Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-2(121)-1026/2022 23.06.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Kiçik Müəssisəsinə və qeyrilərinə qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin öz hesablarına əvvəlki vəziyyətinə bərpa edilməsi, torpaq sahəsi üzərində qanunsuz hərəkətlərinə son qoyulması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barəsində ilkin iddia ərizəsinə; Cavabdeh3 İddiaçı MMC-yə qarşı torpaq sahəsində çıxarılma, torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi və torpaq sahəsi üzərində qanunsuz hərəkətlərinə son qoyulması barəsində qarşılıqlı iddia ərizəsinə; Cavabdeh1 Kiçik Müəssisəsinin və qeyrilərinin İddiaçı MMC-yə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi barəsində qarşılıqlı iddia ərizəsinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 Kiçik Müəssisəsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, X5, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 Heydar oğlu, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17 qarşı – cavabdehlərin icarəyə verilmiş 2600 ha torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsini öz hesablarına əvvəlki vəziyyətinə bərpa etmələri, torpaq sahəsi üzərində qanunsuz hərəkətlərinə son qoyulması və vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh7 22100 manat, X3 və Cavabdeh2 birlikdə 49725 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh3 İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək – İddiaçı MMC-nin İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 146 saylı sərəncamı ilə və xx.xx.2016-cı il tarixli, 19 saylı sərəncamı ilə ona ayrılmış 68 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin İddiaçı MMC tərəfindən əvvəlki vəziyyətinə bərpa edilməsi və cavabdehin torpaq sahəsi üzərində qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Kiçik Müəssisəsi, Cavabdeh2 və Cavabdeh7 İddiaçı MMC-yə qarşı – İmişli rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamın və bu sərəncam əsasında İmişli RİH ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 40 saylı torpaq sahəsi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-1483/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilərək, Cavabdeh1 Kiçik Müəssisəsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X5, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 Heydar oğlu, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17 İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 214 nömrəli Sərəncamı və İmişli rayon İcra Hakimiyyəti başçısı ilə "xxxx" MMC arasında bağlanmış 27 dekabr 2017- ci il tarixli, 40 saylı torpaq icarə müqaviləsi əsasında "xxxx" MMC-yə icarəyə verilmiş 2600,0 ha torpaq sahəsindən çıxarılmaları, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə Cavabdeh3 "xxxx" MMC-yə qarşı “cavadehin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi və torpaq sahəsi üzərində qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə” qarşılıqlı iddiası təmin edilməməsi və ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 Kiçik Müəssisəsi, Cavabdeh2 və Cavabdeh7 ilkin iddia üzrə İddiaçı MMC-yə qarşı “İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 214 nömrəli Sərəncamının və İmişli rayon İcra Hakimiyyəti başçısı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 40 saylı torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiası təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ilk iddia üzrə cavabdehlər Cavabdeh1 kiçik müəssisəsinin, Cavabdeh2 və Cavabdeh7 apellyasiya şikayətinin qismən təmin edilməsi, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-1483/2021 saylı qətnaməsinin qismən, yəni ilk iddia üzrə cavabdehlər Cavabdeh1 kiçik müəssisəsinin, Cavabdeh2 və Cavabdeh7 ilkin iddia üzrə İddiaçı MMC-yə qarşı – İmişli Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ilk iddia üzrə cavabdehlər Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17, həmçinin cavabdehlər Cavabdeh1 kiçik müəssisəsinin, Cavabdeh2 və Cavabdeh7, həmçinin Cavabdeh3, həmçinin Cavabdeh4, həmçinin cavabdeh X2 və həmçinin Cavabdeh12 tərəfindən ayrı-ayrılıqda verilmiç apellyasiya şikayətlərinin qismən təmin edilməsi, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-1483/2021 saylı qətnaməsinin qismən təmin edilməsi, Cavabdeh1 Kiçik Müəssisəsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X5, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 Heydar oğlu, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17 İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 214 nömrəli sərəncamı və İmişli rayon İcra Hakimiyyəti başçısı ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 40 saylı torpaq icarə müqaviləsi əsasında İddiaçı MMC-yə icarəyə verilmiş 2600,0 ha torpaq sahəsindən çıxarılmaları, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə Cavabdeh3 "xxxx" MMC-yə qarşı “cavadehin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi və torpaq sahəsi üzərində qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə” qarşılıqlı iddiasının təmin edilməməsi və ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 Kiçik Müəssisəsi, Cavabdeh2 və Cavabdeh7 ilkin iddia üzrə İddiaçı MMC-yə qarşı İmişli Rayon İcra Hakimiyyəti başçısı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 40 saylı torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflər və üçüncü şəxs məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə hazırlıq iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanmalıdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 nömrəli xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndi ilə “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək, 5.1-ci bəndə əsasən 2-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPMin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Kiçik Müəssisəsinə və qeyrilərinə qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin öz hesablarına əvvəlki vəziyyətinə bərpa edilməsi, torpaq sahəsi üzərində qanunsuz hərəkətlərinə son qoyulması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barəsində ilkin iddia ərizəsi; Cavabdeh3 İddiaçı MMCyə qarşı torpaq sahəsində çıxarılma, torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi və torpaq sahəsi üzərində qanunsuz hərəkətlərinə son qoyulması barəsində qarşılıqlı iddia ərizəsi; Cavabdeh1 Kiçik Müəssisəsinin və qeyrilərinin İddiaçı MMC-yə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi barəsində qarşılıqlı iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №2-2(121)-1026/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-1026/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver