Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-563/2020 27.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətininnümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia və cavabdeh “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə qarşı “borcun silinməsi” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx xxxxxxxx 2019-cu ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən istifadə olunan təbii qaza görə xx xxxx 2019-cu il tarixinədək yaranmış 525611,42 (beş yüz iyirmi beş min altı yüz on bir manat 42 qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(085)- 473/2019 nömrəli qiyabi qətnaməsi ilə həmin iddia tələbi təmin edilmiş olsa da, cavabdeh “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi əsasında qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(085)-473/2019 nömrəli qərardadı ilə həmin qiyabi qətnamə ləğv edilərək, işin mahiyyəti üzrə baxılması təzələnmişdir. Cavabdeh “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə İddiaçınə qarşı “borcun silinməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk İddiaçı ilkin iddiasının rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək İddiaçı X2 əsassız hesablanmış 745967,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X2 “borcun tutulması” barədə iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 2018-ci il tarixli 2/625 saylı Müqavilə əsasında cavabdeh “xxxxxxxx” MMC-ni təbii qazla təchiz edir.Həmin Müqavilə əsasında istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə cavabdeh “xxxxxxxx” MMC-nin xx xxxx 2019-cu il tarixə 525611,42 (beş yüz iyirmi beş min altı yüz on bir manat 42 qəpik) manat borcu yaranmışdır. Mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə İddiaçı X2 müvafiq məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında imzalanmış xx xxxxxx 2018-ci il tarixli 2/625 saylı qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Çünki, Müqavilənin 3.4-cü bəndinə əsasən hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may tarixli 2011-ci il 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müxtəlif normalarının məzmunu qeyd olunur). Cavabdeh “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “borcun silinməsi” barədə qarşılıqlı iddia ərizəsində qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxx” MMC özünə məxsus istixanada tərəvəz məhsullarının istehsalı ilə məşğuldur. İstixanada quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edilir. Bununla bağlı “xxxxxxxx” MMC ilə İddiaçı İB arasında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. İstifadə edilmiş təbii qazın dəyəri həmişə vaxtında ödənilmişdir. Bu günədək ödənişlə bağlı heç bir mübahisə olmamışdır. Lakin, xx xxxxxxx 2018-ci ildə İddiaçı İB tərəfindən istixanada quraşdırılmış qaz sayğacı dəyişdirilmiş və bundan sonra həmin gündən başlayaraq qaz sayğacı əvvəlki illərlə müqayisədə 5-6 dəfə çox yazmağa başlamışdı. Bununla bağlı dəfələrlə İddiaçınə müraciət edilmişdir. Müraciətləridən sonra xx xxxxxx 2020-ci il tarixdə istixananın qaz sayğacı dəyişdirilmiş və bundan sonra sayğac əvvəlki kimi normal sərfiyyat yazmağa başlamışdı. Belə ki, 2018-ci ilin noyabr ayında 118688,20 manat, dekabr ayında 211957 manat, 2019-cu ilin yanvar ayında 196023,80 manat, fevral ayında 197889,20 manat və mart ayında 123470,40 manat əsassız borc pul hesablanmışdır. Həmçinin, 2020-ci ilin yanvar ayında “xxxxxxxx” MMC-nə səbəbi məlum olmayan 43695,60 manat məbləğində cərimə yazılmışdır. Halbuki həmin ayda sayğac vasitəsi ilə 41222,20 manatlıq təbii qazdan istifadə edilmiş və "İddiaçı" İB tərəfindən “xxxxxxxx” MMC-nə bununla bağlı hesab faktura təqdim edilmişdir. Nə qədər cəhd göstərilsə də, cərimənin nəyə əsasən yazıldığını "İddiaçı" İB-nin nümayəndələri izah edə bilməmişlər. Beləliklə, İddiaçı X2 2018-ci ilin noyabr ayından 2020-ci ilin yanvar ayına kimi olan dövrdə “xxxxxxxx” MMC-nə əsassız olaraq 891724,20 manat (118688,20+211957+196023,80+197889,20+123470,40+43695,60=891724,20) borc hesablanmışdır. Halbuki, “xxxxxxxx” MMC-nin 2017-ci ilin noyabr-2018-ci ilin mart aylarında cəmi 145757 manat qaz sərfiyyatı olmuşdur. Nəticədə “xxxxxxxx” MMC-nə 6 dəfədən çox əsassız qaz sərfi hesablanmışdır. “xxxxxxxx” MMC-nin həmin dövr üçün real sərfiyyatı əvvəlki illərin sərfiyyatına yaxın ola bilər. Beləliklə, 891724,20-145757=745967,20 manat. Axı necə ola bilər ki, eyni istixana, cihazları artmayıb, əkin əvvəlki əkin olduğu halda sərfiyyat 6 dəfədən çox artıb. Bu faktı 2020-ci ilin yanvar ayında yeni sayğac quraşdırılandan sonra istixanadakı sərfiyyat da sübut edir. Sayğac dəyişildikdən sonra sərfiyyat azalaraq 2020-ci ilin yanvar ayına 41222,20 manat, fevral ayına 15381,20 manat, mart ayına 7628,80 manat olmuşdur. Göründüyü kimi, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sərfiyyat 7 dəfədən çox aşağı düşmüşdür. İstənilən energetika sahəsi üzrə mütəxəssis işi araşdırsa hesablanmış borcun reallıqdan uzaq olduğunu asanlıqla müəyyən edə bilər. “Qazdan istifadə qaydaları”nın 4.1-ci bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Standartlaşdırma Metrologiya və Patent Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin qaydaların 5.2-ci bəndinə əsasən Qaz payiayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz payiayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz payiayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X3 “borcun tutulması” barədə iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etmədiyini bildirərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, ilkin iddianın təmin edilməsi və cavabdeh “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən istifadə olunan təbii qaza görə xx xxxx 2019-cu il tarixinədək yaranmış 525611,42 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, “borcun silinməsi” barədə qarşılıqlı iddianın isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 “borcun silinməsi” barədə qarşılıqlı iddia tələbini müdafiə edib, “borcun tutulması” barədə ilkin iddia ərizəsini qəbul etmədiyini bildirərək, qarşılıqlı iddia ərizəsində yazılanlara uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsi və İddiaçı X2 əsassız hesablanmış 745967,20 manat borcun silinməsi, ilkin iddianın isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, ilkin iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən “borcun tutulması” barədə ilkin iddia təmin, “borcun silinməsi” barədə qarşılıqlı iddia isə qismən edilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, paylayıcı İddiaçı ilə hüquqi ünvanı Abşeron rayonu, Zirə Südçülük sovxosunda yerləşən istehlakçı “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 2/625 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə Müqaviləyə əsasən“xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus sahibkarlıq obyekti, yəni “istixana” kompleksi (abonent kodu **********00000) fasiləsiz olaraq təbii qazla təmin edilmiş və istifadə olunan təbii qaza görə xx xxxx 2019-cu il tarixinə 525611,42 (beş yüz iyirmi beş min altı yüz on bir manat 42 qəpik) manat məbləğində ödənilməmiş borc yaranmışdır və həmin borc istehlak edilən təbii qazın hesabatı üçün quraşdırılmış sayğaz əsasında ayrı-ayrı aylar üzrə hesablanmış sərfiyyatın xx xxxx 2019-cu il tarixinə olan ödənilməmiş hissəsidir. İstehlak edilən qazın dəyəri ilə əlaqədar yaranmış borcun ödənilməsi üçün istehlakçı “xxxxxxxx” MMC müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, hal-hazıradək həmin borcdan heç bir məbləğdə pul ödənilməmişdir. Bununla belə, istehlakçı “xxxxxxxx” MMC tərəfindən məlum sahibkarlıq obyektində istehlak edilən təbii qazın dəyəri müvafiq qaydada ödənilmədiyi üçün borcun məbləği hazırkı dövrdə daha da artmışdır. İş materiallarında olan İddiaçı X2 məhkəməyə təqdim olunmuş istehlakçı “xxxxxxxx” MMC-nin adına tərtib edilmiş və xx xxxxxxx 2020-ci ildə çap edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, abonent “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təbii qazdan istifadəyə görə xx xxxx 2019-cu il tarixinə 525611,42 manat məbləğində borc qalığı olsa da, xx xxxxxxx 2020-ci il tarixinə istehlak edilən təbii qazın dəyərinin ödənilməmiş hissəsi olaraq cəmi 576871,42 manat məbləğində borcu yaranmışdır. Lakin, həmin borcun 43695,60 manat hissəsi əlavə sərfiyyat olaraq 2020-ci ilin yanvar ayında hesabata (məlum Abonent Saldosunun “Aktlar” bölməsinə) daxil edilmişdir və həmin məbləğ sayğacın hesabatına görə deyil, əlavə sərfiyyat kimi hesablanmışdır. İş materiallarında olan, paylayıcı İddiaçı ilə istehlakçı “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 2/625 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı” barədə Müqavilənin 2.3-cü bəndinin tələblərinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilatıtexniki tədbirləri yerinə yetirmək və təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayacıya dəymiş zərəri ödəmək - İstehlakçının vəzifələri kimi müəyyən edilmişdir. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam tam ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən, qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, xx xxxx 2019-cu il tarixinədək olan hesabata görə istifadə etdiyi təbii qaza görə istehlakçı “xxxxxxxx” MMC-nin paylayıcı İddiaçınə cəmi 525611,42 (beş yüz iyirmi beş min altı yüz on bir manat 42 qəpik) manat məbləğində debitor borcu olmuş və hal-hazıradək həmin borc ödənilməmişdir. Lakin, bundan sonra da istehlak edilən təbii qazın dəyəri müvafiq qaydada ödənilmədiyi üçün istehlakçı “xxxxxxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixinə 576871,42 manat məbləğində borcu yaranmış və həmin borcun 43695,60 manat hissəsi əlavə sərfiyyat olaraq 2020-ci ilin yanvar ayında hesabata daxil edilmişdir. Göründüyü kimi, ilkin iddia tələbində tutulması tələb olunan və eyni zamanda, qarşılıqlı iddia ərizəsində silinməsi tələb olunan 745967,20 manat borcun 525611,42 manat hissəsi istehlakçı “xxxxxxxx” MMC-yə məxsus sahibkarlıq obyektində xx xxxx 2019cu il tarixinədək istehlak edilən, lakin dəyəri ödənilməmiş təbii qaza görə yaranmış borcdur. Qarşılıqlı iddia ərizəsində silinməsi tələb olunan 745967,20 manat borcun 43695,60 manat hissəsi isə əlavə sərfiyyat (Akt) əsasında hesablanmış məbləğdir. Yəni, qarşılıqlı iddia ərizəsi ilə silinməsi tələb olunan 745967,20 manat borcun 43695,60 manat hissəsi əlavə sərfiyyat olaraq hesablanmış olsa da, qalan hissəsi İstehlakçının sahibkarlıq obyektində quraşdırılmış hesabat sayğacı əsasında hesabatı aparılmış qaz sərfiyyatının dəyəridir. Beləliklə də, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 2/625 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı” barədə Müqavilənin tərəfi olaraq istehlakçı “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin Müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək, xx xxxx 2019-cu il tarixinədək istehlak etdiyi qazın dəyəri olaraq yaranmış 525611,42 manat məbləğində debitor borcunu, həmçinin həmin tarixdən sonra da istifadə edilmiş təbii qazın dəyərini hesabat sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı İddiaçı hesabına ödəməyərək, həmin Müqavilə şərtlərinivə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərini pozmuşdur. Qeyd etmək lazımdır ki, istehlak edilən təbii qazın sərfiyyatı ilə əlaqədar sayğac vasitəsi ilə aparılan və xx xxxx 2019-cu il tarixinədək yaranmış olan 525611,42 manat məbləğində debitor borcu və eyni zamanda, qarşılıqlı iddia ərziəsində silinməsi tələb olunan 745967,20 manat borcun debitor borca aid hissəsi, yəni həmin məbləğin 43695,60 manat hissəsindən əlavə qalan məbləği istehlak edilən təbii qazın sərfiyyatı olaraq sayğacla aparılan hesabata əsaslanmış olduğundan, həmin məbləğin əsassız hesablanması müəyyən olunmur. Lakin, əlavə sərfiyyat olaraq 2020-ci ilin yanvar ayında ümumi borca daxil edilmiş 43695,60 manat məbləğində əlavə sərfiyyat kimi hesablanmış borcun yaranma əsaslarının qanuniliyi və əsaslılığı mötəbər sübutlar əsasında mübahisəsiz olaraq müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəllənin tələblərinə görə bu halı, yəni “əlavə sərfiyyat olaraq 2020-ci ilin yanvar ayında 43695,60 manat məbləğində hesablanan borcun” yaranma əsaslarının qanuniliyini sübut etmək vəzifəsi paylayicinın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı İB-nin cavabdeh “xxxxxxxx” MMC-nə qarşı “borcun tutulması” barədə, yəni xx xxxx 2019-cu il tarixinədək yaranmış 525611,42 (beş yüz iyirmi beş min altı yüz on bir manat 42 qəpik) manat məbləğində borcun cavabdeh “xxxxxxxx” MMC-dən tutulması barədə iddia tələbi əsaslıdır. Eyni zamanda, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh “xxxxxxxx” MMC-nin İddiaçı İB-nə qarşı “borcun silinməsi” barədə qarşılıqlı iddia tələbi isə qismən, yəni qarşılıqlı iddia ərziəsində silinməsi tələb olunan 745967,20 manat borcun“xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə əlavə sərfiyyat olaraq 2020-ci ilin yanvar ayında hesablanmış 43695,60 (qırx üç min altı yüz doxsan beş manat 60 qəpik) manat məbləğində borcun silinməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, “borcun tutulması” barədə ilkin iddia tələbi təmin edilməli və cavabdeh “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən (abonent kodu **********00000) istifadə olunan təbii qaza görə xx xxxx 2019-cu il tarixinədək yaranmış 525611,42 (beş yüz iyirmi beş min altı yüz on bir manat 42 qəpik) manat məbləğində borc iddiaçı “İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin, “borcun silinməsi” barədə qarşılıqlı iddia qismən təmin edilməli və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X2 qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (abonent kodu **********00000) əlavə sərfiyyat olaraq 2020-ci ilin yanvar ayında hesablanmış 43695,60 məbləğində borc silinməlidir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilsin. Cavabdeh “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən (abonent kodu **********00000) istifadə olunan təbii qaza görə xx xxxx 2019-cu il tarixinədək yaranmış 525611,42 (beş yüz iyirmi beş min altı yüz on bir manat 42 qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 525641,42 (beş yüz iyirmi beş min altı yüz qırx bir manat 42 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” barədə qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X2 qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (abonent kodu **********00000) əlavə sərfiyyat olaraq 2020-ci ilin yanvar ayında hesablanmış 43695,60 (qırx üç min altı yüz doxsan beş manat 60 qəpik) manat məbləğində borc silinsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-563/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-563/2020
27.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver