Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-1153/2021 29.09.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı Sabirabad rayonu, Kürkəndi Bələdiyyəsinin nümayəndəsi X3, Cavabdeh nümayəndəsi və vəkili X4, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Sabirabad rayonu, Kürkəndi Bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən cavabdeh tərəfindən istifadənin dayandırılması, icarədə olan torpaq sahəsinin üzərində olan tikililərin sökülərək təmizlənməsi, cavabdehin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçıya qaytarılması tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sabirabad rayonu, Kürkəndi Bələdiyyəsi Cavabdeh qarşı bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən cavabdeh tərəfindən istifadənin dayandırılması, icarədə olan torpaq sahəsinin üzərində olan tikililərin sökülərək təmizlənməsi, cavabdehin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Sabirabad rayonu, Kürkəndi Bələdiyyəsinin nümayəndəsi X5 məhkəməyə ərizə ilə müraciət edərək, iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X7 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iddiadan imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından iddiaçı Sabirabad rayonu, Kürkəndi Bələdiyyəsinin iddiadan imtina etməsi qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264-cü, 266-268-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Sabirabad rayonu, Kürkəndi Bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən cavabdeh tərəfindən istifadənin dayandırılması, icarədə olan torpaq sahəsinin üzərində olan tikililərin sökülərək təmizlənməsi, cavabdehin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçıya qaytarılması tələbinə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-1153/2021
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-1153/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver