Məhkəmə qərarları › İş №2-2(119)-625/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-625/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-625/2020 12.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Мəhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə iddiaçı “xxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair idda ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsiilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə cəmi 725.93 (yeddi yüz iyirmi beş manat doxsan üç qəpik) manat tutulması barədə . İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəflər arasındabağlanmış GSM müqaviləsinə əsasən 624,28 manat, GSM müqaviləsinə əsasən fərdi nömrələr üzrə isə 71,25 manat məbləğində “xxxxxxx” MMC-nin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparmış və nəticədə cəmi 695,53 manat məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını “xxxxxxx” MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesabfakturada göstərilən ödəniş şərtləri abonent tərəfindən pozularsa, xxxxxxx” MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə, borclu müqavilənin şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən cavabdehdən 695,53 manat məbləğində xidmət haqqının və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Ələmov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli abunə müqaviləsinə əsasən iddiaçı tərəflər arasında razılaşdırılmış şərtlərəəsasən müqaviləyə əlavə olunmuş siyahıda əks olunan nömrələri cavabdehə təqdim edir, cavabdeh tərəfindən tərəflərin razılaşdırdıqları şərtlərə uyğun olaraq xidmətlərdən müqavilədə nəzərdə tutulan qaydada istifadə edilməsi və müvafiq tarif planına uyğun olaraq xidmət haqqının ödənilməsini həyata keçirilir.İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2012-ci il tarixli abunə müqaviləsinə əsasən cavabdehə təqdim edilmiş nömrələr əsasında göstərilmiş rabitə və internet xidmətlərinə görə korporativ hesab üzrə 624,29 manat, fərdi hesab üzrə 71,25 manat borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh borcun tez bir zamanda xxxxxxx” MMC-yə ödəməli olduğu, əks halda borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən, iddiaçı müqaviləyə əlavə olunmuş siyahıda əks olunan nömrələri cavabdehə təqdim edir, cavabdeh tərəflərin razılaşdırdıqları şərtlərə uyğun olaraq xidmətlərdən müqavilədə nəzərdə tutulan qaydada istifadə edilməsi və müvafiq tarif planına uyğun olaraq xidmət haqqının ödənilməsini həyata keçirir.Müqavilə üzrə cavabdehin iddiaçıya 725.93 manat borcu yaranmışdır. Lakin, cavabdeh iddiaçıya olan borcunu ödəməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan borcu iş materialları ilə təsdiq olunduğundan və iddia əsaslı olduğuna görə təmin edilməli, cavabdehdən 695.53 manat xidmət haqqı və 30.40 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 725.93 (yeddi yüz iyirmi beş manat doxsan üç qəpik) manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 695.53 manat xidmət haqqı və 30.40 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 725.93 (yeddi yüz iyirmi beş manat doxsan üç qəpik) manat “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində ondan Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar