Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-6/2020 24.07.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ İş № 2-2(119)-6/2020 ARAYİŞ xx xxxx 2020-ci il Sumqayıt şəhəri Mən, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu tərtib edirəm həmin arayışı ondan ötrü ki, Sumqayıt Kommersiya Məhkəməsinin dəftərxanası tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində kommersiya işi kimi icraatıma daxil edilmiş 2-2(119)- 6/2020 nömrəli kommersiya işinin özü kağız daşıyıcıda mənə təqdim edilmədiyinə və Sistemdə həmin işə aid iddia ərizəsi və digər sənədlər olmadığına görə - həmin iş üçün “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdə olan məlumatlara əsasən müəyyən edilmişdir ki, həmin işin özü kommersiya işi kimi Sumqayıt Kommersiya Məhkəməsində mövcud deyildir və Sistemə mövcud olmayan işlə əlaqədar yalnız “2-2(119)-6/2020” nömrəsi daxil edilmişdir. Belə ki, 2019-cu ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vəfa Əzizovanın icraatında olmuş iddiaçı Şamaxı rayon l Çaylı Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və cavabdeh X1 iddiaçı Şamaxı rayon İ Çaylı Bələdiyyəsinə qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə olan 2-2(085)- 32/2019 nömrəli mülki işin 2020-ci ilə “qalıq iş” kimi sistemə daxil edilməsi nəticəsində 2-2(119)-6/2020 nömrəli kommersiya işi yaranmışdır. Halbuki, 2- 2(085)-32/2019 nömrəli mülki iş üzrə məhkəmə icraatı 2019-cu ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vəfa Əzizova tərəfindən müvafiq qətnamə qəbul edilməklə yekunlaşdırıldığı üçün - bu iş Sumqayıt Kommersiya Məhkəməsində növbəti ilə, yəni 2020-ci ilə “qalıq iş” kimi keçə bilməzdi. Çünki, 2-2(085)-32/2019 nömrəli mülki iş 2019-cu ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş və iş üzrə xx xxxxxx 2019-cu ildə 2-2(085)-32/2019 nömrəli qətnamə qəbul edilərək, həmin tarixdə işə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılması yekunlaşdırılmışdır (hakim Vəfa Əzizova). Eləcə də, həmin iş üzrə verilmiş apelyasiya şikayəti əsasında qəbul edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(105)-64/2019 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2-2(085)-32/2019 nömrəli qətnaməsi ləğv edilmiş və 2-2(085)- 32/2019 nömrəli mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə də, 2019-cu ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində mahiyyəti üzrə baxılaraq, məhkəmə qətnaməsi çıxarılmaqla baxışı yekunlaşdırılmış 2-2(085)-32/2019 nömrəli mülki iş 2019-cu ilin sonunda səhvən “yekun məhkəmə aktı qəbul edilməmiş mülki iş” kimi 2020-ci ildə 2- 2(119)-6/2020 nömrə ilə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində qeydiyyata alınmışıdr. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-6/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-6/2020
24.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver