Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-969/2023 21.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçılar X1, İddiaçı2 MMC və "xxxx" MMC tərəfindən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin idarə edilməsi Baş İdarəsinə qarşı verilmiş iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçılar X1, İddiaçı2 MMC və "xxxx" MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin idarə edilməsi Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, “qanunsuz və əsassız olduğuna görə, cavabdeh Azərbaycan Respublikasının Vergilər İdarəsi hər üç MMC-nin barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokolun və həmin protkola əsasən MMC-lərin 1546,16 manat, 3892,69 manat və 3584,98 manat olmaqla, ümumilikdə cəmi 9023,83 manat məbləğində inzibati cərimə edilməsinin məhkəmə qaydasında ləğv edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (həmin iddia ərizəsi məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə deyil, məhkəmə dəftərxanası vasitəsi ilə kağızda verilmişdir və iddia ərizəsinə heç bir sənəd əlavə olunmamışdır). Lakin, həmin iddia ərizəsində qeyd olunan tələblə əlaqədar Sumqayıt Kommersiya Məhkəməsinə deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq ümumi məhkəməyə (rayon-şəhər məhkəməsinə) müraciət oluna bilər. Ona görə də, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmadığı üçün iddiaçılar X1, İddiaçı2 MMC və "xxxx" MMC tərəfindən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin idarə edilməsi Baş İdarəsinə qarşı verilmiş iddia ərizəsi iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eyni zamanda, məhkəmə iddiaçıların diqqətinə çatdırmağı lazım bilir ki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə Kommersiya Məhkəməsinə müraciət olunarkən iddia ərizəsi iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.10-cu maddəsinə əsasən, kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən iddiaçılar X1, İddiaçı2 MMC və "xxxx" MMC tərəfindən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin idarə edilməsi Baş İdarəsinə qarşı verilmiş iddia ərizəsi iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçılar X1, İddiaçı2 MMC və "xxxx" MMC tərəfindən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin idarə edilməsi Baş İdarəsinə qarşı verilmiş iddia ərizəsi iddiaçılara geri qaytarılsın. İddiaçılara izah olunsun ki, hazırkı iddia ərizəsinin qaytarılması - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada aidiyyəti üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-969/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-969/2023
21.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver