Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-67/2024 21.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı Azərbaycan Respublikasında qeydiyyata alınmış İddiaçı cavabdeh Qazaxıstan Respublikasında qeydiyyata alınmış Cavabdehna qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasında qeydiyyata alınmış İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Qazaxıstan Respublikasında qeydiyyata alınmış Cavabdehna qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3654,42 (üç min altı yüz əlli dörd ABŞ dolları qırx iki sent) ABŞ dolları məbləğində əsas borcun, 6668 (altı min altı yüz altmış səkkiz) ABŞ dolları dəbbə pulunun və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin Qazaxıstan Respublikasında qeydiyyata alınmış Cavabdehndan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, Qazaxıstan Respublikasında qeydiyyata alınmış Cavabdeh ilə iddiaçı Azərbaycan Respublikasında qeydiyyata alınmış İddiaçı arasında imzalanmış 21 iyul 2022 tarixli, STP-SD-202200285 nömrəli alqı-satqı müqaviləsinə əsasən borclu Cavabdeh 3654,42 ABŞ dolları məbləğində borcu bir ildən çoxdur ki, ödəməkdən əsassız imtina edir. **********7730 nömrəli 10 avqust 2022-ci il tarixli gömrük bəyannaməsindən, 1974 nömrəli yol vərəqəsindən (CMR), 04 avqust 2022-ci tarixli, 329/22 nömrəli hesab fakturadan və bağlama listindən, 420031 nömrəli mənşə sertifikatından göründüyü kimi 11410 kq çəkidə, 2086 metr uzunluğunda, 40468,40 ABŞ dolları dəyərində kabel məhsulları Cavabdehna təhvil verilməsi üçün Qazaxstan Respublikasına ixrac edilib. **********7739 nömrəli 10 avqust 2022-ci il tarixli gömrük bəyannaməsindən, 000945 nömrəli yol vərəqəsindən (CMR), 04 avqust 2022-ci il tarixli, 330/22 nömrəli hesab fakturadan və bağlama listindən, 420030 nömrəli mənşə sertifikatından göründüyü kimi 11168 kq çəkidə, 2067 metr uzunluğunda, 40099,80 ABŞ dolları dəyərində kabel məhsulları Cavabdehna təhvil verilməsi üçün Qazaxstan Respublikasına ixrac edilib. Göründüyü kimi, ümumilikdə 80568,20 ABŞ dolları məbləğində mallar Cavabdehna təhvil verilib. Cavabdeh təhvil aldığı mallar görə 25 iyul 2022-ci il tarixində 55338,50 ABŞ dolları, 12 oktyabr 2022-ci il tarixində 21575,28 ABŞ dolları olmaqla, ümumilikdə 76913,78 ABŞ dolları məbləğində ödəniş etmişdir. Lakin qalan 3654,42 ABŞ dolları məbləğində borcun ödənişindən bir ildən artıq bir müddətdir ki, əsassız imtina edilir. Həmçinin müqavilənin 6.5-ci bəndinə əsasən alıcı ödənişi gecikdirdiyi hər bir günə görə satıcıya gecikdirilən ödəniş məbləğinin 0,5 faizi həcmində dəbbə pulunu ödəməyi öhdəsinə götürüb. Buna görə də, 3654,42 ABŞ dolları məbləğində borcun bir ildən daha artıq bir müddətə gecikdirilməsinə görə alıcı 6668 ABŞ dolları məbləğində dəbbə pulunu da satıcıya ödəməlidir (3654 * 0,5% * 365). Mübahisənin məhkəmədən kənar həlli məqsədi ilə İddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Qazaxıstan Respublikasında qeydiyyata alınmış Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan satıcı Azərbaycan Respublikasında qeydiyyata alınmış İddiaçı ilə alıcı Qazaxıstan Respublikasında qeydiyyata alınmış Cavabdeh arasında bağlanmış 21 iyul 2022-ci il tarixli STP-SD-202200285 nömrəli alqı-satqı müqaviləsinə əsasən “satıcı” texniki xüsusiyyətləri, dəyəri, təchizat müddəti və şərtləri müqaviləyə Əlavələrdə göstərilən malları satmağı, “alıcı” isə həmin məhsulları Əlavələrdə razılaşdırılmış şərtlərə uyğun olaraq qəbul edib dəyərini ödəməyi öz öhdələrinə götürürlər. İş materiallarında olan İddiaçı ilə alıcı Qazaxıstan Respublikasında qeydiyyata alınmış Cavabdeh arasında bağlanmış 21 iyul 2022-ci il tarixli STP-SD-202200285 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən satıcı tərəfindən alıcıya 79055 ABŞ dolları dəyərində, 4075 metr uzunluqda kabellərin satılması nəzərədə tutulmuşdur. İş materiallarından görünür ki, 21 iyul 2022-ci il tarixli STP-SD-202200285 nömrəli müqavilə üzrə İddiaçı tərəfindən Cavabdehna 40468,40 ABŞ dolları dəyərində, 2086 metr uzunluqda, netto çəkisi 11410 kq, brutto çəkisi 13640 kq olan kabellərin satılması barədə 329/22 nömrəli 04 avqust 2022-ci il tarixli hesab faktura təqdim edilmişdir. İş materiallarından görünür ki, 21 iyul 2022-ci il tarixli STP-SD-202200285 nömrəli müqavilə üzrə İddiaçı tərəfindən Cavabdehna 40099,80 ABŞ dolları dəyərində, 2067 metr uzunluqda, netto çəkisi 11168 kq, brutto çəkisi 13400 kq olan kabellərin satılması barədə 330/22 nömrəli 04 avqust 2022-ci il tarixli hesab faktura təqdim edilmişdir. İş materiallarında olan 1974 nömrəli, 09 avqust 2022-ci il tarixli beynəlxalq əmtəənəqliyyat qaiməsindən (CMR) görünür ki, ümumilikdə 13640 kq çəkidə, 2086 metr uzunluqda kabel İddiaçı MMC tərəfindən borclu Cavabdehna göndərilmişdir. İş materiallarında olan 000945 nömrəli, 09 avqust 2022-ci il tarixli beynəlxalq əmtəənəqliyyat qaiməsindən (CMR) görünür ki, ümumilikdə 13400 kq çəkidə, 2067 metr uzunluqda mallar İddiaçı MMC tərəfindən borclu Cavabdehna göndərilmişdir. İş materiallarında olan 10 avqust 2022-ci il tarixli **********7730 nömrəli gömrük bəyannaməsindən görünür ki, 10 avqust 2022-ci il tarixdə İddiaçı tərəfindən 40468,40 ABŞ dolları dəyərində, 2086 metr uzunluqda, netto çəkisi 11410 kq, brutto çəkisi 13640 kq olan kabellər Cavabdehna verilməsi üçün Qazaxıstan Respublikasına ixrac edilmişdir. İş materiallarında olan 10 avqust 2022-ci il tarixli **********7739 nömrəli gömrük bəyannaməsindən görünür ki, 10 avqust 2022-ci il tarixdə İddiaçı tərəfindən 40099,80 ABŞ dolları dəyərində 2067 metr uzunluqda, netto çəkisi 11168 kq, brutto çəkisi 13400 kq olan kabellər Cavabdehna verilməsi üçün Qazaxıstan Respublikasına ixrac edilmişdir. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, STP-SD-202200285 nömrəli alqı-satqı müqaviləsi üzrə İddiaçı "xxxx" ASC-dəki bank hesabına 55338,5 ABŞ dolları və 21575,28 ABŞ dolları olmaqla, ümumilikdə 76913,78 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 21 iyul 2022-ci il tarixli STP-SD-202200285 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən ümumilikdə 80568,20 ABŞ dolları dəyərində müvafiq mis kabellər cavabdehə göndərilmiş, lakin Cavabdeh tərəfindən 76913,78 ABŞ dolları məbləğində ödənişlər həyata keçirilsə də, öhdəlik tam icra edilməyərək malların hamısının dəyəri ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində həmin 3654,42 ABŞ (üç min altı yüz əlli dörd ABŞ dolları qırx iki sent) ABŞ dolları məbləğində əsas borcun, 6668 (altı min altı yüz altmış səkkiz) ABŞ dolları dəbbə pulunun və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin Cavabdehndan İddiaçı xeyrinə tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmiş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də iddia tələbi “İddiaçı xeyrinə Cavabdehndan 3654,42 ABŞ (üç min altı yüz əlli dörd ABŞ dolları qırx iki sent) ABŞ dolları məbləğində əsas borcun tutulması” hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “6668 (altı min altı yüz altmış səkkiz) ABŞ dolları dəbbə pulunun tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulu məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 100 (yüz) ABŞ dolları məbləğində dəbbə pulu tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 21 oktyabr 2023-cü il tarixli MŞB/11/2023-01825 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barəsində” arayışdan görünür ki, cavabdeh Qazaxıstan Respublikasında qeydiyyata alınmış Cavabdeh nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş və mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 200 (yüz) manat məbləğində mediasiya xərci cavabdeh Qazaxıstan Respublikasında qeydiyyata alınmış Cavabdehndan tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Qazaxıstan Respublikasında qeydiyyata alınmış Cavabdehndan (Biznes identifikasiya nömrəsi **********95) 3654,42 (üç min altı yüz əlli dörd ABŞ dolları qırx iki sent) ABŞ dolları məbləğində əsas borc, 100 (yüz) ABŞ dolları məbləğində dəbbə pulu və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci tutularaq iddiaçı Azərbaycan Respublikasında qeydiyyata alınmış İddiaçınə (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi **********) ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, cavabdeh Qazaxıstan Respublikasında qeydiyyata alınmış Cavabdehndan dövlət nəfinə 83,83 (səksən üç manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Qazaxıstan Respublikasında qeydiyyata alınmış Cavabdehndan (Biznes identifikasiya nömrəsi **********95) 3654,42 (üç min altı yüz əlli dörd ABŞ dolları qırx iki sent) ABŞ dolları məbləğində əsas borc, 100 (yüz) ABŞ dolları məbləğində dəbbə pulu və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci tutularaq iddiaçı Azərbaycan Respublikasında qeydiyyata alınmış İddiaçınə (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi **********) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Qazaxıstan Respublikasında qeydiyyata alınmış Cavabdehndan dövlət nəfinə 83,83 (səksən üç manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №2-2(119)-67/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-67/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver