Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-112/2022 22.12.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi İddiaçı2 iştirakı ilə İddiaçı1 Cavabdeh qarşı cavabdehin zəbt etdiyi bələdiyyəyə məxsus torpaq sahəsindən çıxarılması və s. tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İmişli rayonu, Məzrəli Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin zəbt etdiyi İddiaçı1nə məxsus torpaq sahəsindən çıxarılması, həmin ərazidə inşa etdiyi quyunun öz hesabına ləğv edilməsi və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1nə məxsus Xubyarlı kəndi ərazisində Biləsuvar döngəsinin sağ hissəsində Aranlı kənd sakini Cavabdeh işlətdiyi "Qardaşlar" yeməkxanası fəaliyyət göstərir. Yeməkxananın sol tərəfində cavabdeh tərəfindən Məzrəli bələdiyyəsinə məxsus boş sahə zəbt edilmiş, orada dərin quyu qazılmış, üzərinə beton plitə qoyularaq yeməkxananın mətbəxinin suyu və yağış suları həmin quyuya axıdılır. Həmin sahə Cavabdeh tərəfindən qeyri-qanuni tutulmuş, zəbt olunmuş torpaq sahəsinin bələdiyyəyə qaytarılması, quyunun doldurulması tələb edilsə də o, bundan imtina etmişdir. Cavabdeh həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. Cavabdeh dəfələrlə zəbt etdiyi İddiaçı1nə məxsus torpaq sahəsindən çıxarılması, həmin ərazidə inşa etdiyi quyunun öz hesabına ləğv edilməsi və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması tələb edilsə də buna məhəl qoymamışdır. Ona görə də məhkəməyə müraciət edilmişdir. İmişli Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(036)-104/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı1nə məxsus İmişli rayonunun Xubyarlı kəndi ərazisində, İmişli-Biləsuvar döngəsinin sağ hissəsində yerləşən 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasının sol tərəfində üzəri beton örtüklə örtülmüş, çirkab suları axıdılan quyunun yerləşdiyi torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində yerləşən üzəri beton örtüklə örtülmüş, çirkab suları axıdılan quyunun doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatına sərf edilmiş 50 (əlli) manat ekspertiza xərcinin iddiaçı İmişli rayonu, Məzrəli Bələdiyyəsi və Cavabdeh bərabər qaydada tutulub X1 hesabına ödənilməsi, iş üzrə mütəxəssis rəyinin təqdim olunmasına görə hesablanmış 70,60 (yetmiş manat altmış qəpik) manat məbləğində xərc iddiaçı İmişli rayonu, Məzrəli Bələdiyyəsi və Cavabdeh bərabər qaydada tutulub Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (Benefisiarın bankı: KapitalBank ASC-nin Xətai filialı,Filialın kodu: 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, müxbir hesabı: AZ37NABZ********************,Benefisiarın hesabı: AZ23AİİB********************, VÖEN: **********) ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli, 2(106)-2418/2021 saylı qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(036)-104/2021 saylı qətnaməsi ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İmişli rayonu, Məzrəli Bələdiyyəsinin nümayəndəsi İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixində dövlət qeydiyyatına alınmış RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatına alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində İmişli rayonunun Xubyarlı kəndi, İmişli-Biləsuvar döngəsinin sağ hissəsində 0.22 ha torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi üzərində ümumi sahəsi 134.4 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası inşa edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixində dövlət qeydiyyatına alınmış RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatına alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində İmişli rayonunun Xubyarlı kəndində yerləşən 0.10 ha torpaq sahəsi vardır. İş materiallarında olan Cavabdeh xüsusi mülkiyyətində olan İmişli rayonu, Xubyarlı kəndi, İmişli-Biləsuvar döngəsinin sağ hissəsində yerləşən 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 134.4 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasının texniki pasportunun surətindən görünür ki, həmin qeyri-yaşayış binasının konstruktiv elementlərində zibil borusu və kanalizasiya quyusu mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2020-ci il tarixli, 10/1798 saylı rəyində qeyd olunmuşdur ki, İmişli rayonunun Xubyarlı kəndi, İmişli-Biləsuvar döngəsinin sağ hissəsində yerləşən 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasının sol tərəfində üzəri beton örtüklə örtülmüş, çirkab suları axıdılan quyunun yerləşdiyi ərazi Məzrəli Bələdiyyəsinin (keçmiş Xubyarlı bələdiyyəsi) mülkiyyətinə aid torpaq sahəsidir. İş materiallarında olan X2 21 may 2021-ci il tarixli, 167 saylı ekspert rəyində qeyd olunmuşdur ki, İmişli rayonu, Xubyarlı kəndi ərazisində Biləsuvar döngəsinin sağ hissəsində “Qardaşlar” yeməkxanasının (301 inventar nömrəli, **********52-06301 reyestr nömrəli, 21 yanvar 2015-ci il tarixli texniki pasport üzrə A tikilisidir) sol tərəfində qazılmış quyu və üzərinə beton plitə qoyulmuş ərazinin Cavabdeh mqlkiyyətində olan və Dövlət Reyestrində qeydə alınmış ******* saylı çıxarışda göstərilən ərazinin hüdudları daxilində olduğu müəyyən edilir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, **********81 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyində, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2022-ci il tarixli, 10/5568 saylı rəyində qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********81 mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,22 ha torpaq sahəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin hüdudlarının koordinatları müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh tərəfindən istifadə olunan 0,10 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə (yerquruluşu planına) əsasən, hüdudlarının da koordinatları müəyyən olunmuşdur. Torpaq sahələrinin koordinatları mütəəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********81 mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,22 ha torpaq sahəsinin hüdudları, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,10 ha torpaq sahəsi ilə deyil, Cavabdeh tərəfindən istifadə olunan 0,10 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə (yerquruluşu planına) əsasən hüdudları müəyyən olunmuş torpaq sahələri ilə qonşu sahə olduğu müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********81 mütəxəssis rəyinə əsasən, 1-ci sualda qeyd olunan torpaq sahələrinin İmişli rayonu Mərzəli bələdiyyəsinin torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********81 mütəxəssis rəyinə əsasən, mübahisə olunan çirkab suları axıdılan quyunun 1-ci sualda qeyd olunan torpaq sahələrinin ərazilərində yerləşmədiyi müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********81 mütəxəssis rəyinə əsasən, qeyri- yaşayış binasının sol tərəfində üzəri beton örtüklə örtülmüş, çirkab suları axıdılan quyunun yerləşdiyi ərazinin Mərzəli bələdiyyəsinin (keçmiş Xubyarlı bələdiyyəsinin) mülkiyyətinə aid torpaq sahəsi olduğu müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********81 mütəxəssis rəyinə əsasən, 1ci sualda qeyd olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindəş verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,22 ha torpaq sahəsi ilə İmişli rayonu Mərzəli bələdiyyəsinin bələdiyyə mülkiyyətinə aid olan həmsərhəd torpaq sahəsinin olduğu müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********81 mütəxəssis rəyinə əsasən, qeyd olunan bələdiyyə torpağının (mübahisə olunan hissədə) yerquruluşu sənədlərinə (elektron baza məlumatlarına və xəritələrə) əsasən, koordinatları qeydə alınmdığı və İmişli rayonu Mərzəli bələdiyyəsinin mübahisəli ərazidə rəsmi reyestrdə mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin mövcud olmadığı müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xüsusi mülkiyyətində İmişli rayonunun Xubyarlı kəndi, İmişli-Biləsuvar döngəsinin sağ hissəsində 0.22 ha və İmişli rayonunun Xubyarlı kəndində yerləşən 0.10 ha torpaq sahələri vardır. O da müəyyən edildi ki, Cavabdeh xüsusi mülkiyyətində olan İmişli rayonu, Xubyarlı kəndi, İmişli- Biləsuvar döngəsinin sağ hissəsində yerləşən 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 134.4 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasının texniki pasportunda həmin qeyri-yaşayış binasının konstruktiv elementlərində zibil borusu və çırkar sularının axıdıldığı kanalizasiya quyusu mövcud deyildir. Bununla yanaşı, mütəxəssis və ekspert rəyləri ilə 0,22 ha torpaq sahəsinin hüdudları Cavabdeh mülkiyyətində olan 0,10 ha torpaq sahəsi ilə deyil, Cavabdeh tərəfindən istifadə olunan 0,10 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə (yerquruluşu planına) əsasən hüdudları müəyyən olunmuş torpaq sahələri ilə qonşu sahə olduğu müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh mülkiyyətində olan 0,22 ha və 0,10 ha torpaq sahələrinin İmişli rayonu Mərzəli Bələdiyyəsinin torpaq sahəsi ilə üst-üstə düşmədiyi, mübahisə olunan çirkab suları axıdılan quyunun 0,22 ha və 0,10 ha torpaq sahələrinin ərazilərində yerləşmədiyi, o cümlədən, qeyri- yaşayış binasının sol tərəfində üzəri beton örtüklə örtülmüş, çirkab suları axıdılan quyunun yerləşdiyi ərazinin Mərzəli bələdiyyəsinin (keçmiş Xubyarlı bələdiyyəsinin) mülkiyyətinə aid torpaq sahəsi olduğu müəyyən edilmişdir. Məhkəmə, sadalanan xüsusatlara əsasən hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Buna görə də iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. - 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. - 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bununla yanaşı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə bələdiyyə orqanlarına təhvil verirlər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə, aparılmış araşdırmanın nəticəsi olaraq eyni zamanda qeyd edir ki, cavabdehin sözügedən torpaq sahəsində fəaliyyət göstərməsinin və həmin torpaq sahəsindən istifadə etməsinin qanuni və müqavilə əsası olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Sadalan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh zəbt etdiyi İmişli rayonunun Xubyarlı kəndi, İmişli-Biləsuvar döngəsinin sağ hissəsində yerləşən 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasının sol tərəfində üzəri beton örtüklə örtülmüş, çirkab suları axıdılan quyunun yerləşdiyi torpaq sahəsindən çıxarılmalı, həmin quyu cavabdehin öz hesabına doldurularaq əvvəlki vəziyyətinə bərpa edilməklə İddiaçı1nə qaytarılmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə görə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, iş üzrə təqdim olunmuş mütəxəssis rəyinə görə hesablanmış 70,60 (yetmiş manat altmış qəpik) manat məbləğində xərc Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı1nə məxsus İmişli rayonunun Xubyarlı kəndi ərazisində, İmişli- Biləsuvar döngəsinin sağ hissəsində yerləşən 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasının sol tərəfində üzəri beton örtüklə örtülmüş, çirkab suları axıdılan quyunun yerləşdiyi torpaq sahəsindən çıxarılsın. Cavabdeh tərəfindən İddiaçı1nə məxsus İmişli rayonunun Xubyarlı kəndi ərazisində, İmişli-Biləsuvar döngəsinin sağ hissəsində yerləşən 0.22 ha torpaq sahəsində yerləşən üzəri beton örtüklə örtülmüş, çirkab suları axıdılan quyu doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyəti bərpa edilsin və İddiaçı1nə qaytarılsın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə görə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə təqdim olunmuş mütəxəssis rəyinə görə hesablanmış 70,60 (yetmiş manat altmış qəpik) manat məbləğində xərc Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (Benefisiarın bankı: KapitalBank ASC-nin Xətai filialı,Filialın kodu: 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, müxbir hesabı: AZ37NABZ********************,Benefisiarın hesabı: AZ23AİİB********************, VÖEN: **********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №2-2(121)-112/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-112/2022
22.12.2022 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver