Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-238/2024 04.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı vəkili X12, Cavabdeh nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 06 noyabr 2020-ci il tarixdə Cavabdehnə qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” tələbi barədə iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********30 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 0.189702 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********31 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 2.1386 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 4 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 5.20 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 0.7761 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 3.335 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 1.85 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 1.688 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 1.54 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 0.616 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 1.5522 ha torpaq sahəsinin, xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-09 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 0.6161 ha torpaq sahəsinin, xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-13 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, iddiaçının mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 0.547 ha torpaq sahəsinin, xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-87 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, iddiaçının mülkiyyətində olan Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 1.631 ha torpaq sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə mübahisələri yaranmağa başladığı vaxtdan iddia ərizəsində sadalanan çıxarışlar əsasında ona məxsus olan torpaq sahələri cavabdeh tərəfindən hissə-hissə olmaqla özbaşına formada zəbt edilmiş, nəticədə o, mülkiyyətindən məhrum olmuşdur. Həmin əmlakların geri qaytarılmasını cavabdehdən dəfələrlə tələb etsə də, hər hansı nəticə əldə etməmişdir. Şabran Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(031)-29/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, yuxarıda qeyd edilən çıxarışlar üzrə torpaq sahələrinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən İddiaçı qaytarılması qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2022-ci il tarixli 2(105)- 2090/2022 nömrəli qətnaməsi ilə həmin şikayət təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(031)-29/2022 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 may 2023-cü il tarixli, 2(102)- 1447/23 nömrəli qərarı ilə şikayət təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli 2(105)-2090/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2023-cü il tarixli 2(105)-1556/2023 nömrəli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 25 iyul 2022ci il tarixli 2(031)-29/2022 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İş Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olduğu dövrdə Cavabdeh MMC İddiaçı, eləcə də Şabran rayonu Dəvəçi bələdiyyəsinə, Şabran rayonu notariat konturuna, X3 və X1 qarşı verilmiş “torpaq sahəsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onların əsasında verilmiş çıxarışların və torpaq sahələrinin plan və ölçü sənədlərinin ləğv edilməsi" tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə 14 mart 2024-cü il tarixində Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin 14 mart 2023-cü il tarixli 2-2(119)-238/2024 nömrəli qərardadı ilə həmin qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət vermişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2-2(119)-238/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22 aprel 2024-cü il tarixli 2-2(105)-61/2024 nömrəli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş və Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-2(119)-238/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, iddia ərizəsi ilə 2021-ci ildə Şabran Rayon Məhkəməsinə müraciət edilsə də, işə baxılması hazırkı vaxtadək davam etməkdədir. İddiaçı torpaq sahələrini qanuni şəkildə satın alaraq həmin daşınmaz əmlaklar üzərində mülkiyyət hüququ əldə etmiş, lakin cavabdeh həmin torpaq sahələrinin ətrafını hasarlamaqla onlara qanunsuz sahiblik etməkdə davam edir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin 30 may 2024-cü il tarixində keçirilən iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh MMC-ni o, Cavanşir Quliyev adlı şəxsin adına təsis etmişdir. Daha sonra kredit götürərək torpaq sahələri almış onların üzərlərində bağlar salmış, lakin cavabdehin hərəkətləri nəticəsində hazırda həmin torpaq sahələrindən məhrum olmuşdur. 2011-ci ildə İlham müəllim şirkətin 50 faiz payını almış, həmin vaxt o, fikirləşmişdir ki, sonuncu şirkətin fəaliyyətinə pul yatırımı edəcəkdir. Payın digər 50 faizini isə Kərim adlı şəxs öz bacılarının adına rəsmiləşdirmişdir. O, özü 2017-ci ilin noyabr ayına qədər şirkətin direktoru olmuş və bu müddət ərzində şirkətə təxminən 2.500.000 manat məbləğində pul yatırımı etmişdir. Cavabdehin Cavabdeh MMC-nin direktoru olduğu dövrdə şirkətin vəsaiti hesabına torpaq sahələrini öz adına rəsmiləşdirilməsi barədə dəlili ilə bağlı bildirir ki, şirkət onun olduğu üçün torpaq sahələrinin özünün və ya şirkətin adına əldə edilməsinin heç bir əhəmiyyəti olmamışdır. Fiziki şəxs olaraq torpaqların bir hissəsini öz adına alarkən Cavabdeh MMC-nin vəsaitindən istifadə edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qeyd etmişdir ki, iddiaçı 2006-2017-ci illərdə "xxxx" MMC-in direktoru vəzifəsində işləmiş, həmin müddətdə öz vəzifə səlahiyyətlərindən Cəmiyyətə məxsus vəsaitdən istifadə edərək öz adına torpaq sahələri əldə etmiş, eyni zamanda bilərəkdən bir massiv daxilində yox, "xxxx" MMC-in adına olan torpaq sahələri ilə əhatə olunmuş ayrı-ayrı yerlərdə satın almışdır. Həmin müddət ərzində torpaq sahəsinin yerləşdiyi yerin əhalisi iddiaçını "xxxx" MMC-in direktoru kimi tanımış və etibar etdiklərinə görə torpaq sahələrini ona satmışlar. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********30 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 0,189702 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********31 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 2,1386 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 4 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli, ******* nömrəli çıxarışa əsasən Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 5,20 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışa əsasən Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 0,7761 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən ünvan 2ində yerləşən 3,335 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən ünvan 2ində yerləşən 1,85 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən ünvan 2ində yerləşən 1,688 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən ünvan 2ində yerləşən 1,54 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən ünvan 2ində yerləşən 0,616 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışa əsasən Şabran rayonunun Dəvəçi kəndində yerləşən 1,5522 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə Şabran rayonunun Dəvəçi kəndində yerləşən 1,631 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli çıxarışa əsasən ünvan 2i ərazisində yerləşən 0,6161 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli çıxarışa əsasən ünvan 2i ərazisində yerləşən 0,5470 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli 10/1768 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMCnin xx.xx.2021 -ci il tarixli, **********87 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu sxemlərinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********14 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1,54 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində reyestrdə 4Ə-09 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı əldə etdiyi, mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0,6161 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********625 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0,616 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********13 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1,85 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində reyestrdə 4Ə-87 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı əldə etdiyi, mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1,631 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********94 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1,5522 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********57 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0,7761 ha torpaq sahəsi bütövlüklə Cavabdeh MMC tərəfindən istifadə olunur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2020- ci il tarixli, reyestrdə 4Ə-13 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı əldə etdiyi, mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0,547 ha torpaq sahəsinin 0,47 ha hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********15 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 3,335 ha torpaq sahəsinin 2,96 ha hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********16 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1,688 ha torpaq sahəsinin 1,37 ha hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********31 reyestr nömrəli çıxarışa əsasən İddiaçı Nemətulla oğlunun mülkiyyətində olan Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 2.1386 ha torpaq sahəsinin 0,3150 ha hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********63 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 5,20 ha torpaq sahəsinin 1.85 ha hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********61 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 4,0 ha torpaq sahəsinin 3,86 ha hissəsi Cavabdeh MMC tərəfindən istifadə olunur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********30 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0,189702 ha torpaq sahəsi Cavabdeh MMC-nin istifadəsində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinin birinci cümləsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı protokolunun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən. mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12-ci maddəsinin birinci cümləsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, İddiaçı Şabran rayonunun Gəndob və Dəvəçi kəndlərinin ərazilərində yerləşən, yuxarıda sadalanan və sayı 14 ədəd olan müxtəlif ölçülü torpaq sahələrinə dair daşınmaz əşyaların dövlət reyestrindən çıxarışlar əldə etmişdir. Məhkəmənin yuxarıda istinad edilən qanunvericilik normalarından, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən xx.xx.2010-cu il tarixli Qərarında göstərilən “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir” və xx.xx.2020-ci il tarixli Qərarında təsbit edilən “daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir” müddəalarından çıxış edərək gəldiyi qənaət bundan ibarətdir ki, İddiaçı Şabran rayonunun Gəndob və Dəvəçi kəndlərinin ərazilərində yerləşən yuxarıda sadalanan torpaq sahələrinə mülkiyyət hüququ əldə etmişdir və bu mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla rəsmiləşdirilmişdir. Bu rəsmiləşdirmə nəticəsində o, həmin torpaq sahələrinə mülkiyyət hüququ əldə etməklə yanaşı, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı protokolunda qeyd edilən “öz mülkiyyətindən maneəsiz istifadə hüququna” malikdir. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, iddiaçı yuxarıda sadalanan əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar əldə etməklə “mülkiyyət hüququ prezumpsiyası” qazanmışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli Qərarında göstərildiyi kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci və 12-ci maddələrinin, habelə Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DDƏRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçinin mülkiyyət hüququ prezumpsiyasını yaradır”. Belə olduğu təqdirdə isə, İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasının 13cü maddəsindən irəli gələn mülkiyyətin toxunulmazlığı - başqalarının onun mülkiyyət hüquqlarına qəsd etməməsini və Mülki Məcəllənin 157.2-ci maddəsindən irəli gələn özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüquqları yaranmış olur. Yuxarıda şərh edilənləri nəzərə alan məhkəmə hesab edir ki, (1) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********30 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0,189702 ha torpaq sahəsi, (2) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********31 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 2.1386 ha torpaq sahəsi, (3) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 4 ha torpaq sahəsi, (4) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 5.20 ha torpaq sahəsi, (5) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.616 ha torpaq sahəsi, (6) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 3.335 ha torpaq sahəsi, (7) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.85 ha torpaq sahəsi, (8) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.688 ha torpaq sahəsi, (9) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.54 ha torpaq sahəsi, (10) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0.7761 ha torpaq sahəsi, (11) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1.5522 ha torpaq sahəsi, habelə xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-09 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmiş (12) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0,6161 ha torpaq sahəsi, xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-13 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmiş (13) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli, çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0.5470 ha torpaq sahəsi, xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-87 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmiş (14) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli, çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 1,631 ha torpaq sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən İddiaçı geri qaytarılması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə prosesləri dövründə cavabdehin nümayəndəsi tərəfindən verilmiş vəsatətlərlə və izahatlarında göstərdiyi dəlillərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsindən tələb edilib öyrənilməsi və həmin araşdırma zamanı izahatlar vermiş Şabran rayon Dəvəçi bələdiyyəsinin sədri X6, Şabran rayonu Gəndob kənd sakinləri X4 və X2 dindirilmələri – Məhkəmə diqqətə çatdırır ki, şahidlərin dindirilməsi barədə vəsatətə əsasən cavabdeh həmin şahidlərin məhkəmə iclasına gətirilmələrini üzərinə götürməsinə baxmayaraq, bu təmin edilməmişdir. Məhkəmə bu halla bağlı Mülki Prosessual Məcəllənin 14.2-ci (Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.) və 77.1-ci (“Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”) maddələrinə müvafiq olaraq qiymətləndirmə aparmaqdadır. Digər tərəfdən, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 6(103)-191/2023 nömrəli qərarından görünür ki, X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi X5 10 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6(009)-14/2023 saylı, 07 fevral 2023-cü il tarixli qərarı ləğv edilmiş və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qüvvədə saxlanılmışdır. - İddiaçı torpaq sahələrinin alınması və bağların salınması üçün 645500 ABŞ dolları və 77720 manat vəsaiti təsisçilərdən hazırkı icraçı direktor vasitəsilə alması, onun Cavabdeh MMC-nin direktoru vəzifəsində işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui istifadə etməsinin müəyyənləşdirilməsi ilə əlaqədar Şabran rayon Prokurorluğunda İddiaçı ərizəsi üzrə araşdırma ilə bağlı materialların tələb edilib öyrənilməsi - İş materiallarında olan Şabran rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, “Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində əmlaka dəymiş ziyana görə Cavabdeh MMC-yə ödənilmiş 74908,68 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən cəmiyyətin kassasına mədaxil edilməməsi xüsusatları üzrə və İddiaçı əsassız subsidiya alması, həmçinin Cavabdeh MMC-nin mülkiyyətində və istifadəsində olan torpaq sahələrinə görə 2006-2018-ci illər ərzində kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən verilmiş subsidiya ödənişlərinin İddiaçı tərəfindən Cavabdeh MMC-nin kassasına mədaxil edilməməsi və mənimsənilməsi xüsusatları üzrə cinayət işinin başlanması Azərbaycan Republikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. - İddiaçı hazırki iş üzrə tələb etdiyi torpaq sahələrinin 9.029 ha hissəsinin mülkiyyətinə xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum övladı X15 oglundan miras olaraq vərəsəlik qaydasında keçdiyini göstərməsi ilə əlaqədar həmin torpaq sahələrinin mərhumun adına qeydiyyatının aparılmasına əsas olmuş sənədlərin daşınmaz əmlakin reyestri orqanından tələb edilib öyrənilməsi - Məhkəmə bu dəlillə, həmçinin şahidlərin dindirilməsi və istintaq orqanlarında araşdırması yekunlaşdırılmış və artıq qüvvəyə minmiş qərarların mövcud olduğu yuxarıdakı işlər üzrə materialların tələb edilib öyrənilməsi barədə digər dəlillərlə bağlı əlavə olaraq qeyd edir ki, hazırkı iddia tələbi özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi barədədir, yəni daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar əldə etmiş, yəni mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və bununla da mülkiyyətin müdafiəsi hüququnu əldə etmiş mülkiyyətçi həmin çıxarışlarda əksini tapmış əmlakların geri qaytarılmasını tələb etməkdədir. Məhkəmə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində əksini tapmış qətnamənin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə çıxarılmalı olduğu tələbindən, prosessual qənaət və mülkiyyətçinin mülkiyyət hüququnun prezumpsiyası prinsiplərindən çıxış etməklə cavabdehə izah edir ki, sözügedən çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin həqiqiliyinə dair şübhələr olduğu təqdirdə, bu barədə ayrıca iddia qaldırılması mümkündür. Bundan əlavə iş materiallarına əlavə edilmiş 05/17/114 nömrəli smetaya əsasən 542,89 manat, 05/17/113 nömrəli smetaya əsasən 791,55 manat, 05/17/112 nömrəli smetaya bəsasən 957,76 manat, 05/17/111 nömrəli smetaya əsassən 1154,48 manat ümumilikdə 3446,68 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsinə görə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilmişdir. Hazırkı iddia təmin edildiyindən aşağıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən, mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 3446,68 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2022-ci il tarixli 10/1768 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İddia təmin edildiyindən yuxarıda istinad edilmiş Mülki Prosessual Məcəllənin 107-ci, 115.0.1-ci və 119.1-ci maddələrinə əsasən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********30 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 0,189702 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********31 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 2.1386 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 4 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 5.20 ha torpaq sahəsi, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 0.616 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 3.335 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 1.85 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən 1.688 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 1.54 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 0.7761 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 1.5522 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 0,6161 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli, çıxarışa əsasən mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 0.5470 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli, çıxarışa əsasən mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 1,631 ha torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən İddiaçı geri qaytarılsın. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilmiş 3446,68 (üç min dörd yüz qırx altı manat, altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti Cavabdehndən İddiaçı xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №2-2(119)-238/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-238/2024
04.07.2024 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver