və Cavabdeh2 MMC-nin qəsdən etmiş olduğu təqsirli hərəkətlər əsasında baş verməsi, sonuncunun texnoloji yeniliklər tətbiq etməsinin yaranmış zərurətdən irəli gəlməməsi və müştərilərlə bağlanmış müqavilələrin pozulması nəticəsində İddiaçı MMC-yə məhz “850000 manat məbləğində zərər dəyməsi” mötəbər sübutlarla sübuta yetməmişdir. Məhkəmə qeyd etməyi lazım bilir ki, məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinin nümayəndəsi X21 izahatında “prinsip etibari ilə iddianı haqlı saydığını” bildirsə də, onun suallara vermiş olduğu cavablarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdehlər Cavabdeh2 MMC və X6 arasında yaranmış hazırkı mübahisə həmin Xidmət tərəfindən mahiyyəti üzrə araşdırılmamışdır. Eyni zamanda, iddiaçı tərəf iddia tələbini məhkəmə araşdırması zamanı tədqiq edilmiş “müştərilərlə aparılan elektron yazışmalar və telefon danışıqları” ilə əsaslandırmışdır. Bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, iddiaçı tərəflə cavabdehlər arasında və eləcə də, iddiaçı ilə xidmət göstərdiyi müştərilər arasında münasibətlər onların arasında bağlanmış müvafiq müqavilələr əsasında yaranmış olduğundan, tərəflər arasında yaranan mübahisələr də həmin müqavilələrin və müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun tənzimlənməlidir. xx xxxxxx 2013-cü il tarixli 163 saylı “Sahədən və enerjidən istifadə haqqında” Müqaviİənin müəyyən müddətə bağlanmış olması, yəni həmin müqavilənin xitam edilməsi vaxtı və şərtləri əvvəlcədən müəyyən edilmiş olduğundan və eləcə də, internet xidmətlərinin Cavabdeh2 MMC-yə müraciət etmədən və sonuncunun xidmətlərindən istifadə olunmadan da göstərilə bilməsinin mümkünlüyü - iddiaçının həmin xidmətləri göstərə bilməməsində bilavasitə cavabdehlərin təqsirinin olmasını təsdiq etmir. Qeyd etmək lazımdır ki, məlum Müqavilənin müddətli bağlanmasının özü də müqavilə müddəti bitdikdən sonra müqavilə üzrə nəzərdə tutulan əməkdaşlığa son qoyulmasını nəzərdə tutur və həmin Müqavilə bağlanarkən bu hal iddiaçı tərəfə əvvəlcədən məlum olmuşdur. Eləcə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MMC rabitə xidmətinin texnoloji yenilənməsi ilə əlaqədar məlum müqavilə şərtlərinin yenidən baxılması üçün təkliflərini digər provayderlərlə yanaşı iddiaçıya da göndərmişdir. Lakin, iddiaçı tərəf həmin təklifləri qəbul etməmiş və təklif edilən yeni şərtlər əsasında müqavilə bağlamamışdır. Həmçinin, məhkəmə iclasında iddiaçı tərəfin nümayəndələri izahatlarında iddia tələbini cavabdeh tərəfin “süni inhisarçı orqan kimi davranması” ilə əsaslandırsa da, məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 MMC internet xidmətinin göstərilməsi sahəsində inhisarçı deyildir və istənilən provayder onun xidmətindən istifadə etmədən müstəqil olaraq internet xidmətləri göstərə bilər. Yəni, internet xidmətinin göstərilməsi üçün Cavabdeh2 MMC-nin xidmətindən istifadə edilməsi mütləq şərt deyildir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx xxxxxx 2013-cü il tarixli “Sahədən və enerjidən istifadə haqqında” Müqavilə üzrə qiymətin Cavabdeh2 MMC tərəfindən çəkilmiş xərclərə uyğun həddə təklif edilməsi - Cavabdeh2 MMC tərəfindən süni inhisarçılığa yol verilməsi kimi qiymətləndirilə bilməz. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2013-cü il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 27-ci bəndinə əsasən "Cavabdeh2" İstehsalat Birliyi ümumi istifadədə olan elektrik rabitəsi xidmətləri, qəbuledici-verici stansiyaların və yüksəktezlikli qurğuların istismarı üzrə təbii inhisar subyektlərindən biri olsa da, o, internet xidmətlərinin göstərilməsi sahəsində təbii inhisar subyekti hesab edilmir. Yəni, "Cavabdeh2" MMC bu sahədə mülki dövriyyənin digər iştirakçıları kimi azad surətdə müqavilələr bağlamaq və göstərdiyi həmin xidmət üzrə müqavilənin şərtlərini və qiymətini azad surətdə müəyyən etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin Mülki Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2005-ci il tarixli 178 nömrəli qərarı ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı təsdiq edilmişdir və həmin Siyahıda internet xidmətlərinin göstərilməsi üzrə tariflər dövlət tərəfindən tənzimlənən qiymətlərə aid edilməmişdir. Beləliklə də, “Sahədən və enerjidən istifadə haqqında” Müqavilə üzrə göstərilən xidmətlərin qiyməti qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlərə aid olmadığından, həmin müqavilə üzrə tərəflər göstərilən xidmətin dəyərinin qarşılıqlı razılaşma ilə müəyyənləşdirilməsində sərbəst olmuşlar. Həmin Müqavilə üzrə göstərilən xidmətlərin yeni dəyəri Cavabdeh2 MMC tərəfindən İddiaçı MMC-yə təklif edilmiş olsa da, İddiaçı MMC azad surətdə bu müqaviləni bağlamaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair xx xxxx 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan - iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Lakin, məhkəmə araşdırması zamanı iddiaçı tərəf cavabdehlərə qarşı yönəlmiş iddia tələbininin əsaslılığını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyi üçün İddiaçı cavabdehlər Cavabdeh2nə və X2rşı “zərərin ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Eləcə də, hazırkı iddia ərizəsi üzrə olan iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsiin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə və X2rşı “zərərin ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-23/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-23/2020
18.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver