Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-716/2024 02.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Sumqayıt bələdiyyəsinin Cavabdeh qarşı verdiyi “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı borcunun tutulması, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Sumqayıt bələdiyyəsi Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı borcunun tutulması, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə Cavabdeh icarəsinə verilmiş Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisində yerləşən sahəsi 500 kvadrat metr olan torpaq sahəsindən istifadəyə görə yaranmış 2484,78 (iki min dörd yüz səksən dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində icarə haqqı borcunun ondan iddiaçının xeyrinə tutulması, sözügedən torpaq sahəsinə dair iddiaçı ilə cavabdeh arasında bağlanılmış 25 iyul 2018-ci il tarixli,78 saylı torpaq icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və həmin torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq Sumqayıt bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(060)-1002/2024 nömrəli qərardadı ilə mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-2(119)-716/2024 nömrəli qərardadı ilə iddiaçı Sumqayıt bələdiyyəsi tərəfindən Cavabdeh qarşı verilmiş “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı borcunun tutulması, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. İddia ərizəsinə dair kommersiya işi üzrə 02 iyul 2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına tərəflər gəlməmişlər. Eyni zamanda, iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “ərizənin geri qaytarılması haqqında” ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin borc öhdəliyi aradan qalxdığı üçün ona qarşı verilmiş iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının “ərizənin geri qaytarılması haqqında” ərizəsi təmin edilməli və onun tərəfindən cavabdehə qarşı verilmiş "icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı borcunun tutulması, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq təhvil verilməsi" barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı Sumqayıt bələdiyyəsinin “ərizənin geri qaytarılması haqqında” ərizəsi təmin edilsin. İddiaçı Sumqayıt bələdiyyəsinin Cavabdeh qarşı verdiyi “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı borcunun tutulması, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №2-2(119)-716/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-716/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver