Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-5/2020 02.03.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, X3 İlqar qızının katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı“xxxx” MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” MMC 2015-ci ildə müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsulları və əkinçilikdə istifadə etmək məqsədi ilə dərman preparatları və gübrəni vətəndaş Cavabdeh satmışdır. Aldığı mallara görə Cavabdeh şifahi razılaşma əsasında ödənişi xx.xx.2015-ci il tarixədək həyata keçirməli idi. İddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında iddiaçı “xxxx” MMC tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş öhdəlik icra edilmiş, yəni cavabdeh tərəfindən tələb olunan mallar verilmiş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəlik tam icra olunmamışdır. Göründüyü kimi, tərəflər arasında qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh iştirakı ilə “xxxx” MMC-dən aldığı mallar üzrə hesablaşmasının nəticəsi ilə əlaqədar qarşılıqlı üzləşmə aparılmışdır. Qarşılıqlı üzləşmə nəticəsində cavabdehin xx xxxxxx 2015-ci il tarixə “xxxx” MMC-yə borcu 19323,34 manat (18455,92 ABŞ dolları) təşkil etmişdir. Bu aktı “xxxx” MMC-nin baş aqronomu Xəlilov Eldar, mühasib-xəzinədar Musayev Məhərrəm və Cavabdeh imzalayaraq təsdiqləmişlər. Yəni, “xxxx” MMC malları xarici ölkələrdən ABŞ dolları ilə aldığı üçün qiymətlər Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının rəsmi məzənnəsinə uyğun olaraq hesablanır. xx xxxxxx 2015-ci il tarixli üzləşmə aktı tərtib olunarkən Azərbaycan Respublikası Mərkəzi Bankında ABŞ dollarının rəsmi məzənnəsi 1,047 AZN olduğundan Cavabdeh “xxxx” MMC-yə olan borcu 19323,34 manat (18455,92 ABŞ dolları) təşkil etmişdir. Bu müddət ərzində cavabdeh “xxxx” MMC-nin hesabına ödəniş etmiş və hal-hazırda cavabdehin MMC-yə olan borcu 6544,34 (6250,34 ABŞ dolları: məzənnə-1,047 AZN) AZN təşkil edir. Bununla bağlı, cavbdehə borcun ödənilməsi üçün şifahi xəbərdarlıq edilmişdir. Eyni zamanda, ona 690 saylı, 02 iyul, 2018-ci il tarixli yazılı xəbərdarlıq edilsə də, o, bu xəbərdarlığı almaqdan imtina etmişdir. Beləliklə, Cavabdeh göstərilən tarixdən borcu ümumilikdə 6544,10 AZN təşkil edir. Göstərilənlərə əsasən iddiaçı məhkəmədən Cavabdeh “xxxx” MMC-dən aldığı bitki mühafizə vasitələrinə görə olan 6544,10AZN (altı min beş yüz qırx dörd manat on qəpik) həcmində borcun alınaraq “xxxx” MMC-nin hesabına keçirilməsi, “xxxx” MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçı “xxxx” MMC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh 4000 (dörd min) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq xxxx” MMC-yə ödənilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X2 iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh iddianı qəbul etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddiaçının ərizəsini nəzərə alıb, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli üzləşmə aktından görünür ki, həmin tarixə Cavabdeh “xxxx” MMC-yə 18455,92 ABŞ dolları həcmində borcu vardır. İş materiallarında olan 02 iyul, 2018-ci il tarixli məktubdan görünür ki, həmin tarixdə Cavabdeh “xxxx” MMC-yə 6544,10 AZN həcmində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, “xxxx” MMC 2015-ci ildə müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsulları və əkinçilikdə istifadə etmək məqsədi ilə dərman preparatları və gübrəni vətəndaş Cavabdeh satmışdır. Şifahi razılaşma əsasında cavabdeh xx.xx.2015-ci il tarixədək ödənişi həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh iddiaçıya olan borcunun bir hissəsini ödəmiş, 6544,10 AZN məbləğini isə ödəməmişdir. Buna görə də iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh “xxxx” MMC-dən aldığı bitki mühafizə vasitələrinə görə 4000 (dörd min) manat məbləğində borc tutularaq, iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən aldığı bitki mühafizə vasitələrinə görə 4000 (dörd min) manat məbləğində borc tutularaq, iddiaçı “xxxx”MMC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehdən 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №2-2(119)-5/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-5/2020
02.03.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver