Məhkəmə qərarları › İş №2-2(119)-901/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-901/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-901/2025 07.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 39500 (otuz doqquz min beş yüz) manat məbləğində pulun və 208,5 (iki yüz səkkiz manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Onu tanıdığı müddət ərzində aralarında yaxşı münasibətləri olmuşdur və ona qarşı etibarı yaranmışdır. Onunla 5 ilə yaxındır ki, iş birliyi qurub, Xaçmaz rayon ərazisində yaşayan kənd sakinlərindən meyvə yığıb satması üçün ona Moskva şəhərinə göndərmişdir. 2022-ci ilə qədər keçən müddət ərzində satışdan əldə olunan pul vəsaiti tərəflər arasında şəffaf qaydada bölüşdürülmüşdür. 2022-ci ilin yay mövsümündə ötən illərdə olduğu kimi yenə də Xaçmaz rayon sakinlərindən, şirkətlərdən nektarin şaftalı, alma meyvələrini toplayıb özündə olan qeydiyyat dəftərində hər bir meyvənin dəyərini göstərməklə maşınlara yükləyib Moskva şəhərinə cavabdehə satması üçün göndərmişdir. Cavabdeh satdığı meyvələrin pulunu vaxtı-vaxtında qaytarmış və həmən pulun müqabilində iddiaçı yenidən meyvə yığaraq maşınlarla cavabdehə göndərmişdir. İddiaçı həmin mövsümün avqust ayının əvvəllərində sonuncu dəfə iki maşın şaftalı göndərmiş, cavabdeh isə göndərilən meyvələrdən satış edərək əldə olunan vəsaitdən iddiaçıya heç bir ödəniş etməmiş və nəticədə onun iddiaçıya 39500 manat məbləğində borcu yaranmışdır. İddiaçı meyvələrin göndərildiyi vaxtdan bu günə qədər cavabdehlə telefon əlaqəsi yaradaraq pulun ödənilməsini tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulun qaytarılmasından boyun qaçırmışdır. Ona görə məsələ barədə Xaçmaz rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş və həmin müraciət əsasında araşdırma başlanılmış, lakin müraciəti mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli 2(067)-120/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək Cavabdeh 39500 (otuz doqquz min beş yüz) manat məbləğində pulun və 208,5 (iki yüz səkkiz manat əlli qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Cavabdeh Əzizov X2 Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli 2(067)- 120/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 25 aprel 2025-ci il tarixli 2(105)-648/2025 nömrəli qərardadına əsasən Xaçmaz Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli 2(067)-120/2025 nömrəli qətnaməsi ləğv edilərək iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək İddiaçı ona ümumilikdə 8 maşın mal göndərdiyini, həmin malların ümumi dəyərinin təqribən 190000 manat təşkil etdiyini, onun tərəfindən malları gətirən maşınlara iddiaçıya vermək üçün 105000 ABŞ dolları göndərdiyini bildirmişdir. Eyni zamanda o, Xaçmaz Rayon Məhkəməsində iki məhkəmə iclası olduqdan sonra Xaçmaz rayon polis şöbəsi tərəfindən izahat alınmaq üçün çağırıldığını, izahatı müstəntiq tərəfindən kompüterdə yazıldığını, müstəntiqə İddiaçı borcu qalmadığını, 105000 ABŞ dolları göndərdiyini, Azərbaycan Respublikasına qayıtdıqdan sonra isə 10000 manatı soyuducuya və müxtəlif yerlərə verdiyini dediyini qeyd etmiş, lakin müstəntiq ona onu polisdən çıxarmaq üçün 39500 manat məbləğində borcunu imkanı olanda verəcəm kimi yazmağı təklif edərək onun verdiyi izahatı dəyişdirib komputerdə başqa formada yazmışdır. Xaçmaz rayon polis şöbəsinin “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 15 sentyabr 2024-cü il tarixli qərarından şikayət vermədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, şahid ifadəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon polis şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 15 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, İddiaçı Cavabdeh ondan aldığı 39500 (otuz doqquz min beş yüz) manat məbləğində meyvənin pulunun ödənilməməsi ilə bağlı Xaçmaz rayon polis şöbəsinə müraciət etmiş, toplanmış materialda cinayət hadisəsi olmadığına görə və müraciət mülki xarakterli olduğundan mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilməklə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin araşdırma zamanı Cavabdeh verdiyi izahatında bildirmişdir ki, İddiaçı uzun müddətdir ki, tanıyır və onunla aralarında heç bir ədavətləri olmamışdır. Əvvəllər İddiaçı ilə birlikdə Rusiya Federasiyasına meyvə göndərirmişlər. İddiaçı Azərbaycan Respublikasından Rusiya Federasiyasına meyvələr göndərirmiş, o, isə Moskva şəhərində həmin meyvələrin satışı ilə məşğul olurmuş. Bu proses uzun müddət davam etmişdir. 2022-ci ilin yay aylarında İddiaçı ona 2 tır şaftalı göndərmişdir. O, həmin şaftalıları satmış və onların pulu olan 30000 dolları Vüqara göndərmişdir. Lakin sonradan burada olan borclara görə 10000 manata yaxın pul xərcləmişdir. Hal-hazırda isə İddiaçı onun barəsində şikayət etmişdir ki, onun 39500 manat məbləğində borcu qalmışdır. O, İddiaçı qalan 39500 manat məbləğində borcunu məhkəmə qərarı əsasında imkanı olacağı təqdirdə qaytaracağına söz verir. Cavabdeh vəsatəti əsasında məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadəsində bildirmişdir ki, 2021-ci ilin avqust ayında Cavabdeh ona zəng edərək İddiaçı çatdırmaq üçün pul göndərdiyini demişdir. O, 2021-ci ilin avqust ayında üç dəfə, hər birində 10000 ABŞ dolları olmaqla, cəmi 30000 ABŞ dollarını İddiaçı çatdırmışdır. Cavabdeh axırıncı 10000 ABŞ dollarını göndərəndə sonuncu borcu olduğunu, buna görə İddiaçı ilə dəqiqləşmə aparmasını demişdir. O, İddiaçı ilə görüşdükdə nə qədər borc qaldığını soruşmuş, sonuncu 10000 ABŞ dolları borc qaldığını söylədikdən sonra həmin məbləği ona vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 329-cu madəsinin tələblərinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göstərilənlərə əsasən müəyyən edilir ki, tərəflər arasında meyvə alqı-satqısı ilə bağlı münasibətlər mövcud olmuş, həmin münasibətlər üzrə İddiaçı Cavabdeh nisyə meyvə satmış, lakin Cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək həmin malların dəyərini tam ödəməmişdir. İddiaçı müraciəti əsasında Xaçmaz rayon polis şöbəsində məsələ ilə bağlı araşdırma aparılan zamanı Cavabdeh verdiyi izahatında İddiaçı qalan 39500 (otuz doqquz min beş yüz) manat məbləğində borcunu məhkəmə qərarı əsasında imkanı olacağı təqdirdə qaytaracağına söz verdiyini qeyd etmişdir. Cavabdeh məhkəmə araşdırması zamanı verdiyi izahatında İddiaçı borcu qalmadığını, ona 105000 ABŞ dolları göndərdiyini, Azərbaycan Respublikasına qayıtdıqdan sonra isə 10000 manatı soyuducuya və müxtəlif yerlərə verdiyini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi "39500 (otuz doqquz min beş yüz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində əsaslı olduğundan təmin edilməli və 39500 (otuz doqquz min beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “208,5 (iki yüz səkkiz manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 12 iyun 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 208,5 (iki yüz səkkiz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 208,5 (iki yüz səkkiz manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 39500 (otuz doqquz min beş yüz) manat məbləğində pul və 208,5 (iki yüz səkkiz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 39708,5 (otuz doqquz min yeddi yüz səkkiz manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh 39500 (otuz doqquz min beş yüz) manat məbləğində pul və 208,5 (iki yüz səkkiz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 39708,5 (otuz doqquz min yeddi yüz səkkiz manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar