Məhkəmə qərarları › İş №2-2(119)-481/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-481/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-481/2020 09.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı cavabdeh “X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(059)-290/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi icraata götürülmədən məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx xxxxxxx 2020-ci ildə Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur. Lakin, İddiaçı nümayəndəsi X2 xx xxxxxxx 2020-ci il tarixli “iddia ərizəsinin qaytarılması” barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı tərəfindən cavabdeh “X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.9-cu maddələrinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda - məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Beləliklə də, təsvir olunanlara əsasən hesab edirəm ki, İddiaçı nümayəndəsi X1 xx xxxxxxx 2020-ci il tarixli “iddia ərizəsinin qaytarılması” barədə ərizəsinə əsasən İddiaçı cavabdeh “X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: “İddia ərizəsinin qaytarılması” barədə ərizə təmin edilsin. İddiaçı cavabdeh “X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar