Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-876/2021 11.11.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 01.12.2016-cı il tarixli borc müqaviləsinin ləğv edilməsi, cavabdehdən 500000 (beş yüz min ) manat məbləğində borc məbləğinin alınıb iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil 20.10.2021-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək iddiadan imtina edildiyini bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə 25.10.2021-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək iddiaçının iddiasından imtina etməsinə etiraz etmədiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, ərizə qanuna zidd olmadığından və hər hansı digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təmin edilməli, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262.4cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52.1, 191, 261- 262 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №2-2(119)-876/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-876/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver