Məhkəmə qərarları › İş №2-2(119)-355/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-355/2022

01.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-355/2022 01.04.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X11 qızının katibliyi, iddiaçı və eyni zamanda digər İddiaçı2 nümayəndəsi - İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “qərarın etibarsız hesab edilməsi, əqdlərin ləğv edilməsi və maddi ziyan tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 10 aprel 2020-ci ildə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “qərarın etibarsız hesab edilməsi, əqdlərin ləğv edilməsi və maddi ziyan tələbi” barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin səhmdarlarının 29 aprel 2011-ci il tarixli ümumi yığıncağında qəbul edilmiş bütün qərarlarının, 11 iyul 2011-ci il tarixli ümumi yığıncağında qəbul olunmuş "xxxx" ASC-nin borclarının ödənilməsi üçün “ "xxxx" ASC-nin əmlakının satılması“ qərarının ləğv edilməsi, həmin qərar əsasında bağlanılmış əqdlərin etibarsız hesab edilməsi və bu əqdlərin bağlanması nəticəsində onlara vurulmuş maddi ziyanın, İddiaçı1 131500 (yüz otuz bir min beş yüz) manat olmaqla və İddiaçı2 26300 (iyirmi altı min üç yüz) manat olmaqla ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi üzrə Abşeron Rayon Məhkəməsində aparılan məhkəmə prosesi zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2 23 sentyabr 2020-ci ildə məhkəməyə 18 sentyabr 2020-ci il tarixli “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, "xxxx" ASCnin səhmdarlarının 29 aprel 2011-ci il tarixli ümumi yığıncağında qəbul edilmiş bütün qərarların və 11 iyul 2011-ci il tarixli ümumi yığıncağında qəbul olunmuş "xxxx" ASC-nin borclarının ödənilməsi üçün “ "xxxx" ASC-nin əmlakının satılması“ qərarının etibarsız hesab edilməsi, həmin qərar əsasında bağlanılmış əqdlərin ləğv edilməsi və bütün bu hərəkətlərin nəticəsində mülkiyyət hüquqlarının pozulduğunu nəzərə alaraq onlara vurulmuş maddi ziyanın, İddiaçı1 131500 (yüz otuz bir min beş yüz) manat olmaqla və İddiaçı2 26300 (iyirmi altı min üç yüz) manat olmaqla ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar tərəfindən iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Cəmiyyət) səhmdarlarıdır. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən ASC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsidir. Məlumat üçün qeyd edilməlidir ki, minoritar səhmdarların hüquqlarının lazimi qaydada qorunması ölkə Başçısının “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında xüsusi yer almışdır. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinə bir sıra dəyişikliklər edilmişdir. Bildirmək lazımdır ki, uzun sürən məhkəmə proseslərindən sonra iştirak etdikləri 11 iyul 2011-ci il tarixli ASC-nin səhmdarlarının illik ümumi yığıncağının protokolunu Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən əldə edilmişdir. Sözü gedən protokolun alınmasının səbəbi iddiaçıların səhmdar olduğu Cəmiyyətin qanunsuz qaydada əqdlərin bağlanması və nəticədə iddiaçıların səhmlərinin bazar dəyərinin aşağı düşməsi olmuşdur. Aşağıda sözügedən protokolun qanunsuz əsaslarla qəbul edilməsini təsdiq edən faktlar təqdim edilir: X2 barədə elanda (iddia ərizəsinə əlavə edilir) gündəliyə Cəmiyyətin 2008-2010-cu illər üzrə fəaliyyətinin yekunları haqqında, həmin illər üzrə maliyyə hesabatları və mühasibat balansının təsdiq edilməsi haqqında və digər məsələlər daxil edilmişdir. Onların iştirak etdiyi yığıncaqda həmin məsələlərdən kənar heç bir qərar qəbul edilməmişdir. Lakin, əldə edilən Protokoldan müəyyən olunur ki, gündəlikdə öz əksini tapmayan məsələ üzrə qərar qəbul edilib (Cəmiyyətin borclarının ödənilməsi üçün Cəmiyyətə məxsus əmlakın satılması). Məhz bu qərarın qəbulu nəticəsində Cəmiyyətə məxsus daşınmaz əmlak satılmışdır. Mülki Məcəllənin 107-5.2-ci maddəsinə əsasən X2nın gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edilə bilməz. Bundan əlavə olaraq, sözügedən X4 Sədri İ. Əliyevin çıxış etməsi qeyd edilmişdir. Lakin, əldə olan 29 aprel 2011-ci il tarixli Protokoldan görünür ki adı çəkilən şəxs 21 aprel 2011-ci il tarixindən işdən azad edilmişdir. Həmçinin, əldə olunmuş 11 iyul 2011-ci il tarixli Protokoldan Çıxarışa əsasən “Digər məsələlər” adı altında qəbul olunmuş qərar daha ətraflı şəkildə qeyd edilmişdir. Bununla da eyni yığıncaqda qəbul edilmiş iki fərqli qərar mövcuddur. Bütün bu faktlar sübut edir ki, bir qrup şəxslər Cəmiyyətə məxsus əmlakın satılmasını qanunsuz yol ilə rəsmiləşdirmiş və səhmdarların hüquqlarını kobud surətdə pozmuşlar. Bundan əlavə olaraq, sözügedən Cəmiyyətdə 29 aprel 2011-ci il tarixində Mülki Məcəllənin qaydalarına zidd olaraq idarəetmə orqanının rəhbəri vəzifəsinə təyinat baş vermişdir. Həmin iclasın çağırılması barədə bildiriş iddiaçılara təqdim edilməmişdir və iddiaçıların hüquqları kobudcasına pozulmuşdur. Sənədlərə əlavə olunan 29 aprel 2011-ci il tarixli protokoldan məlum olur ki, əsas səhm paketinə sahib olan səhmdar “X8” MMC təkbaşına iclasda iştirak edərək qərar qəbul etmişdir. Protokoldan görünür ki, iclasın sədri və katibi seçilməyib və protokol iclasda iştirak edən səhmdarın nümayəndəsi tərəfindən imzalanıb. Halbuki, MM-nin 107-6.1-ci maddəsinə əsasən X2nın protokolu yığıncaq bitdikdən sonra üç iş günündən gec olmayaraq iki nüsxədə tərtib olunur, sədrlik edən şəxs və katib tərəfindən imzalanır və möhürlənir. MM-nin 49.4.6-cı maddəsinə əsasən səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanmasına görə hüquqi şəxslərin idarəetmə orqanları məsuliyyət daşıyır. MM-nin 1077.1-ci maddəsinə əsasən səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak emək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Lakin, qeyd edilən qanunsuz əqdin bağlanması nəticəsində iddiaçı olan səhmdarlara hər hansı bir əmlakın qalması potensialı mövcud deyil. Məlumat üçün bildirmək lazımdır ki, bu əqdlərin bağlanması mülkiyyət hüquqları ilə bağlı pozuntulara yol açmışdır. Həmin səhmlərin satışı və girova qoyulması mümkünsüz olmuşdur. Demək olar ki, mülkiyyət hüquqlar məhdudlaşdırılmışdır. MM-nin 560-cı maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: qeyri-qanuni və ya müqavilənin ziddinə əidə ediimiş hüquqların həyata keçirilməsi; şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi və s.. Belə ki, 29 aprel 2011-ci il tarixli protokoldan görünür ki, iclasın yeri və dəqiq vaxtı göstərilməyib, səhmdarların da həmin iclasa dəvət olunmaları və iştirakları təmin edilməyib, iclasın sədri və katibi, say komissiyası seçilməyib, protokolu sədr və katib deyil, cəmi bir nələr səlahiyyəti olmayan hüquqi şəxsin nümayəndəsi imzalayıb. Bununla da qanunun tələbləri tam pozulduğu üçün həmin yığıncaq tam səlahiyyətsiz olub. Səlahiyyətsiz, iclasda X10 İlqar Əliyev guya 21 aprel 2011-ci ildən vəzifəsindən azad edilmiş, Qanuni nümayəndə isə onun yerinə X10 seçilmişdir. Bu qeyd olunanlar həmin protokolun saxta olmağa etibarsızlığına dəlalət edir. Ona görə də həmin protokol məhkəmə qaydasında etibarsız hesab edilməli, Qanuni nümayəndə "xxxx" ASCnin X10 seçilməsi də ləğv edilməlidir. "xxxx" ASC-nin 11 iyul 2011-ci il tarixli ümumi yığıncağında da qanunsuzluğa və saxtakarlığa yol verildiyi üçün həmin yığıncaq etibarsız hesab edilməklə, qəbul edilən qərarlar da ləğv olunmalıdır. Həmin iclasda İddiaçı1 oğlu Qorqudun adından etibarnamə əsasında iştirak edərək, hətta çıxış da etmişdir. Protokoldan da görünür ki, iclasın gündəliyində cəmi üç məsələ olmuşdur. 3-cü məsələ “digər məsələlər” adlanır. Həmin digər məsələlər də müzakirə olunanda da iddiaçı iştirak edərək səsvermədə iştirak etmişdir. Sonradan iclasın potokolu ilə tələbə baxmayaraq, iddiaçını tanış etməyiblər. Uzun müddətdən sonra məhkəmə qaydasında həmin protokolu tələb edib aldıqdan sonra müəyyən etmişlər ki, “Digər məsələr” adı altında iclasda müzakirə olunmayan və bu barədə hər hansı qərar qəbul edilməyən məsələlər də guya iclasda müzakirə olunaraq qərarlar qəbul edilmişdir. Halbuki, həmin məsələlərin heç biri ümumi yığıncaqda müzakirə belə olunmayıb, onların barəsində də heç bir qərar qəbul edilməyib. Mülki Məcəllənin 107-5.2-ci maddəsində birbaşa göstərilmişdir ki, X2nın gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edə bilməz. Ona görə də həmin ümumi yığıncağının gündəliyində olmayan, ümumi yığıncağın qəbul elmədiyi, sonradan protokolun və protokoldan çıxarışın saxtalaşdırılması ilə ona əlavə edilən "Bakı-Quşçuluq” ASC-nin borcların ödənilməsi üçün "xxxx" ASC-nin əmlakının satılması” bəndi etibarsız hesab edilməklə, həmin saxla protokolun və saxla protokoldan çıxarışın saxta bəndi əsasında bağlanılmış əqdlər ləğv edilməli və bu əqdlərin bağlanması nəticəsində iddiaçılara vurulmuş maddi ziyan İddiaçı1 131500 (yüz otuz bir min beş yüz) manat və İddiaçı2 26300 (iyirmi altı min üç yüz) manat olmaqla ödənilməlidir. Hesab edilməlidir ki, hazırkı vəziyyətdə iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur (iş vərəqi: 1-3, 54-55). Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 23 fevral 2022-ci ildə məhkəməyə “iddia tələbinə etiraz” təqdim edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “qərarın etibarsız hesab edilməsi, əqdlərin ləğv edilməsi və maddi ziyan tələbi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin mülkiyyətində olan daşınar və daşınmaz əmlaklar X2nın qərarına əsasən 19 avqust 2011-ci il "xxxx" MMC-yə alqı-satqı müqaviləsi ilə satılmışdır (hal-hazırda “AAAF Park” Yaşayış Kompleksinə aiddir). "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 30 sentyabr 2011-ci il tarixli qərarına əsasən Cəmiyyət ləğv edilmişdir. İddiaçı1 Cəmiyyətin səhmlərin ləğv edilməsi haqda mətbuatda elan veildikdən sonra, yəni ümumi yığıncaq keçirilən gün səhmləri əldə etmişdir. Bu zaman bir səhmin satış qiyməti 2 manat olmuşdur. "xxxx" ASC ləğvetmə balansı təsdiq edilərkən səhmdarlara düşən əmlak payı bölüşdürülmüş və bir səhmə düşən pay 12,036 manat təşkil etmişdir. Cəmiyyət ləğv edildikdən sonra, səhmdarlara düşən paylar müəyyənləşdirilərək, pul şəklində səhmdarlara təqdim edilmişdir. İddiaçı1 və digər səhmdar X7 cavabdeh "xxxx" ASC-yə qarşı X2nın çağırılmasının qanunsuz hesab edilərək etibarsız sayılması, qəbul edilmiş qərarların etibarsız hesab edilməsinə dair Abşeron rayon Məhkəməsinə 18 yanvar 2012-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişlər. Abşeron rayon Məhkəməsinin 18 aprel 2012-ci il tarixli 2(012)-375/2012 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 sentyabr 2012-ci il tarixli 2(105)-871/2012 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Abşeron rayon Məhkəməsinin 18 aprel 2012-ci il tarixli 2(012)-375/2012 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin 07 fevral 2013-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı1 və digər səhmdar X7 iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı torpaq sahəsinin özgəninkiləşdirilməsinin etibarsız hesab edilməsini xahiş etmişlər. Abşeron rayon Məhkəməsinin 27.06.2012-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı1 "xxxx" ASC-nin ləğvetmə komissiyasının "xxxx" ASC-nin aralıq ləğvetmə balansının təsdiq edilməsinə dair qərarın etibarsız sayılması tələbi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 17 may 2013-cü il tarixli 2(012)-335/2013 saylı qətnaməsi ilə İddiaçı1 iddia ərizəsi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 oktyabr 2013-cü il tarixli 2(105)-1090/2013 saylı və Ali Məhkəmənin 14 fevral 2014-cü il tarixli 2(102)- 484/2014 saylı qərarları müvafiq olaraq İddiaçı1 apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. İddiaçı1 iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək 30 sentyabr 2011-ci il tarixli X2nın qanunsuz hesab edilməsinə və X2nın çağrılmasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 11 mart 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 01 avqust 2014-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən İddiaçı1 Ali Məhkəməyə şikayət vermişdir. Ali Məhkəmənin 22 yanvar 2015-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. X7 cavabdehlər “X8” MMC, "xxxx" ASC, "xxxx" MMC, "xxxx" ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-140/2015- 014 saylı qətnaməsi ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1723/2016-001 saylı qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3702/2016 saylı qərarı ilə iddiaçı X3 cavabdehlər “X8” MMC, “Bakı Quşçuluq" ASC, "xxxx" MMC, "xxxx" ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, İddiaçı1 Cəmiyyətin səhmdarı kimi hüquqları 11 iyul 2011-ci il tarixdən sonra yaranmışdır. Səhmdar İddiaçı1 dəfələrlə ləğvetmə komissiyasına müraciət edərək bu məbləğlə razı olmadığını, ona əlavə pul verilməsini tələb etmişdir. Əks halda ASC-ni məhkəməyə verəcəyi və digər inzibati orqanlara müraciət edəcəyi ilə hədələmişdir. Onun əsassız tələblərinə razılıq verilmədiyi üçün Cəmiyyətə qarşı müxtəlif iddialarla məhkəməyə müraciət etmişdir. Əslində həmin şəxsi hüquqlarının pozulması deyil, bu cür hərəkətlərlə əlavə pul əldə etmək maraqlandırır. Bundan başqa, iddia tələbinə diqqət yetirsək, protokolların hansı səbəblərdən ləğv edilməli olunması və iddiaçıların hansı hüquqlarının pozulması əsaslandırılmamışdır. İddia tələbinin əsas mahiyyəti əqdlərin etibarsızlığıdır və buna görə də, iddiaçılara pul məbləğinin ödənilməsindən ibarətdir. Belə olan halda, Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbləri əsas götürülməlidir. Bundan başqa, əqdlərin etibarsızlığı məsələsinə artıq məhkəmə tərəfindən qiymət verilmişdir (i/v: 144-145). Həmin “iddia tələbinə etiraz” üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən 25 fevral 2022-ci ildə məhkəməyə “cavabdeh "xxxx" ASC tərəfindən verilmiş etirazın əsassızlığına dair Mülahizələr” təqdim edilərək, cavabdeh tərəfindən təqdim olunan etirazın əsassız olduğu bildirilmiş və həmin mülahizələr onunla əsaslandırılmışdır ki, iddiaçılar "xxxx" ASC ilə bağlı heç vaxt iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət etməmişlər. İddiaçılar etirazda göstərilən qərarların etibarsızlığı məsələsini iddiasında qaldırmamışdır. Cavabdehin etirazında isə iddiaçıların məhkəmədə qaldırdığı tələblərlə bağlı bir kəlmə belə yoxdur. Etirazda qeyd olunan məhkəmə qərarlarının iddiaçıların iddiasında qaldırdığı tələblərə heç bir aidiyyəti yoxdur. İddia ərizəsində və 18 sentyabr 2020-ci il tarixli iddianın dəqiqləşdirilməsi barədə ərizədə qaldırılan tələb: "xxxx" ASC-nin səhmdarlarının 29 aprel 2011-ci il tarixli ümumi yığıncağında qəbul edilmiş bütün qərarların və 11 iyul 2011-ci il tarixli ümumi yığmağında qəbul olunmuş "xxxx" ASC-nin borclarının ödənilməsi üçün “ "xxxx" ASC-nin əmlakının satılması" qərarının etibarsız hesab edilməsi, həmin qərar əsasında bağlanılmış əqdlərin ləğv edilməsi və bütün bu hərəkətlərin nəticəsində mülkiyyət hüquqlarının pozulduğunu nəzərə alaraq iddiaçılara vurulmuş maddi ziyanın İddiaçı1 131500 (yüz otuz bir min beş yüz) manat olmaqla və İddiaçı2 26300 (iyirmi altı min üç yüz) manat olmaqla ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Belə ki, “Bakı-Quşçuluq" ASC-nin səhmdarlarının 29 aprel 2011-ci il tarixli ümumi yığıncağında qəbul edilmiş saxta protokolun surəti sonralar Vergilər Nazirliyinin 2 saylı Vergi Xidmətindən, 11 iyul 2011-ci il tarixli ümumi yığıncağında qəbul olunmuş protokolun surəti isə iddiaçılara Abşeron Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(102)-4620/2018 saylı qətnaməsi əsasında 21 yanvar 2020-ci il tarixdə verildliyi üçün iddiaçılar 2011-ci ildə bu protokolların etibarsızlığı barədə məhkəmədə iddia qaldıra bilməzdi. İddiaçılar iddianı yalnız bundan sonra Abşeron Rayon Məhkəməsində 30 mart 2020-ci ildə qaldırmışdır. Onu da bildirmək lazımdır ki, "xxxx" ASC-nin 11 iyul 2011-ci il tarixli ümumi yığıncağında da qanunsuzluğa və saxtakarlığa yol verildiyi üçün həmin yığıncaq etibarsız hesab edilməklə, qəbul edilən qərarların ləğv olunması da tələb edilmişdir. Ərizədə göstərildiyi kimi, həmin iclasda iddiaçı - İddiaçı1 oğlu Qorqudun adından etibarnamə əsasında iştirak edərək, hətta çıxış da etmişdir. Protokoldan da görünür ki, iclasın gündəliyində cəmi üç məsələ olmuşdur. 3-cü məsələ “digər məsələlər” adlanır. Həmin “digər məsələlər” də müzakirə olunanda da iddiaçı iştirak edərək səsvermədə iştirak etmişdir. Sonradan iclasın potokolu ilə, tələb etməyinə baxmayaraq, iddiaçını tanış etməyiblər. Uzun müddətdən sonra məhkəmə qaydasında həmin protokolu tələb edib aldıqdan sonra müəyyən edilmişdir ki, “Digər məsələr” adı altında iclasda müzakirə olunmayan və bu barədə hər hansı qərar qəbul edilməyən məsələlər də guya iclasda müzakirə olunaraq qərarlar qəbul edilib. Halbuki həmin məsələlərin heç biri ümumi yığıncaqda müzakirə belə olunmayıb, onların barəsində də heç bir qərar qəbul edilməyib. Mülki Məcəllənin 107-5.2-ci maddəsində birbaşa göstərilmişdir ki, X2nm gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edə bilməz. Ona görə də həmin ümumi yığıncağın gündəliyində olmayan, ümumi yığıncağın qəbul etmədiyi, sonradan protokolun və protokoldan çıxarışın saxtalaşdırılması ilə ona əlavə edilən "xxxx" ASC-nin borcların ödənilməsi üçün “"xxxx" ASC-nin əmlakının satılması" bəndi etibarsız hesab edilməklə, həmin saxta protokolun və saxta protokoldan çıxarışın saxta bəndi əsasında bağlanılmış əqdlər ləğv edilməli və bu əqdlərin bağlanması nəticəsində iddiçılara vurulmuş maddi ziyan İddiaçı1 131500 (yüz otuz bir min beş yüz) manat və İddiaçı2 26300 (iyirmi altı min üç yüz) manat olmaqla ödənilməlidir. Cavabdehin etirazında göstərilən, guya iddiaçının – “İddiaçı1 Cəmiyyətin səhmdarı kimi hüquqlarının 11 iyul 2011-ci il tarixdən sonra yaranmasına” gəldikdə isə bildirmək lazımdır ki, onun oğlu İddiaçı2 həmin Cəmiyyət yaranan gündən onun səhmdarı olmuş və İddiaçı1 da onun etibarnamə əsasında nümayəndəsi kimi bütün ümumi yığıncaqlarda iştirak etməklə, onu təmsil etmişdir. Özü isə ailə səhmlərinin sayını artırmaq məqsədi ilə 11 iyuldan sonra səhm alsa da, həmin səhmin sahibinin səhmləri qüvvədə olmaqla, sonradan bütün hüquqlarla birlikdə İddiaçı1 ötürülmüşdür. Etirazda iddiaçının təklif olunan qiymətlə razılaşmayaraq pul əvəzinə mülkiyyət payını tələb etməyini, inzibati orqana və məhkəməyə şikayət edəcəyini cavabdehin hədə kimi qəbul etməsi də başa düşülən deyil. Qanuna görə də hüququ pozulan şəxs pozulmuş hüququnun bərpa olunması üçün inzibati orqana və ya məhkəməyə şikayət etməlidir. Bu isə heç vaxt hədə kimi qəbul oluna bilməz, tam sivil bir mübarizə vasitəsidir (i/v: 146-147). Abşeron Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 2(012)-53/2022 nömrəli qərardadı ilə həmin iddia ərizəsinə dair kommersiya işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (i/v: 152-155). İş üzrə Sumqayıt Kommersiya məhkəməsində keçirilən məhkəmə iclasında iddiaçı (eyni zamanda digər İddiaçı2 nümayəndəsi) İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsində, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə və “cavabdeh "xxxx" ASC tərəfindən verilmiş etirazın əsassızlığına dair Mülahizələr”də yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və "xxxx" ASC-nin səhmdarlarının 29 aprel 2011-ci il tarixli ümumi yığıncağında qəbul edilmiş bütün qərarların və 11 iyul 2011-ci il tarixli ümumi yığıncağında qəbul olunmuş "xxxx" ASC-nin borclarının ödənilməsi üçün “ "xxxx" ASC-nin əmlakının satılması“ qərarının etibarsız hesab edilməsi, həmin qərar əsasında bağlanılmış əqdlərin ləğv edilməsi və bütün bu hərəkətlərin nəticəsində mülkiyyət hüquqlarının pozulduğu nəzərə alınaraq onlara vurulmuş maddi ziyanın, İddiaçı1 131500 manat olmaqla və İddiaçı2 26300 manat olmaqla ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı (eyni zamanda digər İddiaçı2 nümayəndəsi) İddiaçı1 suallara cavab olaraq bildirdi ki, özü səhm alanadək o, səhmdarların ümumi yığınğacaqlarında səhmdarlardan biri olan oğlu İddiaçı2 etibarnamə əsasında səlahiyyətli nümayəndəsi kimi iştirak edərək öz etirazlarını bildirmişdir. Lakin, onun etirazları nəzərə alınmamışdır. "xxxx" ASC-nin ləğvi ilə əlaqədar ona oğlununun səhmləri ilə birlikdə təxminən 12000 manat məbləğində pul təklif olunsa da, o, həmin pulu götürməkdən imtina etmişdir. Lakin həmin pul poçtla onlara göndərilməmişdir. ASC ləğv edilərkən ona və oğluna səhmlərinin əvəzinə 9 sot torpaq sahəsi verilməli idi. Buna görə də, o, səhmlərin əvəzinə verilən puldan imtina etmiş və 9 sot torpaq sahəsinin əvəzinə 4,5 sot torpaq sahəsinin verilməsinə razı olduğunu bildirmişdir. Lakin, onun həmin tələbi yerinə yetirilməmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni, cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş yazılı Etirazı, “mülahizəni” və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Milli Depozit Mərkəzi tərəfindən tərtib edilmiş 30 sentyabr 2011-ci il tarixli ********* nömrəli X5 görünür ki, Nizamnamə kapitalının miqdarı 780732 (yeddi yüz səksən min yeddi yüz otuz iki) manat məbləğində olan və Maliyyə Nazirliyi tərəfindən 24 iyul 1998-ci ildə 896 nömrəli qeydiyyat nömrəsi ilə buraxılmış qiymətli kağızların ümumi miqdarı 390366 (üç yüz doxsan min üç yüz altmış altı) ədəd olan "xxxx" Açıq Səhmdar Cəmiyyətində İddiaçı1 aid (hesab nömrəsi: DP********) Qiymətli kağızların sayı 756 (yeddi yüz əlli altı) ədəddir (iş vərəqi: 5). İş materiallarında olan Milli Depozit Mərkəzi tərəfindən tərtib edilmiş 15 dekabr 2011ci il tarixli ********* nömrəli X5 görünür ki, Nizamnamə kapitalının miqdarı 780732 (yeddi yüz səksən min yeddi yüz otuz iki) manat məbləğində olan və Maliyyə Nazirliyi tərəfindən 24 iyul 1998-ci ildə 896 nömrəli qeydiyyat nömrəsi ilə buraxılmış qiymətli kağızların ümumi miqdarı 390366 (üç yüz doxsan min üç yüz altmış altı) ədəd olan "xxxx" Açıq Səhmdar Cəmiyyətində İddiaçı2 aid (hesab nömrəsi: DP********) Qiymətli kağızların sayı 152 (yüz əlli iki) ədəddir (i/v: 6). İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının 29 aprel 2011-ci il tarixli 01/11 nömrəli Protokolundan görünür ki, həmin iclasda X6 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X10 vəzifəsindən azad edilməsi və Qanuni nümayəndə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X10 vəzifəsinə təyin edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan “X15” qəzetinə aid vərəqin kserosurətindən görünür ki, İdarə Heyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağının 11 iyul 2011-ci il tarixində saat 1500-da Şəki şəhəri, C.Mümtaz küçəsi, ev 1, “X13 Kompleksi” ünvanında keçirilməsi barədə elan dərc olunmuşdur və həmin elanda yığıncağın gündəliyində “1). "xxxx" ASC-nin 2008-ci, 2009-cu və 2010-cu illər üzrə fəaliyyətinin yekunları haqqında; 2). "xxxx" ASC-nin 2008-ci, 2009-cu və 2010-cu illər üzrə maliyyə maliyyə hesabatının və mühasibat balansının təsdiq edilməsi haqqında; və 3). Digər məsələlər” - olduğu qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin səhmdarlarının illik Ümumi Yığıncağının 11 iyul 2011-ci il tarixli Protokolunun kserosurətindən görünür ki, 11 iyul 2011-ci ildə Şəki şəhərində "xxxx" ASC-nin səhmdarlarının illik Ümumi Yığıncağı keçirilmiş və həmin yığıncaqda gündəlik məsələlər - “1). "xxxx" ASC-nin 2008-ci, 2009-cu və 2010-cu illər üzrə fəaliyyətinin yekunları haqqında; 2). "xxxx" ASC-nin 2008-ci, 2009-cu və 2010-cu illər üzrə maliyyə maliyyə hesabatının və mühasibat balansının təsdiq edilməsi haqqında; 3). Digər məsələlər” – olmuşdur. Həmin yığıncaqda digər qərarlarla yanaşı, gündəliyin 3). “Digər məsələlər” bölməsinə daxil olan hissəsində “3.1. "xxxx" ASC-nin borclarının ödənilməsi üçün "xxxx" ASC-nin balansında olan daşınmaz əmlakının satılmasına razılıq verilməsi; 3.2. Daşınmaz Əmlakın 17 fevral 2011-ci tarixli ekspert rəyində göstərilmiş likvid dəyərindən aşağı olmamaq şərti ilə satılması və alqı-satqı müqaviləsinin imzalanmasının X9 Qanuni nümayəndə həvalə edilməsi” yekdilliklə lehinə səs verilərək qərara alınmışdır. İş materiallarında olan 11 iyul 2011-ci il tarixli "xxxx" ASC-nin Şəki şəhərində keçirilmiş illik X1 17 avqust 2011-ci il tarixli Çıxarışının kserosurətindən görünür ki, 1) "xxxx" ASC-yə məxsus ünvan 3 ünvanında yerləşən “əmlak kompleksi kimi müəssisə”nin torpaq sahəsi ilə birlikdə, Abşeron rayonu, Xırdalan şəhəri, İ.H.Əliyev prospekti, 167 ünvanında yerləşən “əmlak kompleksi kimi müəssisə”nin torpaq sahəsi ilə birlikdə, ünvan 5 ünvanında yerləşən “əmlak kompleksi kimi müəssisə”nin torpaq sahəsi ilə birlikdə "xxxx" MMC-yə açılacaq kredit xəttlərinin təminatı olaraq "xxxx" ASC-yə ipotekaya qoyulmasına dair müqavilələrin bağlanmasına razılıq verilməsi və ipoteka müqavilələrinin imzalanması X9 Qanuni nümayəndə həvalə edilməsi, 2) "xxxx" ASC-nin borclarının ödənilməsi üçün "xxxx" ASC-nin balansında olan əmlakının satılmasına razılıq verilməsi, 3) Əmlakın 17 fevral 2011-ci tarixli ekspert rəyində göstərilmiş bazar dəyərindən aşağı olmamaq şərti ilə satılmasının və alqı-satqı müqaviləsinin imzalanmasının X9 Qanuni nümayəndə həvalə edilməsi yekdilliklə lehinə səs verilərək qərara alınmışdır. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin 21 yanvar 2021-ci il tarixli məktubundan görünür ki, həmin məktubla Abşeron Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(012)-4620/2018 nömrəli icra sənədinə əsasən "xxxx" ASC-nin 11 iyul 2011-ci ildə Şəki şəhərində keçirilmiş səhmdarların illik X1 təsdiq edilmiş surəti İddiaçı1 təqdim olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının 30 sentyabr 2011-ci il tarixli Protokolunun kserosurətindən görünür ki, İddiaçı1 da Hesablama Komissiyasının tərkibinə seçilmiş olduğu həmin yığıncaqda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi 368680 səs sayı lehinə, 11519 səs sayı isə əleyhinə olmaqla qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin səhmdarlarının Ümumi Yığıncağının 23 fevral 2012-ci il tarixli Protokolunun kserosurətindən görünür ki, həmin Yığıncaqda Cəmiyyətin istifadəsində qalan sərbəst pul vəsaitinin hər bir səhmdarın Nizamnamə kapitalındakı payına uyğun olaraq səhmdarlar arasında bölüşdürülməsi qərara alınmış və həmin Protokolda hər bir səhmə düşən payın miqdarının 12,036 (12 manat 036 qəpik) manat təşkil etdiyi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış 19 may 2016-cı il tarixli 3/1102-07 nömrəli məktubun surətindən görünür ki, İddiaçı1 müraciətinə cavab olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.3, 107.1, 107-1.4, 107-1.5, 107-1.5.3, 107-1.7 və 107-5.2-ci maddələrinin tələbləri izah olunmuşdur. İş materiallarında olan satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş 19 avqust 2011-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqavilələrinin kserosurətlərindən görünür ki, satıcı "xxxx" ASC-nin mülkiyyətində olan əmlak kompleksləri və torpaq sahələri alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. İş materiallarında olan satıcı "xxxx" ASC ilə alıcı "xxxx" MMC arasında bağlanmış 22 avqust 2011-ci il tarixli 11/08/22 nömrəli alqı-satqı müqaviləsinin və həmin müqaviləyə 1 saylı Əlavənin kserosurətlərindən görünür ki, satıcı "xxxx" ASC tərəfindən müxtəlif avadanlıqlar alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. Hazırkı iş Abşeron Rayon Məhkəməsinin icraatında olarkən keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 29 mart 2021-ci il tarixli 9/5155 №-li ekspert Rəyi ilə 22 avqust 2011-ci il tarixli 11/08/22 №-li alqı-satqı müqaviləsinə 1 saylı Əlavəyə əsasən satılan avadanlıqların normal vəziyyətdə 2011-ci il tarixə orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 663214,27 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir və səhmdarlar cəmiyyətin idarə edilməsində iştirak etmək, qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək, cəmiyyətin xalis mənfəətindən dividend almaq, cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq və s. hüquqlara malikdir (102 – 107-6-cı maddələr). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, məhkəmə araşdırması zamanı “ "xxxx" ASC-nin səhmdarlarının 29 aprel 2011-ci il tarixli ümumi yığıncağında qəbul edilmiş bütün qərarların və 11 iyul 2011-ci il tarixli ümumi yığıncağında qəbul olunmuş "xxxx" ASC-nin borclarının ödənilməsi üçün “"xxxx" ASC-nin əmlakının satılması“ qərarının etibarsız hesab edilməsi, həmin qərar əsasında bağlanılmış əqdlərin ləğv edilməsi” hissəsində iddia tələblərinin əsaslılığı sübut edilməmişdir. Lakin, iddia “vurulmuş maddi ziyanın, İddiaçı1 131500 (yüz otuz bir min beş yüz) manat olmaqla və İddiaçı2 26300 (iyirmi altı min üç yüz) manat olmaqla ödənilməsi” hissəsində isə qismən əsaslıdır. Belə ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində İddiaçı1 (hesab nömrəsi: DP********) aid Qiymətli kağızların sayı 756 (yeddi yüz əlli altı) ədəd, İddiaçı2 (hesab nömrəsi: DP********) aid Qiymətli kağızların sayı 152 (yüz əlli iki) ədəd olmuşdur. Cavabdeh "xxxx" ASC-nin ləğv olunması prosesində Cəmiyyətin istifadəsində qalan sərbəst pul vəsaitinin hər bir səhmdarın Nizamnamə kapitalındakı payına uyğun olaraq səhmdarlar arasında bölüşdürülməsi qərara alınmış və həmin Protokolda hər bir səhmə düşən payın miqdarı 12,036 (12 manat 036 qəpik) manat məbləğində müəyyən edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı (eyni zamanda digər İddiaçı2 nümayəndəsi) İddiaçı1 həmin qiymətə uyğun olaraq səhmlərinə hesablanmış ümumilikdə təxminən 12000 manat olan məbləğ təklif edilsə də, həmin pulu qəbul etməkdən imtina etdiyini, həmin məbləğin poçt vasitəsi ilə də onlara göndərilmədiyini və səhmlərinin əvəzinə ASC-dən torpaq sahəsi tələb etdiklərini bildirmişdir. Həmçinin, cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş yazılı etirazda da hər bir səhmə düşən payın 12,036 manat təşkil etdiyi və səhmlərinin əvəzinə həmin qiymətlə hesablanan pul məbləğindən iddiaçıların imtina etdikləri qeyd olunmuşdur. Belə olan halda, müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində İddiaçı1 məxsus 756 ədəd səhmə görə 9099,22 (doqquz min doxsan doqquz manat 22 qəpik) manat (756 ədəd səhm x 12,036 manat) məbləğində pul vəsaiti və İddiaçı2 məxsus 152 ədəd səhmə görə 1829,47 (min səkkiz yüz iyirmi doqquz manat 47 qəpik) manat (152 ədəd səhm x 12,036 manat) məbləğində pul vəsaiti verilməli idi. Lakin, cavabdeh tərəfindən səhmlərə görə hesablanan pul vəsaiti iddiaçılara təklif olunsa da, iddiaçılar imtina etmələri səbəbindən həmin pul vəsaitini almamışlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 9099,22 manat məbləğində pul vəsaiti İddiaçı1 xeyrinə və 1829,47 manat məbləğində pul vəsaiti isə İddiaçı2 xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 9099,22 (doqquz min doxsan doqquz manat 22 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı1 xeyrinə tutulsun. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1829,47 (min səkkiz yüz iyirmi doqquz manat 47 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı2 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar