Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-61/2020 11.06.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X6 qızının katibliyi, iddiaçı “Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Abdullayev Ramin Məhəmmədəli oğlunun, Cavabdeh iştirakı ilə, iddiaçı “Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Nikoyl” X2 Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda «Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti adlanır) xx xxxx 2019-cu ildə Cavabdeh qarşı «borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə 43043,38 manat faiz borcu və 12808,6 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 55851,98 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxx 2008-cü il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl” X2 Açıq Səhmdar Cəmiyyətindən illik 23 faizlə 24 ay müddətinə 100000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxx 2019-cu ilədək Cavabdeh Banka xx xxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə 43043,38 manat faiz borcu və 12808,6 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 55851,98 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(060)-5976/2019 nömrəli qətnaməsi ilə iddiaçı “Nikoyl” X2 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması”barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı “Nikoyl” X2 Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(060)-5976/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(105)-3879/2019 nömrəli qərardadı ilə məhkəmə aidiyyəti pozulduğu üçün Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(060)-5976/2019 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (hal-hazırda Sumqayıt Kommersiya Məhkəməsi) göndərilmişdir. Məhkəmə iclasında əvvəlki adı “Nikoyl” X2 Açıq Səhmdar Cəmiyyəti olan iddiaçı “Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, Cavabdeh xx xxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə 43043,38 manat faiz borcu və 12808,6 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 55851,98 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı “Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, öz mövqeyini xx xxx 2008-ci il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl” X2 Açıq Səhmdar Cəmiyyətindən 24 ay müddətinə götürmüş olduğu 100000 manat krediti xx xxxxx 2012-ci ildə 130000 manat ödəməklə tam bağlaması, bununla əlaqədar Bank tərəfindən ona xx xxxxx 2012-ci il tarixli mədaxil qəbzi və həmin müqavilə üzrə öhdəliklərinin tam yerinə yetirilməsi barədə xx xxxxx 2012-ci il tarixli arayış verilməsi və eləcə də, həmin Müqaviləyə görə yaranmış mübahisə üzrə iddia müddəti ötürüldükdən sonra iddiaçı tərəfindən məhkəməyə müraciət olunması ilə əsaslandıraraq, məhkəmədən iddiaçı tərəfindən ona qarşı verilmiş hazırkı iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “Nikoyl” X2 Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və həmin dəyişiklik xx xxxxxx 2019-cu ildə müvafiq qaydada qeydə alınmışdır. İş materiallarından görünür ki, borc verən “Nikoyl” X2 Açıq Səhmdar Cəmiyyəti ilə borc alan – hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN 290066852) arasında 24 ay müddətinə bağlanmış 22may 2008-ci il tarixli 1841/1864 SG (01) №-li X4 əsasən sonuncuya illik 23% hesablanmaqla 24 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli maliyyə arayışında göstərilir ki, xx xxx 2008-ci il tarixli 1841/1864 SG (01) saylı Kredit müqaviləsi üzrə Cavabdeh Banka 43043,38 manat faiz borcu və 12808,6 manat cərimə borcu olmaqla, cəmi 55851,98 manat məbləğində borcu vardır. xx xxxx 2020-ci ildə keçirilən məhkəmə iclasında cavabdeh tərəfindən əsilləri məhkəməyə təqdim edilmiş və tərəflərin iştirakı ilə tədqiq olunaraq surətləri çıxarılıb iş materiallarına əlavə edilmiş xx xxxxx 2012-ci il tarixli 1***-*******4 nömrəli mədaxil qəbzindən və “Nikoyl” İKB Sumqayıt Filialının müdiri tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx xxxxx 2012-ci il tarixli 126 nömrəli məktubdan görünür ki, xx xxxxx 2012-ci ildə Cavabdeh tərəfindən “Nikoyl” İKB-yə 130000 (yüz otuz min) manat pul ödənilmiş və «Nikoyl» İKB ilə sahibkar Cavabdeh arasında bağlanmış xx xxx 2008-ci il tarixli 1841/1864 SG (01) №-li kredit müqaviləsinə öhdəliklər tam yerinə yetirildiyi üçün xitam verilmişdi. Eyni zamanda qeyd etmək lazımdır ki, hazırkı iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinin icraatında olarkən Cavabdeh xx xxxx 2019-cu il tarixli “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti ötürüldüyü üçün iddiaçı “Nikoyl” X2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvi rolunanlarla müəyyənedilir ki, “Nikoyl” X2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxx 2008-ci il tarixli 1841/1864 SG (01) №-li X4 əsasən sonuncunun illik 23% hesablanmaqla 24 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit alması faktı sübuta yetirilsə də, iddiaçı tərəf həmin müqavilə üzrə xx xxxx 2019-cu il tarixə hesablanmış “43043,38 manat faiz borcu və 12808,6 manat cərimə borcu olmaqla, cəmi 55851,98 manat borcun” ödənilməli olması faktını hər hansı bir mötəbər sübutla sübuta yetirə bilməmişdir. Cavabdeh iddia tələbinə etirazının əsası kimi məhkəməyə təqdim etdiyi və krediti vermiş Bankın özü tərəfindən tərtib edilərək Borc alana verilmiş xx xxxxx 2012-ci il tarixli 1***-*******4 nömrəli mədaxil qəbzində və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx xxxxx 2012-ci il tarixli 126 nömrəli məktubda isə Cavabdeh 22may 2008-ci il tarixli 1841/1864 SG (01) №-li X5 üzrə iddiaçı «Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə (“Nikoyl” X2 Açıq Səhmdar Cəmiyyətinə) olan borcunun tam ödənildiyi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 529.4-cü maddəsinə əsasən, borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı “Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi, yəni “Cavabdeh xx xxx 2008-cü il tarixli kredit müqaviləsi üzrə 43043,38 manat faiz borcu və 12808,6 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 55851,98 manat borcun iddiaçının xeyrinə tutulması” barədə iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən – hazırkı iş üzrə iddia tələbi təmin olunmadığı üçün məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-61/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-61/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver