Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-515/2020 29.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı” MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxx” MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-6304/2019 №-li qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. “xxxxxxxxxxxx” MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı “xxxxxxxxxxxx” MMC Cavabdeh onun sifarişləri əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malla təmin etməyi, Cavabdeh isə malı qəbul edib, malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin o, iddiaçı “xxxxxxxxxxxx” MMC-nin satıb dəyərini ödəmək şərti ilə ona verdiyi malların müəyyən bir hissəsinin pulunu ödəmiş, qalan məbləği isə ödəməmişdir. Qalıq borcun müəyyən edilməsi üçün şirkət əməkdaşlarının iştirakı ilə xx.xx.2019-cu il tarixdə ona verilmiş malların qalıq borcunun müəyyən edilməsi üçün araşdırma aparılmışdır. Araşdırılma nəticəsində cavabdeh üzləşmə aktını imza etməklə satış məqsədi ilə ona verilmiş 12657,50 manat məbləğində malın dəyərini Cəmiyyətə ödəmədiyini təsdiq etmiş və borcunu ödəmək üçün vaxt istəmişdir. Lakin vaxt verilməsinə baxmayaraq o, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, borcu hazırkı tarixədək ödəməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən Cavabdeh 12657,50 manat əsas borc, müqavilə üzrə gecikdirilmiş 90 gün üçün hesablanmış 5695,5 manat cərimə və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 18.383 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq “xxxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçının nümayəndəsi G.Həsənovanın ərizəsinə əsasən “xxxxxxxxxxxx” MMC-nin hüquqi varisi İddiaçı MMC məhkəmə tərəfindən iş üzrə iddiaçı kimi tanınmışdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh izahat verərək, iddia ərizəsində göstərilən borcla qismən razılaşdığını bildirmişdir. O, məhkəməyə ödəniş qəbzləri təqdim edərək, iddiaçıya olan 12657 manat məbləğində borcundan 4630 manat məbləğində ödəniş etdiyini, cərimə borcu ilə isə razılaşmadığını demiş, bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin ödənişlər etməsi ilə bağlı iddiaçının nümayəndəsi G.Həsənova izahat verərək bildirmişdir ki, iddiaçı Cavabdeh ilə yanaşı, onun qardaşı X6 da iddiaçı şirkətlə əməkdaşlıq etmişdir. Eyni vaxtda hər iki qardaşın “xxxxxxxxxxxx” MMC-yə borcu yaranmışdır. Cəmiyyət Elnur Tağıyevlə bağlı Sumqayıt şəhər Məhkəməsində iddia qaldırmış və həmin Məhkəmənin qətnaməsi ilə X2 4630 manat məbləğində əsas borc, 50 manat məbləğində cərimə borcu və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iş icraya yönəldildikdən sonra bununla bağlı Elnurun ailəsində yaranmış narazılığın aradan qaldırılması üçün Cavabdeh könüllü şəkildə qardaşının borcunu ödəmiş və bu səbəbdən iddiaçının müraciəti əsasında Sumqayıt şəhəri üzrə İcra idarəsində icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəməyə təqdim olunan qəbzlər də həmin iş üzrə icraata xitam verilməsinə əsas olan qəbzlərdir. Cavabdeh öz borcu isə ödənilməmişdir. Bundan sonra Cavabdeh iddiaçıya olan öz borcunu etiraf etmiş, cərimə ilə razılaşmadığını bir daha qeyd etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC “xxxxxxxxxxxx” MMC-nin hüquqi varisidir. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli 221 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxxx” MMC Cavabdeh onun sifarişləri əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malla təmin etməyi, Cavabdeh isə malı qəbul edib, malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 002042 nömrəli təhvil-təslim aktından görünür ki, Cavabdeh həmin aktı imzalayaraq iddiaçıya 12657,50 manat məbləğində borcu qaldığını təsdiq etmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi kassa mədaxil orderlərindən görünür ki, xx.xx.2019-cu il tarixdə 1560 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2019-cu il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2019-cu il tarixdə 1370 manat olmaqla, ümumilikdə 4630 manat məbləğində pul vəsaiti “xxxxxxxxxxxx” MMC-yə ödənilmişdir. İş materiallarında olan kassa məxaric orderlərindən görünür ki, müvafiq məbləğdə ödənişlər X3 borcu ilə əlaqədar həyata keçirilmişdir. İş materiallarında olan arayışdan görünür ki, İddiaçı MMC-yə X3 borcuna dair xx.xx.2019-cu il tarixdə 1560 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2019-cu il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2019-cu il tarixdə 1370 manat ödəniş olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, X2 4630 manat məbləğində əsas borc, 50 manat məbləğində cərimə borcu və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. “xxxxxxxxxxxx” MMC-nin X4 qarşı pul tələbinə dair iddiası üzrə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrasına dair İcra işinin öyrənilməsi ilə aparıılmış məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh məhkəməyə təqdim etdiyi qəbzlər onun qardaşı X3 iddiaçı qarşısında olan borc öhdəliyinin yerinə yetirilməsinə dair ödənişlərlə bağlıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdehalğı-satqı müqaviləsi əsasında İddiaçı MMC-dən mal almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında həmin malların məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş cərimələri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh alğı-satqı müqaviləsi əsasında iddiaçıdan razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malları almasına dair hüququndan istifadə etmiş, malların dəyərini və yaranan cərimələri ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı MMC cavabdehdən alğı-satqı müqaviləsi ilə bağlı yaranmış əsas borcu və cərimə borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəyə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeharasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən Cavabdehrazılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malları əldə etmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Buna görə də, iddiaçı məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, iddianın əsas borcla bağlı hissəsi cavabdehin etirafı və iş materialları ilə öz təsdiqini tapır. Buna görə də iddia əsas borc tələb olunan hissədə təmin olunmalıdır. Əsas borc 12657,50 manat təşkil etdiyi halda, 5695,5 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 300 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsas borc tələbinə dair hissədə əsaslı olduğu üçün tam təmin olunmalı, cərimə tələbinə dair hissədə isə qismən əsaslı olduğu üçün cərimə 300 manat məbləğində tutulmalı, qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 12.657,50 manat əsas borc, 300 manat cərimə olmaqla, ümumilikdə 12.957,50 manat məbləğində pul tutularaq, iddiaçı "İddiaçı” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 30%iddiaçıya, 70%-i cavabdehə aid edilsin. Cavabdehdən 21 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №2-2(119)-515/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-515/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver